Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
42
 
*** 
 
«Beytüs-Səfa»  ədəbi məclisinin yaranmasına  ən çox 
sevinənlərdən biri də Əhməd Sultan oldu. O, Seyid Əzimə dərin 
hörmət bəsləyər, ehtiramla yanaşardı. Oğluna tapşırıq vermişdi 
ki, Seyidin məktəbinə  və  məclisinə  yaxşı baxsın, maddi 
köməyini əsirgəməsin, onu sıxıntılarla sınağa çəkməsin.  
Mahmud Ağa da atasının tövsiyələrinə sadiq qalaraq Se-
yidi bir şair, söz səltənətinin sahibi kimi uca tutur, onun məc-
lisində həmişə iştirak edir. Mahmud Ağa Seyidin məclisini da-
ha da şöhrətləndirmək üçün onun sarayına təşrif buyuran sə-
nətkarları başqa bir gün «Beytüs-Səfa»ya qonaq aparırdı. Və ya 
muğam müsabiqəsi təşkil ediləndə, başqa bir gün müsabiqə qa-
liblərini «Beytüs-Səfa» məclisinə 
qatardı. Xanəndələr oxuyar, 
şairlər  şeirləşərdilər. Kamil qa-
fiyə tutanlar, qəzəldə üstünlük əl-
də edənlər, münsiflər tərəfindən 
«baş yerə» çıxanları mükafatlan-
dırmağı Mahmud Ağa özünün 
müqəddəs vəzifəsi sayardı. 
Belə bir maraqlı  məclisə - 
«Beytüs-Səfa»ya təkcə  şair, sə-
nətkarlar deyil, ziyalı, bəy, ta-
cirlər də qatılardı:  Şahbaz bəy, 
Nuru bəy, Məşədi Fərəc bəy, 
Nəcəfqulu bəy, Səid Əfəndi, Şı-
xali bəy,  Qocaman bəy, Mah-
mud bəy, Hacı Salman bəy, 
Udlu Musa, Nağı  bəy, Kərim 
bəy,  Mehdi  bəy, Sultan bəy Veysov,  Kərbəlayi Yusif bəy, 
Molla Əlabbas, Məşədi Mürsəl bəy... 
Haşiyə: Həmin vaxtdan sonra Mahmud Ağanın musiqi və 
Bahar  Şirvani 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 43
«Beytüs-Səfa» məclisləri ilə Qarabağ məclisi arasında əlaqələr 
yarandı və yazışmalar daha da gücləndi. Qarabağ sənətkarları - 
Hacı Hüsü, Sadıqcan Şamaxıya gələndə Natəvanın sifariş və sa-
lamlarını, xəbərlərini Mahmud Ağaya yetirir, onun da sözlərini 
sovqatları ilə birlikdə Natəvana çatdırırdılar, «Beytüs-Səfa» 
üzvlərinin məktubları da Şuşaya yetirilərdi... 
Məsələn, «Beytüs-Səfa» məclisində M.Füzulinin «Ram 
olmaz»  rədifli qəzəlinə  nəzirə yazılması  qərara alınır. 
S.Ə.Şirvani, Raqib, Bixud, Qafil, Salik, Səfa, Zövi, Zuhuri və 
b. məclis üzvləri yarışa qatılırlar. 
Qəzəllər o qədər ustalıqla yazılır ki, «Beytüs-Səfa»  
üzvləri qalibi müəyyən etməkdə  çətinlik çəkirlər. Məclis 
üzvləri belə  qərara gəlirlər ki, nəticələri  Şuşaya göndərsinlər, 
Qarabağ  şairləri qalibi müəyyən etsinlər. Bu barədə  ədə-
biyyatşünas F.Köçərli yazır: «Qarabağ  şüarələri kamalı-
diqqətlə «Beytüs-Səfa» əhvalının göndərdikləri qəzəllərə baxıb, 
onlardan  əvvəlinci dərəcədə  Bixud həzrətlərinin,  ikinci 
dərəcədə  Hacı Seyid Əzimin,  üçüncüdə  Zövinin,  dördüncü 
də  Səfa ilə Salikin, beşincidə  Qafilin, altıncıda  Zuhurinin, 
yeddincidə Raqibin qəzəllərini qoyublar» (52-106). Hətta Qa-
rabağ şairlərinin bir çoxu da bir növ bu müsabiqəyə qatılıblar; 
bu rədifli qəzəllər yazıblar... 
Beləliklə,  Şamaxıda olan iki məclisin üzvlərilə Natəvanın 
rəhbərlik etdiyi məclis arasında əlaqələr genişlənməyə başlayır.  
Böyük Füzulinin «Ram olmaz» rədifli qəzəlinə 
nəzirələr... 
 
Molla Ağa Bixud: 
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,  
Buna cövlangəhi-ərsə ərz ola, seyri tamam olmaz. 
 
Seyid Əzim Şirvani: 
Mənə ol mahi-bimehrim yəqinimdir ki, ram olmaz, 
Nedim kim, mehri çıxmaz sinədən ömrüm tamam olmaz. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
44
 
Məhəmməd Səfa: 
Bu ahu gözlülər aləmdə hər səyyad ram olmaz, 
Və gər xud olsa kami-dili-aşiq tamam olmaz. 
 
Agabala Zuhuri: 
Gər desəm sərv sənə, sərvdə rəftar olmaz,  
Gər desəm mah sənə, mahda küftar olmaz. 
 
Ələkbər Qafil: 
Mənə ol dilləri ahunigar müddətdi ram olmaz
Əcəb kim, ruhsuz cismim ilə ömrüm tamam ram olmaz, 
 
Qafar Raqib: 
Mənim ruhumda bir dilbər, vəli cisminə ram olmaz,  
Əcəb kim, ruhsuz cismim ilə ömrüm tamam ram olmaz. 
 
Salik Şirvani: 
Nə sərkeşdir mənə bu sərvqəd, voslilo ram olmaz,  
Uzanır qəmli ömrüm, müddəti-hicri tamam olmaz. 
 
Binəva Şirvani: 
Sənin tək nazəninlər, eybdir, əğyara ram olmaz,  
Nə kim sağər vurub məsti-şərabi-təmam olmaz. 
 
«Beytüs-Səfa»nın  şöhrəti artıq  Şamaxının kəndləri və 
tərəkəmə obalarına da yayılır. Tərəkəmə obalarında olan aşıq, 
şairlər - Allahverdi Rəfi oğlu, Udulu Musa, Padar Ağabala, 
Cəyirli Mürşüd, Aşıq Xəlil, Aşıq Xeyrulla, Aşıq  İbrahim 
Aşıq Bilal,   və başqaları da məclisdə  iştirak etməyə can 
atırdılar  (41-16).  Bəli, həmin vaxtdan sonra Şamaxıda hər iki 
məclis baş-başa verib nə az, nə çox - 25-50 il arasında fəaliyyət 
göstərdi, sözün, sənətin qüdrətiylə insanlara xidmət etdi. Qədim 
Şamaxının möhtəşəm mədəniyyət, poeziya, aşıq, muğam 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 45
mühiti olduğunu Avropa, Rusiya, Orta Asiya, Yaxın  Şərq 
ölkələrinə çatdıra bildi.  
 
 
 
                                         *** 
 
Şamaxı səhəri İpək yolu üzərində yerləşən məşhur ticarət 
mərkəzi idi. 
Mahmudbəyovlar nəslindən olan Xəlil Həbib oğlunun 
xatirələrində  Şamaxının unikal və maraqlı  təsviri vardır. O 
möhtəşəm  Şərq  şəhərinin keçmişini belə  təsvir edir: «Şamaxı 
şəhərinin yaşı minilliklərlə ölçülür. Tarixi mənbələrdə göstərilir 
ki, hələ 1500-cü illərdə Şamaxıda dünyanın bir çox ölkələri ilə 
geniş ticarət əlaqələri qurulmuşdu. İngiltərə tacirlərinin bu şə-
hərdə xüsusi nümayəndəliyinin olması da şəhərin dünya 
ticarətindəki vacibliyinə  dəlalət edir.  Əcnəbi tacirlər və sa-
hibkarlar o zaman buradan yun, ipək, dəri məmulatları və digər 
şeyləri alaraq ölkələrinə aparardılar. İngiltərədən başqa burada 
İran və Hindistanla da geniş əlaqələr mövcud idi. Eyni zamanda 
Şamaxı tacirləri də qonşu dövlətlərə ticarət məqsədləri ilə kar-
vanlarla yola düşər, geriyə  də boş qayıtmazdılar.  Şamaxı ilə 
Xəzəryanı dövlətlərin, Rusiya vilayətlərinin də  sıx  əlaqələri 
mövcud idi. Bütün bu münasibətlər  Şamaxının inkişafında, bu 
şəhərdə elmin, maarifin tərəqqisində vacib rol oynayırdı. Ona 
görə də Şamaxıda təhsilli, savadlı insanların sayı ölkənin digər 
bölgələrinə nisbətən dəfələrlə çox idi. Burada insanların bir ne-
çə dili bilməsi və bu dillərdə rahat yazışması adi hal idi. Belə 
böyük ticarət eyni zamanda mədəniyyətin və elmin inkişafına 
ciddi təkan vermişdi. Ona görə  də  Şamaxıda  İmadəddin Nə-
simi, Seyid Əzim  Şirvani, Mirzə  Ələkbər Sabir kimi dahi şa-
irlərin yetişməsi qeyri-adilik yox, qanunauyğunluq idi”.  
                                             *** 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə