Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
148
 
 
Cabbar Qaryağdıoğlu 
(1861-1944) 
 
Cabbar Məşədi  İsmayıl 
oğlu Qaryağdı 1861-ci ildə 
Şuşa  şəhərində boyaqçı ailə-
sində anadan olmuşdur. Uşaq-
lıq illərində  əmisi Məşədi Mə-
həmmədin yanıqlı səsi onu va-
leh etmişdir. Odur ki, o, gənc 
yaşlarından muğamlara böyük 
həvəs göstərmişdir. Bu illərdə 
Şuşada Xarrat Qulunun musiqi 
məktəbi fəaliyyət göstərirdi. 
«Odur ki, Cabbar da 
qardaşı  Məhəmməd ilə Xar-
rat Qulunun məktəbində ilk 
dəfə xanəndəlik təhsili alır» 
(52-132). Cabbar bu məktəbdə 
muğam sənətinə kamil yiyə-
lənir. Qardaşı «Məşədi Məhəmməd xanəndə kimi məşhur ol-
duğundan, onu Şuşada toy və ziyafətlərə dəvət edərmişlər. Mə-
şədi Məhəmməd həmin məclislərə kiçik qardaşı Cabbarı da 
aparardı». 
Cabbar tez bir zamanda şöhrət qazanır. Böyük tarzən Sa-
dıqcan onun möcüzəli səsinin  şahidi olduqdan sonra onlar bir 
müddət yoldaşlıq edirlər. Həmin vaxtdan onlar Gəncə, Şamaxı, 
Bakı toylarına dəvət alırlar. Az sonra o, Tiflis, Orta Asiya, İran-
da ad-san qazanır. Ərəb və fars dillərini mükəmməl bilən Cab-
bar klassik Şərq poeziyasına da dərindən bələd idi. Onun re-
pertuarında Hafiz, Sədi, Füzuli, Natəvan, S.Ə.Şirvaninin qə-
zəlləri xüsusi yer tutmuşdur. 
 
Cabbar  Qaryağdı oğlu  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 149
Cabbar Qaryağdıoğlu XX əsrin  əvvəllərində Bakı  şə-
hərinə köçür. Burada Azərbaycan xalqının bir çox ziyalıları, us-
tad sənətkarları ilə yaxından tanış olur. Bakının musiqi həya-
tında  şəhərdə  təşkil olunan «Şərq konsertləri»ndə  fəal iştirak 
edir və daha da böyük ad-san qazanır. Bunun nəticəsi olaraq «O 
zaman Yaxın və Orta Şərqdə, Qafqazda ən məşhur bir xanəndə 
kimi  şöhrət qazanmış Cabbar Qaryağdıoğlu 1906-1912-ci il-
lərdə «Sport-rekord» və «Qrammafon» aksioner cəmiyyətinin 
dəvətilə Qurban Pirimov və Oqanezaşvili ilə birlikdə Kiyev, 
Moskva, Varşava şəhərlərinə gedərək səsini qrammofon valına 
salmışdı» (52.139). 
Xalq artisti, «Şərəf nişanı» ordenli Cabbar Qaryağdıoğlu 
muğamlarımızın mahir ifaçısı, təbliğatçısı,  əsl müəllimi ol-
maqla yanaşı, «xalq musiqisindən gözəl nümunələri olan təsnif 
və mahnıların toplanmasına xüsusi həssaslıqla yanaşmışdır». 
Böyük sənətkarın topladığı mahnı  və  təsniflər kitab şəklində 
işıq üzü görmüşdür. Görkəmli xanəndə, bəstəkar 84 illik öm-
rünün qırx ilindən çoxunu vətənə, xalqına, onun mənəvi dəyər-
lərinin təbliğinə həsr etmişdir. 
Cabbar Qaryağdıoğlundan bəhs edən müəlliflər göstə-
rirlər ki, o, Bakı, Gəncə, Şamaxı və başqa şəhərlərdə konsertlər 
vermiş, müsabiqələrdə bir çox sənətkarlarla - Mirzə  Məhəm-
məd Həsən, Humayin, Sadıqcan və b. iştirak etmişdir. O, şa-
maxılı  sənətkarlarla dost olmuş, Mirzənin «Şur»unu çox sev-
miş, qəzəllərindən əzbər bilmişdir. Aşıq Mirzə Bilalla yaxın ol-
muş, onun muğam boğazlarının pərəstişkarı idi. Mahmud Ağa 
Cabbara həmişə qayğı göstərmiş, maddi yardım etmişdir. 
Xalq artisti Cabbar Qaryağdıoğlu  1944-cü ildə  vəfat et-
mişdir.  
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
150
 
Məşədi İsi 
(1860-1905) 
 
Məşədi  İsi 1860-cı ildə 
Şuşa  şəhərində doğulmuşdur. 
Mənbələrin qeyd etdiyi kimi
uşaqlıqdan məlahətli səsi olan İsi 
ilk musiqi təhsilini Xarrat Qulu-
nun məktəbində almışdır. Özü də 
Hacı Hüsünün təşkil etdiyi «Xa-
nəndələr məclisi»nin fəal üzvlə-
rindən olmuş və o, tez bir zaman-
da Qarabağda məşhurlaşmışdır. 
Sonra Azərbaycanın başqa re-
gionlarına da ayaq açmışdır. 
 Məşədi  İsi eləcə  də  dəfə-
lərlə  Şamaxıda olmuş, Mahmud 
Ağa məclisinə qatılmışdır. «Mə-
şədi  İsi təkcə Qarabağda deyil
Azərbaycanın bir çox şəhərlərində 
- Gəncə, Ağdaş,  Şamaxı  və 
Bakıda dəfələrlə toy məclislərinə,  şənliklərə  dəvət edilmişdir. 
Məşədi  İsi  şamaxılı Mahmud Ağanın məclisində aylarla oxu-
muş  və  İran hakimi Nəsrəddin  şah tərəfindən bir neçə  dəfə 
Tehran şəhərinə çağırılmışdır» (52-70). 
Şamaxıda Mahmud Ağanın məclisində aylarla iştirak 
etdiyi zaman burada olan ziyalılar, «Beytüs-Səfa» məclisinin 
üzvləri - ustad Seyidlə görüşmüş, dost olmuşdur. Mahmud Ağa 
onun bütün xərclərini öz üzərinə götürmüşdür. 
Məşədi İsi 1905-ci ildə Ağdam şəhərində vəfat etmişdir. 
 
 
 
Məşədi  İsi 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 151
 
 
Zülalov Əbdülbaği Bülbülcan 
(1841-1927) 
 
Zülalov 
Əbdülbaği 
(Bülbülcan) Kərbəlayi Əli oğ-
lu 1841-ci ildə Şuşa şəhərində 
anadan olmuşdur. O, başqa 
həmyaşıdları kimi ilk musiqi 
təhsilini Xarrat Qulunun mək-
təbində almışdır. Sonra həm-
yerliləri tərəfindən bəyənilmiş
sevilmişdir. 
Natəvanın məclisinin bə-
zəyi olmuşdur. Bu istedadlı xa-
nəndə Qarabağla yanaşı, Gən-
cə, Bakı  və s. şəhərlərin də el 
məclislərinə  dəvət alardı. Bül-
bülcanın istedadlı bülbül avazlı 
xanəndə kimi sorağını alan 
Mahmud Ağa onu təşkil etdiyi 
muğam müsabiqələrinə  dəvət 
edir. Bülbülcan aylarla Şama-
xıda qalmış, orada təşkil edi-
lən musiqi müsabiqələrində  həmişə birinci yer tutmuşdur. 
Halallıq adətinə  əməl edən Mahmud Ağa onun məsrəflərini 
təmin edir və bundan savayı da onu xüsusi mükafatlandırır. 
Bülbülcan bir müddət də Tiflis şəhərində yaşayıb, burada 
musiqi dəstəsi təşkil edir. Hətta yerli teatr həvəskarları ilə ta-
maşalar da hazırlayır. Ustad xanəndə 1920-ci ildən Bakıya köç-
müş, Dövlət Türk Musiqi məktəbində muğamatdan dərs de-
mişdir. 
 
Bülbülcan 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə