Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə54/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   50   51   52   53   54   55   56   57   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 213
onların qayğıları  həll olunar, maddi ehtiyacları ödənilərdi
Bu sarayda məclisə, müsabiqələrə  çıxarılan gənclər 
püxtələşdikdən sonra kamil sənətkarlar kimi yenilərinə sənətin 
sirrini öyrədərdilər.  Əsl ali tədris müəssisəsində olduğu kimi. 
Ona görə  də qürurla deməliyik ki, Mahmud Ağa  Şərqin ilk 
“Muğam Universiteti”nin və sözün əsl mənasında “Poeziya 
Universiteti”nin özülünü qoyan nəcib xeyriyyəçidir.  
«Şamaxı» kitabı üçün təxminən 1980-l985-ci illərdə 
Şamaxıda Mahmud Ağa ilə bağlı  rəvayətlər, məlumatlar 
toplayanda hələ onun xeyirxahlığının  şahidi olan, 80-90 yaşlı 
qohum-əqrəbaları yaşayırdılar. Bəziləri də  nənə, babalarından 
eşitdiklərini yaddaşlarında o illərə çatdıra bilmişdilər. Ağanın 
bulaqları, körpüləri, dəyirman və karvansaralarının yerləri 
çoxlarına məlum idi. Həmin illərdən başlamış  Şamaxı 
xeyriyyəçiləri, bəy-bəyzadələri, M.Ə.Sabir, M.Hadi, 
S.Ə.Şirvani, M.Mahmudbəyov və başqaları haqqında məlumat, 
sənəd topladım. Eləcə də Mahmud Ağanın qohumları haqqında. 
Əlbəttə, bu 30 illik axtarışların hamısı ilə bölüşmək çətin olsa 
da, ən vaciblərini qeyd etmək mümkündür.  
Bizim araşdırmalarımıza görə, Mahmud Ağanın Əhməd 
bəy, İbrahim Xəlil bəy, Ağa bəy, Cavad bəy adlı 4 oğlu və 
Bəyim xanım adlı bir qızı olmuşdur. İki əsri əhatə edən bu nəs-
lin yüzlərlə  və  hətta minlərlə nümayəndəsi olması başa düşü-
ləndir. Təbii ki, Mahmud Ağanın nəsil şəcərəsi haqqında ətraflı 
məlumat vermək həm çətin, həm də ki, mümkün deyildir. Lakin 
biz Mahmud Ağanın nəsil şəcərisinin bir neçə budağı haqqında 
geniş, onun digər uşaqlarından olan nəvə, nəticə, kötükcələri 
haqqında isə  qısaca bildiklərimizi, öyrəndiklərimizi qələmə 
aldıq. Onu da qeyd edək ki, kitaba Mahmud Ağanın böyük oğlu 
Hacı Sultan Əhməd Ağa və Hacı  İbrahim Xəlil bəyin nəsil 
səcərəsi haqqında ətraflı məlumatlar verilmişdir.  
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
214
 
 
 
 
 
 
 
 
 
 
MAHMUD AĞANIN BÖYÜK OĞLU 
HACI SULTAN ƏHMƏD AGANIN NƏSİL ŞƏCƏRƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 215
 
Mahmud Ağanın böyük oğlu 
Hacı Sultan Əhməd Ağa 
 
Beş barmağın beşi də bir olmadığı kimi, övladlarda da 
fərq olur. Mahmud Ağa  övladlarının hamısına qayğı  və 
məhəbbətlə yanaşsa da Sultan  Əhməd Ağanı   hamıdan çox 
sevərdi. Çünki ona atasının adını qoymuşdu. Ürəyində ata 
nisgili baş qaldıranda oğlundan alardı ətrini. Amma o ata kimi 
övladlarına qarşı  mərhəmətli və  rəhmli olduğu qədər də 
tələbkar və sərt idi. Elə bu ata tələbkarlığı, kökə, nəslə bağlılıq  
Sultan  Əhməd Ağanı  hər bir müsəlmanın arzusunda olduğu 
müqəddəs Məkkə və Mədinə torpaqlarınadək aparıb çıxarmışdı. 
O vaxt Həcc ziyarətinə gedən yolun təhlükələri də olurdu. 
Ziyarətə yola düşən karvanlara, zəvvarlara hücumlar da olurdu. 
Bu uzun yola çıxmaq üçün istəkdən, Tanrıya sevgidən savayı, 
mərdlik, cəsurluq və  həm də  təcrübəli olmaq vacib idi. Sultan 
Əhməd Ağa kamil tərbiyə aldığından, babalarından, kökdən 
gələn cəsarət və hünər sahibi olduğundan bu yolun qorxu və 
təhlükələrindən çəkinmirdi.  
Mahmud Ağa da övladının dərrakəli və tədbirli olduğunu 
bildiyindən Həcc ziyarətinə  Şamaxıdan ürəyi Məkkə  eşqi ilə 
yanan, amma buna maddi imkanı çatmayan xeyli adamı da öz 
maliyyə vəsaiti ilə oğluna qoşardı. Hacı Sultan Əhməd Ağanını 
ən sevimli oğlu Soltan bəy olub.Ümumiyyətlə Soltan bəy 
nəinki atasını, hətta babası Mahmud Ağanın da ən istəkli nəvəsi 
olub. Çox cəsarətli, saf, vətənpərvər yoxsullara əl tutan bir 
insan olub Soltan bəy. Onun nəcibliyindən bəhs edən 
əhvalatları  Şamaxıda bu gün də xatırlayan və bilənlər var. 
Deyirlər ki, bir gün Mahmud Ağanın həyat yoldaşı  və  gəlini 
Fərrux xanım (Əhməd Sultan ağanın həyat yoldaşı) toya 
hazırlaşırlarmış. Geyinib keçinirlər, bər-bəzəklərini, qızıl sırğa, 
qolbağlarını taxanda görürlər ki, nələrsə çatmır. Baxanda aydın 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
216
olur ki, bir xeyli miqdarda qızıl və ətəklərə sıra ilə tikilən qızıl 
pullar  əskikdir. O vaxtı ailənin qanunu elə idi ki, kimsə 
əmanətə əl vurmazdı və belə əməlin cəzası da yüngül olmazdı.  
Mahmud Ağaya kəm-kəsir barədə  xəbər verirlər. Ağa tövrünü 
pozmadan  belə cavab verir: 
- Mənim evimdə nökərdən tutmuş ailəmə qədər heç kim 
əmanətə xəyanət etməz. Bunu ağlınıza gətirməyin! Çünki mən 
hamının haqqını yetərincə ödəyirəm.  O ki qaldı qeyb olan 
qızıllara, yəqin yenə Soltan bəy ehtiyacı olanlara əl uzadıb. Bu 
oğurluq deyil.  
Mahmud Ağa özü uşaqlarını da, nəvələrini də öyrətmişdi 
ki, qazanılan varidatın bir qismi fəqir-füqaraya, çətinə düşən 
kasıba paylayın ki, Tanrı da sizin sərvətinizi artırsın. O 
xəsisliyi, kimlərinsə ehtiyacına xərcənmək üçün vacib olan 
pulu gizlətməyi sevməzdi. Övladları, nəvələri də babalarının 
xeyriyyəçiliyi ilə öyünər, vacib olanda da onun əməllərini 
təkrar edərdilər. Soltan bəy isə babasına demişdi ki, götürdüyü 
pulla şəhərdə mədrəsə açmaq istəyən savadlı, lakin imkansız bir 
müəllimə əl tutub. Mahmud Ağa da gülümsəyib cavab vermişdi 
ki, mənə  də deyirlər ki, qızıllar itib. Xərclədiklərinin  əvəzini 
mütləq görəcəksən. Savadlı adamların sayı artacaq, sənə dua 
edənlər, yaxşılıq arzulayanlar çoxalacaq. Çevrənə bilikli adam-
lar yığışacaq. Kasıba  əl tutmaqdan, ehtiyacı olana dayaq dur-
maqdan, maarifə pul xərcləməkdən çəkinməyin. İtirməyəcəksi-
niz, əvəzini isə Allah artıqlaması ilə verəcək, tanrının gözündə 
ucalacaqsınız. Bundan böyük qazanc varmı? Soltan bəy də ba-
basının tövsiyəsinə qulaq asar, tez-tez məhəllədə yaşayan kasıb 
yoldaşlarına  əl tutardı. Allah belə  səxavətli  əməlləri dəyər-
ləndirən və savaba yazandır. Mahmud Ağa nəvəsi Soltan bəyi, 
zadəgan,  əsilli qohumu Mustafa xanın kökündən olan Surxay 
bəyin, Azad bəyin ciyərparələri olan Soltan xanım ilə evlən-
dirir. Dilçi–alim, akademik Məmməd ağa Şirəliyev – Soltan 
xanımın doğma qardaşı oğludur. Soltan xanımın ailəsinin Kür 
sahillərində zəngin iqamətgahları və çox sayda at ilxıları olub. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə