Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
170
Etmisən orda nihan olmağı adət, buğda! 
Yazıb ol kani-səxadən səni xahiş qıllam,  
Səni Ağa edəcəkdir mənə şəfqət, buğda!  
Elə bildin ki, səni Seyyiddi-nalan tapmaz,  
Qalsan guşeyi-xəlvətdə fərağət, buğda?  
Sahiba, Mahmud Ağa, lütfü mürüvvət dəmidir,  
Eyləyib Seyyiddi-miskinə xəyanət buğda!  
İndi beş aydı ki, məndən qaçıb ol ruysiyah,  
Qoyub avarə məni-zari bu nikbət buğda!  
Tutmuşam indi sorağın, sizin anbardadır,  
Qorxuram kim, qaça ordan dəxi xəlvət, buğda. 
Babamız Adəmin ol qəlbiqara düşmənidir,  
Eyləyib həzrəti-Həvvayə ədavət buğda.  
Qoyma anbarda qalsın, onu ixrac eylə,  
Nə bilir nanu nəmək, rəsmi-məhəbbəl buğda. 
Ver mənə, ta ki, dəyirmanda onu un tək əzim.  
Çox veribdir məni-biçarəyə xiffət buğda.  
Sahiba, buğdanın əhvalın əgər şərh eləsəm,  
Olar afaqda bir tul hekayət buğda.  
Qərəz oldur ki, bu il həm dəxi bildirki kimi,  
Edəsən Seyyidi-biyarə inayət buğda.  
Bir tağarım ədədi qədri həq etsin ömrün,  
O qədər Seyyidə olsun dəxi qismət buğda. 
 
MAHMUD AĞAYA 
 
Əla, ey sərvəri-valaməkan kim,  
Qənimətdir vücudun Şirvanə.  
Sənə olsun mübarək eydi-əzha!  
Fələk kamınca olsun hər zəmanə!  
Cahan olduqca olsun ömrün əfzun, 
Dönə aləm sənə baği-cinanə. 
Ola dünyada daim xatirin şad,  
Dili-düşmən həsəddən dönə qanə.  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 171
Ola dövri-qəzadən kur çeşmi,  
O kim, bədxahdır bu dudmanə.  
Deyil bu sözdən, ey sərvər, muradım,  
Gətirmək vəsfüvü nəzmü bəyanə.  
Səni mən vəsf qılmaqdan nə fəxrin – 
Ki, fəzlin cümlə rövşəndir cahana.  
Qərəz, fikrim sənə mütləq duadır,  
Duadən qeyri sözlərdir fəsanə.  
Sənə məlumdur ixlasi-Seyyid,  
Dəxi hacət deyil çəkmək əyanə.  
Vəli bir neçə müddətdir ki, məndən,  
Kəsilmiş ol ədayi-müşfıqanə.  
Nə cismi-zar üçün bir tazə xələt,  
Hə quti-puh üçün bir abu danə. 
Əgərçi mən özüm təqsirvarəm,  
Gələndə kəsrəti-qəmdən amand.  
Nə qıldım halımı ərz ol cənabə,  
Nə tutdum bir üzüm ol asitanə.  
Buna həm bais oldur ki, həyadən,  
Utandım, almadım bir söz zəbanə.  
Göründü zahirim xəlq içrə xürrəm.  
Könüldə çəkdi nari-qəm zəbanə.  
Əl-əttəxsis kim, bu fəsl bülbül,  
Gəlir gölzardə gülçün fəğanə.  
Əl-əttəxsis kim, gülşəndə sünbül,  
Dönübdür zülfi-yari-dilsitanə  
Əl-əttəxsis kim, xeyki-şüküfə,  
Qılır tənə nucumi-asimanə.  
Əl-əttəxsis kim, ahəngi-qumri  
Qılır tənə nəvayi-nəğməxanə.  
Əl-əttəxsis kim, əqsami-aləm,  
Gedirlər eyş üçün hər gülsitanə. 
Visali-yerdə eşq əhli yeksər, 
Salıb meylin şərabi-ərğuvanə. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
172
Ölüb həmdəmlərim yar ilə məhrəm
Bisatında dəfu cəngü cağanə.  
Vəli mən xislətimdən dilmükəddər,  
Çəkib payi-nədamət bir nəhanə.  
Nə meyli-gülsitan, nə fikri canan,  
Olub qəm tirinə canım nişanə.  
Rəvadırmı sənin əsrində olsun,  
Əsrini-qəm məninı tək bir yeganə?  
Bu halı ərz qılmaqçün hüzurə – 
Bu eyd oldu əlimdə bir bəhanə.  
Bu qərra nəzm ilə ərz oldu halım,  
Sənin tək bir Ağayi-mehribanə. 
Əgərçi şiveyi-nəzmi-kəlamın,  
Lətafətdə deyildir şairanə.  
Budur ümmid kim, təbi-kərimin,  
Edə təhsinlər bu natəvanə.  
Ola Seyyid cənabından sərəfraz,  
Qıla daim dua bu xanimanə.  
Mübarək olsun eydin lütfi-həqdən,  
Dağılsın seyti-fəzlin hər məkanə.  
Günün xoş, xatirin xürrəm, dilin şad,  
Ola ömrün cahanda cavidanə!  
Ola axır nəsibin baği-cənnət,  
Budur axır duamız bəndəganə! 
 
MAHMUD AĞAYA 
 
Mübarək eydi-novruzi sənə, ey şəhriyar, olsun!  
Həmişə taleyin nasir, həmara bəxtiyar olsun! 
 
Açılsın qönçeyi-bəxtin, cahanə ətrlər versin,  
Həmişə gülşəni-eyşin cahanda novbahar olsun! 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 173
Cahan Mahmudisən, xidmətdə yüz ziba Əyazın var,  
Şamaxı Qəzney asa dəhrə sahibiştihar olsun! 
 
Adın Mahmud, bəxtin, taleyin mahmuddur daim,  
Müinin Əbmədü Mahmud, lütfi-kirdigar olsun! 
 
Zülali-çeşmeyi-heyvan ilə dolsun sənin canın,  
Bəsani-Xızr ömrün ta cahan var, paydar olsun! 
 
Xudavəndə, sənə bu dövlətü bu ömrü asayiş – 
Nə qədri vardır dünyayi-fani bərqərar olsun! 
 
Əgərçi qalmayıb dünyadə, qalmaz hiç kəs baqi,  
Və lakin zikri-xeyrin aləm içrə yadigar olsun! 
 
Bizə çox görməsin pərvərdigari-həqq Ağani,  
Cavadın cudi ilə əhli-aləm kamkar olsun! 
 
Edər tiri-cəlalın kür çeşmin fövci-udvanın,  
Nə eybi Rüstəmin bədxahı gər İsfəndiyar olsun? 
 
Bu üç novbavələr kim, qönçeyi-gülzari-ömründür,  
Açılsın abiyari-feyzin ib ətrbar olsun! 
 
Gəlib ol fəsl kim, dağ üzrə çıxsın laleyi-xudru,  
Gəlib ol fəsl kim, fəsli-zimistan dağdar olsun! 
 
Gəlib ol fəsl kim, gül çöhrə açsın səhni-gülşəndə,  
Alıb buyi-küli-rənanı bülbül biqərar olsun! 
 
Gəlib ol fəsl kim, gül-zarə çıxsın arifu daha,  
Çəməndə sadə olsun, badə olsun, badəxar olsun! 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
174
Səhər sövti-humayun ilə bülbül başlasın nəğmə,  
Həzaran şurlə məmluv bu firuzi həsar olsun. 
 
Edib başinə bülbül cəmbağ içrə əşiranın, 
Buzurgü küçigin dəstində hər yan cəngü tar olsun. 
 
Əbülçəpvar ahəngi-çəp etsə zağ gülşəndə,  
Gərəkdir rast bəzmi-basəfadə bərkənar olsun. 
 
Gülün ruxsarını bülbül görən dəm şahə naz eylər,  
Gərək şurə gəlib, ahəng edib, biixtiyar olsun. 
 
Olur afaqə zahir bülbülün eşqi bahar olcaq,  
Gərəkdir eşqi-kamil hər zamanda aşikar olsun. 
 
Dügahi-razu şəbdə, carigahi-fəsli-aləmdə,  
Gərəkdir aşiqin eşqi şəhiri-ruzigar olsun. 
 
Xoşa ol rind kim, bu fəsli-ruhəfzayi-gülşəndə,  
Yanında yari-ziba, əldə cami-xoşguvar olsun. 
 
Gülüstan guşəsində sufreyi-biintizarında, 
Mey olsun, dübər olsun, hər zaman busu kənar olsun. 
 
Səbu zanudə, sağər əldə, məclis xali, mey hazır,  
Vüsali-yari-gülmxsar, fəsli-laləzar olsun. 
 
Bu günə məclisi verməz həqiqət cənnətə adəm,  
O kəs şeytandı kim, bir böylə məclisdən kənar olsun. 
 
Həmişə vaiz etsin qoy məzəmmət badeyi-nabi,  
Nə hasildir məzəmmətdən əgər ki, səd hezar olsun. 
 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə