Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə41/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 161
 
Vahab bəy Rəhimbəyov 
(1854-1918). 
 
 
Vahab bəy Samaxının Sarıtorpaq məhəlləsində anadan 
olmuşdur. Mollaxana və mədrəsədə oxumuş, realnı məktəbi bi-
tirdikdən sonra Şamaxıda məhkəmədə çalışmışdır.  Şamaxı 
ziyalıları ilə dostluq edərdi. M.Ə.Sabir, Didə, A.Naseh və b. ilə 
yoldaşlıq etmiş, dost olmuşdur. 
Dostları ilə  həm «Beytüs-Səfa», həm də Mahmud Ağa 
məclisində müntəzəm iştirak edərdi. Mahmud Ağanın atası 
Vahab bəyin  qızı  Lətifə  xanım və həyat yoldaşı  
Ağa Kərim Məşədi Şahbaz oğlu 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
162
Əhməd Sultanın da yaxını idi. Odur ki, Vahab bəy Mahmud 
Ağaya ürəkdən bağlı idi. Vahab bəyin üç oğlu - Xanlar bəy, 
Səfərqulu bəy, Səməd bəy, iki qızı - Facə, Lətifə xanım ol-
muşdur. 
1918-ci ildə ermənilər Şamaxıda misilsiz qırğınlar törədə-
rək, əhaliyə vəhşicəsinə divan tutanda Vahab bəy əvvəl ailəsini 
Ağdaşa – dostu Qaraxanlı Əşrəf bəyin yanına göndərir, oradan 
da  Şəkiyə, Hacı  Ağa Cəfərgilə yola salır. Erməni qatilləri  Şa-
maxıda qalan Vahab bəyi vəhşicəsinə öldürürlər. 
Haşiyə: Vahab bəy Mahmud Ağa məclisinin daimi işti-
rakçısı S.Ə.Şirvaninin məktəbində oxuyan bacarıqlı  şagirdlər-
dən idi. Qəzələ, muğama bağlılığı ilə seçilərdi. Klassik poeziya-
nı dərindən bildiyi üçün Mahmud Ağa ona xüsusi rəğbət bəslər-
di. 
 
Qasım bəy Hacıbababəyov 
(1811-1874) 
 
Əhməd Sultanın tay-tuşları, 
dostlarından biri də Qasım bəy 
olmuşdur. O, 1811-ci ildə İmam-
lı  məhəlləsində doğulmuşdur. 
Şamaxıda Mollaxana və  mədrəsə 
təhsili aldıqdan sonra o, realnı 
məktəbi bitirmişdir. 
Memarlıq sənətinə yiyələn-
mişdir.  Əhməd Sultanın musiqi 
gecələrində  iştirak etmişdir. Qa-
sım bəy 1840-cı illərdə Şamaxıda 
qubernatorun müavini işləmiş, 
həm dövlət adamları, həm də Şa-
maxının gənc ziyalıları ilə dost 
olmuş, onların istəklərinə kömək-
lik göstərmişdir. Şəhərdə görülən 
Qasım bəy Hacıbababəyov 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 163
bir çox nəcib işlər onun adı ilə bağlıdır. Məsələn, gənclərin is-
tək və azrularına görə o, Şamaxıda ilk dəfə teatr binası tikdir-
mişdir. 1859-cu il zəlzələsində şəhərin bərpasına xüsusi kömək-
lik edib. Onun layihələri ilə şəhərin plan strukturuna uyğun ola-
raq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər yenidən 
inşa olundu. Cümə  məscidinin bərpasına,  şəhərin baş memarı 
kimi bilavasitə rəhbərlik etmişdir. 
Xatirələrində Qasım bəyin  Şamaxı ziyalıları - M.Mah-
mudbəyov,  S.Ünsizadə, M.Məhəmməd Həsən, Mirzə Cavad, 
M.Əlizadə, Bixud, S.Ə.Şirvani və b. ilə dost olması barədə xey-
li məlumat verilir və onun iki böyük məclisdə vaxtaşırı  iştira-
kından geniş söz açılır. 
Görkəmli memar Samaxıda inşa edilmiş bəy-bəyzadə sa-
rayları, dövlət binaları, karvansaraların bir çoxunun layihəsini 
də özü vermişdir. O, Bakı, Şuşa şəhərlərində inzibati binaların 
tikilməsi, park və bağların qurulmasında da yaxından iştirak et-
mişdir. 
Qasım bəy 1874-cü ildə  Şamaxıda vəfat etmiş, «Lalə-
zar» qəbiristanlığında dəfn olunmuşdur. Qasım bəyin uzaq qo-
humları hazırda Bakı şəhərində yaşayır. 
 
Gəray bəy Əhməd bəy oğlu 
(XIX əsr) 
 
Gəray bəy  Əhməd bəy oğlu (XIX əsr)  Şamaxının 
İmamlı məhəlləsində doğulmuşdur. Gəray bəy ( məşhur memar 
Zivər bəyin atası) Mahmud Ağanın uşaqlıq dostu və qohumu 
idi. 
O, gənclik illərində  Əhməd Sultanın təşkil etdiyi musiqi 
gecələrində, sonra da Mahmud Ağanın musiqi məclisində ya-
xından iştirak etmişdir. Xatirələrdə onun şair olduğu da söyləni-
lir. Amma şeirlərindən nümunələr əldə edilməmişdir. Şair oldu-
ğu üçün gənclik dostu S.Ə.Şirvaninin «Beytüs-Səfa» məclisinə 
də qatılırdı. Gəray bəy Mahmud Ağanın dostları, məclisinin qo-
naqları ilə də yaxın idi.  


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
164
Camo bəyin xatirələrində  (Camo bəy Zivər bəyin də 
dostu idi) Gəray bəyin ustad xanəndə Məşədi İsi ilə yaxınlığın-
dan danışılır. Gəray bəy Mahmud Ağanın ən etibarlı dostların-
dan biri sayılırdı.  
 
Məşədi Ağa bəy İsmayıl bəy oğlu 
(1840-1918) 
 
Şamaxının “İmamlı” məhəlləsində doğulmuşdur. Molla-
xanada, sonra S.Ə.Şirvaninin məktəbində oxumuşdur. Qəza 
məktəbini bitirdikdən sonra atası Hacı  İsmayıl onu Moskvaya 
hərbi məktəbə göndərir. Ağa bəy Moskvada oxuyur. Uzun illər 
orada xidmət edir, kapitan rütbəsinə kimi yüksəlir. Bu barədə 
mənbələrin birində oxuyuruq. 
 
Otuz ildir ki, mülki-qürbətdə,  
Gecikmişəm zəhməti-firavani. 
 
Düşmüş idim vətəndən avarə, 
Görməz idim cəmali-canami. 
 
İmperaturə xidmət eylədim,  
Şəhri-rus, ol ədalətin pakı. 
 
Neçə bir günlər ki, almışdım,  
Mənə lütf etdi, çini-kapitani. 
 
Bəy idim, gərçi əvvəlindən özüm,  
Leyk artırdı şöhrəti şanı. 
 
Sonra təqaüdə çıxır və Şamaxıya - ailəsinin yanına dönür. 
Həmin vaxtdan Şamaxıda ziyalılarla oturub durur. Gəncliyində 
olduğu kimi, Mahmud Ağa və müəllimi S.Ə.Şirvaninin məclis-
lərində mütəmadi iştirak edir. 
Kapitan Ağa bəy 1918-ci ildə vəfat etmişdir. 
Onun nəvələri hazırda Bakı şəhərində yaşayır. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə