Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
180
sin bədii və estetik məzmununa xələl gətirmək əvəzinə, onu da-
ha da canlandırmışdır. Azərbaycanlıların qədd-qaməti çox gö-
zəldir! Gözəl qədd-qamət yalnız onların payına düşmüşdür. 
Mahmud bəyin evi Dərbənddən Tiflisə  qədər gördü-
yüm evlərin  ən gözəli idi. O, Şərq memarlıq üslubunda ti-
kilmiş qiyamət bir imarət idi. (S.Q). 
Biz adamı valeh edən, gözəlliyini sözlə ifadə etmək, qə-
ləmlə  təsvir etmək mümkün olmayan çox zəngin,  şərqsayağı 
bəzədilmiş bir salona daxil olduq. Qonaqlar qızılı haşiyəli dö-
şəkçələrin üstündə oturmuş, al-əlvan, qumaş mütəkkələrə dir-
səklənmişdilər. Salonun o başında incə naxışlarla bəzədilmiş, 
şəbəkəli böyük və hündür pəncərənin yanında üç rəqqasə və beş 
çalğıçı vardı. 
Bir azdan sazəndələr məharətlərini göstərməyə başladılar. 
Onlar milli musiqi alətlərində çalırdılar. Dəmir ayaqcıqlar üzə-
rində yerləşdirilmiş, nəhəng yumurtanın yarısına bənzər təbil, 
bizim fleytanı andıran qədim şəkilli musiqi nəfəsli aləti – tütək, 
üstündə mis simlər olan və mizrabla çalınan, bizim mandalina-
ya oxşar tar və nəhayət, qonçuraya bənzər dəmir ayaqlı, bir növ 
musiqi aləti – kamança. Bu musiqi alətinin sol tərəfində bir dəs-
tək vardır. Simlər bu dəstəyə dolanmışdır. Onu kaman yayı ilə 
çalırdılar. Orkestr böyük səs-küylə çalsa da, rəqqasələrin diq-
qətlə izlədiyi və ona uyğun oynadığı müəyyən bir ritm aydın 
duyulurdu. 
Rəqqasə qadınlardan birinə o qədər də gözəl demək ol-
mazdı. Digərinin isə cavanlıqda çox gözəl olduğu hiss edilirdi. 
Lakin yaş öz işini görmüşdü. İndi onun gözəlliyini payız günəşi 
ilə müqayisə etmək olardı. Parıldasa da, odlayıb yandıra bilmir-
di. O, mənə 1826-cı və ya 1827-ci ildə tanış olduğum madma-
zel Jorju xatırladırdı. Jorj da çox gözəl idi. Lakin müqayisədə 
üstünlüyü Jorja verəsi olacağam.  Əgər Nisə bir qəlbi ovlamış, 
ona hakim olmuşdusa, Jorj iki qəlbi ram etmişdi. Başqa bir tə-
rəfdən də Jorj məclislər görmüş, çox ölkələr gəzmişdi. Gözəl 
Nisə isə bütün ömrü boyu Şamaxıdan bir yana çıxmamışdı.  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 181
Bütün şərqli qadınlar kimi, Nisə özünə xüsusi sığal verə-
rək, bəzənib-düzənmişdi. Onun cazibədar qara gözləri, kamana 
bənzər qara çatmaqaşları, hind fındığına bənzər burnu və püstə 
ağzı vardı. Məftunedici, mərcan kimi qırmızı, ehtiraslı dodaq-
ları hərdən açılır və mirvariyə bənzər ağappaq dişləri görünür-
dü. Onun gur, qara saçları kiçik məxmər araqçının altından çi-
yinlərinə tökülürdü. Nisə oynadıqca saysız-hesabsız xırda pul – 
Azərbaycan pulu yağış kimi onun başına səpilirdi. Əynində qı-
zılı  xətlərlə  işlənmiş dar məxmər arxalıq vardı. Duvağı tüldən 
idi. Üzərində palma budaqlarının şəkli həkk olunmuş donu dö-
şəməyə toxunduğundan ayaqları görünmürdü.  
Nisbətən gənc olan rəqqasənin geyimi də özü kimi o qə-
dər qəşəng deyildi. Vaxtında xəbər verməsəydilər, üçüncü rəq-
qasın da qız olduğunu güman edərdim. Çünki bu gənc oğlan 
çox gözəl idi. Oyuna oğlan başladı. Onun barmaqları arasında 
mis şaxşax vardı. Onu gurultulu alqışlarla qarşıladılar. Sonra o, 
gənc rəqqasə ilə oynadı. Nəhayət, Nisə də onlara qoşuldu.  
Şərq rəqsləri hər yerdə bir-birinə bənzəyir. Mən bu rəqs-
ləri  Əlcəzair də, Konstantinopolda, Tunisdə, Tripolidə  və  Şa-
maxıda görmüşəm. Bu rəqsləri ifa edərkən, ayaqları gah iti, gah 
da yavaş hərəkət etdirir, bədəni və ombaları da buna uyğun oy-
nadırlar. Nisənin rəqsi, doğrudan da, valehedici idi. Mən «Arı-
lar» rəqsini ifa etmələrini xahiş etdim. Dedilər ki, bu rəqs kiçik 
məclislərdə ifa olunur. 
Nisənin rəqsindən böyük ləzzət almış bu adamların yanın-
da az əhəmiyyətli görünən təklifimi geri götürdüm. 
Rəqs başa çatdıqdan sonra şam yeməyinə dəvət olunduq. 
Xörəklərin ən əlası – yanında nardança və yağ olan, beçə 
ətindən turşulu-döşəməli plov idi. 
Süfrəyə hər cür şərab qoyulmuşdu, lakin ev sahibi və bir 
neçə Məhəmməd ümməti sudan başqa heç nə içmədi. Yemək-
dən sonra yenə  rəqs başlandı. Qeyd etməyə  dəyər ki, bu rəqs 
axşamı  həddini aşmadı. Mən Parisdə çox bal gecələri görmü-
şəm ki, oradan adamlar səhər saat 3-də dağılışırlar. Parisdə ha-


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
182
mı, hətta qadınlar da qonaqlıqda şərab içdikləri halda, burada, 
bayaq dediyim kimi, kişilərin də çoxu şərab içmirdi. Bundan 
başqa, Parisdəkindən fərqli olaraq, Şamaxıda rəqqasələrin işti-
rakı ilə keçirilən bu qonaqlıq nisbətən tez qurtardı. 
Siz gözəl başa düşürsünüz ki, belə tez çıxıb getməklə mən 
böyük hörmətlə  qəbul edildiyim və bütün qonaqlarına dərin 
hörmət bəslədiyim bir evdən qaçmırdım, səyyahlar qrupunun 
rəhbəri kimi sabahkı gün haqqında düşünürdüm. 
Düz gündüz saat 12-də,  əvvəlcədən qərara alındığı kimi, 
şəhər komendantı və onun ailəsi ilə vidalaşdıq. Bizi Nuxaya qə-
dər müşayiət etmək üçün o, ən cəsur yasavulu Nurmat-Matın 
başçılığı ilə 12 nəfərlik bir dəstə ayırmışdı.  
Şamaxı ilə vidalaşmağımız orta əsrlərin vidalaşmağına 
bənzəyirdi. XIX əsrin 30-cu illərinə qədər Fransada dəbdə olan 
bir mənzərə ilə qarşılaşdıq. Mahmudbəy özünün ən mahir ovçu-
sunu göndərmişdi ki, Şamaxı ilə Ağsu (Yeni Şamaxı) arasında-
kı dərələrdən birində şahinlə ov ovlamağı bizə göstərsinlər. 
Qabaqda qollarının üstündə şahin olan ovçular, arxada isə 
biz, Şamaxını tərk edirdik. 
Şamaxıdan Ağsuya gedən yol yaxşı idi. Bakıdan  Şamaxıya 
qədər bir ağac belə görməmişdim. Burada isə üstündə  hələ  də 
yarpaq olan hər cür ağac və kol-kos vardı. Yol boyu murdarça 
ağaclarına tez-tez rast gəlirdik. Hava mülayim, səma aydın idi. 
Saat yarım içində ov edəcəyimiz yerlə Şamaxı arasındakı 
iyirmi kilometrlik yolu qət etdik. Biz oranı hələ uzaqdan tanı-
mışdıq. Çünki orada bizi Mahmud bəyin adamlarından daha 
ikisi gözləyirdi. Onların yanında üç ov tulası və bizim istifadə-
miz üçün iki əlavə at vardı. Faytonlardan yerə tökülüşdük. Bü-
tün yolboyu mən dovşanların oynaşdıqlarını görmüşdüm. Odur 
ki, yerə düşən kimi özümü sıx kol-kosun içinə verdim və mə-
nim üçün atı hazır saxlayan azərbaycanlıdan xahiş etdim ki, da-
lımca gəlsin. Moyne də mənim kimi etdi. Heç yüz metr getmə-
mişdik ki, adama bir dovşan vurduq. Bundan başqa mən bir qır-
qovul uçurtmuşdum, onun kolluğa düşməyini gözləyirdim. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə