Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
46
Böyük  bəstəçi, muğam  və  klassik poeziyaya dərindən 
bələd olan Mahmud Ağanın təşkil etdiyi müsabiqələrə  hər sə-
nətkar qatıla bilmirdi. Mahmud Ağaya görə, müsabiqəyə qa-
tılan kəsin məlahətli səsi olduğu qədər də, klassik poeziyanı 
dərindən bilməli,  ifa zamanı sözləri aydın tələffüz etməli və 
gözəl də ritm tutmalıydı. Bir də ki, seçdiyi qəzəl muğamın 
şöbələrinin ruhuna, ahənginə, motivinə uyğun olmalıydı; 
sözlə  şöbə bir ahəngdə sadə  və gözəl bir tərzdə uzlaşmalı 
idi, muğamın qəmli  şöbəsində  kədərli, xürrəm guşələrində isə 
şad notlu şeir oxunmalıydı.  İfaçıların davranışı da münsiflərin 
gözündən qaçmazdı. Oturuşu, duruşu, baxışı, hərəkətləri də ey-
ni biçimdə - ədəbli-ərkanlı  nəzakət qaydaları ilə  vəhdət təşkil 
etməliydi. Mahmud Ağa bu tələbləri ödəyən sənətkarın məc-
lisində iştirakına icazə verirdi. Təbii ki, bu şərtləri müsabiqədə 
iştirak etmək istəyənlərə onun adamları qabaqcadan çatdırır-
dılar. Bu tələblər Mahmud Ağaya atası  Əhməd Sultanın bu-
yurduğu qanun idi. Ondan heç kəs kənara çıxa bilməzdi. Elə 
Mahmud Ağa özü də. 
Mahmud Ağanın xanəndədən qəbul etmədiyi yalnız bir 
cəhət - səsinin xaric olması idi. O, həmişə məclislərdə deyərdi: 
xanəndə pəsxan da, miyanxan da, zilxan da ola bilər. Hər bi-
rinin öz yeri var. Bundan keçmək olar. Xarici səsi olan xa-
nəndələri isə bağışlamaq olmaz, bu muğama, məclisə hörmət-
sizlikdir. 
Haşiyə:  Bir dəfə  Əlibala adlı bir xanəndə onun məcli-
sində «Mahur-Hindi» oxuyurmuş. O, muğamı bitirər-bitirməz 
Mahmud Ağa soruşur ki, bir başbilənin varmı ki, xaricə ge-
dəsən? Hamı təəccüb qalır. Mahmud Ağa deyir: 
- A zalım oğlu. Axı sən xaric oxuyursan, bu hünərlə ge-
dib xariciləri aldada bilərsən, Mahmud Ağanı yox. 
 
                                         *** 
 
Mahmud Ağanın şair olduğunu tədqiqatçılar qeyd etsələr 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 47
də, bunu təsdiq edən mənbələr və şeir nümunələri son vaxtlara 
kimi yox idi. Bir təsadüf nəticəsində  əldə etdiyimiz qəzəlləri 
onun klassik poeziyaya, əruz yoluna, əruz elminə necə aşiq ol-
duğunu təsdiqləyir. O, həm də  əruz vəznində olan şeirləri 
ustalıqla qiraət edə bilirdi: Uzun heca uzun, qısa heca da öz 
yerində... 
Haşiyə:  Ötən  əsrin 90-cı illərində  Şamaxının «İmamlı» 
məscidində təmir işləri gedirdi. Bir gün mən də ora gəldim. Qə-
dim abidələrin bərpasında  ən vacib məsələ ehtiyatlı  səliqə-
sahmanın olması, işlərin ardıcıllıqla və  təmiz görülməsidir. 
Burada isə təmir işləri nizamsız görülürdü. Divardan, ta-vandan 
qopan  ərəb  əlyazmaları yerə tökülmüşdü. Onların çoxu toz-
torpaq içində qalmışdı. Bəzi  əlyazma, kiçik bəyazları 
götürdüm. Nə qədər çalışsam da onları axıradək oxuya bilmə-
dim. Torpaq altında uzun illər qaldığına görə əlyazmalar oxun-
maz olmuşdu. Bu əlyazmaları oxumaq üçün dostum, filologiya 
elmləri doktoru Əhməd Cəfərzadəyə müraciət etdim. Birlikdə 
də əlyazmaları yaxşı oxuya bilmədik. Əhməd müəllimin təkilfi 
ilə bəyazı Hacıqabulda olan dostuna – qədim ərəb əlifbasını da-
ha yaxşı oxuya bilən mollaya göndərdik. O da əlyazmaların 
bəzisini oxuya bilir. Məlum olur ki, «bəyaz»  şeirlər məcməsi 
imiş. Həmin  əlyazmadakı  şeirlərin biri Əhməd Ağaya, üçü isə 
Mahmud Ağaya məxsus imiş.  Əhməd müəllimin  əski  ərəb 
əlifbasından başı çıxan dostu o biri əlyazmaları da oxuyacağına 
söz verir. O, oxuya bildikləri  əlyazmaları  Əhməd müəllimə 
qaytarır. Sonra həmin  şeirləri  Əhməd müəllim mənə qaytardı. 
Əlyazma isə onlarda qaldı... 
Mahmud Ağa böyük mesenat  olmuşdur. Mesenat latın 
sözüdür. Bir yozumu da «ədəbiyyat-incəsənətə himayəlik 
edən səxs və ya təşkilat»  deməkdir. Mahmud Ağanın bu 
titulunun təsdiqinə o qədər də ehtiyac yoxdur. Məclisinin 
şahidlərinin yazdıqları, iştirakçıların xatirələrindən bəlli olur ki, 
onun adamları  Şamaxı  sənətkarlarının çoxunu lap cavan 
yaşlarında axtarmış, tapmış və Ağaya təqdim edirmişlər. Mah-


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
48
mud Ağanın diqqəti sayəsində o insanların hamısı müqtədir 
sənətkarlar kimi yetişmiş,  Şamaxının adına  şan-şöhrət gətir-
mişlər.  Məşədi  Əkbər, Mirzə  Məhəmməd Həsən, «Beytüs-
Səfa»nın çox üzvləri, Aşıq İbrahim, Aşıq Bilal, Əli Kərimov, 
Topal Nəcəfqulu, Mehdi, İsgəndər, Davud Səfyarov  və b. 
kimi. 
Tək bircə fakt: Davud Səfyarov Bakıdan anası ilə 
Şamaxıya gəlir. Qadın Mahmud Ağa sarayında özünə  iş  də 
tapır. Xidmətçi işləyir. Mahmud Ağaya gənc Davudun da yaxşı 
səsi olduğu barədə  məlumat veriləndə onun səsini yoxlayır və 
bəyənir. Davudu ustad xanəndə Mirzə  Məhəmməd Həsənə 
həvalə edir. Tez bir zamanda o, Mirzənin səyi nəticəsində gənc 
xanəndə kimi yetişir, məclislərə  dəvət alır və zaman keçdikcə 
bütün Azərbaycanda məşhur olur. 
 
                                               *** 
 
Mahmud Ağa  əliaçıq, xeyirxah, qonaqpərvər  şəxs 
olduğu qədər də zəmanəsinin ən işgüzar adamlarından biri kimi 
məşhur idi. Şamaxı  və  ətraf  ərazilərdə bağ-bağat saldırmış, 
körpü, dəyirman tikdirmiş, yol, bulaq çəkdirməklə yanaşı, 
bayram günlərində yoxsulları,  əlsiz-ayaqsızları sevindirər, 
ehtiyacı olanlara əl tutardı. Ümidi hər yerdən kəsilib, sıxıntı, 
ehtiyac içində üzülən adamlar onun necə xeyirxah mülkədar, 
əsilzadəli bəy olduğunu biləndə, nəcibliyindən xəbər tutanda 
yaxından-uzaqdan, yolları, məsafələri gözünə almadan böyük 
ümidlə Mahmud Ağanın ünvanına pənah gətirərdilər. Heç 
kimin qəlbi qırılmaz, heç kim onun qapısından naümid, əliboş 
geri qayıtmazdı. Bu barədə ötən  əsrin 70-80-ci illərində 
qocaman Şamaxı sakinləri xeyli rəvayətlər söyləyirdilər.  
Bəli, Mahmud Ağa torpağı, vətəni,  Şamaxını, onun 
istedadlı ziyalı övladlarını cani-dildən sevən görkəmli, əqidəli, 
xalq arasında böyük nüfuz sahibi olan nadir bir şəxsiyyət idi. 
Onun mərhəməti, səxavəti və qeyri-adi insanlara məxsus 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə