Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 131
Xətasın bildirərdi Davudun ləhni bəlagətdə,  
Əgərçı ol nəbi cürətlə gəlsəydi bu dünyayə. 
 
O sərv, qamətə tuba demək, vallahı nöqsandır  
Bərabər varmı bu dəhri-zamanda ol çəlipayə. 
 
O çeşmi ləblərin, kirpiklərin qurbanı olum mən,  
Fədda qıldım ona mülkü, zərü zibavü sənnayə. 
 
Əgər Harmi desə yandım, yəqin ki, dilbəri gəlmiş,  
Çəkir zəbh etməyə bu dəm Xəlili-Minayə. 
 
Mahmud Ağa və Abbas Səhhət məclisi 
 
XIX  əsrdə  Şamaxıda fəa-
liyyət göstərən ilk şəxsi təhsil 
ocaqlarından biri Abbas Səhhətin 
atası Molla Əli Abbasın məktəbi 
olmuşdur. Mahmud Ağa Molla 
Əli Abbasın məktəbinə həmişə əl 
tutub. Abbas Səhhət gözəl  şair 
idi, klassik üslubda şeirlər yazır-
dı. S.Ə.Şirvanı  və Mahmud Ağa 
məclisinə yaxın insanlardan idi.  
Əli Abbas Şamaxıda fəa-
liyyət göstərən hər iki məclisdə 
iştirak edər, oğlu Səhhəti də gənc 
yaşlarında - 1890-cı illərdə Mah-
mud Ağanın da məclisinə qatıb. 
A.Səhhət keçmiş «Beytüs-Səfa» 
məclisinin bir çox üzvləri ilə ya-
xından tanış olaraq, dostlaşmışdı. 
Bu illərdə o, tay-tusları arasında musiqi vurğunu kimi də 
seçilirdi. Onun dostları M.Ə.Sabir, Ağaəli bəy Naseh, M.Mah-
 
Abbas Səhhət 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
132
mudbəyov, S.M.Qənizadə,  İsmayıl bəy Veysov Şamaxıda 
maarifin, məktəblərin təbliğinə xüsusi diqqət yetirirdilər. 
A.Səhhət  İranda təhsil almağa gedəndə  əqidə dostların-
dan, eləcə  də musiqidən uzaq düşür.  Şamaxıya qayıdanda isə 
görür ki, artıq «Beytüs-Səfa» məclisinin üzvlərinin bir çoxu, 
eləcə də Mahmud Ağa dünyasını dəyişmiş, məclislər bitmişdir. 
Amma onun canından-qanından həmin məclislərin havası get-
mir. Qəzələ  də meyli çoxalmışdı. Belə ki, gənclik illərindən 
Mahmud Ağa məclisinə qatılanda M.Füzuli, Sədi, Hafiz, 
S.Ə.Şirvanini daha çox oxuyar, qələmini o səpkidə  sınayardı. 
Sədi və Hafiz Şiraziyə həsr etdiyi şeirləri Səhhət, Mahmud Ağa 
məclisindən, oraya dəvətli olan xanəndələrin ifasından təsirlə-
nərək yazmışdır. Sözsüz ki, Ətşan təxəllüsü ilə  qəzəl yaradan 
atası Molla Əli Abbas da bu sahədə ona müəyyən qədər təsir 
edə bilibmiş. Amma Şeyx Sədini «Şairi-şirinkəlam» adlandırır. 
Hafizi isə «ustadı-şeirin hünəri» sayır. Özü də 23-24 yasında – 
Mahmud Ağa məclisində  iştirak etdiyi illərdə. 1910-cu ildən 
sonra A.Səhhət Şamaxıda şeir və musiqi məclisi yaratmağa qə-
rarlaşır. Bir çox Şamaxı şairlərini, xanəndələrini bir araya gətirə 
bilir. Hətta 1912-ci ildə  şair M.Füzuli yaradıcılığına müraciət 
edərək onun bir qəzəlini tərbi edir. 
 
Dərdə düşdüm əsərindən sitəmi-hicranın,  
Çarədən ötrü dolaşdım nərəsin dünyanın,  
Dərdimi dərdimə canan dedilər cananın.  
Dilədilər dərdim; yoxdur dedilər dərmanın! (1-56) 
 
Mahmud Ağanın qohumu, Abbas Səhhətin  əqidə dostu 
Camo Cəbrayılın xatirələrində bu barədə müəyyən fikirlər var-
dır. 1925-ci ildə A.Səhhət böyük xanəndə S.Şuşinskini öz məc-
lisinə  Şamaxıya dəvət edir. Necə ki, Mahmud Ağa ustad sə-
nətkarları Şamaxıya dəvət edərdi. 
Bu barədə A.Səhhət belə yazır: 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 133
Dədəgünəş piri bir gün mənə məkan oldu,  
Yerim mübağiləsiz çövzeyi-canan oldu.  
Bütün məclisimiz Həqqi bəy, Məhəmmədəli,  
Cəfər çalır. Oxuyurdu Ağayi Seyid qəzəli.  
Görən deyirdi ki, cənnət yəqin əyan oldu.  
 
Göründüyü kimi, məclis  Şamaxı ziyalıları ilə qurulmuş-
dur. Həqqi Veysov (sonralar A.Səhhət onun oğlu Hacı İsmayıl 
Veysovu Volqa boyuna - Stavropola müalicəyə aparmış), Camo 
və  Ağalar bəy olmuşdur. Az müddət də olsa, şair A.Səhhət 
Mahmud Ağa məclisini müəyyən mənada yaşada bilmişdir. 
 
Kalvalı Əli 
(1874-1962) 
 
Azərbaycanda zurna-balaban sənətinin inkişafı, yayılması 
və  təbliğində xüsusi xidməti olmuş insanlardan biri də  Əli 
Zülfüqar oğlu Kərimov olmuşdur. O, 1874-cü ildə Şamaxı qə-
zasının Kalva kəndində dünyaya gəlib. Əli sənətin sirlərini ilk 
dəfə  əmisi Mahirdən öyrənmişdir. O, 16-17 yaşlarında Kal-
vadan Şamaxıya köçür. Burada ustad balabançı Süleyman Mə-
şədi Ağalar oğlu ilə tanış olur. Sənətini daha da kamilləşdirir. 
Ustad Aşıq  İbrahim, Aşıq Daşdəmirlə el məclislərində  iştirak 
etdikcə bəyənilir, sevilir, püxtələşir. Bu zaman artıq XIX əsrin 
80-ci illərin sonu idi. Aşıq  İbrahim Mahmud Ağa məclisinin 
fəal üzvlərindən, iştirakçılarından sayılırdı. Cavan sənətkar Əli-
ni də Mahmud Ağaya Aşıq İbrahim təqdim edir. 
Əlinin çalğısındakı  şirinlik, yanğı Mahmud Ağanın 
ürəyincə olur. Mirzə  Məhəmməd Həsənlə tanışlığı onu əbədi 
sənətə bağlayır. Odur ki, cavan Əli ulu muğam sənətini öyrən-
məyi qarşısına məqsəd qoyur. Bu zaman artıq Aşıq Bilal da 
Mahmud Ağa məclisinə ayaq açıb, Mirzə  Məhəmməd Həsən-
dən dərs alırdı. 
Bu illərdən başlayaraq  Əli yastı balabanla şamaxılı xa-


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
134
nəndələrin çoxunu ustalıqla müşayiət edirdi. Zilxan xanəndələri 
isə zurnanın müşayiəti ilə. O, tez bir zamanda muğamlarla 
yanaşı, zərb muğamlar və xalq mahnılarının da mahir ifaçısına 
çevrildi. Muğam müsabiqələrində ifası  həm məclis 
iştirakçılarının, həm də musiqi sərrafı Mahmud Ağanın könlünü 
oxşaya bilirdi. 
Əhməd Sultan ixtiyar yaşında olduğu üçün mehrini 
salmışdı  Əlinin yastı balabanının kövrək səsinə.  Əli yastı 
balabanı dilləndirər,  Əhməd 
Sultan isə kövrək səslə bayatı 
dünyasına səfər edərdi. Hamı da 
heyranlıqla dinləyərdi səksəni 
yola salıb, doxsanın behini almış 
Əhməd Ağanı. Özü də astadan 
deyirdi ki, bayatılar ona görə 
xalq mahnılarının canını-qanını 
təşkil edir ki, o, insanla 
doğulmuşdur. Uşaq layla ilə 
yuxuya gedir, gənclikdə bayatı 
ilə sevir, öləndə  də  ağı ilə yola 
salınır. Ona görə  də xalq 
mahnılarını daha çox sevir, 
zümzümə edirik. Sonra da yol alırdı bayatılara: 
 
Aşıq haradan gəlib?  
Zülfü daradan gəlib,  
Nə yağış var, nə duman  
Bu sel haradan gəlib? 
Və ya: 
Dağlarda bostan oldum,  
Bağ oldum, bostan oldum,  
Bivəfa yar ucundan  
Dillərdə dastan oldum. 
 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə