Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə61/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 239
şəbbüsü və  təşkilatçılığı ilə Azərbaycan müəllimlərinin birinci 
qurultayı hazırlanır və keçirilir. Uzun müddət müəllim, məktəb 
direktoru olub, şəhər dumasına deputat seçilir, Sosial təşkilat 
komissiyasının (1920) üzvü kimi oAli Pedaqoji institutun 
təşkilində fəal iştirak edir və əvvəl burada direktor müavi-
ni, sonra isə direktor vəzifəsində çalışır. Həbib bəy 42 il pe-
daqoji fəaliyyətilə  məşğul olmuşdur. 1914-cü ildə Bakı  şəhər 
Dumasının qərarı ilə  həmin məktəbə onun adı verilmişdir. O, 
təkcə pedaqoji fəaliyyətlə  məşğul olmaqdan başqa, həmçinin 
Azərbaycan dram teatrının yaradılmasında da bilavasitə iştirak 
etmişdir. Həbib bəy Azərbaycanda ilk teatr truppasını təşkil et-
mişdi, ona rəhbərlik edirdi və maliyyələşdirirdi. Həbib bəyin 
necə ata, ailə başçısı olması barədə oğlu Xəlil xatirələrində belə 
yazır: “1920-ci ildə - artıq 17 yaşımda atama payok gətirirdim. 
Burada  ərzaqdan savayı tütün də olardı. Atam bilirdi ki, mən 
siqaret çəkirəm. Ona görə  də öz tütün payından mənə  də bir 
qədər ayırardı. Lakin bir dəfə də olsun onun yanında tütün çək-
mədim. O zaman kimsə atasının yanında nə siqaret çəkərdi, nə 
də ki, araq içərdi. Biz 3 qardaş atamın qoyduğu qaydaları  və 
elimizin müqəddəs adətlərini bir dəfə də olsun pozmadıq. Ataya 
hörmət etmək, anaya rəğbət bəsləmək ailəmizin kökündən gə-
lən dəyişilməz bir qanun idi. Bu qanunları göz bəbəyi kimi qo-
ruyurduq”.  
 1923-cü  ildə Bakı  Şəhər Təhsil  Şöbəsinin qərarı ilə 2 
nömrəli Bakı şəhər məktəbinə Həbib bəyin adı verilir. 1928-ci 
ildə Həbib bəy vəfat edir.  
Təxminən, on il sonra, 1936-37-ci illərdə onun 3 oğlu so-
vet rejiminin düşməni kimi həbs edilir və bununla əlaqədar hə-
min məktəbdən Həbib bəyin adını tamamilə götürürlər. Həbib 
bəyin vəfatından 30 ilə yaxın vaxt keçsə  də, onun Azərbay-
canda maarifin, mədəniyyətin inkişafı üçün gördüyü böyük 
işlər; ilk dünyəvi rus-tatar məktəbi, ilk rus-tatar kitabxanası ya-
ratması,ilk teatr truppasını  təşkil etməsi, siyasi fəaliyyəti res-
publika hökuməti tərəfindən nəzərə alınıır və onun adı yenidən 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
240
məktəbə qaytarılır. Ölümündən bir az qabaq Həbib bəy 
Mahmudbəyov həyat amalı haqqında belə yazırdı:
 
«Mənim 
məqsədim həmişə təhsil sahəsində xalqıma xidmət etmək istəyi 
olmuş və çalışmışam
 
ki, yeni məktəblər, institutlar, texnikumlar 
yaradılsın».  
H.Mahmudbəyovun həyat yoldaşı  Kəbutər xanım  Rza 
bəy qızı  1874-cü ildə  Şamaxıda dünyaya gəlib, 1943-cü ildə 
vəfat etmişdir. O, gözüaçıq, ağıllı və mehriban qadın idi. Onun 
Şirvanda məşhur və tanınmış  nəslinin kökləri  əsilzadələrə 
çıxırdı. Oğlu Xəlil bəyin xatirələrində
 
bir neçə cümlə ilə 
Kəbutər xanımın müqəddəs ana surəti belə  cızılır: “Anam 
haqqında qısaca onu deyə bilərəm ki, Kəbubər xanım Rza bəy 
qızı 3 bacı, 3 qardaş olublar. Kişilərin hamısı yaxşı oxuyub 
yazmağı bacarır və  həm də rus dilində kifayət qədər yaxşı 
danışırdılar. Anam da atalarından babalarından gələn bilik və 
təcrübəyə uyğun fərqli dünyagörüşü ilə hamıdan seçilərdi. 
Onun davranışlarında  əsrlərin dərinliyindən soykökünə xas 
nəciblik və alicənablıq özünü büruzə verər, bu qadını 
dinləyənləri valeh edərdi. O, ürəyi riqqətə  gətirəcək dərəcədə 
sadə, həlim və mehriban bir qadın idi. Biz - onun uşaqları 
aradan uzun illər ötdükdən sonra belə keçmişi xatırlayanda bir 
dəfə  də olsun anamızın üstümüzə  səsini qaldırmasını, bizə 
əsəbiləşməsini yadımıza sala bilmədik. Əksinə, onun həssaslığı, 
mehribanlığı və can yanalağı xatirələrimizin çələnginə çiçəklər 
kimi hörüldü.  
Atama qarşı da qəlbində böyük rəğbət və sevgi yaşadardı. 
Atam dünyasını dəyişəndən sonra anamın necə qəfildən solub 
şam kimi sönməsini görəndə onun atama necə  dərindən 
bağlı olduğunu dərk etdik.  Həyat yoldaşının ölümü onu 
sarsıtmışdı. Bundan başqa  əlil qızı  və repressiyalara məruz 
qalan 3 oğula dəyən zərbələr də anamın nikbinliyini qırmış, 
ədalətin, haqqın gücünə olan inamını sarsıtmışdı. Anam 
Kəbutər xanım ömrünü və qalan sağlamlığını  şam kimi bizim 
qismətimizə çökən qaranlıqları dağıtmaq üçün yandırdı və artıq 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 241
heç nəyə gücü çatmayanda dünyasını dəyişdi.”  
 
Həbib bəyin Şamil, Kamil və Xəlil adlı üç oğlu və Sona 
adlı bir qızı olub. Mahmud Ağanın nəsil şəcərəsində bu dörd 
övlad nəticə yerini tutur. Onların haqqında da ayrıca 
danışmaq və xatirələri vərəqləmək gərəkdir.  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
242
 
Həbib bəyin oğlu Şamil bəy Mahmudbəyov 
(1898-1937) 
 
Şamil bəy  1898-ci ildə 
Bakıda doğulmuşdur. 1915-ci ildə 
Bakı realnı  məktəbi bitirmiş, 1916-
cı ildə Kiyev şəhərində Politexnik 
İnstitutuna daxil olmuşdur. O, 
musiqini çox sevirdi. Skripkada və 
gitarada gözəl çala bilirdi. Lakin 
Birinci Dünya müharibəsi illərində, 
gizli partiya fəaliyyəti və  səh-
hətindəki problemlər ona institutu 
qurtarmağa imkan vermədi. 1919-cu 
ildə  xəstə  Şamil Bakıya qayıdanda 
Petrov limanında onu şübhəli adam 
kimi tuturlar. Güllələnməyə aparıl-
dıqda təsadüf nəticəsində uzaq qo-
humu çar ordusunun zabiti Şepelev-
lə rastlaşır və onun sayəsində ölüm-
dən qurtarır.  
Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk gündən o, 
bolşevik dəstəsinə qoşulur və Bakıda işləyir. Şamil Azərbaycan 
İnqilab Komitəsinin sədri N.Nərimanovun katibi olur. Onun 
İnqilab Komitəsinin sədrinin katibi vəzifəsinə təyin edilməsinin 
maraqlı tarixçəsi var. Məsələ burasında idi ki, Nəriman Nəri-
manov  şəxsən  Şamilin atası  Həbib bəylə tanış idi. Ümu-
miyyətlə bu nəsil və onların gördüyü nəcib işlər haqqında məlu-
matlı idi. Nərimanov bilirdi ki, XX əsrin  əvvəlində Bakı mil-
yonçularının gördüyü nəcib işlərin təməli XIX əsrdə Mahmud-
bəyovlar tərəfindən qoyulub. Azərbaycanın gələcəyini, xalqının 
inkişafını düşünən bir rəhbər üçün belə  şəxsiyyətlərin seçilib 
irəli çəkilməsi ümdə bir vəzifə daşıyırdı.  
Şamil bəy Həbib bəy 
oğlu 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə