Seyfəddin Qəniyev, Səadət Veysova
232
Bakıya köçür və böyük qızı Qəmər xanımın evində yaşayır.
Əsədulla bəy böyük qardaş olduğu üçün ona Ağa deyə müraciət
edərlərmiş. O, mədə xərçəngi xəstəliyinə tutulur və
1924-cü
ildə Bakıda dünyasını dəyişir.
Əsədulla bəyin iki arvadı olub. Birinci arvadından
Ceyran xanım, Xəlil bəy, Soltan xanım, Bəylər bəy, Qəmər
xanım və Lətif bəy adlarında
6 uşağı, ikinci arvadı Ruqiyyə
xanımdan da
Sitarə, Sara, Aslan, Əjdər, Tahirə, Mərdan
adlarında 6 övladı dünyaya gəlib.
Əsədulla bəyin oğlu Bəylər bəy
Bəylər bəy Əsədulla bəy
oğlu Mahmudbəyov 1888-ci ildə
Şamaxı
şəhərində anadan
olmuş, Bakıda gimnaziyada oxu-
yub, 1906-cı ildə Sankt-Peter-
burqda Kommersiya İnstitutunda
təhsil alır, 1910-cu ildə Bakı şə-
hərinə qayıdaraq,
kommersiya
bankında işləyir. Yüksək mədə-
niyyət və əxlaq sahibi olan Bəy-
lər bəy özünə böyük hörmət qa-
zanır. 1922-ci ildə Qacar nəslin-
dən olan İşrət xanımla evlənir.
İşrət xanım bundan əvvəl
çar za-
bitinə ərə gedibmiş və ondan bir
oğlu, 2 qızı olur. Ərindən boşan-
dıqdan sonra Bəylər bəyə ərə
gedib.
Bəylər bəyin ondan Tofiq adında oğlu olmuş və o, 1941-
1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olmuşdur.
Bəylər bəyin özü isə
1927-ci ildə Bakı şəhərində vəfat etmiş-
dir.
Bəylər bəy Mahmudbəyov
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
233
Əsədulla bəyin qızı Qəmər xanım
Qəmər xanım Əsədulla bəy qızı Mahmudbəyova 1890-cı
ildə Şamaxıda anadan olmuşdur. O, ilk təhsilini 1902-1905-ci
illərdə Tağıyevin açdığı qızlar seminariyasında almışdır.
Məşhur milyonçu-neftçi Hacı Zeynalabdin Tağıyev gənc
yaşlarında bənna olmuş, aldığı torpaqlarda neft quyuları
qazdırır, nağıllardakı kimi qısa müddətdə kasıblığın daşını
ataraq, Bakının ən varlı adamlarından birinə çevrilmişdir. O,
mesenatlıq işinə xüsusi yer verməyə başladı. Çadra altında
gəzən, heç bir savad sahibi olmayan azərbaycanlı qızları üçün
gimnaziya-pansionat açmağa nail oldu. Qəmər xanım da bu
gimnaziyada təhsil alaraq 1906-cı ildə oranı bitimişdir. O, öz
əmisi oğlu,
Almaniyada təhsil almış, elektrik mühəndisi
Ağalar
bəy Mahmudbəyova ərə getmişdir.
Ağalar bəy Mahmudbəyov 1882-ci ildə Şamaxı şəhərin-
də doğulub. Bakıda realnı məktəbi bitirdikdən sonra, onu
Almaniyaya oxumağa göndərirlər. İnstitutu bitirən Ağalar bəy
elektrik mühəndisi olur. O, həm də son dərəcə ağıllı, ziyalı, gö-
zəl xasiyyətli bir insan idi. Əvvəlcə o, Bakıda müxtəlif idarələr-
də, sonra isə əslən şamaxılı Belçikada təhsil
alan mühəndis Ağa
Axundovun açdığı «Lyumer» elektrik avadanlığı kontorunda
işləyir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o,
Azərbaycan Neft Sənayesində Texniki-Material Təchizat İdarə-
sinə, sonra isə Azdövlətlayihə İnstitutuna rəhbərlik edir.
30-cu illərin əvvəlində Ağalar bəyi dövlətə
ziyanxorluqda
damğalayaraq həbs edirlər və Moskva-Volqa kanalı düşərgəsi-
nə göndərirlər. 1935-ci ilə kimi o, həbsdə qalır.
1936-1937-ci
illərdə yenidən həbs edilir və bir daha geri qayıtmır. Onun hə-
yat yoldaşı, uşaqları, İsmayıl (onun arvadı Antonina Afanas-
yevna), Niyaz, Ənvər və qardaşının arvadı ilə birlikdə anasını
da Qazaxıstanın Petropavlovsk şəhərinə sürgün edirlər.
Seyfəddin Qəniyev, Səadət Veysova
234
Bütün ailənin günahı onda imiş ki, Qəmər xanımın kiçik
bacısı
Tahirə Mahmudbəyova 1923-cü ildə Bakıda
İran
konsulu İsmayıl xana öz istəyi ilə ərə getmişdi. O vaxtlar
xarici adamlarla münasibətdə olan yerli əhalini heç
bir səbəb
olmadan həbs edirdilər. O cümlədən, həmin adamların yaxın
qohumlarını da. Ağalar bəy 1938-ci ildə həbsxanada vəfat edir.
Ağalar bəylə Qəmər xanımın oğlu İsmayıl Mahmud-
bəyov 1908-ci ildə
anadan olmuşdur. O, realnı məktəbi qurtarıb
Kənd təsərrüfatı İnstitutuna daxil olur. Sonra isə o, Krasnodar
Kənd Təsərrüfatı İnstitutuna köçürülür. 1931-32-ci illərdə iaşə-
yeyinti mühəndisi diplomu alır. Krasnodarda ziyalı və tanınmış
ailədən olan
Kalkutina Antonina ilə evlənir. İsmayıl bəy uzun
ömür sürməmişdir. Sürgündən sonra az müddət soyuducu kom-
binatında işləmiş, 40 yaşında - 1948-ci ildə vəfat etmişdir. Ölü-
mündən 39 il
ötdükdən sonra - 1989-cu ildə bəraət alır. Anto-
nina əri öldükdən sonra da Bakıdan getmir. 1931-ci ildə
anadan
olan yeganə qızı Novellanın tərbiyəsi ilə məşğul olur. Antonina
özü Kuban Əkinçilik İnstitutunu
bitirmişdi, ixtisasca aqronom
idi. O, əməkdar aqronom adına layiq görülür. İttifaq Memarlar
Birliyinin üzvü, bir neçə kitabın müəllifi olmuşdur.
Onun qızı
Novella Mahmudbəyova Bakı Dövlət
Universitetinin biologiya fakültəsini bitirmiş,
elmlər namizədi
olmuşdur. 1955-ci ildə EA-nın Geologiya İnstitutunun baş
geoloqu işləyən
Tarik Hacıyevlə ailə həyatı qurmuşdur.
Onların Stella adlı bir qızı olub. Bakıda yaşayır.
Ağalar bəylə Qəmər xanımın oğlu Niyaz Mahmudbəyov
1910-cu ildə Bakıda doğulmuşdur. Bədən Tərbiyəsi İnstitutuna
daxil olsa da, Şimali Qazaxıstana sürgün olunması, həmin
institutu bitirməyə imkan vermir. 1943-cü ildə müharibədə
həlak olmuşdur, Edik (1938) və Rafıq (1940) adlı iki övladları
dünyaya gəlir. Edik 1967-ci ildə məlum olmayan səbəblərə
görə, qəsdən, Montin qəsəbəsindəki parkda qətlə yetirilir.
Ağalar bəylə Qəmər xanımın oğlu Ənvər Mahmudbəyov
1913-cü ildə Bakıda anadan olmuşdur. 1936-cı ildə Bakı Neft