Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
82
Mahmud Ağa həmişə saqqalını  və saçını xüsusi bərbərə 
təraş elətdirərdi. Bir gün də o, bu məqsədlə bərbərxanaya gəlir 
və görür ki, bərbəri işə çıxmayıb. Qonşu bərbər Ağaya hörmət 
əlaməti olaraq onu öz stoluna dəvət edir. Mahmud Ağa bilir ki, 
bu bərbər yaman çox danışandı. Odur ki, qabaqca ona on qat 
haqq verib deyir: «Usta, səndən xahiş edirəm ki, mənim 
saqqalımı təraş edincə danışma». Bərbər Ağanın xahişinə əməl 
edir. Lakin işini qurtarınca bir təhər dözən bərbər hikkəsindən 
partlayır: «Ağa, xahiş edirəm ki, saqqalını bir də  mənə  təraş 
elətdirmə!». 
Bu rəvayəti başqa cür də deyirlər. Bir gün də saçını 
təraş etdirməyə  gələn Mahmud Ağa görür ki, bərbəri işə 
gəlməyib. Bu vaxt qonşu bərbər deyir: «Ağa, buyur, qulluq 
edim». 
Həmişə şux danışmağı sevən Mahmud Ağa ərklə: 
- Usta, neçə verəcəyəm? –deyə soruşur.  
Usta arif adam imiş. Dərhal deyir: 
- Baxır başın qiymətinə. 
Ustanın hazırcavablığı  Ağaya xoş  gəlir. Odur ki, ona 
əvvəlcədən on qat artıq haqq verir. İşini qurtarandan sonra gözü 
tox usta pulları Ağaya qaytarıb deyir: 
- Ağa, sənin başın elimiz üçün ucalıq,  şöhrət rəmzidir. 
Ona qiymət qoymağa bizim ixtiyarımız yoxdur. 
Mahmud Ağa yenə də zarafatla deyir: 
- Pa atonnan, heç bilmirdim ki, belə qiymətli başım 
varmış... 
 
Söyləyəni, Əhməd Cəfərzadə, 
filologiya elmləri doktoru. 
(13-16) 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 83
 
IV FƏSİL 
 
MAHMUD AĞANIN İNCƏSƏNƏT MƏBƏDİNƏ 
BƏNZƏYƏN MUĞAM MƏCLİSİ 
(Muğam məclisləri, onun daimi iştirakçıları və dostları 
haqqında) 
 
Mahmud Ağanın muğam məclisləri ilə bağlı topladığımız 
məlumatlar, xatirələr bizə tam əsas verir ki, onun muğam 
məclisini bütünlükdə bir incəsənət məbədinə, muğam 
universitetinə  bənzədək. Mahmud Ağa bu məclisləri xüsusi 
ciddiliklə  təşkil edərdi. Onun məclislərində  iştirak etmək hər 
istəyənə nəsib olmazdı. Xüsusi qaydalar, məclis üzvlərinə ciddi 
tələblər var idi. Musiqi məclislərinin keçirilməsi, müğənnilərin 
seçilməsi, dəvət olunması muğam məclislərinin inkişafına, 
təkamülünə xidmət edirdi. Bura hətta qonaq qismində  və ya 
dost kimi də hər kəsi dəvət etmirdilər. İştirakçıların şəxsiyyəti, 
kimliyi, dünyagörüşü, musiqi bilikləri, istedadı nəzərə alınırdı.  
Müsabiqələrin keçirilməsi, qaliblərin  mükafatlandırılma-
sı, bütünlükdə  Şamaxı-Şirvanda muğamatın inkişafına təkan 
verirdi. Ona görə  də Mahmud Ağanın musiqi məclislərini 
mübaliğəsiz zəmanəmizin ali təhsil ocaqları ilə müqayisə etmək 
mümkündür.  
Günümüzədək tam qiymətini o qədər də ala bilməyən bu 
muğam universitetini Mahmud Ağa öz sarayında yarada bildi. 
O, öz sarayında böyük səxavətlə  məşhur xanəndələrə, 
tarzənlərə yer ayırmış, yaşamalarına imkan yaratmış, onların 
sənətin sirləri ilə  məşğul olması, zirvələri fəth etməsi üçün 
bütün şəraiti yaratmışdı. Mahmud Ağanın muğam məclisləri 
var-dövlətini,  sərvətini eyş-işrətə  xərcləyən varlı xan  və 
bəylərdən fərqli olaraq xalqın və millətin milli-mədəni irsinin 
inkişafına xidmət edirdi. Əgər belə demək mümkünsə, onun 
XIX  əsrin II yarısında keçirdiyi muğam məclisləri bu gün 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
84
dövlətimiz tərəfindən  böyük  diqqət,      qayğı, həssaslıqla ke-
çirilən muğam müsabiqələrinin XIX əsrdə qoyulantəməli,  bü-
növrəsidir. Onun sarayında sənət fədailərinə yardım edilir,  bu  
günlərin   dili ilə desək maaş verilir, bütün ehtiyacları ödəni-
lirdi. Biz saraya dəvət olunan musiqiçilərin,  şairlərin, burada 
qonaq qismində  iştirak edən ziyalıların məqsədlərinə, amalına 
fikir verəndə zamanın aynasından bizə boylanan əzəmətli mu-
siqi, söz məbədinin ucaldığını görürük. Onu Muğam Uni-
versitetinə bənzətmək olardı. 
 
*** 
 
Mahmud Ağanın muğam universiteti barədə danışarkən, 
o dövrün təhsil sistemini də  nəzərdən keçirmək vacibdir. XIX 
əsrin 30-cu illərindən sonra Şamaxıda fəaliyyət göstərən 
mollaxana, mədrəsə,  şəxsi məktəblərlə yanaşı dövlət məktəbi 
də yaradıldı. Dövlət tərəfindən Şamaxıda açılması bir qədər tez 
nəzərdə tutulsa da qəza məktəbi zəlzələ baş verdiyi üçün bir az 
gec, 1838-ci ildə  fəaliyyətə başladı. Bu yeni təhsil ocağında 
azərbaycanlı uşaqlarla yanaşı rus və  gürcü uşaqları da təhsil al-
mağa başladı. 
Ümumiyyətlə, bu illərdən başlayaraq yuxarıda qeyd 
etdiyimiz kimi Şamaxının zəngin adamları, mütərəqqi fikirli 
insanları övladlarının dövlət məktəblərində oxumalarına səy 
göstərirdilər. Nəticədə Şamaxıda Şərq ölkələrinə meyilli gənc-
lərlə yanaşı, Avropaya meyilli gənclər də yetişməyə başladı. 
«Şamaxı bir zamanlar, XIX əsrin birinci yarısında yalnız Azər-
baycanda deyil, bütün Zaqafqaziyada, hətta  İran və Tür-
küstanda belə ticarəti ilə, ipək məhsulları ilə, ürəfa və  şüərası 
ilə  şöhrət qazanmış bir şəhər idi. 1870-ci ilə kimi qubernator 
orada oturar, Bakı, Quba, Salyan, Lənkəran, Göyçay kimi qəza 
şəhərləri ona tabe idilər. Zaqafqaziya dəmir yolu çəkil-
məmişdən  əvvəl Tiflisə gedən  əski karvan yolu oradan keçib 
gedərdi». 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 85
Mahmud Ağa da yeni fikirli gənclərdən idi. Uşaqlıq 
çağlarından evlərində musiqiyə, poeziyaya böyük hörmət və 
diqqət görmüş,  Şamaxının neçə-neçə ustad sənətkarlarını 
eşitmiş  və ya çalğılarına qulaq asmışdı. Atasının bədahətən 
dediyi və ya klassik şairlərdən bir nəfəsə söylədiyi şeirlərdən də 
əzbərləmişdi. Onun ilk əzbərlədiyi  şeir atasının çox-çox 
zümzümə ilə oxuduğu böyük klassik şair Saleh Şirvanın  şeiri 
olmuşdur. Sonralar məclis qurmaq sevdasına düşən Mahmud 
Ağa çaldığı tarın sədaları altında çox gözəl ifa edərdi həmin 
şeiri: 
 
Dedim; alnın aydır, cəmalın günəş,  
Dedi; Şəmsi Qəmər yerdə tapılmaz.  
Dedim; məni səndən eyləmə mərhum,  
Dedi; o namərdlik ərdə tapılmaz. 
 
Dedim; illərəcək görməm vüsalın,  
Dedi; mənsiz sənin necədir halın?  
Dedim; mərdimazardan uzaq camalın,  
Dedi; günəş üzrə pərdə tutulmaz? 
 
Dedim; dilbər, olma munca sitəmkar, 
Dedi; eşq əhlisən çəkginən azar.  
Dedim; bir itinəm, ey gülüzli yar,  
Dedi; məgər itim dərdə tutulmaz? 
 
Dedim; qurulubdur peyvəstə yayın,  
Dedi; ondanmışdır bu ahu vayın?  
Dedim; gözəllərdə varmıdır tayın?  
Dedi; mislim bəhrü-bərdə tapılmaz. 
 
Dedim; sən Salehin olgil həmdəmi,  
Dedi; həmdəminəm çəkməgil qəmi, 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə