Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 121
 
Kim fənayə verdi nəqdi-ömrünü Bixud kimi,  
Kim mənim tək canını cananə qurban eyləmiş? 
 
Seyid Əzim Şirvani 
(1835-1888) 
 
 
Seyid  Əzim Seyid Məhəmməd oğlu  Şirvani 1835-ci il 
iyul ayının 10-da Şamaxının  Qalabazar məhəlləsində  ruhani 
ailəsində doğulmuşdur. Atası 
vəfat etdikdən sonra ana babası 
Molla Hüseynin himayəsində 
böyümüş  və  ərəb, fars dillərinə 
kamil yiyələnmişdir. Sonra o, ali 
ruhani təhsili almaq üçün İraqa 
gedir - Nəcəf, Bağdad və Şamda 
oxuyur. Təhsilini başa vurduq-
dan sonra doğma Şamaxıya qayı-
dır,  əsasən məktəbdarlıqla məş-
ğul olur. Bir müddət  Şamaxıda 
yaşayır, ikinci dəfə  səfərə  çıxır. 
Məkkə, Mədinə, Qahirədə olur. 
Ömrünün sonuna kimi «Beytüs-
Səfa» məclisinə rəhbərlik edir. 
O, XIX əsrdə Şamaxıda ya-
şamış gənc ziyalıları – S.Ünsizadə, S.M.Qənizadə M.Mahmud-
bəyov və b. ilə dost, Mahmud Ağa ilə həmfikir, əməl yoldaşları 
olmuşdur. Mahmud Ağaya həsr etdiyi şeirlərində ona münasi-
bəti aydınca bilinir. Hər iki əqidə, əməl dostu Şamaxıda maari-
fin, muğam sənətinin, poeziyanın inkişafına xüsusi köməklik 
göstərmişdir. Mahmud Ağa  şairin «Beytüs-Səfa» məclisi və 
«Üsuli-Cədid» məktəbinin maddi durumuna köməyini  əsir-
gəməmişdir. 
 
 
S.Ə.Şirvani 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
122
XIX əsr Azərbaycan ədəbiyyatının qüdrətli sənətkarların-
dan sayılan S.Ə.Şirvani «... nəinki yalnız  Şirvan vilayətinin, 
bəlkə tamami Azərbaycan türklərinin  şüərasından biri olub» 
(F.Köçərli). 
Mahmud Ağa məclisinə Orta Asiya, İran, Tiflis və Şuşa-
dan gələn qonaqları da S.Ə.Şirvani qarşılar, müsabiqələrə baş-
çılıq edərmiş. 
Haşiyə:  Atası Seyid Məhəmməd vəfat edəndən sonra o
Dağıstanın Yaqsay kəndində çalışan ana babası Molla Hü-
seynin himayəsində yaşamış, tərbiyə almışdır. S.Ə.Şirvani 
1853-cü ildə anası Gülsüm xanımla  Şamaxıya qayıdır. Bir il 
sonra Gülsüm xanım 19 yaşında olan oğlunu qohumu və qon-
şusu Bikə xanımın qızı Ceyran xanımla evləndirmişdir. Şama-
xıda Seyid Məhəmmədin ocağına hörməti olan bütün insanlar 
Seyid  Əzimin toyunda yaxından iştirak edirlər. O cümlədən, 
Seyid Məhəmmədin yaxın dostlarından olan Əhməd Ağa da. 
Həmin vaxtdan sonra Seyid Əzim bu ailəyə, eləcə də Mahmud 
Ağaya daha da yaxınlaşır. Bu yaxınlıq sonra da əqidə dostluğu
əməl dostluğuna, sənətə, poeziyaya, muğama bağlı olan in-
sanların dostluğuna çevrilir. S.Ə.Şirvaninin dəfnini də Mahmud 
Ağa təşkil edir. 
Seyid Əzim Şirvani 1888-ci il may ayının 20-də Şamaxı 
şəhərində  vəfat etmiş  və  «Şah xəndan» qəbiristanlığında tor-
pağa tapşırılmışdır. 
Həmin gündən Mahmud Ağa atasının məsləhəti ilə 
S.Ə.Şirvani ailəsinin qayğısını çəkməyə başladı. Bu zaman şai-
rin böyük ailəsi - oğlu Seyid Cəfər (1852-1937) otuz altı, qız-
ları Seyid Həcər (1856-1935) otuz iki və Seyid Fatma (1860-
1936) iyirmi səkkiz, həyat yoldaşı Gülsüm xanım (1840-1900) 
isə altmış yaşında idi. Bu böyük ailənin bütün qayğılarını Mah-
mud Ağa öz çiyinlərinə aldı. Azərbaycanın böyük şairinin ailə-
sini heç nəyin xiffətini çəkməyə qoymadı.  
S.Ə.Şirvaninin qız nəticəsi, şair Arif Səfa babası haq-
qında nənəsindən eşitdiklərini belə xatırlayır: “Nənəm  Şa-


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 123
maxı, onun istedadlı övladları, xeyriyyəçi Mahmud Ağa haq-
qında çox danışardı, özü də böyük həvəs və ehtiramla. Seyid 
babamla olan münasibətlərindən, bir-birinə ehtiram və dost-
luqlarından. Mahmud Ağa bu ehtiramı uzun illər qoruyub sax-
lamışdır. Onun qırxını, ilini də vermiş və qəbri üstünə sinə da-
şını da o, qoydurmuşdur. Məzarın üstündəki, qəzəli də Mah-
mud Ağa seçmişdir. Babam Seyid Cəfərlə birlikdə. Məzar da-
şının ikinci tərəfindəki «hədisdən» olan yazıları isə oğlu seçib, 
məsləhət bilmiş, həkk etdirmişdi”.  
 
Mirzə Məhəmməd Həsən Nalə 
(1851-1917) 
 
Mirzə  Məhəmməd Həsən 
Fələkzadə Nalə dabbaq İsmayıl 
oğlu 1851-ci ildə Şamaxının Sa-
rıtorpaq məhəlləsində anadan 
olmuşdur. Mollaxana və  məd-
rəsədə oxumuşdur.  Ərəb və fars 
dillərini mükəmməl öyrənmiş
Şərq poeziyasına bələd olmuş-
dur. Atası onu ruhani görmək is-
tədiyi üçün hələ 15-16 yaşında 
atası onu «İmamlı» məscidində 
axundun yanına aparır. 
Həmin illərdə böyük xey-
riyyəçi Mahmud Ağa  Əhməd 
Sultan oğlunun adı-sanı, musiqi 
məclisinin sorağı çox yerlərə ge-
dib çatmışdı.  
Musiqi bilicisi Mahmud 
Ağa bir təsadüf nəticəsində onun səsinin bənzərsizliyini bilir, 
onu məclisində olan ustad xanəndələrə tapşırır. 
 
Mirzə Məhəmməd Həsən 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
124
Məclisin  ən məşhur xanəndələrindən biri də  Kərbəlayi 
Əkbər Hacı Tahir oğlu idi. Məhəmməd Həsənin məlahətli səsi 
onu da tutur. Odur ki, qonşusu Məhəmməd Həsəni özünə şagird 
qəbul edir. Gənc xanəndə sonra Çopur Nəcəfqulu, Mehdidən 
çox mətləbləri öyrənir. Azərbaycanın bülbül cəh-cəhli xa-
nəndələri - Hacı Hüsü, Məşədi İsi, Cavad, Segah İslam, Cab-
bar Qaryağdıoğlu  və başqaları  Məhəmməd Həsən haqqında 
həmişə hörmətlə söz açmış, Cabbar isə daim ona öz ehtiramını 
bildirmişdir. 
Mənbələrdən:  Cabbar Qaryağdıoğlu Mirzə  Məhəm-
mədin yaradıcılığına həmişə yüksək qiymət verərmiş, 
pencəyinin döş cibində onun «Naləsi»ni gəzdirərmiş. Qar-
yağdıoğlunun «Xatirə» dəftərində «Çahargah» dəsgahından 
da bəhs olunur. Klassik şairlərin şeirlərindən, təsnif və mu-
ğam şöbələrindən nümunələr gətirirdi. Ustad xanəndə «Hi-
sar»dan sonra gələn təsnifə farsca bu şeiri nümunə göstərir: 
 
 
Şamaxı. M.M.Həsən Nalənin  anım gününün  iştirakçıları – 
 filialın tələbələri, f.e.d S.Qəniyev ( soldan ikinci) və  
mədəniyyət şöbəsinin əməkdaşları - Ə. Təhməzov,  R. Tağızadə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə