Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
38
Haşiyə:  Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev 2009-cu il dekabrın 24-də Şamaxı Cümə məscidi Dövlət 
tarixi memarlıq abidəsinin bərpası ilə  əlaqədar imzaladığı 
sərəncama  əsasən, Prezidentin Ehtiyat Fondundan Şamaxı Ra-
yon  İcra Hakimiyyətinə dörd milyon manat məbləğində vəsait 
ayrılmış,  Şamaxı Cümə  məscidində  bərpa və yenidənqurma 
işləri uğurla başa çatmışdır.  
 
                                               *** 
Şamaxıda dağıdıcı zəlzələlərdən biri də 1192-ci ildə baş 
vermişdir. Bu dəhşətli zəlzələdə  Şirvanşaha və onun ailəsinə 
böyük bədbəxtlik üz verdi. Gürcü salnaməsində bu barədə belə 
yazılır: «Şirvanşah və Əmr Mirman çarəsiz vəziyyətə düşdülər. 
Belə ki, Şirvan ölkəsi o vaxt Allahın qəzəbinə düçar oldu, yerin 
silkələnməsindən Şamaxiyyə şəhərinin divarları və qalası uçub 
dağıldı, hər  şey məhv oldu, eləcə  də  Şirvanşahın arvadı  və 
uşaqları  həlak oldular... Şamaxını  bərk dağıdan bu zəlzələdən 
çoxlu adam, o cümlədən Şirvanşahın ailəsi, onun arvadı, İsmət 
Əddin, oğlu və  vəliəhdi Məniçöhr, qızı 
Əmir  Əmiran Ömərin arvadı  və digər 
qızları  həlak oldu. Bu fəlakət nəticəsində 
Axistandan sonra Şirvanı... onun qardaşları 
idarə etməyə başladılar» (5-171). Bu zəl-
zələ ilə yanaşı  1226, 1467, 1667, 1669, 
1796, 1828, 1829, 1851, 1855, 1859, 1869, 
1872,  1902-ci  illərdə  Şamaxıda dağıdıcı 
zəlzələlər baş vermişdir...(Bu məlumatlara  
əsasən professor S.Aşurbəyli, və professor  
Ə.Cəfərzadənin əsərlərində yer verilib). 
 
*** 
 
1859-cu il zəlzələsi də  şəhəri alt-üst 
etdi.  Şəhər tam məhv oldu. İstər-istəməz 
 
A. Dümanın 
Mahmud Ağaya 
hədiyyə etdiyi  saat 
(1858) 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 39
bu zəlzələdə  Əhməd Sultanın da imarəti-sarayı dağıldı. Təbii 
ki, bu sarayda olan var-dövlət, bundan daha dəyərli olan kitab-
əlyazma, xatirə əşyaları da məhv oldu.  
Yalnız A.Dümanın hədiyyə etdiyi bir divar saatı, bir xalı 
və dörd gümüş qaşıq o vaxtdan salamat qalır və günümüzə 
şahidlik edir. Hazırda 154 yaşı var həmin saatın.  
Ata və  oğul sonra sarayı yenidən qurdular. Əvvəlkindən 
də möhtəşəm. Ancaq xatirə əşyaları, kitab, sənəd, şəkilləri xilas 
etmək mümkün olmadı... 1902-ci il zəlzələsi yenidən qurulmuş 
sarayı  və oradakı tarixlər  şahidi olan sənədləri də yox etdi. 
1902-ci il zəlzələsi zamanı  Şamaxının 20 məhəlləsi dağılmış, 
eləcə  də  Ağanın ata-baba məkanı,  İmamlı  məhəlləsində olan 
məscid də uçmuş, ta 1908-ci ilə kimi belə vəziyyətdə qalmışdı. 
Odur ki, Zivər bəy 1908-ci ildə «İmamlı» məscidinin bər-
pa layihəsini hazırlayır. Şamaxının imkanlı insanları və eləcə də 
Mahmud Ağanın qohumlarının köməyi ilə  «İmamlı» məscidi 
yenidən qurulmuş, tikilmişdir.  Əfsuslar olsun ki, erməni da-
şnakları 1918-ci ildə bütün şəhəri yandırır, eləcə  də, Zivər 
bəyin layihəsi ilə yenidən qurulmuş «İmamlı» məscidini...  
 
 
 
 
 
 
 
 
 
 
 
1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən  “İmamlı” 
məsçidində qətlə yetirilən insanların adına qoyulmuş 
məzar daşı


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
40
Haşiyə: Erməni cəlladları «İmamlı» məscidinə pənah gə-
tirən insanları, eləcə də məscidin Axundu Cəfərquluya olmazın 
işgəncə verərək öldürmüş, sonra məscidin qapısını bağlamış, 
oradakı insanları yandırmışlar  (39-60).  1919-cu ildə yerlərdə 
təhqiqat aparan insanların məsləhəti ilə erməni cəlladları  tərə-
findən yandırılan insanlar məscidin həyətində  dəfn edilmişdir. 
Məzarın üstünə Cümhuriyyət dövründə sinə daşı qoyulmuşdur. 
İllər sonra məzar daşının üstünü torpaq örtmüş və qanlı məzarı 
Sovet dönəmində torpaq salamat saxlamışdır... Sinə daşı günü-
müzə şahidlik edir… 
 
                                              *** 
 
Mənbələrdən o da bəllidir ki, Mahmud Ağa böyük şair 
Natəvan xanımla uzun zaman məktublaşmışdır. Natəvan 1874-
cü ildə Bakıya səfər edərkən, vaxt tapıb  Şamaxıda Mahmud 
Ağa məclisinin qonağı olmuşdur. 
Xatirələrdən… Natəvan əvvəlcə onun məclisinin üzvləri 
ilə maraqlanır. Bu zaman Qarabağın məşhur musiqiçiləri Hacı 
Hüşü, Humayın Mahmud Ağanın sarayında yaşayırdılar. Natə-
van bu vaxta qədər ustad şair S.Ə.Şirvani ilə qiyabi tanış idi. 
Amma görüşməmişdilər... Ağa Xan qızını böyük hörmətlə, 
təmtəraqla qəbul edir.  
…Son gün Mahmud Ağa, Natəvan və S.Ə.Şirvani bir yer-
də - sarayın qonaqlar üçün təşkil edilmiş guşəsində əyləşdilər. 
Üç şair şeirdən, sənətdən söhbət edir, məsləhətləşirlər. Natəvan 
1864-cü ildə Şuşada Mirzə Əbdülqasım mədrəsəsində şairlər - 
Mirzə  Kərim Fəna  və  Hacı Abbas Aşıqın  təşkil elədiyi 
«Məclisi-üns» barədə onlara məlumat verdi. Bildirdi ki, belə 
bir məclisin Şamaxıda da təşkili lazımdır. Axı burada istedadlı 
şairlər çoxdur. Bir də ki, Şamaxı kimi böyük bir şəhərdə iki 
məclisin fəaliyyəti daha münasibdir. Mahmud Ağa şair kimi hər 
iki məclisə qatıla bilər. Onsuz da Şamaxıda tacir, bəy, bəyza-
dələr, şair, ziyalılar Ağanın məclisində mütəmadi iştirak edirlər. 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 41
Həmin  şəxslər  şairlərin məclislərində  də  təbii ki, iştirak edə-
cəklər. Məclisin ağsaqqalı da olar Seyid - dostunuz. Belə təklif 
etdi Natəvan xanım. 
 
 
Bu təklif Mahmud Ağanın ürəyindən olur. Hər gün mu-
siqi,  şeir sədaları  eşitmək üçün lazım gəlsə, canından keçən 
Mahmud Ağa bu təklifə necə  də sevinməyə bilərdi... Qabaq-
cadan o, dostu Seyidi təbrik edir və  məclisin xərcini də  mən 
özüm çəkərəm, - deyə onların əllərini sıxır... 
Xan qızı da Mahmud Ağanın «Qızılı salon»unu çox bə-
yənmişdi, xoşuna gəlmişdi. 
Şeirin, sözün, musiqinin, ümu-
miyyətlə insan ağlının, təfək-
kürünün bu kübar sarayda uca 
tutulması onu valeh etmişdi. Elə-
cə  də  məclis qurulan zaman iş-
tirakçılara edilən qulluğu:  pür-
rəngi,  ətirli, mixəkli, darçınlı 
çay,  şərbətlər, çərəzlər, gü-
lablar, hilli, zəfəranlı, mixəkli 
paxlavalar, halvalar, sulu qəl-
yanlar və sair.  
Xan qızı da söz verir ki, 
Şuşaya çatan kimi, «Məclisi-
ünsi» öz sarayına köçürəcəkdir. 
Beləliklə, dostlar görüşüb-ay-
rıldılar. Mahmud Ağa Xan qızını 
öz «qızıllı faytonu» ilə Şuşaya yola saldı.  
Doğrudan da, tez bir zamanda Şamaxıda «Beytüs-Səfa» 
məclisi qurulur, Şuşada isə «Məclisi-üns» Xan qızının sarayına 
köçür. Qarabağ xanəndələri, sazəndələrinin iştirak etdiyi bu 
məclisə də Natəvan özü rəhbərlik edir». 
 
Xurşidbanu Natəvan 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə