Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə47/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 187
Ey əzizimgəlibən şur ilə köftarə özün, 
Eylədin haqlı Züleyxa ruhi-dildarə özün, 
Çəkdin ol Yusifi-gülçöhrəni bazarə özün, 
Eylədin ərz məta eyni xiridarə özün,  
Sonra döndün niyə bəs təlqi-xiridar elədin. 
 
Ey Humayi-qəsəm ol padişahi-qəhharə,  
Ki, veribdir qulağa səm necə gör nəzzarə,  
Hüsn də Yusif ola gər o məhi səyyarə,  
Olmayıb pirəhəni-isməti hərgiz parə,  
Yox yerə sən bu işi böylə qərəz dar elədin. 
 
Xub, tutaq Sadığa lazım görünürdü böhtan,  
Neyləmişdi sənə Mahmud Ağa, ey ruhi-rəvan,  
Şərm edib, gözləmədin həqqi-nəmək, hörməti-nan,  
Gedibən Qələyə
2
 haqqında danışdın hədyan,  
Filhəqiqə nə onu, sən
 
özünü xar elədin. 
 
Ağanın neməti-əlvani gözündən gəlsin,  
Süfreyi-bəzmi-Süleymani gözündən gəlsin.  
Kababu şərabu buryani gözündən gəlsin. 
Meyi olsun cigərin qani gözündən gəlsin,  
Çünki həqiqində olan feyzini inkar elədin. 
 
Gəlmisən bir neçə dəfə sən özün Şirvanə,  
Hüsndə bənzər idin mehri məhi-təbanə,  
Sənə də Mahmud Ağa etdi xəyanət ta nə?  
Niyə bica yerə saldın kişini böhtanə,  
Binəvanın nə üçün fısqini iqrar elədin. 
 
Nəğəmat əhlinə Mahmud Ağanın rəğbəti var,  
Bilməyən yoxdu bu əsrarə onun şöhrəti var.  
                                                 
2
 Qələ - Şuşa şəhəri 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
188
Gər ola həqqi də vardır kişinin dövləti var,  
Dövləti, mərifəti, ləzzəti var, hörməti var,  
Sən bu zahir işi bais nədir inkar elədin. 
 
Saxlamaq adət olubdur kişiyə xanəndə,  
Neçə xanəndə ona yeksər olub payəndə.  
Biri Səttar, Həsən Çəpdi, bilirsən sən də,  
...Ola hər kimsə məgər sazəndə?  
Sadığa kəzbi nə üçün belə səzavər elədin. 
 
Çəkməyirdin nə üçün bəs Şükürün qeyrətini,  
...Həmi həm də yazığın övrətini,  
Gəlibən, kəsib yeyərdin Mahmud Ağanın… 
İndi bəs qeyrətü namusa gəlib var elədin.

 
«Sadıqcanın sənətinə və şəxsiyyətinə son dərəcədə aludə 
olan Mahmud Ağa onu xanəndə Hacı Hüsü ilə tez-tez Şamaxı-
ya qonaq dəvət edərdi. Bu isə Xan qızı Xurşidbanu Bəyim Na-
təvanı  əsəbiləşdirərdi. Çünki Sadıqcan Xan qızının məclisləri-
nin yaraşığı idi. İstər Xan qızı sarayındakı ziyafətlər, istərsə də 
«Məclisi-üns»ün yığıncaqları Sadıqsız keçinməzdi. Maraqlı bu-
rasıdır ki, Mahmud Ağa ilə Natəvan arasında uzun illər yazışma 
olmuşdur» (52- 60-63). 
... «Məhəmməd Həsənin gözəl səsindən və musiqi isteda-
dından xəbər tutan Mahmud Ağa gənc xanəndəni öz sarayına 
dəvət edir. Məhəmməd Həsən xanəndəlik sənətinin incəlikləri-
nə burada bələd olur. Mahmud Ağa Kərbəlayi Əkbərdən sonra 
Məhəmməd Həsənin həyatında böyük rol oynayır. Mahmud 
Ağa varlı mülkədar olsa da, dindən, cəhalətdən uzaq idi. Buna 
baxmayaraq, tamahkar mollalar və seyidlər maddi cəhətdən 
Mahmud Ağadan asılı olduqlarına görə ona bir söz deməkdən 
çəkinir, xəlvətdə  lənət oxumaqla təsəlli tapırdılar. Mahmud 
                                                 
3
 S.Ə.Şirvani. Divan, Təbriz, 1897, 5226-228 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 189
Ağanın sarayında Məhəmməd Həsən musiqi elminə daha dərin-
dən bələd olur. Mahmud Ağanın müsabiqələrində yaxından işti-
rak edirdi. Bu məclislərdə bir xanəndə kimi püxtələşən Mirzə 
Məhəmməd Həsən nəinki Şamaxı müğənniləri arasında birinci 
yer tutmuş, hətta Hacı Hüsü, Əbdülbaqi Bülbülcan kimi böyük 
müğənnilərlə müsabiqəyə girmişdi (səh; 111-112) 
 
 
 
 
 
 
 
 
 
 
S.Ə.Şirvani “Divan”, 1897, Humayina yazılmış həcvin  
bir səhifəsi 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
190
 
V.Məmmədovun «Muğamsöz, ifaçı» əsərindən 
 
«Hər  şeydən  əvvəl, Mirzə 
Məhəmməd Həsən məharətli bir 
ifaçı  və musiqiçi idi. Qeyd 
etdiyimiz kimi, o, ömrünün yarı-
dan çoxunu doğma sənətə  həsr 
etmişdi. 
Onun ustadı  həmyerlisi 
Kərbəlayi  Ələkbər adlı bir mu-
siqiçi olmuşdur. Gənc xanəndə 
onunla birlikdə böyüklü-kiçikli 
məclislər görmüş, xalqın nəfəsi, 
elin mizanı onu məhəkə  çəkmiş, 
sənətin sirli, ağır imtahanından 
uğurla çıxmışdır. M.M.Həsən 
dəfələrlə musiqipərəst Mahmud 
Ağanın qonağı olmuş, onun 
tələbkar zövqünü oxşaya bilmişdir. Qeyd etmək lazımdır ki, 
Mahmud Ağa  Şirvan xanəndələrini tez-tez evində qonaq edər, 
onların  çalıb-oxumasına qulaq asar, yarış keçirərmiş. O, 
kənar yerlərdən də bu müsabiqəyə sənətkarlar dəvət edərmiş. O 
zaman Qarabağda məşhur, füsunkar müğənni Hacı Hüsü, 
novator tarzən Sadıqcan  Əsəd oğlunu  Şamaxıya dəvət etmiş
onların  şəninə  məclis düzəltmiş, könüllər fəth edən 
nəğməkarları yüksək qiymətləndirmişdi. 
Mirzə Məhəmməd Həsən də bu məclislərdə iştirak etmiş, 
dövrün nəhəng sənətkarlarını dinləmiş, onlardan yeni-yeni 
guşələr, xallar əxz etmişdi». 
 
 
 
 
 
Vəli Məmmədov 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 191
 
Ruhları şad olsun... 
 
(Akademik Feyzulla Qasımzadənin xatirələrindən) 
 
«Sevimli müəllimim, aka-
demik, mərhum Feyzulla Qa-
sımzadə bir gün dərs saatında 
tələbələrə danışırdı ki, Mahmud 
Ağanın az ədəbi-musiqili məc-
lisi olardı ki, Seyid Əzim  Şir-
vani iştirak etməsin. 
Seyid olan məclisin öz 
ahəngi, öz ritmi var idi. Kasıb-
ların,  əlsiz-ayaqsızların dolana-
cağı daha ağır idi. O dövrdə Şa-
maxıda xeyirxah insanlar çox 
idi. İmkansızlara əl tuturdular... 
Bəzi varlılar isə gecələr yox-
sulların həyətlərinə pay göndə-
rirdilər.  İstəyirdilər ki, ev yiyə-
ləri payın kim tərəfindən gön-
dərilməsini bilməsinlər. Eləcə də Mahmud Ağa. 
Bir gün Seyid Əzimin yaxşı tanıdığı bir nəfər onlara gəlir. 
Ailəsinin ac olduğunu bildirir. Seyid çıxılmaz vəziyyətdə qalır. 
Elə dünən Mahmud Ağanın göndərdiyi buğdanı  əlsiz-ayaqsız, 
qohum-qonşulara paylamışdı.  İndi bəs nə etsin? Qonağın isə 
ümidi təkcə ona idi… 
Elə bu vaxt Mahmud Ağanın göndərdiyi adam içəri girdi. 
Bildirdi ki, Ağası Seyidi məclisə dəvət edir. Qarabağdan 
qonaqları  gəlmişdir. Bu xəbər Seyidə bir az təskinlik verir. 
Evdə qonağı rahatlamağı tapşırıb, Mahmud Ağagilə gedir. 
 
Akademik 
Feyzulla  Qasımzadə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə