Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə20/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
72
bənzərsiz çıxışları məclisə xüsusi dad qatmışdır. Maraqlı gecəni 
əməkdar artist Bəsdi Cəfərova və Əli Nurzadə aparmışlar. 
Mahmud Ağa adına bağlanan mötəbər məclis tamaşa-
çıların sonsuz marağına səbəb olmuşdur. Tədbirin təşkilində 
rayon mədəniyyət  şöbəsinin  cəfakeş  əməkdaşı R.Tağızadənin 
də böyük zəhməti olmuşdur. Bu barədə onun
 
respublikanın 
qəzet və jurnallarında müxtəlif səpkili məlumat və yazıları dərc 
olunmuşdur... 
         Həmin vaxtdan 25 ildən artıq bir müddət keçmişdir. Əfsus 
ki, bu illər  ərzində böyük xeyriyyəçi, söz sərrafı,  əruz bilicisi, 
Şamaxı və şamaxılıları canından əziz tutan poeziya və muğam 
məktəbinin inkişafına təmənnasız xidmət edən, suyu, çörəyi, 
hətta havası da muğam olan Mahmud Ağa barəsində  bəhs 
edilməmiş, danışılmamışdı. 
Zənnimcə, bundan sonra - böyük zəhmətlər bahasına 
ərsəyə  gətirdiyimiz bu kitab oxuculara ətraflı  məlumat 
çatdıracaq,  əməli,  əqidəsi, tutduğu yol və  şəxsiyyəti bir-birini 
başa-baş tamamlayan Mahmud Ağa Əhməd Sultan oğlu Şirvani 
haqqında dəyərli bir mənbə kimi yad ediləcək, xatırlanacaq və 
qorunacaq. 
Biz ilk dəfə Mahmud Ağa haqqında xeyli məlumat 
toplaya bildik, onun qəzəllərindən nümunələri  əldə etdik, 
muğam məclisi və  məclis üzvləri barədə bilgiləri cəmlədik və 
nəsil şəcərəsini müəyyənləşdirməyə nail olduq. Oğul, qız, nəvə, 
nəticə, kötücələrini ardıcıllıqla təyin edərək bir fəsli də 
oxuculara təqdim etdik.  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 73
                     Mahmud  Ağanın  əqidə dostları 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I Rus – Dumasının üzvü 
Məmmədtağı Əlizadə
Camo bəy Cəbrayılbəyli 
S.M.Qənizadə 
Məlikov Rza bəy 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
74
 
III FƏSİL 
 
KAMİLLİYİN ÇALARLARI  
 
Bu fəsildə Mahmud Ağanın şeir və lətifələrindən toplaya 
bildiyimiz yarpaqları təqdim etməyi vacib sayırıq. Kamillik elə 
bir anlayışdır ki, ona can atmaq istəyən insan üçün intəhasız 
olur. Ona görə də kamilliyin zirvəsi tükənməzdir, deyən dahilər 
haqlıdır. Mahmud Ağanın qoyub getdiyi poeziya nümunələri də 
onun təbiətinin zənginliyindən, fəaliyyətinin müxtəlif istiqa-
mətlərdə  uğurla  şaxələnməsindən və  həmçinin poetik təfəkkür 
sahibi olmasından xəbər verir. Mahmud Ağanın lətifələri də 
fərqlidir. O lətifələrində mərhəmətini, onu tanımayıb haqqında 
layiq olmadığını deyənləri nəcibliklə bağışlaya bildiyini göstə-
rir. Eyni zamanda həm  lətifələrdə hazırcavablıq, müdriklik, 
nikbin əhval-ruhiyyə və güclü yumor hissi də sezilir bu lətifə-
lərdə. Elm, poeziya, maarifçilik, muğam Mahmud Ağa kimi 
kamil insanın biliklərinin müxtəlif çalarlarıdır. Ona görə də 
onun poetik aləminə də “səyahət” etməmək mümkün deyil.  
 
Mahmud Ağanın şeirlərindən nümunələr  
 
Eşqin muğu-düsəri ən qatı zənciri kəsər,  
Bu halım zərrə qədər ədulara etməz əsər. 
 
Nəzmidə naşıların üzün görməsin gözüm,  
Dəyərin tapar ancaq ol zərgərin əlində zər. 
 
Arif can sərf eləməz hər yetən bihudilərə,  
Səyyad seyri gülzara ahusun bular sərasər. 
 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 75
Bihuşam müşkü dildən san məğrubu Minadayam,  
Edibdir bu canıma “Şür”, nəvası zövqü əsər. 
 
Mahmuda, sovqat gəlib ol sürahi dilü süxənim,  
Onçu halaldır deyəm, yolunda fədadı bu sər. 
 
*** 
 
Ey xüdaya, nə sirrdir düşmüşəm bu ümmanə mən,  
Zəmanə mənə mərhəmdir, öylacə də zəmanə mən. 
 
Əndəliblər yurdu Şirvan avazilə zövqümdədir,  
Hansı sirri-qüdrət ilə vuruldum tarü kamanə mən. 
 
Seyidin nur çeşməsinə, Mirzə Məhəmməd əsəri,  
Alıb sərimdən huşumu, döndüm Davudu-zarə mən. 
 
Fəcalləyi eşqi zarəm, bəxtimdən yoxdur gileyim,  
Xeyirxahlıqdır əməlim çıxmaram heç kənarə mən. 
 
Seyyidi zar olan yerdə, müydan sürmə, Mahmud Ağa,  
Bəsimdir sədayi «Şur»la bal qatıram röyayə mən. 
 
*** 
 
Niqabın görüb yarın, dedim, yəqin gün tutulub,  
Ol cənnəti rizvanın, camalı gülgün tutulub. 
 
Kipriklərin hər tiği söykənib kaman qaşına,  
Elə bil viran edib, bu könül mülkün tutulub. 
 
Titrədi cismi canım, oldu tamam sədparə, 
Dedim; məşhərdi məyər, yox qeyri mümkün tutulub. 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
76
 
Bir şirin lisan ilə, aldım onun qadasını,  
Sən demə, aşiqinə ərk-naz üçün tutulub. 
 
Az qaldı şəkki məni, Məcnunu girifdar edə,  
Dedim; ey Mahmud Ağa, necəsən, dilün tutulub? 
 
*** 
 
Nə qədər ki, musiqi var, sədasından usanmaram, 
Sözün ruha məlhəm verən qidasından usanmaram. 
 
Məzarımın üstündə də, nalə çəksin «Çargah»,  
«Rastü», «Şurun» ərşə bülənd, nəvasından usanmaram. 
 
Çağır gəlsin rəqqasələr, səda salsın avazı ney,  
Ol can alan cananələrin, ziyasından usanmaram. 
 
Hansı yerdən qonaq gələ, gözüm üstə yerləri var,  
Canü-dillə qulluğunda, qayğımdan usanmaram. 
 
Mahmud Ağa, dövran dönər, məramımı el yad edər,  
Ellər mənə rəhmət oxur, duvasından usanmaram. 
 
*** 
 
Keçməsin sənsiz hədər dilbərim, təkcə bir anım,  
Sust olur cismi-canım, kəsilir tabı-təvanım. 
 
Gəl-gəl tükəndi səbrim, zay oluban getdi bada,  
Gəl, ey çeşmi xumarım, süsənim, ruhu rəvanım. 
 
...Həsrətin çəkmək ilə, döndüm səhrada Məcnuna,  
Düşdü kabab tək yandı, odlarda kül oldu canım. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə