Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə55/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 217
Əhməd  Sultan Ağa dərin biliklərə, gözəl musiqi duyumuna 
malik imiş  və gözəl də  şeir söyləyirmiş.  Əhməd Sultan Ağa 
qardaşları ilə birlikdə atasının muğam gecələrinin təşkilində 
iştirak edirlərmiş. 
 
 
Hacı Əhməd Sultan Ağanın oğlu 
Soltan bəy (Mahmud Ağanın nəvəsi) 
 
 
 Soltan bəy Əhməd Sultan ağa oğlu Mahmud Ağanın ən 
sevimli nəvəsi idi. Lap kiçik yaşlarından balaca bəyzadə 
babasının təşkil etdiyi ziyafətlərdə, musiqi məclislərində iştirak 
edib. Soltan bəy fransız,  ərəb, rus dillərini mükəmməl bilirdi. 
Xarici ölkələrdən dəvət olunan müəllimlər ağanın övladlarına 
və  nəvələrinə xarici dillərlə yanaşı musiqini, riyaziyyatı da 
öyrədərdilər. Soltan bəy dəqiq biliklərə can atdığı  qədər də  
poeziya və musiqi aşiqi idi. Təbii ki, bu məhəbbət onun 
qəlbində Mahmud Ağanın ziyafətlərində və müsabiqələrindəki 
incəsənət vurğunu olan qəzəlxanların, muğam ifaçılarının mü-
kəmməlliyindən, onların kamilliyindəki zənginliklərdən boy 
verib pöhrələnmişdi. Soltan bəyin mükəmməl musiqi 
biliklərinə yiyələnməsi, qarmonda ən gözəl ifaçıları belə heyran 
etməsində babasının məclis üzvləri ilə qura bildiyi ünsiyyət 
vacib rol oynamışdı.  
Nəvəsinin uğurlarına sevinən Mahmud Ağa Soltan bəy 
üçün xüsusi bir saray tikdirib, ona da babasının yolu ilə 
getməyi, onun əməllərini təlqin etməyi tapşırıbmış. Deyirlər ki
Soltan bəy bu sarayda Şərqin gözəl xanəndələrini,  şairlərini 
qəbul edər, babası kimi musiqi müsabiqələri keçirərmiş. 
Qaliblərin, istedadlı gənclərin də aqibətinə biganə qalmazmış.  
1918-ci ildə erməni millətçilərinin Azərbaycan ərazilərin-
də xalqımıza qarşı törətdikləri amansız qırğınların dalğası  Şa-
maxını da bürüdü. Mahmud Ağanın nəslindən olan neçe-neçə 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
218
insanın mülkləri, malikənələri, sarayları talan edildi, dağıdıldı, 
viran qoyuldu. Soltan bəy də ailəsini amansız erməni 
cəlladlarının  əlindən xilas etmək üçün əvvəl Dərbəndə, sonra 
isə oradan Aşxabada köçmək məcburiyyəti qarşısında qalır. 
Lakin vətənə, elinə, xalqına bütün varlığı ilə bağlanan bu insan 
qürbətdə dinclik tapa bilmir. Sən demə  qırğından qurtarmaq, 
sağ qalmaq, haradasa uzaqlarda əmin-amanlığa qovuşmaq xilas 
yolu deyilmiş. Yaşamaq üçün ayaqlarının altında vətən torpağı 
olmalıymış, başının üstündən üzən buludlar da doğma 
olmalıymış.  Musiqinin, şeirin, sənətkarların inkişafına ömrünü 
həsr edən bir insana qürbətin azadlığı məhbəsdən betər gəlir. O 
dərk edir ki, torpaqdan, ana vətəndən ayrı düşmək kainatın 
dərinliklərinə atılmaq kimi bir şey imiş.  Nigaran ruhu, vətən 
nisgili ilə yatağında didərgin salan yuxuları onu Azərbaycana 
haraylayır. O Şamaxıya dönə bilməsə  də Bakıya qayıdır, 
təskinliyini də sevdiyi torpaqların bir addımlığında – Abşeron 
yarımadasında tapır. Övladları xatırlayır ki, atalarının o vaxtı 
Bakıda “Dəvəçinski” adlanan küçədə gözəl evi var imiş. Soltan 
bəyin  oğlu  Əhməd Ağa  (Soltan bəy ona atasının adını 
veribmiş) 1930-cu illərdə Bakıda polis rəisi vəzifəsinədək yük-
səlir. 37-ci illərin repressiyaları alovlananda bir çoxları oturdu-
ğu kürsülərdən məhbəslərə atılar, güllələnirmiş. Nəzərə alaq ki, 
o illərdə Azərbaycanda qeyri millətlər, xüsusən də ermənilər 
bolşeviklərin repressiya maşınını istədikləri kimi idarə edir və 
əsasən azərbaycanlılara - millətinə, xalqına bağlı insanlara qə-
nim kəsilirdilər. Təbii ki, erməni faşistlərinin qənaətinə görə 
xan-bəy nəslindən olan, xalqını, mədəniyyətini sevən hər bir 
azərbaycanlı dar ağacından asılmalı, güllələnməli  idi. Əhməd 
Ağa da 1937-ci görkəmli bir nəslin nümayəndəsi kimi rep-
ressiya qurbanı olur və minlərlə ziyalının kədərli aqibətini 
yaşayır.  
 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 219
 
Mahmud Ağanın nəticəsi – 
Paşabəyova Qəmərxanım Soltan bəy qızı 
 
Qəmərxanım 1905-ci ildə  Şamaxıda anadan olub. Təbii 
ki, Mahmud Ağanın soy kökü o zamanlar çox zəngin nəslin 
nümayəndələri idilər. Və atası Soltan bəy də Mahmud Ağanın 
sevimli nəvəsi kimi varidat sahibi idi. Belə  zəngin ailədə  qız 
uşağının tərbiyəsi də o dövrün adi və kasıb, bir qədər də 
xurafata meyilli ailələrindən fərqli idi. Babası Mahmud Ağa 
kimi Soltan bəy də    musiqiyə, mədəniyyətə  və elmə bağlı 
olduğundan uşaqlarının da biliklərə uzanan yoluna qadağalara 
düzməzdilər.  Əksinə, onun mükəmməl musiqi savadı alması 
üçün əllərindən gələni əsirgəməmişdilər. Qəmər xanım  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
çoxlarının qibtə edə biləcəyi kübar tərbiyə almışdı, dərin musiqi 
savadına malik bir qız idi. Əsrlər boyu musiqiyə  rəğbət 
bəsləyən, muğamı bacardıqları qədər ucalıqlara qaldıran, elmin, 
 
 
İsmayıl bəy  və  həyat yoldaşı  Qəmər xanım 
Paşabəyova  


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
220
təhsilin, poeziyanın inkişafı üçün sərvətlərini səxavətlə 
xərcləyən nəsildə  qız uşağının başqa cür böyüməsini  əslində 
təsəvvür etmək də  çətindir. Ailəsində muğam məclislərini, 
məşhur müğənni,  şair və  qəzəl xanları görən qızın poetik 
duyumu və musiqi təhsili də  zəngin və kübar xanımlara xas 
olan bir tərzdə olmalı idi. 
Soltan bəy qızı  Qəmər xanımı  yetkinlik yaşına çatanda 
Mustafa xanın nəticəsi Cəbrayıl bəyin və Safura xanımın oğlu 
İsmayıl bəylə izdivaclarına razılıq verir. Lakin ana tərəfi, 
xüsusən də dayıları uzun müddət etiraz edir, razı olmurlar. 
Qəmər xanım nəvələrinə toyunun necə gözəl təşkil edildiyini, 
bütün məclislərdən üstün bir ziyafət olduğunu fəxarətlə 
danışardı.  Bu izdivacdan onların üç övladı dünyaya gəlir: 
Ramiz, Firidə və Akif.  
Qəmər xanımın oğlu  Ramiz Paşayevin 3 övladı olub:  
Paşayev  Ərəstun, Soltan, Dilşad. Soltanın da bir oğlunun adı 
Mahmud, o biri də Mahmuddur.     
Kiçik oğlu Akif Paşayev. İkinci Dünya müharibəsi başla-
yanda 1941-ci ildə  cəbhəyə yola düşür və yüz minlərlə Azə-
rbaycan  əsgərlərindən biri kimi alman faşizminə qarşı gedən 
amansız müharibədə həlak olur. Taleyin sərt hökmü ilə barışan 
Qəmər xanım anadan olduğu 1905-ci ildən üzü bəri qismətinə 
yazılan yaxşı günləri də yaşayır, yaman günlərin də  ağrısını 
ömrünün sonuna kimi çəkir. Bolşeviklərin hakimiyyətə 
qayıdışı, varlıların talanması, sərvətlərinin əlindən alınması, ən 
savadlı, ləyaqətli qohumlarının 37-ci illərin repressiyalarından 
keçməsi. Gizlincə ağlayardılar, yaslarını da içlərində qurardılar. 
Ona görə ki, bütün ölkə güllənən xalq düşmənlərinə nifrət 
etməyə alışmışdı. Azərbaycanlı  zıyalıların da ot kimi biçilib 
güllənməsi adi bir hal idi. Hamı verilən raportlara sevinclə  əl 
çalmağa alışmışdı. Tanrı  Qəmər xanımı  ən ağır sınaqlardan 
keçirdi. Oğlunu İkinci Dünya müharibəsinə yola salan bu nəcib 
qadın ömrü boyu onun ölümünə inanmadı, gizlində və aşkarda, 
ürəyində  və yuxularında Akifin yolunu gözlədi, ölümünə  də 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə