Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə50/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 199
- Gözlərin var olsun. 
- Amma mən ölüm, nə deyirsən eləyim,... ancaq çox 
dərinə çəkmə, qəmlə - kədərlə danışma. Yaxşı? 
Onun gözlərində elə bir ifadə var idi ki, Seyid gülümsədi, 
əlini dostunun çiyninə qoydu: 
- O da mənim gözlərim üstə... 
- Ay sənin gözlərin var olsun. 
Hər ikisi bu tələsik deyilmiş  təkrarlara güldülər...  Şair 
qəlbində «neyləmək olar, sənin də yaradılışın belədir, mu-
siqidən başqa nə varsa, mənə haram olsun, - deyənlərdənsən! 
Musiqi sənin Leylin, sən musiqinin Məcnunusan. Və ondan 
başqa, yəni Leylimdən özgə  nə varsa, mənə haramdır, demi-
sən...» 
Plovlar da yeyildi, ovşaralar da içildi. Mahmud Ağanın 
«Şuşalı balası» adlandırdığı cavan xanəndə oxumağa başladı. 
Başında bu nazik vücudlu, uca boylu, top birçəkli, əsmər üzlü 
dərisindən papaq vardı. Dəfi dizlərinin üstünə qoyub, sağ qolu-
nun dirsəyi ilə dəfə dayaq vermiş, qumral gözlərini yumub oxu-
yurdu... Musiqini bu cavan təkcə ifa eləmir, ona bütün varlığı 
ilə dalırdı... Seyid seyr edirdi. Az sonra gəncin səsindəki qəribə, 
çox həzin və  dərin kədər dolu sızıltı onun varlığına işləməyə 
başladı, elə bil ürəyini yerindən çıxarıb, bu səslə birlikdə harasa 
incə  nəvalar, iniltilər ucalan bir aləmə apardılar... Bu yerdə 
insanların, bütün məzlum bəşərin göz yaşları, ah və nalələri 
toplaşmışdı... Bu yerdə bütün yazıq,  əzilən adamlarını yalnız 
ürək dərdlərini, arzu və istəklərini deyil, məhz faciəli talelərini 
səhifə-səhifə, vərəq-vərəq çevirib oxuyurdular... 
Şair heyrət etməyə belə macal tapmayıb bu dərdlərin 
tərcümanı olan səsin ecazına vuruldu... Özünü unutdu... Ona elə 
gəldi ki, kədər,  ələm yaşları gözlərindən içəri, qəlbinə 
gilələnməyə başlayıb axır, hey axır. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
200
Birdən musiqidəki nidalar, ahənglər dəyişdi, «Şuşalı 
balası»nın səsində indi kədər, hicran deyil, bu qəmləri törə-
dənlərə, bu faciəni yaradanlara qarşı bir üsyan, bir etiraz uca-
lırdı. Bu səs getdikcə qüvvətlənir, güclənir, axan bir şəlalənin
təlatümə gələn bir ümmanın coşğun uğultusuna çevrilməyə baş-
layırdı. Onunla birlikdə şairin də ürəyinə ümidlər dolmağa, göz 
yaşları qurumağa, azadlığa, ucalara, əngin səmalara uçmağa, 
ucalmağa başlayırdı... Qəribə idi...elə bil bir az bundan əvvəl 
onun qəlbinin içərisinə, köz üstündəki kababın yağı  təki gilə-
lənən göz yaşları heç yox imiş... O elə azadlıq dolu, həyat dolu, 
şəlalə, ümman bir aləm imiş... Yavaş-yavaş şairin üzü gülməyə, 
qəlbinə ümid və fərəh enməyə başladı... «Sarənc»in yeni xalları 
hamını valeh etmişdi. «Afərin,  əhsən» səsləri məclisi titrətdi, 
musiqi həvəskarları, musiqi biliciləri yığılan bu məclisdə Mah-
mud Ağanın «Sarənc»də etdiyi yeniliklərə xüsusi qiymət verib, 
onun muğama gətirdiyi təzə, tər xalları, tərtibi böyük bir fərəh 
və iftixar hissilə, sevinclə qarşıladılar. 
- Afərin, cənab Mahmud Ağa, sizin bu tərtib xoş  və 
ürəyəyatandır...  
Mahmud Ağa təvazökar və utancaq bir səslə dilləndi: 
- Mənim xidmətimi o qədər də yüksəltməyin, iş onu tarda 
səsləndirən barmaqlarda və  nəva ilə oxuyan bu cənabların 
bacarığındadır,- deyə çalğıçılardan tarzəni və «Şuşalı balası»nı 
göstərdi. 
Tarzən dizi üstünə qalxıb dedi: 
- Cənab Mahmud Ağa, məni əfv buyurun, mən ifaçıyam, 
amma birimçilik bu “Sarənc” də sizə məxsusdur. Əgər mənim 
də musiqidə anlayacağım bir şey varsa, o da budur ki, sizin bu 
muğama  əlavələr onu elə  dəyişib ki, elə bil əvvəlki «Sarənc»i 
çalmıram; o daha xoş, daha həzin və ürəyəyatan olub, mənə elə 
gəlir ki, musiqi sevənlər bu muğamı bundan sonra «Mahmud 
Ağa sarənci» adlandırsınlar gərək... 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 201
Məclisdən yeni bir nida «əlbəttə, afərin» səsləri qopdu... 
Mahmud Ağa daimi qaydasınca bardaş qurub oturduğu 
halda, əlinin altındakı tarı sığallayır və balaca oğlu Cavad bəyə 
baxırdı: «Görəsən, o da bu muğamı  mən istəyən kimi oxuya 
biləcəkmi? Səsi pis deyil, babətdir... Amma hələ uşaqdır, həya 
ilə gizlin-gizlin oxusa da, arabir eşidirəm... Xanəndə 
olmayacaq, amma musiqini əməlli-başlı anlasa bəsimdir...» 
Şair isə bir az öncə qəlbinə əvvəl kədər, sonra ümid dolu 
bir fərəh dolduran muğamın təsirilə artıq özünü əməl 
dünyasında deyil, mey, sevinc, fərəh dünyasında hiss edirdi… 
«Yaxşı ki, artıq «ümmül-xəbaisə» vida eləmişik, yoxsa 
bu saatda yeri idi deyəsən ki: 
 
Nə bu gün bağda yarım, nə meyim var mənim?  
Seyri-gülzardə bihudə neyim var mənim? 
 
Sizi tari, yetirin piri-xərabata məni, 
Ki, bu gün saqi əlindən gileyim var mənim. 
 
Mənə məcuni-meyi-ləli dəvadır, saqi, 
Ki, qəmi-hicr ilə cismimdə keyim var mənim. 
 
Can sənin, cism sənin, əmr sənin, fel sənin,  
Cümlə sənsən, bu arada nə şeyim var mənim. 
 
Məni seyyid təki çək guşeyi-meyxanələrə,  
Artır qəm dəxi məsciddə neyim var mənim?! 
 
O, əlini geyinməsinin altından qoltuq cibinə uzatdı, baya-
zını çıxaran təki elə bil bir sehrgahın işarətilə əlinin altında Şi-
razi qələmdan hazır oldu. Şair məclisə çökən qəfil sükutdan da 
bixəbər idi. O gülümsəmiş dodaqları, maraq və  həvəslə baxan 
gözləri, sükut işarəsilə dodaqlara qoyulan barmaqları, ehtiyatla 
məclisdən stəkan-nəlbəki yığışdıran nökərləri görmürdü. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
202
O, yazırdı... Yazdıqca da gözlərinin önündə əziz cizgiləri 
silinməkdə olsa da, doğma, çox doğma bir sima canlanır, mələk 
kimi başı üzərində qanad çalır,  əllərini gah onun çiyinlərinə, 
gah yazıya tərəf enmiş gözlərinin qapaqlarına təmas etdirərək 
deyirdi: «Bəli, belə yaxşıdır,  şairim, qoy sənin tərəb, eyş-nuş 
həvəsin, cismani tələbdən çox ruhani tələbə çevrilsin, qoy sənin 
cismani «ümmül-xəbais» arzuların məhz qəzəllərində tərənnüm 
olunsun! Nəfsini isə qoru! Xalqın, millətin, onların xırdaca 
balaları, bədbəxt həmvətənlərinin gələcəyi olan övladi-vətən 
üçün qoru... Hərənin alnına bir şey yazıldığı doğrudursa, sənin 
də alnına bu yazılıb! 
Qoy adın bu qəzəllər üçün nə yamanlığa çəkilirsə-
çəkilsin, təki,  şurlə dilinə  dəyib, məcazını korlamasın və saf 
arzu-əməllərinə mane olmasın...  Şairim, yaz, yaz!» Pərilər 
soltanının incə barmaqları alnına toxunar kimi oldu, xəfif 
nəfəsi, sübhün incə mehi, nəsimi kimi dodaqlarında, gicgah-
larında, yanaqlarında gəzdi... Şair son məqtə bəndini də yazıya 
keçirən təki, yuxudan ayılanlara məxsus bir xumarlıqla 
gözlərini ətrafına dolandırdı... 
- Hə, mübarəkdir, Ağa, verin, lütfən görək nə yazdınız? 
Mahmud Ağa Rza bəyin bu xahişinə  əlini havaya 
qaldırdı: 
- Yox, yox, bu qəzəldi. Qəzəldimi, Ağa, səhv eləmirəm 
ki? 
Artıq özünə  gəlmiş  şair təvazökarlıqla gülümsəyərək 
dilləndi: 
- Bəli... qəzəldi... 
- Hə, bu qəzəli, cənab Ağa, bizim şuşalı qonağın, cavan 
xanəndəmizin səsindən ruhlanaraq yazıbdır. Mən belə bilirəm 
ki, həmin qəzəli birinci dəfə oxumaq şərəfi də ona verilməlidir. 
Hamı «doğrudur, doğrudur»,- deyə təsdiq elədikdə, cavan 
xanəndə  həya təri tökə-tökə yerindən qalxdı. Mahmud Ağanın 
işarə  və  təhriki ilə Seyidə yaxınlaşdı. Uzaq ellərdə  qəzəllərini 
xanəndələrdən eşidib  əzbərlədiyi, məftunu olduğu  şairi birinci 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə