Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə49/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
196
bərabər tutduğu, səsilə  gəncliyində böyük şöhrət və  məhəbbət 
qazanmış Mirzə  Məhəmməd Həsən ömrünün sonlarına doğru 
gözlərindən, qulaqlarından məhrum olmuş bir fələkzədəydi. 
Tale - fələk onunla, bir sənətkarla həm də  məhz səs, muğam, 
xanəndəlik sənətkarıyla belə amansız rəftar etmiş, onu sevdiyi 
təranələri eşitməkdən, məftunu və yaraşığı olduğu toy 
şənliklərini görməkdən məhrum etmişdi. Bu elə bir faciədir ki, 
misli sənət dünyasında nadir tapılar. Mirzə  Məhəmməd Həsən 
həm də  şair idi. Torpağın hər zərrəsi bir şair ürəyindən xəbər 
verən qədim  Şirvan ocağında,  şeir-sənət dünyasında, Seyid 
Əzim qulluğunda Azərbaycan xanəndələrinə «diplom» verən, 
uğurlu yol diləyən Mahmud Ağa məclislərində sanki şair 
olmamaq mümkün deyildi» (44-58). 
 Firidə xanım onu da deyirdi ki, Əzizə xanım “Aləmdə 
səsim var mənim” romanını yazanda bir aya qədər  Şamaxıda 
onlarda qonaq qalıb, yaşlı insanların yaddaşından çox 
əhvalatlar öyrənmişdir...” 
 
*** 
 
Mən də  hər dəfə  Şamaxıdan keçəndə Seyid Əzimin 
məzarını ziyarət etməsəm, ona baş  əyməsəm, keçib gedə 
bilmərəm. Sabirin qəbri yoldan uzaq olduğu üçün ora gedə 
bilmərəm və bu günahımı boynuma alıram.  Şirvan torpağının 
Azərbaycana verdiyi dahilər çoxdur. Azərbaycan onda itirdi ki, 
Şamaxı yandı, paytaxt Bakıya köçürüldü. 
Çox yerdən, həm də sizdən yüzlərlə məktub alıram. Lakin 
Şamaxıya olan hörmətim  şamaxılılardan aldığım məktublara 
daha diqqətlə yanaşmağıma səbəb olur. Qarabağla  Şirvanın 
musiqi-poeziya  əlaqələri heç də  təsadüfi deyil. Məsələn, XIX 
əsrin böyük şairi Seyid Əzim  Şirvani Qarabağ  şairləri ilə çox 
əlaqədə olub. 
Mahmud Ağanı ilk dəfə oxuculara mən tanıtdım. Bununla 
fəxr edirəm. Bu məqsədlə Tiflis, Sankt-Peterburq, Səmərqənd 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 197
arxivlərində material toplamışam. Mahmud Ağa çox böyük 
şəxsiyyətdir. Hacı Zeynalabdin Tağıyevin abidəsi açılanda mən 
dedim; həyatda milyonçunun da kişisi olub, kasıbın da. Və ya 
əksinə. Mahmud Ağaya varlısan deyib, onu unutmaq namərd-
likdir. Kişinin varı olar. Bir gün məndən soruşdular ki, Şuşada 
kasıb olub? Dedim: - kasıb yox, tənbəl olub. Ticarət şəhərində 
kasıb olmaz. 
Bu məclisdən ona görə narazıyam ki, gecəni Mahmud 
Ağa məclisi  əsasında qurmayıblar. Mahmud Ağanın Xan qızı 
Natəvanla Sadıqcana görə uzun müddət yazışması olub. Bunlar 
əvvəllər çox dost olublar. Onu da qeyd edim ki, Natəvanın 
anası  Bədircahan xanım 1832-ci ildə  Şamaxıda məktəb 
açılmasına 150 min manat pul verib. Bu haqda «Qafqaz» 
qəzətində yazılıb... 
....Mahmud Ağa çox əliaçıq olub. XX əsrin  əvvəllərində 
Tağıyev kimi su kəmərlərinin çəkilməsində, karvansaralar 
tikilməsində, körpülər qurulmasında böyük xidmətləri olub. O 
həm də ictimai xadim kimi məşhur idi. Onun məclisinin 
yaraşıqlılarından biri Hacı Hüsü və  Məşədi  İsi olmuşdur. 
Qafqazın harasında bir xanəndə yetişsəydi, gərək o, Mahmud 
Ağanın yanında ola və xanəndəliyini təsdiqləyəydi. Mahmud 
Ağanın  ən sevimli xanəndələrindən biri də Qaryağdıoğlu 
Cabbar olmuşdur. O, Mahmud Ağanın məclisində uzun müddət 
oxuyub.  İndi deyirlər ki, musiqiçilərin müsabiqəsi keçirilir, 
halbuki ilk dəfə Azərbaycanda bu işi Mahmud Ağa görüb. 
Mahmud Ağanın yaxın dostlarından biri də  Məşədi Zeynal 
Haqverdiyev,  Əbdürrəhimbəy Haqverdiyevin əmisi oğlu 
olmuşdur (13-60). 
 
*** 
«…Açıq deyilməsə  də, Mahmud Ağa  şairin vəziyyətini 
başa düşürdü: «Evində yenə də, yəqin ki, dəyirmanlığı yoxdu. 
Külfəti çətinlik çəkir, bəlkə, elə bunun üçün də  gəlib, amma 
üzü gəlməz ki, desin. Nə  qədər tapşırıb, xahiş eləyirəm ki, 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
198
vaxtaşırı yadıma salsın, başım gəlib-gedənə qarışıq olur, 
yadımdan çıxır, o da ildə bir yol heç olmasa belə bir işarə  də 
vermir... Nə isə, lənət şeytana…» 
-Ağa, yoxsa külfətin çətindədi? 
Seyidin dodaqlarında incə, güclə duyula bilən kinayəli 
təbəssüm sezildi: 
«Səndə  nə günah var? Və niyə  də  təəccüb edəsən? 
Əkənim yox, biçənim yox...» Sonra birdən-birə  şuxluğa salıb, 
vəziyyəti məclisdəkilər duymasın deyə, dilləndi: 
- O da var, başqası da... Yanına başqa bir iş üçün 
gəlmişdim... Elə bir fərəh məclisinə düşdüm ki... 
- Müsəlmanzadəliyi unudub, bütpərəst oldun yenəmi? Eh, 
Ağa, hayıf ki, bir az gec gəlmisən. Cavan bir şuşalı balası 
xanəndə gəlib bizə. Əhməd Ağanın ərvahına and olsun ki, onun 
kimi ürəyəyatan səsli xanəndə  hələm bizim məclisdə 
oxumuyub.  Əgəm bunu mən özüm dilimə  gətirib deyirəmsə
inan mənə, Ağa! Səndən bir az irəli dincəlməyə  təşrif aparıb. 
Xörəkdən sonra inşallah qulaq asarsan. Özü də  sənin bir 
qəzəlini mənim təzə tərtibimlə «Sarənc» üstündə bir oxuyur ki! 
Vallahi elə bil bir bülbüldü güldən ötrü, siz şairlər demişkən, 
cəh-cəh vurur… Özün görərsən...Çox da ağıllı cavandı... Sabah 
yox, o birisi gün Dərgahqulu bəyin oğlunun toyudu, yazıb 
məndən cəngi dəstəsini xahiş eləyib, gedərik; gedəndə  şuşalı 
balasını da apararıq. Qoy ona da, bizə  də töhfə olsun. Nadir 
nəfəsi var... 
Seyid sükut içində yenidən hər şeyi unudub öz musiqi və 
tarəb aləminə dalan Mahmud Ağanı dinləyirdi, nəhayət, dedi: 
- Onda sizi və bütün dostlarımızı bu nadir səs və nəfəslə 
təbrik edirəm... Amma məni  əfv buyurun, xahişim özgədir 
sizdən... 
Mahmud Ağa heç bir çətinlik qarşısında durmayan və heç 
bir ağır, ciddi işlə özünü yormaq istəməyən adamlar kimi əlini 
cəld gözünün üstünə qoydu: 
- Nə işin olsa, mənim bax, bu gözlərim üstə... 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə