Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə52/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
206
Mahmud Ağa həmin hadisəni yadına saldıqca bir də 
gülür, Seyid Əzim də özünü «Ağa» qələmə verən lovğa nökərin 
vəziyyətini təsəvvürünə gətirib gülümsəyirdi… 
 
*** 
...Ağalar ayaqqabılarını çıxarıb xalıların üzərinə salınmış 
nimdərlərin üstündə oturdular. Məclisdə yuxarı  aşağı baş 
olmasa da Mahmud Ağa, Seyid Əzim,  İsgəndər bəy və baş-
qaları ilə yanaşı, qismən çinli bəylər, onlardan aşağı cavanlar və 
sazəndələr  əyləşmişdi. Tarzən Sadıqcan tarı kökləyirdi. 
Xanəndə Hüsü nökərlərdən birinin manqal üstündə qızdırıb ona 
verdiyi dəfı əli ilə sürtür, oxumağa hazırlaşırdı. Hüsü Sadıqcan 
kimi, səd çuxa və boz köynək geymişdi, çuxasının  ətəklərini 
öndən təkbəndinə sancıb dizi üstə oturmuşdu. Hər ikisinin 
başında çalmayı papaq var idi. Hüsü əlini dəfin dərisinə sürtüb 
onu qızışdırdıqca, gözaltı Hacı Seyid Əzim Şirvaniyə baxır və 
düşünürdü; bu gün o öz böyük, şöhrətli müasirinin təzə bir 
müxəmməsini oxuyacaq idi. Hələ dünən gecə Mahmud Ağa 
müxəmməsi ona verib əzbərləməsini tapşırmış və hansı muğam 
üzrə oxuyacağı haqqında onunla məsləhətləşmişdi. Müxəm-
məsin məzmunu bu günkü məclisə uyğun, vəzni isə elə bil 
məhz «Rast» muğamına həmahəng idi. «Görəsən Ağa 
bəyənəcəkmi? Qalanları demirəm, bircə  şair özü, bir də Mah-
mud Ağa bəyənsə, bəsimdi». O, təzəcə məclisə çıxan gənc xa-
nəndə kimi həyəcan keçirirdi. Seyid Əzim kimi şairin qul-
luğunda, Mahmud Ağa kimi musiqişünasın qarşısında bu günkü 
məclis əsl bir imtahan idi. O bu gecə çox gec yatmışdı. Əvvəlcə 
Seyidin müxəmməsini  əzbərləmiş, sonra da tamam dəsgahın 
başqa hissələrində oxuya bilmək üçün Füzuli qəzəllərindən, 
Gülüstan seyrəngahına müvafiq olan bir qəzəl də seçmişdi. 
Səhər sübh yuxudan oyanan kimi müxəmməsi yenidən təkrar-
lamışdı. Bununla belə yenə  də arxayın deyildi. Həyəcanını 
büruzə verməmək, barmaqlarındakı titrəyişi gizlətmək üçün 
durmadan sol əli ilə dizinə dayadığı dəfi sağ əli ilə sürtməkdə 
davam edirdi. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 207
Nəhayət, tar kökləndi, Mahmud Ağanın xəfif işarəsilə 
Sadıqcan «Rast»ı başladı. 
Muğamın mayəsi eşidilincə Hüsü bütün varlığilə Sadığın 
mizrabından qopan fəryadlara daldı, hər  şeyi, yığılan ağaları, 
ətrafda manqal başında  əlləşən cavanları unutdu… Onun do-
daqlarından, qəlbinin dərinliklərindən gələn bəm səslər qopub 
tökülməyə başladı: 
 
Güş qıl, ey ki, bilirsən özünü vaqifi-kar, 
Agəh ol, gör ki, nədir naleyi-ney, nəğməyi-tar! 
Nədir ol xuşk olan çubda bu naleyi-zar ? 
Ki, sədasından onun qarət olur səbru qərar? 
Açmasın pərdəni hər pərdədə var yüz əsrar... 
 
Seyid  Əzim ilk kəlmələri eşidincə diksindi, gözücü ya-
nında əyləşən Mahmud Ağaya baxdı. Mahmud Ağanın gözləri 
daxili bir fərəhdən gələn təbəssümlə  qıyılmışdı. O, məxmər 
mütəkkəyə dirsəklənib sözlərin, sehrli pərdələrin ahənginə uy-
ğun başını yırğalayır, qəlbində sanki muğamın mayəsini xanən-
dənin rahəngiz səsilə birlikdə  təkrarlayır, oxuyur, zümzümə 
edirdi. Bu sözləri elə bil şair onun üçün yazmışdı, xanəndə də 
öz ecazkar səsilə təkcə onun üçün oxuyurdu. 
Bu  şeirdə müraciət olunan, «vaqifi-kar» o özü idi. O bu 
muğamdakı «naleyi-ney, nəğməyi-tar»a agah idi, quru taxtadan 
çıxan, «naleyi-zar» onun səbrü qərarını qarət edir, ona yüz əsrar 
açırdı. Bu nəğmələr sülləm-nərdivan olub onu ərş baminə - 
göylərə qaldırdı. O da xanəndə ilə birlikdə «kəsb elə elmü ədəb 
feyzin əgər adəmsən, fəhm qıl gör ki, nədir musiqiyü-müsiqar» 
- deyə təkrar edirdi... 
Şair, gözlərini Sadıqcan və Hüsüyə çevirdi. Hər iki 
sənətkar Seyidin dili ilə dinləyicilərə  nəsihət verir, onları arif 
huşyar, sənət aləmini, musiqini dərk edən olmağa çağırır, 
biganələri könül aləmindən qovurdu. 
Sadıq elə bir aludəliklə çalırdı ki, Hüsünün nə zaman 
təsnifə, daha sonra «Şikəstəyi-farsa» keçdiyindən onun xəbəri 
olmadı. “Şikəstəyi-fars” üçün Hüsü, “Füzuli” qəzəlini seçmişdi. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
208
Qəzəl bahar əyyamından, könül oxşayan güllərdən, çəmən-
lərdən, Gülüstan kimi seyrəngahdan bəhs edirdi. 
 
Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ, 
Onda tutsun qonçəvəş hər kim ki, eyş istər, otaq. 
Qönçələr açıldı, seyri-bağ edin, ey əhli-dil, 
Kim, görüb güllər, könüllər açılan çağdır bu çağ. 
 
Əgər Seyid müxəmməsi insanları musiqidən, arif 
məclisindən zövq almağa çağırırdısa, Füzuli qəzəli bu arifləri, 
əhli-dilləri təbiəti duymağa dəvət edirdi. «La şairə illa Füzuli» - 
deyə Seyid Əzim öz qədim məsəlini təkrarladı, əsərinin böyük 
ustadınkı ilə yanaşı oxunmasından bir daha fərəhləndi. Hüsü isə 
Gülüstanla həmahəng oxuyurdu: 
 
Səndən, ey bülbül, füzundur məndə möhnət fəsli-gül,  
Sənsənü min tazə gül, hala mənü min tazə dağ. 
 
Birdən-birə  ətrafa dərin bir sükut çökmüşdü. Elə bil 
susmuş  təbiət, zümrüd təpələr, göy çəmənlər, uzaqlarda-
yaxınlarda tək bir xəyal kimi firuzəyi göylərə ucalmış  ağaclar 
nəfəsini gizləyib onun təranələrini dinləyirdi. Bu səslərdə, bu 
sehrəngiz zəngulələrdə  dərin bir kədər, sirli, nakam bir 
məhəbbət inləyirdi. Muğam gah pərdə-pərdə zilə ucalır, gah da 
dalğa-dalğa bəmə enir, ümman kimi gah sahili yalayır, gah 
ənginliklərə çəkilir, Füzulinin, Seyidin ölməz əsərlərinin sözləri 
bu səslərdə  kəpənək kimi qanad çalır, pərvanə kimi özünü 
şəmin alovlarına çırpır, qanadları qarsalanır, yanırdı...  Əbədi, 
əzəli məhəbbət özünü bütün ehtirasları sonsuz qəmi, kədəri ilə 
naümid və nakamlığı ilə dillənir, sızlayırdı. Muğamın sonuna 
doğru Hüsü, qəzəlin möhrə bəndini oxuduqda:  
 
Məhrəm olmaz rindlər bəzminə mey nuş etməyən,  
Ey Füzuli, çək ayaq ol bəzmdən, ya çək əyaq. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə