Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə29/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 109
atasından öyrənmişdi. Zeynalı da Mirzə  Məhəmməd Həsənlə 
atası tanış edir. Zeynalın 15-16 yaşı olanda, artıq Mirzə 
Mahmud Ağa sarayında fəaliyyət göstərən məşhur xanəndə idi. 
Bu illərdə Mahmud Ağa məktəbi üçün istedadlı  gənclər top-
lanırdı. Zeynal da öz dərsini Mirzədən almış və Mahmud Ağa-
ya verdiyi imtahandan da uğurla çıxmışdır. 
Zeynal bütün məqamları xüsusi şövqlə, ustalıqla ifa edir-
di. Şakəri isə «Şur», əsasən onun «Sarəngi» idi. «Sarəngi» de-
mək olar ki, onun kimi oxuyan başqa xanəndə bəlkə də yox idi. 
«Sarəngi» özünəməxsus ecazkar, dinləyiciləri vəcdə gətirən bir 
səslə oxuduğu üçün ona həm Mahmud Ağa, həm sənət dostları, 
həm də şamaxılılar «Sarəng» təxəllüsünü vermişlər. 
Deyilənlərdən: Zeynal, həm də çox mahir ovçu idi. Mah-
mud Ağa Kudri düzünə ova gedəndə öz adamları ilə Zeynalı da 
aparardı. Orada Zeynalı oxutdurar, zarafat edərdi. Xanəndə 
Ağakərim Nafiz yazır: «Ağam Əli bəy İsrafil bəy oğlu deyərdi 
ki, Sarəngi Zeynal oxuyanda elə zəngulə vurardı ki, elə bilərdin 
ki, Mirzə Məhəmməd Həsəndir. Zənguləsi uzun və sürəkli olar-
dı.» (6-51). 
Sarəng Zeynal elə həmin illərdə Aşıq Bilalla da yaxınlıq 
edib dostlaşır, onun səsinin vurğununa çevrilir. Sonralar o, 
uzun illər Aşıq Bilalın dəstəsində xanəndəlik eləmişdi. Səhab, 
Mirzə Zülfüqar, Aşıq  Şamil kimi. Sarəng Zeynal həm də  şair 
idi. Klassik üslubla yanaşı, aşıq şeiri üslubunda da əsərlər yaz-
mışdır. Həm də  bəstələri-təsnifləri olmuşdur. Mahmud Ağa 
Zeynalın baməzə şeirlərinin vurğunu idi. Mahmud Ağa özü də 
zarafatcıl olduğu üçün məclisdə ona məişət mövzusunda yaz-
dığı şeirlərini də söylətdirər və ya bəzilərini də muğam üstündə 
oxutdurardı. 
Köhnə şamaxılılar və qocaman sənətkarların yaddaşların-
dan 
Zeynalın
 bir neçə (yarımçıq) şeirlərini əldə edə bilmişik. Sa-
rəng Zeynal Böyük Vətən müharibəsi başlayanda - 1941-ci ildə 
vəfat etmişdir. Şeirlərindən yarpaqlar: 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
110
 
Nə baxırsan süzgün-süzgün?  
Söylə, indi qəsdin nədir?  
Qaşların da yaylı oxdur,  
Söylə, indi qəsdin nədir? 
 
*** 
Sən eylə bilirdin ki, sirrini aşkar edəcəm?  
Həm səni dərdə salıb, hal əhlindən ar edəcəm. 
 
Bizim arvad 
 
Gör nə günə saldı bu arvad məni?  
Eylədi lap billahi bərbad məni.  
Gündə deyir, ay kişi, ət alginan,  
Mən yazığın bir halına qalginan.  
Hər gecə də bir qoynuna alginan.  
Yum gözümü xəyallara dalginan. 
 
*** 
Ət yeməsəm, mən dönərəm lap çöpə,  
Ay belə arvad nə ola tez köpə.  
Salsa ayaq altına hərdən məni,  
Durmağa qoymaz daha yerdən məni.  
Ta ki, gərək lap soyuda hirsini,  
Baş-gözümə endirəcək ərsini. 
 
*** 
Yanbızıma bir-iki təpik endirir,  
Gözlərimin lap işığın söndürür.  
Gah da çırır üz-gözümü tərtəmiz,  
Bax beləcə kef edirik gündə biz.  
Döyülməkdə yox daha Zeynalda can,  
Tümbətün olsun belə arvad doğan. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 111
 
Topal Məhəmmədqulu 
(1840-?) 
 
Topal Məhəmmədqulu  Əhməd Sultanın dostlarından 
olmuşdur. XIX əsr  Şamaxının musiqi həyatından bəhs edən 
müəlliflərin  əsərlərində quruca adı  çəkilir. Həyatı, ömür yolu 
barədə geniş məlumat yoxdur. Tədqiqatçıların əsərlərindən onu 
öyrənə bildik ki, Şamaxıda yaşayıb, yaradıb, ziaylılarla dostluq 
edib; ilk dəfə Mirzə Məhəmməd Həsənin ustadı Kərbəlayi Mir-
zə Əkbəri müşayiət edib, məclislərə də birgə gedibdir. Mahmud 
Ağa məclisinə də Mirzə Əkbərlə gəlib. 
Mahmud Ağa məclisini, Humayini, Sadıqcanı tanıyana 
qədər Mirzə Səlimlə məclislərdə daimi tar çalıbdır. 
Mirzə dəvət aldığı Bakı, Tiflis, Qarabağ, İran məclislərinə 
də Topal Məhəmmədqulu ilə gedib. Bu barədə xanəndə Cabbar 
Qaryağdıoğlu xatirələrində yazır: «Həmən bu Məhəmməd Hə-
səni 1888-ci ildə Bakıda olduğum vaxt şamaxılı Hacı Əlab-
basın uşaqlarının toy məclisində görmüşdüm.  O,  toya  tar-
zən Topal Məhəmmədqulu ilə  gəlmişdi. Mən də yoldaşım 
tarzən Sadıqla dörd gecə  həmin toyda iştirak etdim. Onun 
çox bilikli və gözəl səsə malik olduğunu orada yəqin et-
dim»... 
1888-ci ildə Mirzə  Məhəmməd Həsən 36, Sadıqcan 42, 
Cabbar isə 27 yaşındaydılar. Belə hesab etmək olar ki, Mə-
həmmədqulu da 45 yaşlarında olub. Beləliklə, Məhəmmədqu-
lunun doğum tarixi təxminən, 1840-cı ilə müvafiq gəlir. 
Faktlar göstərir ki, Topal Məhəmmədqulu məşhur xa-
nəndə Mahmud Ağa məclisində uzun illər tarzənlik etmiş, eləcə 
də bu sənətin Şamaxı mühitində təbliği, yayılması və gənc nəs-
lə  aşılanmasında ustad müəllim kimi çalışmışdır. O, ustad tar-
zənlər - Mirzə Səlim, Sadıqcan, Mirzə Fərəclə uzun illər dost-
luq etmişdir.... 
Ustad sənətkarın nə vaxt vəfat etdiyi məlum deyildir. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
112
 
Mirzə Mehdi 
(XIX –XX əsr) 
 
Mahmud Ağa məktəbinin yetirmələrindən bir də  Mehdi 
idi. O, həmin illərdə Mirzə Məmmədhəsəndən dərs alan ən iste-
dadlı tələbələrdən idi. Özü də böyük şair Seyid Əzim Şirvani ilə 
dost, XIX əsrdə  Şamaxıda məşhur xanəndə olmuşdur. Re-
pertuarında Məhəmməd Füzuli və S.Ə.Şirvani qəzəlləri geniş 
yer tuturdu. Mahmud Ağa məclisinin sayılıb-seçilən üzvlərin-
dən idi. Ustad xanəndələrlə çox müsabiqələrdə  iştirak etmiş, 
Şamaxıda dəfələrlə birincilik qazanmışdı. Xatirələrdən bəlli 
olur ki, şakəri «Rast» olmuşdur. Dəsgahda  «Əraq» və 
«Pəncgah»  şöbələrini bənzərsiz ifa edirmiş. Mahmud Ağa və 
S.Ə.Şirvani Mehdinin «Rast»ının vurğunları idilər. S.Ə.Şirvani 
onun səsinin aludəçisi olduğu üçün məşhur «Guş qıl» müxəm-
məsinin son bəndində tövsiyə edir ki, bu dürlü müxəmməsi 
ancaq Mehdi ustalıqla ifa edə bilər. Özü də dostu, o illərdə Şa-
maxının prokuroru olmuş Kərim bəy Şıxəlibəyovun (1844-
1920) hansısa olduğu bir məclisdə. Çünki prokuror olmasına 
baxmayaraq, zəngin ailədən olan Şıxəlibəyovlar poeziya-muğa-
matın pərəstişkarları olmuşlar. Bu nəslin bir çox üzvləri maarif-
çi, ziyalı olduğu kimi, S.Ə.Şirvani ilə dost olmuş, Mahmud Ağa 
məclisinə isə zinət verənlərdən idi.  
 
Ey könül, məhrəmi-raz eyləmə biganələri,  
Vermə nahəl əlinə bu dolu peymanəli, 
Çək rümuzat ilə zülfü-süxənə şanəli,  
Seyida, Mehdiya yalvar ki, bu dürdanələri,  
Eyləsin məclisi-səhvari-Kərim bəgdə nisar.  
 
O, ustad Aşıq Bilalla da bir müddət xanəndə kimi məclis-
lərə getmişdir. XIX əsrdə Şamaxıda fəaliyyət göstərmiş aşıq və 
xanəndələrin yetişməsində ustad xanəndə  Mehdinin də  əməyi 
çox olmuşdur... 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə