Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə44/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 175
Bizə nifrin edər gər şeyxi-Şirvan badə şürbündən,  
Ona bizdən gərək xeyr-dualər bişümar olsun. 
 
Bizə hərçənd mey şürbin duadə zəhrmar eylər,  
Məzağında onun, yaəbb, kövsər xoşgüvar olsun. 
 
Nə nifrin eyləsə, qoy eyləsin vaiz bizə, Seyyid,  
Təki bəzmimdə badə, bir nigari-gülüzar olsun! 
 
Təki gəlsin bahari-aləmara səhni-gülşənlər  
Bəsani-səflieyi-Ərjəng pürnəqşü nigar olsun. 
 
Gələ sultani-gutəxti-zümürrüdfam gülzarə,  
Olub şabaş, əbri-tirədən dürlər nisar olsun. 
 
Yazıb bir şər göndərsin dəxi Mahmud Ağayə,  
Nəsibin gövhəri-qəltan, dürri-şahvar olsun. 
 
Deyil rizişdə kim, əbri-bəhari-aləmaradən,  
Zülali-feyzinə könlün onun ümmidvar olsun. 
 
Əgər bilsə səni feyzinə layiq çox edər ehsan,  
Bu xasiyyət gərəkdir onda gün tək aşikar olsun. 
 
Deyil divanə kim, versin pulun hər bisərü payə,  
Bu rəmzi bilməyənlər indi bilsin, huşyar olsun. 
 
Hər il ondan səxalər görmüşəm mən lütfü ehsanlar.  
İlahi, dövlətli payəndə, bəxti payidar olsun! 
 
Fələk qədra, bu sözlərdən qərəz mədhin deyil, amma,  
Budur fıkrim ki, mədhindən mənimçün iftixar olsun. 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
176
Mübarək badiyi-novruzdur bu fəsli-zibada, 
Yazıb bu şeiri göndərdim ki, məndən yadigar olsun. 
 
Deyildir eyb şair mədh qılsa sən tək Ağani,  
Böyüklər mədhi şairçün gərəkdir hər bahar olsun. 
 
Bəli olmasa istər ki, mədhdən bar bir təmənnası,  
Təmanna olmasa istər ki, mədhi səd həzar olsun. 
 
O kəs ki, mədh edəndə bir səxavət eyləməz zahir,  
Gərəkdir şairin həcvində həm çox əşkbar olsun. 
 
Nə ağzımdır ki, siz tək şuxi mən həcv eyləyim, haşa!  
Kinayə özgədir bu sözdə, ol namərdə ar olsun. 
 
Yazıb maiu mənalı qoysun anbarına Qarun tək,  
Edib tez puç olan malı xəzinə, xəzinədar olsun! 
 
Bu il bir neçə şəxsi eylədim tövsif, göndərdim,  
Ki, şayəd xatirimdən feyzinə, rəfi-qubar olsun. 
 
Həsən bəydən yetişdi, çox sağ olsun, nəqd ənamım, 
Onun bədxahı, yarəb, aləm içrə tarü mar olsun! 
 
Ağanın dəxli yoxdur bir kəsə bu rübi-məskunda,  
İlahi, yavəri hər fəsldə həştü cahan olsun! 
 
Bahari-ömrü olsun lütfi-həqdən tazəvü rəyyan,  
Mühübbi kül təki xürrəm, onun bədxahı xar olsun! 
 
 
 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 177
 
MAHMUD AĞAYA 
 
Alişan həzrəti-Mahmud Ağa- 
Ki, düşüb aləmə şöhrət səndən,  
Kəsməsin sayə humayi-bəxtin,  
Getməsin hiç bu dövlət səndən.  
Hələ dünyadə yüz il ömr edəsən,  
Getsin ləzzətü işrət səndən,  
Vermisən hər kəsə bir növ səfa,  
Şaddır əhli-vilayət səndən.  
Bir mənəm şəfqətüvün məhrumi,  
Yetmədi qəlbimə rahət səndən. 
Sahiba, var dili-zarında mənim  
Xeyli müddətdi cərahət səndən.  
Salmadı zəxmimə lütfün mərhəm,  
Görmədim hiç təbabət səndən.  
Neçə illərdi ki, görməz Seyyid,  
Sərvəra, hiç şəfaət səndən.  
Keçən illərdə sənə şeir yazıb,  
İstədim halıma rəfət səndən.  
İki ildir ki, gözüm yolda qalıb,  
Görmürəm hiç əlamət səndən.  
Yoxsa eşqin kimi payanə yetib,  
Qurtarıb kəşfi-kəramət səndən.  
Əhli-dil Kəbə deməzlər qapuvi,  
Gər rəva olmaya hacət səndən.  
Gəlmişəm xidmətüvə gözləyirəm, 
Lütf ilə çeşmi-inayət səndən. 
Seyyidə lazımədir, vasil ola  
Nəqd bir cameyi-xələt səndən.  
Yaz, bəratimi bu gün eylə əta,  
Ta yetə qəlbə məsərrət səndən.  
Yazmış idim sənə də əşarı – 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
178
Ki, edim hasüi-hacət səndən.  
Dedi bir şəxs mənə tənə ilə:  
Məhv olub fəhmü fərasət səndən.  
Bu sifət sən ki təməhkar oldun,  
Eyləyib xəlq odu nifrət səndən.  
Əqlü idrak kimi zail olub  
Yoxsa iksiri-qənaət səndən?  
Olacaqsan bəs ölüncə sail,  
Gedə müşküldü bu halət səndən.  
Bəsdir bir danə sənə köhnə əba,  
Çün gedib zivərü zinət səndən.  
İstəmə Mahmud Ağadan xələt,  
Səhldir bir belə cürət səndən.  
Seyyidi-pakə həram oldu sual,  
Məhv olub yoxsa səyadət səndən?  
Sahiba, ərzimi ki, güş etdin,  
Gör nədir indi ləyaqət səndən. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 179
 
 
Dünya şöhrətli fransız yazıçısı Aleksandr Dümanın 
Mahmud Ağa və məclisi barədə təəssürratı 
(24 noyabr 1858-ci il) 
 
...Hələ bazarda gəzərkən 
bir dəvətnamə aldıq. Şamaxının 
ən varlı adamlarından biri olan 
Mahmud bəy bizi həmin gün 
qonaq çağırırdı.  Şərqsayağı qo-
naqlıqda musiqi və rəqs olacağı-
nı deyirdilər. Təkcə  Şirvanda 
deyil, bütün Qafqazda məşhur 
olan Şamaxı rəqqasələri haqqın-
da bizə çox danışmışdılar. 
Knyaz Dundukov bizə demişdi: 
«Şamaxı  rəqqasələrinin oyunu-
na tamaşa etməyi yaddan çıxar-
mayın!» – Baqration tapşırmış-
dı: «Şamaxıda rəqqasələrə bax-
mağı unutmayın!». «Şamaxıda 
rəqqasələrə tamaşa etməyi 
unutmayın!» – Bakıda da təkrar etmişdilər. 
Bu rəqqasələr xanlıqlar dövründən qalmadır. Onlar saray 
rəqqasələri olmuşdular. Bir bədbəxtlik üzündən rəqqasələrin bi-
ri yox idi. İndi dəstə iki rəqqasə qızdan və bir balaca oğlandan 
ibarət idi. Həddindən artıq gözəl olan üçüncü qız Şamaxıya səs 
salan bir hadisənin ucbatından baş götürüb bu diyardan getmiş-
di. Onun adı Sona idi. 
Lakin rəqs dəstəsi üçlükdən – üç qadından ibarət olmalı 
idi. Üç rəqəmi, xüsusilə,  Şərq oyun havalarında müqəddəs və 
sirli hesab olunur. Odur ki, gözəl Sonanı  qız paltarı geyinmiş 
balaca bir oğlan əvəz etmişdir. Maraqlıdır ki, bu əvəzetmə rəq-
 
Aleksandr Düma 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə