Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   2   3   4   5   6   7   8   9   10   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
22
deyərlər, «Şüştər»lə yatıb, «Osmanlı» ilə oyanarmış» (52-20). 
Təbii ki, bu vərdişi ona atası  Əhməd Sultan uşaqlıqdan 
aşılamışdı. Hərgah Əhməd Sultanın sarayında musiqi məclislə-
ri təşkil olunmasaydı, şübhəsiz Mahmud Ağa bəstəçi və musi-
qişünas və muğam bilicisi, təbliğatçısı kimi yetişə bilməzdi... 
Haşiyə: XX ərin 80-ci illərində ixtiyar yaşlı  şamaxı-
lılardan - Hacı Quluyev, Ağasadıq Gəraybəyli, Ümud 
İsrafilov, Aşıq Barat, Sənəm Xudaverdi qızı, Bilal Nuriyev 
(Göylər kəndi), Abdulla Rəcəbov (Calov kəndi), Mir Haşım 
Ağa (Qubalı  kəndi),  Əzizə  Cəfərzadə, Kərəm kişi (Cəyirli 
kəndi), Murad Sənəm oğlu, Aşıq  Əhməd, Molla Səbizalı, 
Şeyx Bayram, Gülalı  Əmrahov, tarzən Qulam  və 
başqalarından  Mahmud Ağa haqqında eşidib, bildiklərini 
toplamışdıq. Həmin xatirələrdən bəlli olur ki, Əhməd Sultan 
Ağa Cavad oğlu XIX əsrin  əvvəlində  Şamaxının  İmamlı 
məhəlləsində, kiçik tacir ailəsində doğulmuşdur. O, Şamaxıda 
mollaxana və mədrəsə təhsili almışdır. Dini elmlərə yiyələnmiş, 
klassik poeziyaya bələd olmuş, həm də  Ə.Cəfərzadənin  şəxsi 
arxivində hifz olunan xatirələrdən bəlli olur ki, Əhməd Sultan 
İmamlı məhəlləsindən olan Gövhər xanım Sultan bəy qızı ilə 
ailə qurmuşdur. Sonralar Mahmud Ağa övlad və  nəvələrinə 
nənə və babalarının adını vermişdir. 
Əhməd Ağanın üç övladı - bir oğlu, iki qızı olmuşdur.  
Haşiyə:  Əhməd Sultan Cavad Ağa oğlu  Şamaxı xanı 
Ağası xanla yaxın olub. Başqa bir məlumata görə, Ağası xanın 
oğlu Abdulla bəyin  (1780-1842) (Mustafa xanın qardaşı) bir 
arvadı onun xalası olub. Əhməd Sultan da bu qohumluqdan 
istifadə edərək saraya yaxınlaşa bilib. Nəhayət, ticarətlə məşğul 
olmuş, varlanıb, geniş torpaq sahələri, dəyirmanlar, bağ-bağat, 
yaylaq və  qışlaqlar  əldə etmişdir. Mahmud Ağanın varlanma-
sına səbəb  əsasən, atasının var-dövlətli olmasıdır. Daha doğ-
rusu, ata və oğul birlikdə çalışmış, xeyirxah işlər görmüş, musi-
qi-şeiri sevən, yoxsulların qeydinə qalan, Şamaxının inkişafın-
da xüsusi xidməti olan, maarifin-məktəbin çiçəklənməsinə  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 23
kömək edən insanlar olmuşlar. Mahmud Ağanın bütün əməlləri, 
gördüyü işlər onun gözü qabağında baş vermiş, atasının iştirakı 
ilə həyata keçmişdir. Məsələn, açdığı məktəb və S.Ə.Şirvaninin 
«Beytüs-Səfa» məclisinə maddi yardım edilməsi həm də atanın 
–  Əhməd Sultanın təşəbbüsü idi və ya tarın ustadı sayılan 
Sadıqcanın  Şamaxıya dəvəti, onun xanəndələri müşayiət 
etməsini  Əhməd Sultan da yəqin ki, görmüşdür. Fransız 
yazıçısı A.Dümanın onların «Qızılı salon»unda qonaq edilməsi 
başqa sənətkar, sairlərlə yanaşı, təbii ki, atanın da iştirakı ilə 
baş vermişdir. O zaman Mahmud Ağanın  33, Aleksandr 
Dümanın (1802-1870) 57, Əhməd Sultanın da təxminən, 55-58 
yaşı olmuşdur... 
 
 
*** 
XIX  əsrin 30-cu illərindən sonra Şamaxının elmi, dini, 
poeziya, aşıq, muğam və pedaqoji mühitində xüsusi canlanma 
başladı. Hökumət tərəfindən 1829-cu il avqustun 2-də Zaqafqazi-
ya məktəblərinin ilk nizamnaməsi təsdiqləndi. Nizamnaməyə gö-
rə, bu məktəblərin  Gəncə, Nuxa, Şuşa,  Şamaxı, Quba, Bakı, 
Naxçıvan, Ordubad  şəhərlərində  və  Qazax distansiyasında 
açılması  təsdiq edildi. Daha dəqiq desək,  Şamaxıda qəza 
məktəbinin yaradılması 1830-cu ildə nəzərdə tutulurdu. Amma iki 
il – dalbadal 1828-1829-cu illərdə şəhərdə baş verən zəlzələ mək-
təbin açılmasını on ilə yaxın ləngitdi. Odur ki, Şamaxıda  qəza 
məktəbi 1838-ci il may ayının 20-də  fəaliyyətə başladı. 
Məktəbdə azərbaycanlılarla yanaşı, rus, gürcü, erməni uşaqları da 
oxuyurdu. Faktlar sübut edir ki, imkanlı ailələr övladlarını  dövlət 
məktəbində oxutmağa daha çox üstünlük verirdilər... 
Haşiyə: XVIII əsrin ikinci yarısından - Mustafa xan 
hakimiyyətə  (1792-1820)  gələndən sonra Şamaxı  şəhəri 
yenidən dirçəlməyə başladı.  Şamaxıda məhəllə  və  şəxsi 
məktəblərin sayı çoxaldı. Sarayda vaxtaşırı  şair məclisləri də 
təşkil edilməyə başladı. Eləcə  də  şəhərin ziyalıları  şəxsi 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
24
məktəblər  (qız məktəbləri də) yaratdı. XIX əsrin otuzuncu 
illərinə kimi bir çox insanlar övladlarını əsasən bu məktəblərdə 
oxutmuşlar. XIX əsrin 30-cu illərinə kimi yetişmiş ziyalılar 
ordusu ilk təhsillərini belə məktəblərdə almışlar. Sonra Şamaxı 
və ya Yaxın  Şərq ölkələrində ali mədrəsələrdə  təhsillərini 
davam etdirmişlər. Görkəmli  şair S.Ə.Şirvaninin atası  Seyid 
Məhəmməd, Hadinin atası  Əbdülsəlim,  Mahmudbəyin atası 
Polad bəy, Ünsizadə qardaşlarının atası  Əbdülrəhman 
Əfəndi, Didənin atası  Qurban bəy, Məmmədtağı  Əlizadənin 
atası  Hacı  Səməd bəy,  Qənizadənin atası  Hacı Murtuzəli
Səhhətin atası Molla  Əlabbas, Mahmud Ağanın atası Əhməd 
Sultan, eləcə də bəy-bəyzadə, tacir övladları Şamaxıdakı şəxsi 
məktəblər, mollaxana və  mədrəsədə  təhsil almış, sonradan 
müəyyən iş, elm və  sənət sahibi olmuşlar. Uzun illər 
apardığımız araşdırmalar zamanı əldə etdiyimiz faktlar əsasında 
onu deyə bilərik ki, XVIII əsrin sonundan XIX əsrin II yarısına 
kimi Şamaxıda  əllidən artıq  şəxsi məktəb (qız məktəbləri də) 
olmuşdur.  Mirzə  Məhəmmədin, Molla Tağının, Saleh 
Mirzənin, Molla Pərvinin, Mirzə Süleymanın, Gülübəyim 
Mir Mahmud qızının, Sona Məşədi İsmayıl qızının, Məşədi 
Salehin, Fatma xanımın, Gövhər xanımın, Kərbəlayi 
Musanın, Cavid Əfəndinin, (142) Rza bəyin  və daha 
kimlərin, kimlərin ev məktəbləri... 
Bu məktəblərin bəzilərinin yaranmasında  Əhməd 
Sultanın xüsusi maddi köməyi olmuşdur. Ümumiyyətlə, Əhməd 
Sultan xeyirxah işlərlə  məşğul olmuş, nəticədə  Şamaxıda 
xüsusi hörmət qazanmış, sayılıb seçilmişdir. O, öz oğlu ilə 
yanaşı, qızlarına da ev təhsili verdirmişdir. 
 
*** 
 
Əhməd Sultan Mustafa xanın sarayında yaşamış Əbülhə-
sən, Çopur Nəcəfqulu, Qasım Əliqulu oğlu, Mirzə İbrahim, 
eləcə  də musiqi nəzəriyyəçisi  Hacı  Nəcəf bəylə yaxın olmuş-
dur. Mahmud Ağanın musiqi bilicisi kimi yetişməsində bu 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə