Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə46/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 183
Bir azdan qırqovul uzaqda yerə endi. Mən ata minib, ov-
çuları  şahinlərlə ova dəvət etdim. Ovçular tez bizim yanımıza 
gəldilər. Onlara qırqovul düşən səmti göstərdim. Tulaların başı-
nı açıb buraxdıq və həmin səmtə tərəf getməyə başladıq. 
Mənim göstərdiyim yerə  gəlib çatanda başqa bir aləmlə 
qarşılaşdıq. Ətrafımızda dəstə-dəstə kəklik və qırqovul uçuşur-
du. Biz onları izlədik. İki yüz addım atmamış artıq quş şahini-
min caynağında idi. Onu diri-diri tutmaq üçün özümü lap 
vaxtında çatdırmışdım. Bu, gözəl bir qırqovul idi, təkcə başın-
dan – bircə yerdən yarası vardı. 
Bizim şahingəzdirən öz dəri çantasından bir tikə qanlı ət 
çıxarıb, mükafat olaraq quşa verdi. Heç şübhəsiz ki, quşu bu 
adam uçurtmuşdu. 
Biz faytonlarımızın yanına qayıtdıq. Moyne də elə mənim 
kimi xoşbəxt idi. Çünki onun əlində diri, lakin daha pis hala sa-
lınmış çox gözəl bir qırqovul vardı. Quşun başını bir anda üzüb, 
faytonun dalındakı iki dovşanın yanına qoydular. Sonra isə 
Moyne ilə bir yüksəkliyə qalxdıq. Buradan ətraf ovuc içi kimi 
görünürdü. Atların üstündə heykəl kimi dayanıb şahinlə ova ta-
maşa etdik. 
Əllərində şahin olan ovçular kol-kosların arası ilə irəli cu-
man tazıların ardınca gedirdilər. Bir qırqovul havaya qalxdı. 
Şahinlərdən birini o saat onun dalınca uçurtdular. Lakin qırqo-
vul uçub canını qurtardı. Bu vaxt tazıların önündən başqa bir 
qırqovul pırıltı ilə uçdu. İkinci  şahin havaya qalxdı.  Şahin üç-
dörd dəfə caynaq atmaqla qırqovulu haldan saldı. Az vaxt için-
də ovçuların çantaları, demək olar ki, dolmaq üzrə idi. Şahinlər 
nəinki qırqovul, kəklik, torağay və başqa quşları, hətta dovşan-
ları belə ovlayırdılar. 
Qəribə bir hadisənin şahidi olduq: 
Bizə  tərəf uçan qırqovulu haqlamaqda olan şahin birdən 
güllə kimi kolluğa endi. Başımı qaldıranda, bir göz qırpımında 
baş verən bu hadisənin səbəbi aydınlaşdı. Yüz metr aralıda, 
böyük bir qartal səmada qıy vururdu. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
184
Şahinin dalınca qaçdım və onu çox böyük çətinlikdən 
sonra tapa bildim. Özünü sıx kolluğa soxmuş quşun bütün bə-
dəni qorxudan əsim-əsim  əsirdi... Cidd-cəhdinə baxmayaraq, 
onu gizləndiyi yerdən ehmalca dartıb çıxartdım. Heyvancığazın 
ayaqları elə tutulmuşdu ki, nə çiynimdə, nə  də  əlimdə dayana 
bilirdi. Lakin onun qorxusu əbəs yerə idi. Qartal artıq uzaqlaş-
mış və səma göz işlədikcə bomboş idi. Elə bu vaxt ovçu da gə-
lib çıxdı. O, quşcuğazı mənim əlimdən alıb, sığallayaraq cürət-
ləndirməyə başladı. Amma onun yenidən ov dalınca uçması o 
gün mümkün deyildi. 
Müşahidə edə bildiyim bu görünməmiş hadisə  mənim 
üçün həm təəccüblü, həm maraqlı, həm də xoş idi. 
Vaxt keçirdi. Üstündə gecələyəcəyimiz Girdimançaya çat-
maq üçün gün batmamış nəhəng bir dağ aşırımını keçməli, otuz 
kilometr yol qət etməliyik. Odur ki, ovu qurtardıq. Ovçular 
Mahmud bəyin göstərişini yerinə yetirib, ovun hamısını bizə 
verdilər. Biz də əvəzində ovçulara pul verib uzaqlaşdıq. 
 
 
*** 
 
 
 
 
 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 185
Firidun Şuşinskinin 
«Azərbaycan xalq musiqiçiləri» əsərindən 
 
«Sadıqcanın gözəl çal-
ğısı  şamaxılı Mahmud Ağa-
nın da nəzərini cəlb etmişdi. 
Bu barədə məşhur şair və mu-
siqişünas Məhəmməd Ağa 
Müctehidzadə  «Qarabağna-
mə» adlı  əsərində belə ya-
zır:  «Şirvanlı Mahmud Ağa 
Sadıqcanın tərifini eşidib 
onun  Şirvana tərəf gətirilmə-
sini xahiş edir. Mahmud Ağa 
Sadıqcanı dəvət etmək üçün öz məclisində Humayi təxəllüsü ilə 
məşhur olan bir tarzəni  Şuşa  şəhərinə göndərir. Sadıq  əvvəlcə 
gəlmək istəmir, sonralar isə necə olursa razılıq verir. Mahmud 
Ağa onun Şamaxıya gəlməsindən son dərəcə şadlanaraq Sadığa 
lazımi qədər hörmət edir, hətta onu dəvət edib gətirdiyi üçün 
Humayiyə də mükafat verir. Sadıqcan məclisdə kamali-zövqlə 
tar çalmağa başlayır. Məclis Sadığın böyük məharətlə tar çal-
mağını alqışlayır.  
Humayi günəş qarşısında ay olsa da, günəşin qarşısında 
sönüklüyünü hiss edərək  Şirvanda qala bilməyib təcili olaraq 
Şuşaya gəlir. Mahmud Ağanı həcv edib, Sadıq haqqında nala-
yiq sözlər söyləməyə başlayır. 
Bu əhvalatı eşidən Sadıqcan Şirvana dönmək şərtilə Şuşa-
ya səfər üçün Mahmud Ağadan icazə alır. O, Şuşaya qayıdar-
kən eşidir ki, Humayi yalan və böhtan ilə onun şəxsiyyətinə to-
xunub. Humayinin bu nalayiq işlərindən qəmgin olan Sadıq 
Şirvana qayıtmaqdan imtina edir. 
Mahmud Ağa Sadığın qayıtmasından kədərlənir və Seyid 
Əzim  Şirvanidən xahiş edir ki, məktub vasitəsilə Sadığın niyə 
gəlmədiyini sorsun. Seyid Əzim  Şirvani məktub yazıb Sadıq-
 
Firidun Şuşinski 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
186
dan gəlməməsi səbəbini soruşarkən, Sadıqcan həcvin surətini 
məktubla Seyid Əzimə göndərir».
1
 
Sadıqcanın məktubunu alan Seyid Əzim Humayinin yaz-
dığı həcvin müqabilində ona cavab olaraq 60 misradan ibarət 
müxəmməs formasında bir həcv yazmışdır. 
 
Ey Humayi, bu nə ətvar idi izhar elədin,  
Çəxri bəd-mehr kimi zülmü pədidar elədin,  
Sübhi-kasib kimi sadiq üzünü tar elədin,  
Sadığın sabiti-əşkin üzə səyyar elədin.  
Şəfəqi-eşqlə ruxsarım gülnar elədin. 
 
Dustluqda nə üçün gözləmədin əndazə,  
Düşmən oldun niyə ol sərvi-qədi tənnazə,  
Qəleyi Şişəyə saldın gedibən avazə,  
Ki, Filani ruxi-zibayə vurardı cazə.  
Şabidi-istəmə məşşatəlik izhar elədin. 
 
Sadığın naməsi gəldi mənə ey taübi-Vaz,  
Sanki yazmışdı onu nazilə Mahmudə Əyaz,  
Leyk başdan ay Ağa işvə idi suzi güdaz,  
Görünür eşqi-həqiqin demisən eşqi-məcaz,  
Ey bəradər, nə üçün sən belə rəftar elədin. 
 
Sadığın vəsfini dəstanə gətirdin sən özün,  
Gedibən kişvəri-Şirvanə gətirdin sən özün,  
Töhfə tək bəzmi-Sülüymanə gətirdin sən özün,  
Mindirib rəxşini meydanə gətirdin sən özün,  
Vəsfini aləmə Firdövsi kimi çar elədin. 
 
                                                 
1
 M.A.Müctəhidzadə. Qarabağnamə  (əlyazması). Azərbaycan SSR 
Mədəniyyət Nazirliyi Memarlıq və  İncəsənət  İnstitutunun elmi arxivi, 
qovluq № 78 «A» 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə