Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə30/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

Soltan_(1870-1939)__Soltan_Haşım_oğlu'>Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 113
 
Tağlabiyanlı Soltan 
(1870-1939) 
 
Soltan Haşım oğlu təxminən, 1870-ci ildə Şamaxı qəza-
sının Tağlabiyan kəndində doğulmuşdur. Şamaxıda mollaxana-
da oxumuşdur. O, Aşıq Şamilin dayısı idi. Qeyd etdiyimiz ki-
mi, vaxtilə Aşıq Şamillə lap ixtiyar yaşlarında görüşdük. Dedi-
yinə görə, «ata tərəfində olduğu kimi, ana tərəfindən də saz, söz 
aşiqləri çox olmuşdur. Anamın özünün və dayım Soltanın gö-
zəl səsi olmuşdur. Dayım aşıq xanəndəsi idi. Uzun müddət Şa-
maxıda yaşamışdır. Muğamların yol-yolağacını Mirzə  Mə-
həmməd Həsəndən öyrənmişdi. Eləcə  də  şakəri olan «Şüştər» 
muğamını... «Mən də  şakərim olan «Şüştəri» dayımdan öy-
rənmişəm. Şagirdlərim də məndən». Şamil bir də deyirdi ki, sə-
si zil olduğu üçün Mahmud Ağa dayım Soltana həmişə 
«Şüştər»in zərb muğamlarını və «Gərayı»nı zurnaya oxudardı. 
Mükafatını da əsirgəməzdi. Dayım Aşıq Bilalla da birlikdə 
Mahmud Ağa məclisinin ən cavan və istedadlı sənətkarlarından 
idi. Dayım ötən əsrin otuzuncu illərinə kimi Aşıq Bilalla məc-
lislərə getmişdi. Mən də xanəndə və şagird kimi...» 
Mahmud Ağa məktəbinin yetirməsi, Mirzə  Məhəmməd 
Həsən və Aşıq İbrahimin şagirdi ustad sənətkar Soltan Haşım 
oğlu 1939-cu ildə vəfat etmişdir. 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
114
 
Süleyman Hacı Qəni oğlu 
(1872-1940) 
 
Süleyman Hacı  Qəni oğlu 1872-ci ildə  Şamaxının 
Şıxzərəli məhəlləsində doğulmuşdur. Mollaxanada oxumuşdur. 
Mirzə  Məhəmməd Həsənin istedadlı  şagirdlərindən biri olub. 
O, Mirzənin  şagirdi kimi, Mahmud Ağa məclisində  də  iştirak 
etmişdir.  Nəvəsi Yaqut xanımın dediklərindən: «Babam 
cavanlıqdan musiqi aşiqi, həm də Mirzənin səsinin vurğunu 
olub. Nəhayət, onunla tanış olur, dostlaşır. Babamın səsi çox zil 
olmasa da, muğam yollarını Mirzədən tam öyrənmişdi. Mah-
mud Ağa məclisində iştirak edər, «Segah»ı xüsusi şövqlə oxu-
yarmış. Mahmud Ağa babamın xətrini çox istəyirmiş. Oxuduğu 
«Segah»a yüksək qiymət verərmiş. Məktəbinin cavan xa-
nəndələrinə «Segah»ı Süleymandan öyrənməyi məsləhət edər-
miş. Babam Mahmud Ağa rəhmətə gedəndən sonra Mirzə ilə 
çox məclislərə gedib. Qardaş kimi olublar. Babam atamın və 
əmimin ustadı olmaqla yanaşı, sənəti çoxlarına öyrədib. Özü də 
Mirzə Məhəmməd Həsən yolunu... Atam Əliyusifin səsi, baba-
mın səsi kimi pəs, əmimin səsi isə çox zil olub. Atam Əliyusif 
(1911-1974),  əmim  İrza (1915-1945) görkəmli xanəndə Xan 
Şuşinski, şair Əliağa Vahidlə dost olublar. Atam Şamaxı, Kür-
dəmir aşıq və xanəndələrinə muğam, xalq mahnılarını ustalıqla 
öyrətmişdir. Əmim dünyasını vaxtsız dəyişdi. Bu faciyəyə şair 
Əliağa Vahid şeir də yazmışdı:  
 
Vahid, inanma ömrə ki, ölümsüz olmaz, 
Fələkdir əldən alan Yusifin İrzasını bil. 
 
1918-ci ildə erməni cəlladlarının  Şamaxıda törətdiyi qır-
ğın və faciələrdən sonra Süleyman kişi ailəsi ilə Kürdəmirə kö-
çür və orada yaşayır. O, 1940-cı ildə orada vəfat edir. 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 115
 
Molla Əli Abbas 
(XIX-1918) 
 
Molla  Əli Abbas Ətşan (Sussuz) Şirvani XIX əsrdə 
Şamaxı şəhərində doğulmuş və orada təhsil almışdır. O, məşhur 
şair Abbas Səhhətin atasıdır. Ərəb və fars dillərini mükəmməl 
bilmiş, fars və Azərbaycan dillərində şeirlər yazmışdır. Bu əsər-
lər məhəbbət mövzusunda olan qəzəllər, dini mövzuda mərsi-
yələr və ailə-məişət mövzusunda olan satirik şeirlərdən iba-
rətdir.  Şairin  şeirlərinin az bir qismi məlumdur. O, Mahmud 
Ağa və atası  Əhməd Sultanla yaxın olmuşdur. Molla Əli Ab-
basın açdığı məktəbə Mahmud Ağa maddi dəstək vermişdir. Əli 
Abbas Mahmud Ağa və «Beytüs-Səfa» məclislərində  də ya-
xından iştirak etmişdir. 
Ətşan uzun müddət müəllimlik etmişdir... Əli Abbas, oğ-
lu Səhhətlə eyni gündə  Gəncə  şəhərində  vəfat etmiş  və orada 
dəfn olunmuşdur. Əli Abbasın şeirlərindən bircə yarpaq: 
 
Bilmirəm qəsdi nədir, dust məni yar eləməz,  
O qədər cövr eyləyir kim onu əğyar eləməz. 
 
Görübən hiss eləyir şəm kimi yanmağımı,  
Sanki daşmış ürəyi, zərrə ona kar eləməz. 
 
Başqa bir nakəs ilə hər gecə qarmışdan ötür,  
Düşmürəm yadinə mən, görsə dəxi ar eləməz. 
 
Bilirəm, ömür keçir, surəti-halim dəyişir,  
Hansı məxluqdur axirdə fələk xar eləməz? 
 
Öldürər zülmilə ol, söz deməyə verməz aman,  
Belə birəhmliyi Şümru-xətakar eləməz. 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
116
Əmmədim ləblərini, axiri Ətşan oldum,  
Tulladı bəhri-qəmə, indi də qəmxar eləməz. 
 
Naci Şirvani 
(1824-XIX əsrin sonu) 
 
Molla Qədir Naci (Qurtulan) Şirvani 1824-cü ildə Şa-
maxının Sarıtorpaq məhəlləsində anadan olmuşdur. Mədrəsə 
təhsili almış, Seyid Əzimlə dost olmuşdur. Mahmud Ağanın 
həmyaşıdı olub, onunla qonşu məhəllədə böyümüşdür. Ağanın 
musiqi məclisinin daimi iştirakçılarından idi.  Klassik üslubda 
şeirlər yazmışdır. Şairin şeirlərinin bir qismi müxtəlif cünglər-
də,  əlyazmalarda qorunub saxlanılır. Onun haqqında ilk dəfə 
ədəbiyyatşünas Firidun bəy Köçərli bəhs etmişdir. Nacı Şir-
vani XIX əsrin sonunda Şamaxıda vəfat etmişdir. Onun bir 
şeirini təqdim edirik. 
 
Saqiya, bir cam ilə könlümü xoşhal qıl,  
Eylə möhnətəm məni azad, fariğbal qıl. 
 
Məsti-kamil et məni, gər bir də tutsam nami-qəm,  
Xuşeyi-əzigurə nisbət cismimi pamal qıl. 
 
Yox sənin rəyindən özgə xahişim, mən xəstəni,  
Xatirin hər nəhv kim, istərsə, ol minval qıl... 
 
Ey iki dünyadə ovqatın səlamət istəyən,  
Rastguluq pişə et, yoxsa zəbanın lal qıl. 
 
Nəfsi-şumə olma tabe, - işləmə əfali-bəd,  
Olsa gər həqdən inayət, xoş olan əmal qıl. 
 
Bu fəna sərmənzlində kam sürməkdən nə sud,  
Cəhd qıl bir tuşə axır mənzilə risal qıl. 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə