Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə48/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
192
Seyidin gəlişi məclisdə hamının qəlbini oxşayır, hamı 
Seyidin istedadı qarşısında səcdə edir. Məclisin belə canlı 
keçməsindən xüsusi ləzzət alan Mahmud Ağa Seyidə 
müraciətlə deyir: 
- Çox sağ ol, ustad! Afərin, sənə afərin, Ağa! Hamımızın 
qəlbini oxşadın, qonaqlarımızı valeh etdin. Xələtim məndə! 
Təvəqqə edirəm, Ağa istəyini şeirlə de... 
Bu sözdən sonra Seyidin gözləri gülür. Bayaqdan qonağı 
üçün Ağadan buğdanı necə istəyəcəyini düşünürdü. Belə 
fürsətin  ələ düşdüyünə çox sevindi. Duyğularını bir yerə 
cəmlədi, ürəyi coşdu, qafıyələr Seyid istedadı qarşısında aciz 
qaldı. Buğda istəyini Mahmud Ağaya bədahətən dediyi 
aşağıdakı şeirlə bəyan qılır: 
 
Sahiba, Mahmud Ağa, lütfü mürüvvət dəmidir,  
Eləyib Seyyidi - miskinə xəyanət buğda!  
İndi beş aydı ki, məndən qaçıb ol ruysuyah,  
Qoyub avarə məni - zari bu nikbət buğda!  
Tutmuşam indi sorağın, sizin anbardadır,  
Qorxuram kim, qaça ordan dəxi xəlvət buğda.  
Babamız Adəmin ol qəlbiqara düşmənidir,  
Eyləyib Həzrəti-Həvvayə ədavət buğda,  
Qoyma anbarda qalsın, onu ixrac eylə,  
Nə bilir, nanu-nəmək, rəsmi-məhəbbət buğda!  
Ver mənə, ta ki, dəyirmanda onu un tək əzim,  
Çox veribdir mənə - biçarəyə xiffət buğda.  
Sahiba, buğdanın əhvalın əgər şərh eləsəm,  
Olar afqda bir tul hekayət buğda.  
Qərəz odur ki, bu il həm dəxi bildirki kimi,  
Edəsən Seyyidi - biyarə inayət buğda.  
Bir taqarın ədədi qədri həq etsin ömrün,  
O qədər Seyyidə olsun dəxi qismət buğda… 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 193
(Qəsidəni Mirzə axıra qədər söylədi - S.Q). Şeir tamam 
olan kimi hər tərəfdən alqış  səsləri qopur. Yenidən bütün 
məclis  əhli Seyid istedadı qarşısında səcdə edir. Bu alqışlar, 
heyran baxışlar qarşısında Seyidin nurlu üzü daha da işıqlanır. 
Məclis əhlinin təəccübü yerə-göyə sığmır. Yanıqlı bir səs hamı-
nı öz dünyasından ayırır. Cavan xanəndə Mirzə  Məhəmməd 
Həsən «Şuri-şahnaz» oxuyurdu. O da öz ecazkar səsi və Seyid 
qəzəlləri ilə məclisə rövnəq verirdi: 
 
Nə bu gün bağda yarım, nə meyim var mənim,  
Seyri-gülzardə bihudə neyim var mənim?..  
 
...Nəhayət, Mahmud Ağa dillənir: 
- Seyid, cəddinə qurban olum, sənin istedadın qarşısında 
baş əyirik. Bu şeirinə isə bir tağar nədir, beş, on tağar da buğda 
yenə azdır. 
Bilirəm ki, imkansızlara  əl tutmaq fikrindəsən. Sabah 
sənin adına əlli tağar buğda göndərəcəyəm, kimə istəsən, payla-
darsan... 
Seyid evə çatanda daha çox sevinirdi. Axı  təkcə qonağa 
deyil, sabah onlarla kasıba əl tutacaqdı... 
Bəli, bu üç böyük insanı - Seyid  Əzim  Şirvani (1835-
1888), Mahmud Ağa  Əhməd Sultan oğlu (1826-1901) və 
Mirzə  Məhəmməd Həsən Naləni (1851-1917) birləşdirən  ən 
başlıca cəhətlərdən biri də - xeyirxahlıq, imdada çatmaq 
olmuşdur.  
 
*** 
 
Mahmud Ağa və S.Ə.Şirvani 
 
Azərbaycanın  ən qədim mahallarından biri olan Şamaxı 
mədəniyyətimizin tarixində mühüm rol oynamışdır. Yalnız 
Azərbaycanda deyil, bütün Şərqdə  şöhrət qazanmış Xaqani, 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
194
Fələki, Bahar, Nişat, Nəsimi, Hacı Zeynalabdin Şirvani, Seyid 
Əzim, Mahmud Ağa, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, S.M.Qə-
nizadə, H.Nəzərli və bir çox başqa şair, ədib, alim və dövlət xa-
dimi bu torpaqda yetişmişlər. 
Geniş dünyagörüşünə malik, bir neçə Şərq və Avropa dil-
lərini bilən, Azərbaycan Demokratik Respublikasının Fransada 
səfiri olmuş, 37-ci ilin faciəli qurbanlarından olan görkəmli ya-
zıçımız Yusif Vəzir Çəmənzəminli «Yeni Şirvan» məqaləsində 
şirvanlılar və Mahmud Ağa haqqında demişdir: «Azərbaycanda 
hasil olan qənaətə görə  şirvanlılar çox əhli-kef,  şən yaşayışı 
sevən olarlar. Mahmud Ağa kimi bütün həyatını oxuyan-çalan 
məclislərində keçirmiş bir adamın  Şirvanda yetişməsi təsadüfi 
deyil». 
Tanınmış musiqişünas Firidun Şuşalı «Muğamla yoğrulan 
ömür – Mahmud Ağa» gecəsində  çıxış edərkən dedi ki, XIX 
əsrin ikinci yarısında  Şirvan mahalında xanəndəlik sənətinin 
inkişaf tapmasında Mahmud Ağanın böyük xidməti olmuşdur. 
Mahmud Ağa Şamaxının məşhur mülkədarı və bütün Qafqazda 
tanınan musiqi xadimi idi. Mahmud Ağa sənəti, şeiri, musiqini 
sevən, əliaçıq, qonaqpərvər bir mesenat kimi şöhrət tapmışdır. 
Şamaxının başqa mülkədar və  bəylərindən fərqli olaraq 
Mahmud Ağa alicənab, səxavətli, yoxsulların qayğısına daha 
çox qalan adam idi. Şamaxının abad və gözəl bir şəhər olma-
sında onun müstəsna xidməti olmuşdur. O, şəhərə su kəməri 
çəkdirmiş, hətta, «Beytüs-Səfa» adlı ədəbi məclisə maddi yar-
dım göstərmişdir. Fransanın böyük yazıçısı ata Aleksandr Dü-
ma «Qafqaz səfəri»  əsərində Mahmud Ağanın qonağı olma-
sından, onun cah-cəlalından, Mahmud Ağa məclisindən, rəqs 
dəstəsindən böyük məhəbbətlə söz açır.  
 
Əkrəm Hüseynov, 
Şamaxı rayon mədəniyyət şöbəsinin müdiri, 
“Yeni Şirvan qəzeti, 13, I, 1990. 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 195
Ə.Cəfərzadənin 
«Aləmdə səsim var mənim» romanından... 
 
«Bu gün Şirva-
nın,  Şamaxının yetiş-
dirdiyi elə bir insanın, 
elə bir sənətkarın, sə-
nət hamisinin məc-
lisinə  yığışmışıq ki... 
Mahmud Ağa... Mah-
mud Ağa təkcə Şama-
xının,  Şirvanın, Azər-
baycan deyil, bütün 
Yaxın  Şərqin Mah-
mud Ağasıdır. O yer-
də ki, musiqi-ədəbi 
məclisi var, o yerdə 
ki, musiqi var, o yer-
də ki, muğam var... o 
yerdə Mahmud Ağa var, Mahmud Ağanın ruhu var. Mahmud 
Ağa... Bu böyük şəxsiyyətin həyatı, musiqi, muğam, ədəbi yu-
mor, poeziya - şeyriyyət dolu həyatı, məni elə almışdı ki, mən 
onun haqqında roman yazmaq istəyirdim. XIX yüzilliyin 
ortalarını əhatə edirdi bu roman. Mahmud Ağanın o böyük ru-
hunun özü xəyalımdan, qəlbimdən, gözlərimin önündən çəkildi 
və yerini «cədda» dediyi, «Ağa» adlandırdığı gözəl şairimiz Se-
yid  Əzimə verdi və beləliklə  də, «Aləmdə  səsim var mənim» 
romanım meydana gəldi. Onların böyük, ədəbi  şöhrətlərindən 
xırdaca bir zərrə də mənim payıma düşdü. 
Mahmud Ağa musiqi məclisinin gözü, döyünən ürəyi, bö-
yük xanəndə Mirzə Məhəmməd Həsən Fələkzadə idi. Mən qəs-
dən onun soyadını Fələkizadə yox, məhz «Fələkzədə» kimi dilə 
gətirdim. Yəni fələyin vurduğu zədə, gözlərini  əlindən aldığı 
insan. Məlumdur ki, böyük Seyid Əzimin «Ləhni-Davud»a 
Prof. Əzizə Cəfərzadə və f.e.d. 
S.Qəniyev 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə