Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə40/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
156
Məmməd, Q.Pirimovla birlikdə  səslərini vala yazdırmışlar.  O, 
1917-ci ildə Bakı  şəhərində ermənilər tərəfindən  öldürül-
müşdür. 
 
Dabbağ Məmmədqulu 
(1874-1929) 
 
O, 1874-cü ildə  Şuşa 
şəhərində dabbağ ailəsində 
anadan olmuşdur. Məmmədqu-
lu ilk təhsilini «Kor Xəlifənin» 
hücrəsində almışdır. Atası  oğlu-
nun yaxşı  səsi olduğunu yəqin 
edəndən sonra onu Mir Mövsüm 
Nəvvabın məktəbinə qoymuş və 
burada üç il muğamat dərsi keç-
mişdir. Nəhayət, məlahətli, zil 
səsi olan Məmmədqulu məc-
lislərə ayaq açmışdır. Onun püx-
tələşməsində həmyerlisi xanəndə 
Dəli İsmayılın və Malibəyli Hə-
midin böyük xidmətləri olmuş-
dur. Beləliklə o, təkcə  Şuşada 
deyil, Gəncə, Şamaxı və Tiflisdə 
məşhurlaşmışdır.  
Haşiyə:  Məmmədqulunun sorağı  Şamaxıya da çatır. 
Mahmud Ağa Məşədi İsidən Məmmədqulunun sənəti haqqında 
məlumat öyrənir, cavan xanəndənin sehirli zil səsi ilə zərb mu-
ğamları - «Qatar»ı, «Heyrat»ı, «Qarabağ şikəstəsi»ni və «Zabul 
Segah»ı, «Kürdü Şahnaz»ı, «Çahargah»ı xüsusi şövqlə ifa et-
diyini biləndə onu Şamaxıya - məclisinə  dəvət edir və mü-
sabiqələrə qatır. Məmmədqulu öz məlahətli səsi, vurduğu 
zəngulələrlə Mahmud Ağanın hörmətini qazanır. Ustalıqla ifa 
etdiyi «Şüştər»lə Mahmud Ağanı ovsunlayır. Bu muğamlarda 
 
Dabbağ Məmmədqulu 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 157
vurduğu zəngulələrə, xallara görə Mahmud Ağa onu ayrıca mü-
kafatlandırır.  
Həmin vaxtdan Dabbağ  Məmmədqulu Mahmud Ağa ilə 
dostlaşır, yerli xanəndələr və  şairlərlə yaxınlaşır.  İstedadlı 
xanəndə sonralar bir neçə  dəfə Mahmud Ağanın ziyarətinə 
gəlir. Dabbağ Məmmədqulu 1929-cu ildə Şuşa şəhərində vəfat 
etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
158
 
 
VI FƏSİL 
 
MAHMUD AĞANIN ZİYALI, TACİR VƏ BƏY 
DOSTLARI 
 
Mahmud Ağa məclisində,  əsasən də müsaqibələrdə  sə-
nətkarlarla yanaşı, musiqi təşnələri, sənət qədri bilən, ona aludə 
olan ziyalı, bəy-bəyzadə, tacir, mülkədar və eləcə də dövlət qul-
luqçuları da vaxtaşırı iştirak edirdilər. 
Mahmud Ağanın mülkədar, tacir, dövlət idarələrində ça-
lışan və musiqi, poeziya sevən dostlarının bir çoxu haqqında 
ötən müddət ərzində qocaman Şamaxı ziyalıları, sənətkar və ağ-
saqqallardan müəyyən sənədləri, məlumatları, yaddaşlarından 
xatirələri  cəm edə bilmişik.  Cəfərqulu bəy, Mahmud bəy, 
Hacı Süleyman bəy, Tağı  bəy, Hacı  Nəcəf bəy, Mirzə  Mə-
həmmədtağı Əlizadə (sonralar rus dumasının deputatı), Həsən 
bəy, Hacı  Ələkbər bəy, Mirzə  bəy, Vahab bəy, Kərim bəy 
(prokuror), Camo bəy, Rza bəy, Hacı Müslüm bəy, Kər-
bəlayi Süleyman bəy, mülk sahiblərindən Hacı  Səfər, Hacı 
Hidayət, Hacı Dadaş, Hacı  Həsən, tacirlərdən Məşədi 
Murad, Abdulla Dəmir oğlu, Səlim və başqa nüfuzlu 
şəxslərdən Qəzənfər bəy, Cavad bəy, Rüstəm bəy, Hacı 
Molla Qəni (Sultan Məcid Qənizadənin babası), Məşədi 
Əbdüləli, Hacı Mehdi, Kapitan Məşədi, Ağa bəy  İsmayıl 
oğlu, Məşədi Kazım və b.  məclisin daimi iştirakçıları 
olmuşlar. Onu da qeyd edək ki, bəy-bəyzadə, mülk sahibi olan 
bu insanların bənzərsiz sarayları, imarətləri 1918-ci il erməni 
daşnakları  tərəfindən dağıdılmış, yerlə-yeksan edilərək yan-
dırılmışdır. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 159
Ağasadıq bəy Qoca-
manbəyov (1830-1908) 
Ağasadıq bəy  İmamlı 
məhəlləsində doğulmuşdur. 
Mollaxana, mədrəsə  təhsili al-
mışdır.  Şamaxının sayılıb-seçi-
lən mülkədarlarından sayılırdı. 
Həm də Mahmud Ağagilin 
qonşusu idi. Şamaxının  İmam-
lı, Pirani-Şirvan məhəllərində 
mülkləri, dəyirman və karvan-
saraları, Pirsaat boyunca Şama-
xıdan Yekəxana Talıba qədər 
uzanan bağ-bağatları, indiki 
Sabir qəsəbəsi ərazisində yerlə-
şən mülkü vardı. O, Şamaxı ziyalılarının çoxu ilə dostluq edər-
di. Mahmud Ağa məclisinin iştirakçısı idi. Çox zaman Mahmud 
Ağanın qonaqlarını sarayına dəvət edər, onlarla şəxsən tanış 
olardı. 
Ağasadıq bəy 1908-ci ildə    Şamaxı  şəhərində  vəfat 
etmişdir. 
 
Azad bəy Qocamanbəyov 
(1860-1920) 
 
Azad bəy  Şamaxıda  Şıxminas məhəlləsində doğulmuş-
dur. Atası varlı-karlı bir mülkədar olmuşdur. O, əvvəlcə mollaxa-
nada, sonra S.Ə.Şirvaninin məktəbində oxuyub. Azad çox dəcəl 
uşaq olduğundan S.Ə.Şirvani onun nadincliyinə vaxtilə  şeir də 
həsr etmişdir: 
                            Dad sənin əlindən, dad, Azad, 
                            Yaz ki, fəryad əlindən, Azad, 
                            Stolu, stulu sən sındırdın, 
                            Ev oldu bərbad əlindən, Azad. 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
160
Polkovnik  Azda bəy Qocamanbəyov 
Azad bəy 
Azad  bəy sonradan şəhər 
məktəbində  də  təhsil alır. O, 
ərəb, fars dilləri ilə yanaşı, rus 
dilini də mükəmməl öyrənir. 
Atası ali təhsil almaq 
üçün onu Peterburqa göndər-
mişdir. O, hərbi məktəbi bitir-
dikdən sonra Moskva və Peter-
burqda xidmət edir. 1905-
1907-ci illərdə Rus-Yapon mü-
haribəsində  iştirak edir. Pol-
kovnik rütbəsinədək yüksəlir. 
Müharibədə sağ ayağından 
ağır yaralanır. Polkovnik bir 
müddət Moskvada xəstəxanada 
yatır, sonra Azərbaycana – Şa-
maxıya dönür. Əvvəl məhkəmədə, sonra isə  qəza rəisinin kö-
məkçisi işləyir. Şamaxıda fəaliyyət göstərən Azad bəy muğam 
və musiqi məclislərinə qatılır. O, Şamaxı ziyalılarının yaxın 
dostlarından biri idi. 1918-ci ildə  Şamaxıda ermənilərə qarşı 
könüllülər dəstəsinə başçılıq edir, vuruşur. 1920-ci ildə  vəfat 
edib, Mahmud Ağanın uyuduğu  «Laləzar»  qəbiristanlığında 
dəfn olunub. 
... Azad bəy Mamud Ağanın qohumu İsmayıl bəy Fit-
dağlının xalası oğludur.. 
Azad bəy qonşusu, xalası  oğlu  Əli bəylə Mahmud Ağa 
məclisinin daimi iştirakçısı olmuşdur. Özü də Mirzə  Mə-
həmməd Həsənin səsinin vurğunu kimi «Şur» və «Şüştər» mu-
ğamlarını daha çox sevərdi. Müəllimi Seyid Əzimin qə-
zəllərinin çoxunu əzbər bilirdi. Azad bəy iki dəfə ailə qur-
muşdur. Onun toy məclisinin xanəndəsi də Mirzə  Məhəmməd 
Həsən idi. 
Azad bəyin Seyfulla adlı bir oğlu olmuşdur. Onun da 
Azad və Nicat adlı övladları indi Bakı şəhərində yaşayırlar. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə