Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə18/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 65
atalarının yazdıqları  və  şamaxılı  mərsiyə  aşıqlarının sözlərin-
dən. Əvvəl kiçik bacı Seyid Fatimə yanıqlı səslə başladı: 
 
Bir çarə qıl, ey əmma, mən ölsəm kəfən olmaz,  
Tabutu cənazəmi götürüb dəfn edən olmaz. 
 
 
                                         *** 
 
Qəslimə mən ölsəm əgər kim xəbər eylər?  
«Quran» kim oxur, bir üstə kim güzar eylər?  
Axır ki, yetiməm, mənə bu çox əsər eylər,  
Qardaşım ölub, başımın üstün kəsən olmaz. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ara kəsilən kimi daha hüznlü səslə böyük bacı Seyid 
Həcər bacısının səsinə səs verirdi: 
 
Ağla bu matəmdə, ey Seyidi, bəxti qara,  
Nəzm elə bu matəmi, şövq ilə sübhü məsa,  
 
 
 
Seyid Cəfərin ailəsi (Ağa ortada, solda qızı Həcər,   
sağda yoldaşı Seyid Bikəxanım). 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
66
Əcrini axır verir- padşahı-Kərbəla,  
Həşrdə fəryadını safıyi-üsyan gəlir. 
 
Seyid adını  eşidən məclis qadınları daha da fəryad 
qopardılar... 
 
                                                   *** 
 
 
 
 
Haşiyə:  Şamaxı  ətrafında günümüzə  beş müsəlman 
qəbiristanlığı gəlib çatıb. Təbii ki, əsrlərdən bəri Şamaxıda baş 
vermiş 15-20 dağıdıcı  zəlzələlərdə dağılan, yerlə-yeksan olan 
məzarıstanlıq da olmuşdur. Məlum olan beş qəbiristanlığın ikisi 
Şamaxının  şərqində - günçıxan tərəfində - üçü isə  Şamaxının 
cənubunda yerləşir. Qədim  şəhərin cənubundakı,  «Şah 
Xəndan» və «Yeddi günbəz»  qəbiristanlıqları ta XII-XVIII 
əsrlərdən bu günə kimi minlərlə insanı, eləcə  də mömini, din 
xadimini,  şəhidi, sənətkarı, cahangiri, oğrunu, alimi, nadanı, 
Şamaxı. “Laləzar” qəbristanlığı,  Mahmud Ağanın 
(soldan üçüncü) və doğmalarının məzarları. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 67
halalı, haramı da ağuşuna almış, digəri isə - özünə qəsd edən-
lərin, Allah-Taalanın qədərindən qaçan insanların uyuduğu mə-
zarlıqdır. Sovet dönəmində həmin məzarlığın böyük hissəsi da-
ğıldı. Yerində Yağ-pendir zavodu tikildi. Qalan hissəsi də get-
gedə yox oldu. 
Şamaxının  şərqində isə  əsasən iki qəbiristanlıq yerləşir:  
«Qəriblər»_və_«Laləzar»._Şamaxı_uzun_əsrlər_ticarət_mərkəzi_olmuş,_keçmiş_«İpək_yolu»'>«Qəriblər» və «Laləzar». 
Şamaxı uzun əsrlər ticarət mərkəzi olmuş, keçmiş «İpək 
yolu»nun üstündə yerləşmişdir. Qərib diyardan gələnlər, bu 
məkanda rəhmətə gedəndə, savaşda, qırğınlarda, yurdu bilin-
məyənlər, bivarislər öləndə həmin qəbiristanlıqda torpağa tapşı-
rılmışdır. Zaman ötdükcə məlum insanlar da həmin məzarlıqda 
dəfn olunmuşlar. Qəbiristanlıq  «Qəriblər» adı ilə bu gün də 
durur. 
O biri qəbiristanlıq «Laləzar» adlanır. Deyilənlərə, eləcə 
də görkəmli alim S.Mümtazın yazdığına görə, bu ərazi yaz ay-
larında qızılı laləyə bürünürmüş. El arasında həmin yer laləlik 
adlandırılmışdır. Bura yaz aylarında sanki lalələrin dalğala-
nan al dənizinə bənzəyərmiş. Bu ərazi qəbiristanlığa dönəndə 
«Laləzar» adlandırmışlar... 
Mahmud Ağanın  İmamlı  məhəlləsində olan sarayının 
birinin yeri məlumdur. Rəhmətə gedəndə belə qərarlaşır ki, onu 
«Laləzar»da dəfn eləsin. Ona görə ki, sarayının külafirəngindən 
anasının dəfn olduğu məkan aydınca görünür. Lap ovuc içi ki-
mi. Sonra cavan oğlu nənəsinə “qonşu” köçür. Daha sonra 
yoldaşı... 
Haşiyə:  «Laləzar» qəbiristanlığının yuxarı başında altı 
məzar cərgələnib. Bu məzarların dördünün üzərində kitabə var-
dır.Sanduqələrin üçünün üzərində olan yazılar oxunur. Dördün-
cünün üstündəki kitabə pozulmaq üzrədir. Cərgənin cənubun-
dakı  məzarın ikisinin yazısı oxunmur. Şimaldan hesablayanda 
dördüncü məzar (o birinə nisbətən balaca) Mahmud Ağanın  
rəhmətə getdiyi vaxt hicri tarixi ilə göstərilib - 1317-ci il 
(miladi tarixlə 1901); sonra atası Əhməd Sultan da burada hicri 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
68
tarixi ilə 1318-ci ildə dəfn edilib (miladi tarixlə 1902); arvadı 
Qəmər xanım isə hicri tarixi ilə 1314-cü ildə torpağa tapşırılıb 
(miladi tarixlə 1898); oğlu Ağa bəyin məzarı üzərində 1314-cü 
il yazılıb (miladi tarixlə 1896). Düzdür, mənbələrdə Mahmud 
Ağanın vəfat etdiyi tarix  1896-cı il kimi göstərilmişdir. Yəqin 
ki, ilk dəfə bu tarixi qeyd edənlər məzarı heç görməmiş, ya da 
ki, kitabəni oxuya bilməmişdir. Kitabələr isə tutarlı fakt-
dır.(S.Q) 
Mahmud Ağa və doğmaları  qəbiristanlığın  ən hündür 
yerində  dəfn olunub. Hansı ki, Ağanın sarayının eyvanından 
baxanda qəbirlər aydınca görünürdü. Sonra da atası  Əhməd 
Sultanın, anası  Qəmər xanımın, oğlu Ağa bəy və ömür-gün 
yoldaşı Gövhər xanımın və  nəticəsi Qəmər xanımın məzarları 
durublar cərgə ilə... 
 
                                          *** 
 
Az vaxt içində bu ağır itkidən Mahmud Ağa çox dəyişdi. 
Əvvəlki görkəm, yeriş-duruş, baxışından  əsər-əlamət qalmadı. 
Xəstəlik onun yaxasını bərk tutmuşdu. Gecələr yaxşı yatmırdı. 
Bəzən yuxudan hövlənk ayılırdı. Dərdi başından aşsa da onu 
düşündürən başqa bir dərd də vardı. Doxsan yaşı yola salmış 
atası - Əhməd Sultan, var-dövlət içində üzən, yoxsulların pə-
nahı, dövlət idarələrində,  şəhərin zənginləri arasında sayılıb-
seçilən Əhməd Ağa. Bir gün Mahmud Ağa oğlanlarının hər iki-
sini və qızı Bəyim xanımı otağına çağırdı. Bir qədər susub, son-
ra aramla dilləndi: 
- Allah-Taalanın hamı üçün qoyduğu bir qanun var: bir 
gün yaranan, bir gün də getməlidir. Ürəyimə damıb. Deyəsən, 
atamdan  əvvəl öləcəm. Bu illər  ərzində yaxşı yaşamışam, xe-
yirxahlıqla məşğul olmuşam. Bir yanı Qarabağ, Dərbənd, o biri 
yanı  İranda, hətta  Ərəseydə  də  məni tanıyırlar.Yaşadığım illər 
ərzində Şamaxını, onun insanlarını lap çox sevmişəm. Dünyada 
məşhur olan bu diyara xidmət etməyi şərəf işi hesab etmişəm. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə