Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə51/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 203
dəfə görürdü, həm də bu «Seyyidi-ali nəsəb» haqqında o, 
vətənin şair və musiqişünaslarından - Asidən, Nəvvabdan nələr 
eşitməmişdi... Qəlbindəki titrəyişlə sevdiyi şairin qarşısında diz 
çökdü, əyilib qəzəli ona uzadan əlindən öpdü və qalxıb yerinə 
keçdi... Tarzənə nə çalmalı olduğunu pıçıldadı... Musiqi «Dəş-
tiyə» keçəndə  «Şuşalı balası»  şairin ona təqdim elədiyi yeni 
qəzəli oxumağa başladı... 
... Məclis dağılmış, onlar otaqda cəmi bir neçə  nəfər 
qalmışdır. Bu gün şair Hacı Seyid Əzim  Şirvani öz dost və 
həmsöhbəti Mahmud Ağa, əməl yoldaşı Rza bəy, Cavad və bir 
neçə başqa ziyalı cavanlarla açmaq istədiyi yeni məktəb 
haqqında ciddi söhbət etməli, hərənin bu yolda öz öhdəsinə nə 
götürəcəyini bölüşdürməli, nə vaxt, harda işə başlayacağını 
qərarlaşdırmalı idi... 
...Yasovul Ağa Bəşir gələndə Seyid, Mahmud Ağagildə 
idi. Qalada təzə peyda olmuş bir tarzəndən söhbət gedirdi, 
musiqi aşiqi Mahmud Ağa danışırdı:  
- Belə deyirlər ki, adı Sadıqdı, cavan adam olsa da, elmi-
musiqiyə mahirdi, yaxşı  bələddi. Qaladakı dostum Kərbəlayi 
Xudaverdiyə yazmışam ki, mümkün olan kimi onu Şirvana 
dəvət eləsin, gəlsin ki, bir görək nə  əllaməlik açıb... Vallahi, 
Əhməd Ağanın  ərvahı haqqı, musiqidə bir təzə hava, bir təzə 
qayda çıxdığını, bir yeni gözəl səsli xanəndə peyda olduğunu 
eşidəndə, Seyyida, çiçəyim çırtlayır, arvadlar demişkən.  İndi 
onun təəşşüqündəyəm, gətirtdirib, çaldırıb görməsəm, təskinlik 
tapa bilməyəcəyəm. 
Seyid  Əzim gülümsəyərək Mahmud Ağanı dinləyir və 
Güllübəyim məktəbilə əlaqədar qulağına dəyən məsələləri ona 
nağıl etməyə hazırlaşırdı, amma Mahmud Ağanın musiqi 
haqqında söhbətləri onun özünü də maraqlandırmışdı: 
- Elə siz özünüz də, cənab Mahmud Ağa, musiqidə az 
təbədüllat etməmişsiniz... 
Yaxşı, Seyid, bəs o tələbəlik illərində, ya da cənab Hacı 
Əlabbas bəylə hicazı səyahət eləyəndə bizim bu musiqi məclis-
lərimizsiz necə keçinirdiniz? 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
204
Seyid  Əzim  əlini xəttinə  çəkib, çənəsini ovxaladı, adəti 
bir hərəkətlə barmaqlarını bığlarında gəzdirdi: 
- Onu heç deməyin, ürəyimin içi göynəyirdi, xanəndə-
lərimizin səsi qulaqlarımdan, rəqqasələrimizin şəkil və şəmayili 
gözlərimdən getmirdi. Hər zaman gözlərimi yumanda özümü 
sizin məclislərdə görürdüm. 
Mahmud Ağa güldü, zarafatla barmağını ona tərəf 
silkələdi: 
- Ya cədda, bəs dostlar? 
- Dostlar öz yerində... Siz, cənab Ağa Tərlan, bədbəxt 
cavan! Heç unuda bilmirəm onu... Bir xəbəriniz varmı? 
- Yox, xeyli var kağız da yazmır mənə namərd... 
- Elə deməyin, o, Şirvanı yaralı tərk etdi... Bir də Sona... 
Ondan necə... 
 Mahmud Ağanın gözləri yol çəkdi: 
- Eh, heç, bu keçən ay cənab  Əlyar bəy bizə qonaq 
gəlmişdi, soruşdum, deyir, əl-ayağı dürüst, başı  aşağı dolanır. 
Amma heç üzü gülmür... 
- Bədbəxt cavanlar... Hərəsi bir fəlakətin qurbanı olur, 
bizim bu qurbanqulular - Məşədi alışlar dünyasında... 
- Hə balam, məşədi Alış yamanca hörmət-izzət sahibi 
olub,  Əhməd Ağanın  ərvahına and olsun, deyirlər Molla 
Qurbanqulu döşünə  çəkib onu, deyir tövbə ki eləyib, üzünü 
qəriblər Ağasının asitanına ki, sürtüb, dəxi əshabi-kəfin iti kimi 
yeri behiştdi... 
Seyid Əzim kədərlə gülümsədi: 
- Sədi rəhmətullah gözəl deyib, cənab Mahmud Ağa: 
Xəri-İsa gərəş bə Məkkə bərənd, çün beyayəd hənüz xər 
başəd. Yəni İsanın eşşəyini Məkkəyə də aparsan qayıdanda elə 
eşşəkdi ki, var. Mahmud Ağa dərindən, uğunarcasına bir 
qəhqəhə sovurdu. Elə bu anda Mahmud Ağanın lovğa-pəsəd 
nökəri dilmanlı Kərim içəri girib baş əydi: 
- Ağa, yasovul Ağa Bəşir gəlib... Deyəsən, nəysə yaman 
xəbərnən gəlib...  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 205
Mahmud Ağa yaylığını  çıxarıb yaşarmış gözlərini sildi. 
Kərimin sözlərinin o qədər də  fərqinə varmadan, hələ  də gül-
məsində davam edərək dedi: 
- Çağır gəlsin... 
Nökər çıxdı, Mahmud Ağa Seyid Əzimə döndü: 
- Bilirsən bu, Kərim dələduz dünən nə pəstaha açıb? 
- Xeyr... 
- Qapıda dayanmışmış...Birdən Təklədən bir fağırın biri 
soraq alıb bizə  gəlir, məni soruşur, qapını nişan verirlər. Bu 
Kərimin də lovğalığı cənabına məlum olsun gərək... 
- Bəli, bəli... 
- Qərəz ki, təkləli yazıq bunu görüb təxəllüsündən bəy 
sanır, baş əyir, bu oyunbaz da özünü sındırmır, deyir: 
- «Nəyə  gəlmisən, kişi?» «Cənab Mahmud Ağa sənsən, 
başına dönüm?» deyir «hə». «Başına dönüm, uşaqlarım batır, 
gəlmişəm mənə bir az əl tut». - «İstədiyin nədi axı?» -«Nə ola-
caq, dərdin alım, buğda». Kərim də qayıdır ki: «Get bir araba 
gətir». Kişi qayıdır bazara, bir malağan arabası danışır, gəlir bi-
zim qapıya (Söhbətin bu yerində yasovul Ağa Bəşir içəri girdi
baş endirib dayandı, Mahmud Ağanın sözünü kəsməyə cəsarət 
etməyib, söhbətin qurtarmasını gözlədi). Otur, Ağa Bəşir, bu 
saat qurtarıram. Hə... Mən də atlara baxmağçün tövlələrə get-
mişdim, mehtər xəbər vermişdi ki, kəhər day nəsə bir az axsa-
yır, nalını  dəyişirik. Qayıdam görəm darvazanın ağzında bir 
araba durub, nökərlər aralıda gülüşür, mənə işarə elədilər, həyə-
tə girdim. Kərimi çağırıb soruşdum ki, bu kişiyə nə söz vermi-
sən? Dili dolaşa-dolaşa deyir ki, «buğda». Çıxmışam həyətə, 
bunu vermişəm qabağa, deyirəm «Eşit dilman Kərim, bizim 
qapıdan boş qayıdan olmayıb»... Bu sözləri ona deditdirə-de-
ditdirə özüm də dalına düşüb getmişəm. Kişi fağır Kərimin 
əlindən öpüb yalvardıqca kəndlilər arabaya bir miqdar buğda-
arpa yüklədilər... özləri də  uğunub gedirlər, Kərimin öldüyü 
gündü...  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə