Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə3/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   2   3   4   5   6   7   8   9   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
 
 
8
50-ci illərdə Şamaxıya etdiyi səfərlərdən, S.Ə.Şirvani, M.A.Bi-
xud, Didə, M.Ə.Sabir, M.Hadi, A.Səhhətin əqrəbaları, dostları, 
həmyaşıdları ilə görüşlərindən ürəkdolusu danışardı.  Şamaxı-
dakı ziyalı-müəllim tanışlarına mənim vasitəmlə salamlar da 
göndərirdi.  Əhməd Veysov, Hacı Quliyev, Ələsgər Sadıqov, 
Əjdər Nemət oğlu, Xaliq Xaliqov, İsmayıl bəy Fitdağlı, bö-
yük rəssam Uğurlu Adil oğlu, Baxış  Əliyev, Fəxri,  Əziz 
Seyidov, Ağalar Nuhov, Baba Əfəndiyev və başqalarına... 
Bu illərdə dostum, filologiya elmləri doktoru Əhməd Cə-
fərzadədən də Mahmud Ağanın məclisi barədə  bəzi məlu-
matları öyrəndim. Beləliklə, müəllimliyə başladığım ilk vaxt-
lardan  Şamaxı  ədəbi, pedaqoji, aşıq, muğam mühitini öyrən-
məyin təməlini qoydum. Bəxtim bir də onda gətirdi ki, 
aspiranturada oxuduğum illərdə elmi rəhbərim arxivlərimizə - 
XIX-XX əsr əlyazmalarına dərindən bələd olan, səriştəli, ciddi 
alim, professor Xeyrulla Məmmədov oldu. O, Şamaxı  ədəbi 
mühitini uzun illər araşdıran, onun incəliklərinə dərindən bələd 
olan, bütün arxivləri mükəmməl bilən mütəxəssislərdən biri idi. 
Bir sözlə, tanıdığım ziyalılar, tarixçilər və tədqiqatçılarla 
qurduğum ünsiyyət muğamsız bir gün yaşaya bilməyən Mah-
mud Ağa məclisi, o məclisin üzvləri, qonaqları ilə bağlı məlu-
matların  əldə edilməsi, toplanması, öyrənilməsinin təməlini 
qoymaqda mənə uzun illər yardımçı oldular.  
 Bu  illərdə    «Beytüs-Səfa» məclisi üzvləri, haqqında da 
xeyli məlumat  əldə edə bildim. Şamaxıda fəaliyyət göstərmiş 
hər iki məclisin üzvlərinin ötən  əsrin 70-90-cı illərində bu 
şəhərdə yaşayan qohumları  və tanışlarını axtardım, birlikdə 
keçmişi vərəqlədik..  Əldə etdiyim materialların, xatirələrin 
zənginliyinə heyrətlənməmək mümkün deyildi... 
Topladığım məlumatlar  əsasında belə  qərara gəldim ki, 
ilk  əvvəl Mahmud Ağanın  ən yaxın dostu, səsinin, avazının 
vurğunu görkəmli xanəndə Mirzə Məhəmməd Həsən haqqında 
kitab hazırlayıb, oxuculara çatdırım. Ustad xanəndənin anadan 
olmasının 150 illiyinə... Özü də ilk dəfə... 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 
9
Keçən bu zaman kəsiyində görkəmli mesenat, musiqini, 
şeiri canından  əziz bilən Mahmud Ağa haqqında da Səadət 
xanım Veysova ilə xeyli maraqlı və nadir məlumatlar topladıq. 
Həm atasının, həm də özünün şeirlərindən nümunələr  əldə et-
dik, nəvə, nəticələri haqqında bilgilər öyrəndik, xatirələr top-
ladıq, nəsil şəcərəsinin böyük qismini müəyyənləşdirə bildik.... 
Təbii ki, ötən əsrin 70-ci illərində XIX əsr musiqi, poezi-
ya təsnələri, xeyriyyəçi bəy-bəyzadələrin bir çox uzaq qohum-
ları, qonşuları, tay-tuşları, 80-90 yaşında məhəllə dostları  hələ 
sağ idilər. Dünyagörmüş belə insanların yaddaşları maraqlı 
xatirələrlə  zəngin idi. Ümumiyyətlə,  Şamaxının son yüz ilinə 
aid bilgilər, məlumatlar,  şəxsi arxivlərində isə  əlyazmalar
sənədlər,  şəkillər hələ  də mövcud idi. O zaman onlara sual 
verib dinləmək, onlarla birlikdə sənədləri vərəqləmək, keçmişi 
xatırlamaq sadəcə maraqlı  və  dəyərli idi. Bu gün isə zamanın 
aynasından keçmişə nəzər salanda topladığımız xatirə və sənəd-
lərin əvəzsiz sərvət olduğuna sevinməmək mümkün deyil. Xalq 
artisti  A.Gəraybəyli, Yavər Kələntərli, tarzən Hacı 
Məmmədov, general Tərlan  Əlyarbəyovun oğlu Pərviz, 
xanəndə  Sənəm, tarzən Qulam, Molla Məmmədağa,  Şeyx 
Bayram, xanəndə Atamoğlan Fətəliyev, görkəmli 
pedaqoqlardan  Əhməd Veysov, Davud Orucov, Ələsgər 
Sadıqov, İsmayıl bəy Fitdağlı, Ağasəf Məmmədov, Məhəm-
məd  Əfəndiyev (Sündü), Bilal Nuriyev (Söylər), Xəlil 
Rəhimov (Şamaxı), Baba Əfəndiyev, Gülsüm Əfəndiyeva, 
Firidə xanım Paşabəyova-Veysova, Gülalı  Əmrahov, Aşıq 
Barat,  Əlhəmzə  və başqalarından zamanında az da olsa 
müəyyən bilgilər, məlumatlar  əldə edə bildik. Çox əfsuslar 
olsun ki, onların bildiklərini, danışdıqlarını bizdən asılı 
olmayan səbəblərə görə videokameranıın yaddaşına köçürə 
bilmədik.  Əgər bu insanların xatirələrini, danışdıqlarını 
videogörüntülərdə, günümüzədək qorumaq mümkün olsaydı, 
tariximizin qaranlıq səhifələrinə nur çiləyərək erməni 
faşistlərinin 1918-ci ildə  Şamaxıda törətdikləri vəhşiliklərin 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
10
miqyas və amansızlığına ətraflı aydınlıq gətirmək olardı. Stalin 
xofu ötəndən 30 il sonra, təxminən, 70-80-ci illərdə 37-ci ilin 
repressiyası haqqında ömürləri boyu vahimədən susan insanlar 
artıq cəsarətə  gəlib danışırdılar. Onların gözlərinin dərinliyin-
dəki iztirablar, üzlərinin ifadəsi və bildikləri minlərlə fakt 
onlarla sənədli filmin ən faciəvi epizodlarını, ana xəttini və 
süjetini təşkil edə bilərdi. Etiraf etməliyik ki, biz həmçinin 
Azərbaycan mədəniyyətinin, musiqisinin tarixi ilə bağlı onlarla 
məşhur sənətkarın canlı görüntü və xatirələrini kinolentin 
yaddaşına almaq şansını birdəfəlik itirdik. Təəssüf ki, zamanın 
öz hökmü və insanların da öz qisməti var...  
Uzun illər sonra yazdığım «Şamaxı», «Şirvanın 350 şai-
ri», «Aşıqlar, el şairləri», «Şirvanlı  Aşıq Mirzə Bilal», 
«1918-ci il Şamaxı soyqırımı», «Şirvan folklor mühiti», 
«Mirzə  Məhəmməd Həsən Nalə»  və s. kitablarımda həmin 
xatirələrdən xeyli istifadə etsəm də, şahidlərin  canlı  görüntü-
lərinin qalmamasına bir vətəndaş kimi dərindən təəssüflənirəm. 
Çünki oxumaqla, canlı  şahidləri görmək arasında yerlə göy 
qədər fərq var.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə