Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə53/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 209
Mahmud Ağa və  məclisdəkilərdən bir çoxu son beyti 
təkrarladı və əllərini süfrələr üzərindəki piyalələrə uzatdılar. 
Seyid Əzim şərbət piyaləsini yerə qoydu; qəlbi nə isə pı-
çıldayır, deyəsən, yeni bir qəzəl düzürdü. O, əlini cibinə atıb 
qələm və kağız çıxardı, elə süfrənin qırağındaca yazmağa baş-
ladı.  İndi o nə  məclisdəki söhbəti, nə hay-küyü, heç nə  eşit-
mirdi. Elə bil bir anlığa təbiətdə susub böyük şairin qəlbindən 
qələmə, oradan da kağız üzərinə süzülən sözlərin yazılıb qurtar-
masına, sonra da bu yeni incini dinləmək üçün gözləyirdi... Qə-
zəl bitdi, Seyid qələmi cibinə qoyanda Mahmud Ağa  şuxluqla 
bayazı çəkib onun əlindən aldı: 
- Özüm, özüm oxuyacağam, şair, sənin ilk oxucun özüm 
olacam. Bəri ver, ay uşaq, qulaq asın. 
- Bu çağırışa ehtiyac yox idi, hamı onsuz da sükut içində 
qəzəlin oxunmasını gözləyirdi. Mahmud Ağa xüsusi bir bəla-
ğətlə qəzəli oxudu və onun möhrə olan məqtə bəndini bir daha 
ucadan təkrar etdi: 
 
Çağırın Qeys ilə Fərhadı yığılsın başıma,  
Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm.  
 
Məclisdən afərin səsi ucaldı, quşların səsinə qarışdı. 
Mahmud Ağa üzünü şairə tutub dedi:  
- Seyyida, cəddinin təsəddüqü olum, gözəl sərkərdəsən. 
Yaxşı da məşhur qoşunun var: Qeys, Fərhad... Yaxşı, bəs 
möhtərəm eşq sərkərdəsi, məni  qoşununda kimə  şəbahət 
edirsən? 
Seyid  Əzim dostunun zarafatına eyni şuxluqla cavab 
verdi: 
- Sən elə Mahmud Ağasan, bundan özgə  şöhrət nəyinə 
gərəkdi? 
Mahmud Ağa ucadan, ürəkdən bir qəhqəhə sovurdu: 
-  Əhməd Ağanın  ərvahına and olsun ki, doğru deyirsən, 
əhsənullah» (44-136). 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
210
 
Xanəndə Ağakərim Nafizin 
«Ustadı əzəm» əsərindən... 
 
«O dövrün Şamaxı varlıla-
rından Mahmud Ağa  Əhməd 
Ağa oğlu Məmmədzadə gözəl 
səsi olan, musiqi alətlərində çal-
mağı bacaranları axtarıb tapır və 
onların yetişməsinə yardım edir-
di. Bir gün Mahmud Ağa Hacı 
Nəcəf bəy və xanəndə Kərbəlayi 
Əli  Əkbər  Şamaxı  mədrəsəsinə 
gedirlər. Mahmud Ağa həm də 
mədrəsədə oxuyanlara maddi 
yardım göstərirdi. Onlar mədrə-
səyə daxil olanda bir uşağın gö-
zəl avazla Quran oxuduğunu gö-
rürlər. Səs bu üç böyük şəxsiyyə-
ti valeh eləmişdi. Soruşub öyrə-
nirlər ki, uşaq Dabbağ  İsmayılın 
oğlu Məhəmməd Həsəndir. O gündən sonra Mahmud Ağa Mə-
həmməd Həsəni nəzarət altında saxlayır, onun Quran qiraəti 
dərslərini mükəmməlləşdirməsi üçün maddi yardım göstərir və 
mədrəsə mollasına əlavə haqq ayırır ki, onunla daha yaxşı məş-
ğul olsun. 
«Quran» dərsləri tamamlanandan sonra Mirzə Quran qa-
resi kimi məşhurlaşır. Çoxları onun ruhanilik etməsini istəyirdi. 
Çünki heç bir Quran oxuyanda belə avaz yox idi. Hamı onun 
Quran oxumağını eşidəndə valeh olardı. 
Lakin Mahmud Ağa ondakı qeyri-adi səs imkanlarını gö-
rüb, Məhəmməd Həsəni xanəndəlik sənətinə  çəkməyə çalışır. 
Bunun üçün əvvəlcə  Məhəmməd Həsənin özündə xanəndəlik 
sənətinə  həvəs oyatmaq lazım idi. Bir gün Mahmud Ağa bir 
 
Ağakərim Nafiz 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 211
məclis qurub bütün Şirvan xanəndələrini bir yerə toplayır. O 
məclisə Dabbağ  İsmayılın oğlu Məhəmməd Həsən də  dəvət 
olunur. Məclis başlamamış Məhəmməd Həsənə təklif olunur ki, 
o, bir neçə Quran ayəsi oxusun. Məhəmməd Həsən Quranı elə 
gözəl avazla oxuyur ki, məclisdə oturan xanəndə və sazəndələr 
hamısı heyran qalır. Bu məclisdə vaxtilə  Şirvan xanı Mustafa 
xanın sarayında xanəndəlik etmiş  Əbülhəsən də (Həsən Çəp) 
iştirak edirdi. Sənət sirlərini dərindən bilən, səsilə aləmə 
meydan oxuyan, ilk dəsgah ifaçısı, qocaman xanəndə  Həsən 
Çəp Mahmud Ağanın: 
- Ustad, necədir, bəyəndinmi? - sualına belə cavab verir:  
- Quranı çox gözəl oxuyur. Lakin bu səs bir xanəndədə 
olsa, daha gözəl olar. Bil bu səs insan boğazından deyil, ilan 
boğazından çıxır!!! (6-17). 
 
*** 
«Mən bu gecədə deyilənləri təkrar etmədən qısaca onu 
deyərəm ki, Mahmud Ağa təkcə musiqidən zövq alan, ona 
yüksək qiymət verən tarixi şəxsiyyət yox, həm də muğam 
sənətimizin və xanəndələrimizin kamilləşməsi uğrunda 
fədakarcasına çalışan vətəndaş idi. Mahmud Ağa musiqi 
təhsilini kimdən, haradan almışdı? Necə olmuşdur ki, o, musiqi, 
xüsusilə ən mürəkkəb janr olan muğamlarımızı incəliyinə qədər 
bilmişdir? Bu qədər zəngin musiqi biliyinə, təcrübəyə malik 
Mahmud Ağa hansı musiqi əsərinin, kitabının,  əlyazmasının 
belə müəllifidir? Hələlik bütün bunlara cavab verəcək tarixi 
sənədimiz yoxdur. Bəlkə  də bütün bu sənədlər 1902-ci il 
zəlzələsində, yəni Mahmud Ağanın ölümündən 6-12 ay sonra 
baş verən dağıdıcı  zəlzələdə  məhv olub. Lakin bütün bunlar 
bizi o qədər də göynətmir. O, bunlarsız da musiqi tariximizdə 
yaşayır. Onun əsərləri canlı insanlar, yəni bayaq Firidun bəyin 
adlarını  çəkdiyi muğam sənətimizin unudulmaz sənətkarları, o 
cümlədən Mirzə Məhəmmədhəsən və başqalarıdır». 
 
Yaşar Nuriyev, xalq artisti 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
212
 
VIII FƏSİL 
 
MAHMUD AĞANIN DOĞMALARI, QOHUMLARI 
 
Mahmud Ağanı  dərk etmək,  böyüklüyünü, nəcibliyini 
anlamaq üçün onun nəslindən olan insanlar haqqında qısa-
ca da olsa, ensiklopedik məlumatları oxucuların diqqətinə 
təqdim etmək yerinə düşərdi. “Ot kökü üstündə bitər” deyib 
atalar. Mahmud Ağa Azərbaycan tarixinə xan çinar əzəməti ilə 
daxil olan görkəmli və nüfuzlu simalardan biridir. Onun 
övladları, nəvələri, nəticə  və kötükcələri bu möhtəşəm ağacın 
gövdəsi, qol-budaqlarıdır. Bu nəslin nümayəndələrinin qəribə 
və maraqlı taleləri olub. Yaşadığı zamandan və kimliyindən 
asılı olmayaraq onlar Azərbaycan adlı bir vətənə, Azərbay-
can adlı dövlətə sadiq insanlar olublar. Qarşılarına çıxan faciə-
lərdən və fəlakətlərdən sarsılmadan, çəkinmədən ulu babaların-
dan qalan müqəddəs bir əxlaqı ömürlərinin sonuna kimi da-
şıyıblar.  Əksəriyyəti elmlə  məşğul olub, ölkələrində elmin, 
maarifin və  sənayenin müxtəlif sahələrinin inkişafı üçün 
əlindən gələni əsirgəməyiblər. Məhz bu nəsildən olan insanların 
taleyini vərəqləyəndə, geri dönərək keçmişə Mahmud Ağanın 
həyatına yenidən nəzər salanda, onu adi musiqi məclisinin 
təşkilatçısı, muğam bilicisi kimi yox, daha böyük miqyasda – 
bir incəsənət məbədinin, muğam universitetinin yaradıcısı  və 
hamisi kimi başa düşmək mümkündür. Bu nəcib xeyriyyəçinin 
dövrünü, onun gördüyü işləri göz önünə kim gətirsə etiraf 
edəcək ki, Mahmud Ağanın öz sarayında qurduğu muğam məc-
lisi, bu məclislərin keçirilmə qaydaları, bura öyrətməyə  və 
öyrənməyə  cəlb edilən müğənnilər, aşıqlar, xanəndələr və söz 
xiridarları bir məclis üzvlərindən daha çox zəmanəsinin  ən 
müasir təhsil ocağına - muğam, seir və sənət akademiyasına da-
ha çox bənzəyir. Bu incəsənət məbədi Ağanın öz sarayında yer-
ləşirdi,  “müəllimlər” bu sarayda yaşayırdı, bu sarayda 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə