Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə39/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
152
Fitri istedada, məlahətli səsə, təsirli nəfəsə  və güclü 
zənguləyə malik olan ustad sənətkar  1927-ci ildə Bakı  şəhə-
rində vəfat etmişdir. 
 
Məşədi Cəmil 
(1875-1928) 
 
Azərbaycan musiqi mədə-
niyyətində xüsusi xidmətləri olan 
Kərbəlayi  Əmiraslan oğlu Cə-
mil  Əmirov  1875-ci ildə  Şuşa 
şəhərində anadan olmuşdur. O, 
Şuşada mollaxana və  mədrəsədə 
oxumuşdur. 
Atasını tez itirdiyi üçün 
məktəbə getməmiş, ailələrinə kö-
mək etmişdir. Şuşada dərzilik sə-
nətinə yiyələnmişdir. Cəmil, həm 
də tar çalmağı öyrənmişdi. Mu-
siqişünas Nəvbabın məktəbində 
muğam dərslərini də öyrənir. Hə-
min vaxtdan sonra o, xanəndə və 
tarzən kimi məclislərdə püx-
tələşməyə başlayır. Onun sorağı 
Şamaxıya – Mahmud Ağaya da çatır. O, Məşədi Cəmili 
Şamaxıya dəvət edir. O, əvvəl bir ay musiqi məclisində iştirak 
edir, yerli xanəndə və şairlərlə tanış olur, onları müşayiət edir. 
Beləliklə, Mahmud Ağanın hörmətini qazanır. Həmin vaxtdan 
sonra Məşədi Cəmil Şamaxıya – Mahmud Ağa məclisinə təşrif 
buyuran bir çox Qarabağ xanəndələri - S.Şuşinski, M.Fərəc, 
Məşədi Zeynal, C.Qaryağdıoğlu ilə bir neçə dəfə gəlmişdir. Ye-
nə  də o, Mahmud Ağadan diqqət, hörmət və ehtiram görmüş-
dür. 
 
Məşədi Cəmil 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 153
Sonralar o, Gəncə və Tiflisdə yaşamışdır. Riqa şəhərində 
muğam və mahnılarını qrammafon valına yazdırır. Cəmil 1911-
ci ildə Türkiyədə musiqi təhsili alır. Muğamlarımızı ilk dəfə 
nota salan da Məşədi Cəmil olmuşdur. Gəncədə ilk musiqi 
məktəbi onun təşəbbüsü və səyi nəticəsində açılmışdır. 
İstedadlı xanəndə-tarzən Məşədi Cəmil 53 yaşında 1928-
ci ildə Gəncə şəhərində vəfat etmişdir. 
Haşiyə:  Cabbar Qaryağdıoğlu ustad xanəndə Xarrat 
Qulunun şagirdi Məşədi İsinin sənətinə yüksək qiymət vermiş, 
onun «Mahur» dəsgahında hansı qəzəl, təsnifləri ifa etdiyindən 
xüsusi bəhs edir. Onun Şamaxı  məclisində  əsasən, Seyid və 
Bixuddan oxuduğu qəzəli nümunə göstərir: «Şuşa  şəhərində 
bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən 
xanəndə  Məşədi  İsi «Mahur» dəsgahını çox təntənə ilə 
oxuyardı. Özü də  təsnifxanlıqda və qaval çalmaqda birinci 
sayılardı və hərdən şamaxılı məşhur şair Bixudun bu qəzəlini 
oxuyardı. 
 
Əy qofan bağrıma qan oldumu hüsnün fani,  
Dutdumu xar səsi xüsk o tər bostanı. 
 
Aldımı bəd xəzan eylədimi əfsuzdə,  
Baq hüsnündə qülü sünbülü həm rəyhanı. 
 
Varmı yadında gədalar kimi boyun burulu,  
Qabağında sənə icz edərdim pünhanı. 
 
Həsrətində ləbinin əsk əvəzi didəmdən,  
Qətrə-qətrə saçilardi ciyərimin qanı. 
 
Qan qoyardım iki dəfə danışanda ürəgə,  
Ta ki, bir kəlmə danışaydın alardın canı. 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
154
Arzu eylədim bircə təkəllüm edəsən,  
Ta edim canımı şirin ləbinin qurbanı. 
 
İndi səd şükür, o gül rənginə bənzər dodağın,  
Olub əfsurdə solub rəngi qaçıbdır qanı. 
 
Şükürallah ki, mənim surətə düşdün axır,  
Yetdi tez başa o naz eylədiyin dövranı. 
 
O gözəllik ki, həmişə ona fəxr eylərdin,  
Al ələ ayinəni bax gör o gözəllik hanı? 
 
Bəsdi Bixud ki, cəmal əhlinə adətdi bu,  
Binəfa olmasa olmaz işimin samanı... 
 
Sonra Cabbar Qaryağdıoğlu həmin muğamda Məşədi İsi-
nin o zamanlar ifa etdiyi yeddi-səkkiz təsnifin sözlərini (farsca) 
nümunə verir. Məsələn,  Cabbar göstərir ki, «Şikəsteyi-fars-
dan» sonra Məşədi İsi bu təsnifi oxuyub. 
 
Dəmədəm bir nigarın tülfi ruyi yad edər könlüm 
Gecə ta sübh olunca naləi fəryad edər könlüm,  
Yıxıb bünyad səbri ah ilə bərbad edər könlüm,  
Cigər qan ilə hərdəm çeşmimə imdad edər könlüm... 
 
...«İndi hər bir kəs sual etsə ki, nə üçün «Mahur»da, bu 
qədər çox təsnif olar və başqa dəsgahlarda yox? O zaman cavab 
verirəm ki, «Mahur» «Rast» ilə «müxəmmər» bir mürəkkəb 
məqamdır ki, çox incəlikləri ifadə edir... Avropalılar 
«Mahura» «Mazor» deyirlər ki, onların da çox mahnıları 
mazor üstə gəlir» - (Cabbar Qaryağdıoğlu) 
 
 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 155
 
Davud Səfyarov 
(1875-1917) 
 
 
Davud Səfyarov  1875-ci 
ildə Bakı  şəhərində anadan ol-
muşdur. O, atasını çox erkən itir-
mişdir. Bakıda ağır ehtiyac içə-
risində yaşayan başsız ailə 1884-
cü ildə  Şamaxıya köçür. Deyi-
lənlərə görə, hələ kiçik yaşla-
rından Davudun gözəl səsi diq-
qəti cəlb edir. Yaxın adamlarının 
təkidi ilə anası onu Mahmud 
Ağanın yanına aparır. Mahmud 
Ağanın 14 yaşlı Davudun məla-
hətli səsindən çox xoşu gəlir. 
Təhsil almaq üçün onu mədrə-
səyə qoyur. Onun musiqi təhsili 
alması, xalq mahnıları, muğam-
larımızı öyrənməsində ustad xanəndə Mirzə  Məhəmməd Hə-
sənin çox böyük əməyi olmuşdur. Mirzənin məsləhəti ilə gənc 
yaşlarından Davud məclislərə ayaq açır. Mahmud Ağanın məc-
lisinin kamil xanəndəsinə çevrilir. Mənbələrdə qeyd edildiyi ki-
mi, onun ürəyə yatımlı və zil səsi olmuşdur. Şakəri də, «Baya-
tı-Qacar», «Mahur», «Şur», «Çahargah», «Şahnaz» mu-
ğamları və «Mənsuriyyə», «Kəsmə Şikəstə», «Şah Osmanlı» 
və s. olmuşdur. Mahmud Ağa məclisinin yarışlarında həmişə 
iştirak etmiş  və birincilik qazanmışdır. O, Bakıya köçəndən 
sonra da şamaxılı  şair, maarifçilər - C.Cəbrayılbəyli, M.Mah-
mudbəyov, S.M.Qənizadə, A.Səhhət, M.Hadi ilə dostluq et-
mişdir. D.Səfyaraov sənət dostları C.Qaryağdıoğlu, Məşədi 
Davud  Səfyarov 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə