Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 49
nəcibliyi böyük dənizlər kimi hədsiz, ümmanlar kimi sahilsiz 
idi.  
Mahmud Ağadan bəhs edən müəlliflər bir faktı da qeyd 
edirlər ki, o, ömrünün bir gününü də musiqisiz keçirməz, necə 
deyərlər,  «Şüştərlə»  yatıb,  «Osmanlı»  ilə oyanırmış. Görəsən 
niyə?  Mirzə  Məhəmməd Həsənin «Şuru», «Cahargah»ı, 
Zülfüqarın «Gəray»ısı, Çopur Nəcəfqulunun «Humayın»ı, 
Cabbarın «Orta Mahuru», Haci Hüsnünün «Kürdü-
Şahnaz»ından doymayan Mahmud Ağa nəyə görə axşam 
yatanda ancaq «Süştər»in sədaları altında uyğu tapar, sübhün 
şirin yuxusundan «Osmanlı» avazı ilə oyanırmış? Çox musiqi 
bilicilərindən soruşanda, cavablar müxtəlif və  təxminən, belə 
oldu: «şakəri olub», «o muğamları çox sevirmiş», «bəlkə özü 
də həmin muğamları yaxşı ifa edə bilirmiş».  
Haşiyə: Məlum olduğu kimi, «Süştər» Azərbaycan musi-
qisinin yeddi əsas məqamlarından biridir, əsasən,  «Bərdaşt», 
«Əmiri», «Şüştər», «Tərkib» şöbələrindən ibarətdir. «Şüştər» 
həm də vaxtilə «Humayın» məqamında «Feli» ilə «Tərkib» ara-
sında ifa olunurdu. 
Qədim «Şüştər»dən söz açan professor Fərahim Sa-
dıqov yazır: «Bu muğamın... «Sarənc», «Məsnəvi», «Mənəvi», 
«Əfşari», «Heydəri», «Osman-Gəraylı», «Qara kürd», «Mani», 
«Keşişoğlu» kimi şöbələri də olmuşdur» (52-187-188). 
Fikrimizcə, XIX əsrdə də başqa muğamlar kimi, «Şüştər» 
muğamı geniş  və klassik variantda ifa olunurmuş. Deməli, 
Mahmud Ağa bu məqamın bütün şöbələrini bəyənir, sevirmis. 
Göründüyü kimi, muğam iki hissədən ibarət imiş. Bir hissəsini 
klassik muğamın – «Tərkib» (Təkibi-bidad), «Feli», «Məs-
nəvi», - o biri hissəsini isə zərb-muğamlar – «Heydəri», «Os-
man-Gərayi», «Əfşari», «Mani» təşkil edirmiş. Deməli, «Şüş-
tər» muğamı oxunanda Mahmud Ağa (muğam məqamlarında) 
yuxuya gedər, zərb muğamları oxunanda oyanarmış. Sonralar 
belə qərara gəlir ki, yatanda «Şüştərin» məqam şöbəsini («Tər-
kib-bidadi»), səhər ayılanda isə «Osmanlı» - «Gərayı» («Os-


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
50
manlı»nı) ifa etsinlər. Maraqlıdır ki, Şirvan klassik aşıq havala-
rından biri də «Gərayı»dır. 
Bu hava aşıqdan zilxanlıq tələb edir. Bütün bunlara görə 
ustad Aşıq Bilal vaxtilə Mahmud Ağanın adına xüsusi gərayı 
bəstələyib adını da «Mahmud Ağa gərayısı» qoymuşdur.  
Haşiyə:  Aşıq Barat deyərdi ki, ustadımız Aşıq Abbas 
Mahmud Ağa və Mirzə  Məhəmməd Həsəndən çox danışardı. 
Həmin  əhvalatları da ustadı Bilaldan eşitdiyini söyləyirdi. 
Ustad Bilal Mahmud Ağa məclisinin iştirakçıları, oradakı 
xanəndələrinin ifalarından da bəhs edərdi. 
Özü də ustadı Aşıq Bilalın Mahmud Ağanın adına bəstə-
lədiyi «Gərayı»nın tarixindən, Sabir və Səhhətlə dostluğundan 
şirin-şirin danışar, sonra həmin «Gərayı»nı da xüsusi şövqlə ifa 
edərdi. Onun oxuduğu, yəni Mahmud Ağanın sevdiyi,onun  
adına bağladığı «Gərayı» bizim hazırda oxuduğumuz zil 
«Gərayı»dan bir qədər də «zil» idi. 
 
Aşıq Bilal (ortada) sənətkar dostları ilə. 
1928-ci il. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 51
Aşıq Barat onu da deyərdi ki:  Ustadım Bilal oxuduğu 
«Gərayı»nın ortasında bir döndərmə boğaz edirdi ki, bu da hər 
oxuyanın hünəri deyildi. Ustadın orada etdiyi boğaz, «Mahur» 
muğamında  oxunan zil boğaz idi.  Aşıq Barat belə söyləyirdi: 
«Gərayı»da ifa etdiyi şeiri də vaxtilə onun yaddaşından yazıya 
almışam: 
 
Ruhum hərrac-bazar oldu,  
Yar camalın görən yerdə.  
Qollarımdan bəndə düşdüm,  
Zülflərini hörən yerdə. 
 
Vəsli-halı yaxşı billəm,  
Mətləb qanmağa qailəm,  
Kafər olsam dinə gəlləm,  
Sinəsini görən yerdə. 
 
Bilalam yanmaz imanım,  
Ölsəm də halaldı qanım,  
Olsun yara fəda canım,  
Qoşa narı dərən yerdə. 
 
                                           *** 
 
Mahmud Ağanın sarayında Şirvanşahlar sarayında olduğu 
kimi xüsusi rəqqasələr dəstəsi fəaliyyət göstərmişdir. 
Rəqqasələr gələn qonaqları əyləndirərək feyziyab edəndə, 
xanəndələr dincələr, istirahət edərdilər. Bir sözlə, sarayda mu-
siqi ilə yanaşı, incəsənətin bu maraqlı növü də  təbliğ olunar
xalqımızın bu qədim rəqs sənəti  əcnəbilərə  də  əyani  şəkildə 
təqdim edilərdi. 
Məclisin şahidi olan qonaqların xatirə və qeydlərində rəq-
qasələr haqqında, onların geyimləri, ifaları  və  hətta adları ba-
rədə maraqlı məlumatlar verilir. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
52
Bu xatirə  və qeydlərdə XIX əsrdə  Şamaxıda bütün-
lükdə mədəniyyətin inkişafı barədə günümüzədək geniş mə-
lumatlar gəlib çatmışdır. Belə maraqlı  məlumatlardan biri 
də knyaz, rəssam Qaqarinin kətana köçürdüyü rəqqa-
sələrin tablosudur. Bundan savayı  Şamaxı  rəqqasələrindən  
Nisə, Rəna, Sona, Səkinə, Məleykə və rəqqas Hikmətin  ad-
ları  çəkilən mənbələrin də günümüzədək qalması sevindirici 
haldır.  
Knyaz Qaqarinin o dövrdə çəkdiyi rəsm əsərində həm ifa-
çıların alətləri, həm də rəqs edən, oxuyan xanımlar aydınca gö-
rünür. Tamaşaçı keçmişə dönə bilir, onun gözləri önündə Mah-
mud Ağanın bənzərsiz sarayı bütün gözəlliyi ilə canlanır.  Şa-
maxı  mədəniyyətinin keçmişini araşdırarkən bir günü də mu-
siqisiz keçməyən Mahmud Ağanın bir şəhərlə  məhdudlaş-
madığını, Azərbaycanın hər yerindən ustad sənətkarları ətrafına 
toplamasının, onları himayəyə götürməsinin  şahidi oluruq. 
Məşhur sənətkarların Şamaxı kimi musiqi məbədində səxavətli 
xeyriyyəçinin başına toplanması Azərbaycan mədəniyyətinin, 
Azərbaycan xalq musiqisinin inkişafında  əvəzsiz rol oyna-
mışdır. Məhz bu nəcib addımlar sayəsində xalqımızın qədim 
mənəvi sərvəti təbliğ edilmiş, qorunmuş  və geniş yayılmışdır. 
Özü də görkəmli musiqişünasın sarayına hər zaman yaxşıların 
yaxşısı, bir sözlə, ustad sənətkarlar dəvət olunmuşlar. Onlar bö-
yük ehtiramla qarşılandıqları kimi, böyük hörmətlə, hədiyyə-
lərlə də yola salınardılar.  
Mahmud Ağa Sadıqcan üçün qızıldan tar düzəltdirmişdi. 
Əfsus ki, o tar bizə  gəlib çatmadı. O, Qaryağdıoğlu Cabbar 
üçün də qızıldan qaval sifariş vermişdi. Həmin qavalı Cabbar 
1913-cü ildə  Şəmsi  Əsədullayevin qızının toyunda Seyid Şu-
şinskiyə bağışlayıb. Sonralar bu qaval da itib, gəlib bizə çat-
mayıb (1-63). Mahmud Ağanın muğam ustadları, müsabiqə qa-
libləri,  şair və  aşıqlar, rəqqasələrə verdiyi hədiyyələrin tükən-
məyən siyahısını saymaqla qurtarmaq olmaz: qızıldan hazırla-
nan təsbehlər, üzüklər, saatlar, camlar, bazubəndlər, kə-


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə