Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə26/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 97
 
Dedim, çaki-giribandı və ya sübhün dəmidi bu, 
Nə kim hər qədri-pürqiymət, dedi olsa, gümüşdərlər. 
 
Şikayət eyləmə, Ünsi, gözəllər cövrü-zülmündən,  
Fitad altun ola hərçənd, genə axir çəkişdərlər. 
 
Kərbəlayi Əli Əkbər 
(XIX əsr) 
 
Şamaxıda zəmanəsinin muğam ustadı sayılan Kərbəlayi 
Əli  Əkbərdən bəhs edən  f.e.d.  Əhməd Cəfərzadə yazır: 
«Mirzə  Əli  Əkbər  XIX  əsrin  əvvəlində  Şamaxı  şəhərində 
doğulmuşdur. Mollaxana və mədrəsə təhsili almış, ərəb-fars 
dillərini mükəmməl öyrənmişdir. Ona görə klassik poezi-
yaya, həm də  ərəb-fars dillərində olan musiqi ədəbiy-
yatlarına bələd idi». 
O, Mahmud Ağadan çox əvvəl  Əhməd Sultanla dost 
olmuşdur. Öz məlahətli səsi ilə  Əhməd Sultana xidmət etmiş-
dir. Mahmud Ağanın muğam  məktəbi, məclisi yarandıqdan 
sonra birdəfəlik saraya köçür. Muğam məktəbinə-məclisinə 
maraq göstərən gənclərə sənətin sirlərini öyrədir. Gənc xanəndə 
Mirzə  Məhəmməd Həsən muğam dərsini Kərbəlayi  Əli 
Əkbərdən almışdır. Ümumiyyətlə, gənc xanəndələr onun 
təlimini öyrənəndən sonra musiqişünas, tarzən Mahmud Ağaya 
imtahan verməli olurlar. 
Çox mənbələrdə o da vurğulanır ki, Mirzə  Məhəmməd 
Həsənin də ustadı «Sirvanın məşhur xanəndəsi Kərbəlayi Əli 
Əkbər olmuşdur. Onlar qonşu idilər». 
Ustad xanəndə  Əli  Əkbər  Şamaxıda səsi-avazı olan 
gəncləri bir yerə toplayıb təlim keçər, proqram «sona çatandan 
sonra, Mahmud Ağanın ayrıca imtahanı» başlayardı. Mah-
mud Ağa imtahanda gənclərin birinci növbədə səsini, muğam 
və  təsnifə  bələdliyini,  ən başlıcası, seçdiyi qəzəlin, təsniflərin 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
98
sözünün aydın tələffüzünü, bir də səsinin kökdə olmasını  əsas 
şərt hesab edirdi. İmtahandan qalib çıxan gənclər başqa bir gün 
yarışa qatılırdı. Yarışda qaliblər  xüsusi mükafata - hədiyyələ-
 layiq görülürdü. 
Ustad  Əli  Əkbər illərlə  gənclərə muğamların qayda-
qanunlarını öyrətməklə yanaşı,  Mahmud Ağa sarayında yer-
ləşən məktəbə, sarayda keçirilən muğam müsabiqə və yarış-
larına da  rəhbərlik etmişdir. Ustad xanəndə müsabiqələr və 
muğam dərsləri üçün xüsusi risalələr də hazırlamışdı. Muğam 
bilicisi XIX əsrin sonunda Şamaxı şəhərində vəfat etmişdir. 
 
Məşədi Zeynalabdin 
(1836-1892) 
 
Məşədi Zeynalabdin Hacı Tahir oğlu 1836-cı ildə 
Şamaxı  şəhərində doğulmuşdur. Hacı Tahir hər iki oğluna 
mollaxana və mədrəsə təhsili vermişdir. Hacının bazarda kiçik 
bir dükanı vardı. O, qaratikan kötüyündən çubuq və qəlyan-
başı yonar, tənbəki çubuqları hazırlayıb satardı. Yalnız 
sünnilər arasında deyil, şiələr arasında belə Hacı Tahirin 
çubuq və qəlyanbaşları məşhur idi. Oğlu Zeynalabdin özünü 
çox pis apardığı üçün Hacı Tahir ondan razı deyildi. Oğlunun 
boş-boşuna gəzməsi, küçələrdə veyillənməsi, bir işin, peşənin 
dalınca getməməsi Hacını çox narahat edirdi. 
Zeynalabdin isə  şiə  məclisinə gedər, məhərrəmilikdə 
cani-dildən iştirak edərdi. 
Zeynalabdin atasının dediyinə  məhəl qoymayıb öz 
dostları ilə  Mahmud Ağa məclisində  də müntəzəm iştirak 
edirdi. Müsabiqəyə qulaq asar, rəqqasələrin oyunundan zövq 
alardı. Bu işlər Hacı Tahiri daha da hiddətləndirirdi. Bir gün o, 
Zeynalabdini yanına çağırıb deyir: 
- «Sənin Mahmud Ağanın otağında ölümün nədir? Bir 
də görsəm ki, sən oraya getmisən, and olsun gəzdiyim Həcərə, 
sındıraram qol-qabırğanı...  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 99
Amma o, nə bir iş, sənət dalınca getdi, nə  də Mahmud 
Ağanın evinə getməkdən qaldı» (28-138). 
Məşədi Zeynalabdin illər boyu Mahmud Ağa məclisinin 
iştirakçısı oldu. Oğlu Sabir də gənc yaşlarından Mahmud Ağa 
məclisinə sidqi ürəkdən bağlandı. Məşədi Zeynalabdin 1892-ci 
ildə vəfat etmişdir. 
 
Allahverən Şıxı oğlu 
(XIX-XX əsr) 
 
O, XIX əsrin 40-cı illərində  Şamaxı  qəzasının Kalva 
kəndində doğulmuşdur. Həm Allahverən, həm də  Əli kişiyə 
sənətin sirlərini öyrədən Aşıq İbrahimin balabançısı Süleyman 
Məşədi Ağalar oğlu idi. Həm Süleyman, həm də Allahverən 
uzun illər ustad aşıqlar - Aşıq  İbrahim, Aşıq Oruc və  Aşıq 
Bilalı müşayiət etmişdir. Süleyman Mahmud Ağa ilə qonşu 
olduğu üçün onu yaxşı tanıyırdı və dost idilər. Onun məclisinə 
aşıqlar dəvət olunanda Süleyman da gələrdi. Allahverən  Şıxı 
oğlunun çalğısı ustadlar tərəfindən bəyənilirdi. O, başqa 
havalarla yanaşı, «Gərayı»ları daha ustalıqla, xüsusi zövqlə ifa 
edirdi. Mahmud Ağa zərb muğamlar qədər «Gərayı»nı 
dinləməyi, qulaq asmağı çox sevirdi. Allahverən məclisə daxil 
olanda Mahmud Ağa ucadan deyərdi: 
- Ustad, bilirsən də, nədən başlayacaqsan? 
O da «Zil-gərayı»dan  başlayardı. Mahmud Ağa da 
dinlədikcə dinləyirdi. Çalğıya doyunca qulaq asandan sonra 
Allahverəni mükafatlandırırdı. 
Allahverən  Şıxı  oğlu XX əsrin  əvvəllərində  vəfat 
etmişdir. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
100
 
Güllübəyim Mir Mahmud qızı 
(1825-1897) 
 
Mahmud Ağa təkcə poeziya, muğamlarımıza, xanəndə-
lərimizə deyil, eləcə də Şamaxı maarifinin inkişafına, məktəb-
lərin yaradılmasına xüsusi diqqət yetirmiş, hamilik etmişdir. 
Şamaxıda qız məktəblərinin yaradılmasına həm mənəvi, həm 
də maddi yardım göstərmişdir. 
Güllübəyim 1825-ci ildə  Şamaxının Pirani-Şirvan mə-
həlləsində, ruhani ailəsində doğulmuşdur. O, atasından təhsil 
almışdır. O, ərəb, fars dillərini yaxşı bilir, rus, ləzgi dillərini də 
başa düşürdü. Güllübəyim on beş yaşında Hacı İsmayıl adlı bir 
nəfərə ərə getmişdi. Güllübəyim təxminən, 1850-ci ildə evində 
qızlar üçün xüsusi məktəb açmağa qərarlaşır. Şamaxılı qızların 
təhsilə  cəlb olunması  xəbərini eşidən  Əhməd Sultan və Mah-
mud Ağa Güllübəyimə yardım  əllərini uzatdılar. Güllübəyim 
məktəbi 1880-ci illərə qədər fəaliyyət göstərir. 
Maraqlıdır ki, Mahmud Ağanın qızına da Güllübəyim ev 
dərsi vermişdir. Daha sonralar Güllübəyimin ideyalarını, ənənə-
lərini  Şamaxıda  Gövhər  Şirvani Füruzə  Şəfi qızı, Böyük-
xanım, Gövhər  Şövqiyyə  davam etdirir. Güllübəyim həm də 
istedadlı şair olmuşdur. Onun xalq şeiri üslubunda yazdığı şeir-
lərin bir qismi günümüzə çatmışdır. Güllübəyim  1897-ci ildə 
vəfat etmişdir. Maarifpərvər şairin şeirlərindən bir yarpaq: 
 
Nə günahın sahibiyəm?  
Salmısan zindana, fələk.  
Axıdırsan göz yaşımı,  
Çalxayırsan qana, fələk. 
 
Əymisən cavan belimi,  
Kəsmisən deyən dilimi,  
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə