Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə36/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 139
Haftamabeldə oğlan gördüm, oğlanlar xanı,  
Tamam əyan-əşrəf idi onun dörd yanı, 
Sənə qurban-sadağadı qızların canı, 
Haftamabel, haftamabel hara yol aşdı?  
Haftamabel, haftamabel anqırdı qaşdı. 
 
Haftamabeldə bir can gördüm ellər gözəli,  
Ağzı qaymaq, dodağı bal, sözü məzəli,  
Ona minən qocanın da ömrü təzəli,  
Haftamabel, haftamabel yolumu çaşdı,  
Haftamabel, haftamabel anqırdı qaşdı. 
 
 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
140
 
V FƏSİL 
 
MAHMUD AĞA MƏCLİSİNİN 
QONAQLARI 
 
Səttar 
(XIX-1908) 
 
 
örkəmli xanəndə, sirli-sehirli səsi ilə insan qəlbini 
riqqətə  gətirən Səttar XIX əsrin 20-ci illərində 
Cənubi Azərbaycanın  Ərdəbil  şəhərində anadan olmuşdur. O, 
cavan yaşlarından  İranda  şöhrət qazanmışdır. Hətta  İran  şahı 
Məhəmməd Mirzənin dəvəti ilə saraya gəlmiş  və orada xa-
nəndəlik etmişdir. Sonra o 
Naxçıvana köçmüşdür. 
Bir müddət  İrəvanda 
yaşadıqdan sonra - 1845-ci 
ildən gedib Tiflisdə yaşamış-
dır. Burada tez bir zamanda 
böyük  şöhrət qazanmışdır. 
Mənbələrdə qeyd edildiyi ki-
mi, Tiflisdə keçirdiyi kon-
sertlərdə görkəmli ziyalılar 
M.F.Axundzadə, N.Barataş-
vili, Y.Polonski və b. iştirak 
edər, onun çıxışlarına aludə 
olarmış. Bu səmimi ünsiyyət 
uzun illərın dostluğuna çev-
rilir. 
Səttar təkcə azərbay-
canlıların deyil, eləcə gürcülərin də toylarında, ziyafətlərində 
G
 
Səttar 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 141
vaxtaşırı iştirak etmişdir. O zamanlar «Tiflisdə yaşayan rus şairi 
Polonski Səttarın ifalarını çox bəyənmiş  və ona xüsusi şeir də 
həsr etmişdir» (52-80). Ustad xanəndə təkcə Azərbaycanın xalq 
mahnılarını deyil, gürcü xalq mahnılarını da məharətlə ifa edə 
bilirmiş. Səttar Gəncə, Şamaxı, Bakı, Şuşa toyları, məclislərin-
də  də vaxtaşırı  iştirak etmişdir. Görkəmli xanəndə  Şamaxıya 
gələndə adını eşidib, üzünü görmədiyi Mahmud Ağa ilə  əvvəl 
tanış olur, sonra isə həmişəlik dostlaşır. Onun məclis üzvləri - 
S.Ə.Şirvani, Mirzə  Məhəmməd Həsən, Qənnadı, A.Nasehlə 
dostluqları uzun müddət davam etmişdir. S.Ə.Şirvani onun 
ecazkar səsinin vurğunu olmuşdur.  Şair özünün məşhur  «Guş 
qıl ey ki, bilirsən özüvü vaqifı kar» müxəmməsində «musiqi-
dən zövq alanları  əhli-bəsər» adlandırır, insanları musiqidən 
həzz almağa çağırır» (35-415). 
 
Fəhm qıl, gör ki, nədir çəngü dəfü bərbərü ud,  
Nədir onlarda bu ahəngü, bu ləhni bu surud,  
Arif ol rəmz bil, bu mahəsəlli-qeybü şühud,  
Ud hər ləhzə gəlib şurə deyər: ya Məbud  
Tar hər ləhzə gəlib vəcdə deyər, ya Səttar. 
 
Müxəmməsdən bəlli olur ki, Şamaxı şəhərinin prokuroru 
«Kərim bəy öz dostu, Nuh bəyin adına ziyafət qurur. Şeirin son 
bəndində «Naəhl» adlandırılan, adı isə  çəkilməyən  şəxs hərbi 
qulluqdan tərxis olunmuş çar zabiti Nuh bəydir ki, Kərim bəyin 
dostu idi. Qonaqlıq da onun şərəfinə verilmişdir. Həmin bənddə 
adı  çəkilən Mehdi məşhur Mahmud Ağanın xanəndəsi idi ki, 
Kərim bəyin xahişi üzrə qonaqlıq məclisini ziynətləndirmək 
üçün dəvət olunmuşdur» (35-416). 
Bir sözlə, Mahmud Ağanın yaxın dostu Səttarın adı 
S.Ə.Şirvani əsərlərində hörmətlə yad edilmişdir. 
Ümumiyyətlə, o, Şamaxıda keçirilən muğam müsabiqələ-
rində yaxından iştirak etmiş, Mahmud Ağa tərəfindən xüsusi 
mükafatlandırılmış və həmişə hörmətlə yola salınmışdır. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
142
Görkəmli xanəndə  milli musiqimizi Qafqaz xalqları 
arasında yaymaqda böyük fəaliyyət göstərmişdir. 
 
Hacı Hüsü 
(1830-1898) 
 
Hacı Hüsü Niftalı  oğlu  1830-cu ildə  Şuşanın Çölqala 
məhəlləsində, pedaqoq ailəsində 
dünyaya göz açmışdır. O, Xarrat 
Qulunun musiqi məktəbində oxu-
muş, muğamların sirlərinə  dərin-
dən yiyələnmişdir. 
Vaxt keçdikcə, Xarrat Qu-
lunun təşkil etdiyi məclislərdə 
xüsusi hörmət qazanır, sevilir. 
Hətta Xarrat Qulu onun məlahət-
li, gözəl səsi olduğu üçün özü ilə 
bir çox mötəbər məclislərə  də 
aparır. Muğamları kamil bildiyi 
və ustalıqla ifa etdiyinə görə us-
tad Cabbar Qaryağdıoğlu da onun 
sənətini yüksək qiymətləndirmiş-
dir.Nəhayət, Hacı Hüsü klassik 
muğam və təsniflərə də dərindən 
bələd olur. Odur ki, bu cə-
hətlərinə görə də gənc xanəndə həmyerliləri arasında dərin izzət 
və hörmət qazanır. O, yaxın dostu, muğam sərrafı M.Nəvvabla 
birgə  Şuşada ilk «Musiqişünaslar məclisi»nin  əsasını qoyur. 
Ustadı Xarrat Qulu vəfat edəndən sonra muğam sənətini Şuşada 
inkişaf etdirmək məqsədilə «Xanəndələr ittifaqı» yaratmışdır. 
Hacı Hüsü bir çox muğamlara da «yeni guşə  və xallar» əlavə 
etmişdir. 
Hacı Hüsü Şirvan torpağında da sevilmiş, pərəstişkarlar 
qazanmışdır. Mahmud Ağa dəfələrlə onu tarzən Sadıqla məcli-
 
Hacı Hüsü 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 143
sinə, təşkil etdiyi müsabiqələrə dəvət etmişdir. Bu barədə mu-
siqişünas alim F.Şuşinski yazır: «Hacı Hüsü eyni zamanda 
məşhur musiqiçi kimi şöhrət qazanmış, şamaxılı Mahmud Ağa-
nın və bakılı  Məşədi Məlik Mənsurovun məclislərinə tez-tez 
dəvət edilərdi» (52-44). 
Mahmud Ağa məclisində «Kürdü» ilə  «Şahnazı» birləş-
dirib yaratdığı «Kürdü Şahnaz» muğamını xüsusi ustalıqla ifa 
etmişdir. Mahmud Ağa bu ifaya görə Hacı Hüsünü ayrıca mü-
kafatlandırır. 
İstedadlı xanəndə, musiqişünas  Hacı Hüsü 1898-ci ildə 
Aşqabad şəhərində vəfat etmişdir. 
 
Malıbəyli Cümşüd 
(1845-1915) 
 
Cümşüd  təxminən, 1845-ci ildə  Şuşanın Malıbəyli kən-
dində doğulmuşdur. Mənbələrin qeyd etdiyi kimi, o, gənc yaş-
larından arabaçılıqla məşğul olmuşdur. Elə ilk dəfə həmtayları, 
dost-tanışları onun məlahətli səsi olduğunu bu zamanlardan bil-
miş və onu təşkil etdikləri məclislərdə oxutmuşlar. Sonralar o, 
Şuşanın  «Xan bağı»  karvansarasının sahibi Tanrıverdi kişinin 
məclisində iştirak etmişdir. Beləliklə, Cümşüd yavaş-yavaş Şu-
şanın ustad xanəndələri ilə tanış olmuş, onlardan muğamların 
sirlərini öyrənmış, böyük məclislərə ayaq açmışdır. Odur ki, 
Cümşüd 25-30 yaşlarında təkcə Şuşada deyil, Gəncə, Tiflis, Şa-
maxı, Bakı  məclislərinə  dəvət alar, hətta səsi-sorağı  İrana da 
çatmış, orada tanınıb, sevilmişdir. 
Malıbəyli Cümşüdün səsi çox zil olduğundan zərb mu-
ğamları daha ustalıqla ifa edirmiş. Eləcə də onun repertuarında 
«Segah», «Rast», «Şur», «Mahur» muğamları xüsusi yer tutur-
muş. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə