Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 125
«...Əzçi pir süd, 
Bəh, bəh, bəh, bəh! 
Nə xürdə şir ariz əş cəra, 
və cənk siri süd, 
Bəh, bəh, bəh, bəh! 
Carqədəş xoş-xoş mikunəd, 
Yarəm biləm qəş mikunəd, 
Qəş, qəş, qəş, qəş... 
 
Bundan sonra «Mənsuriyyə» başlanır. «Mənsuriyyə»də 
bu qəzəli Mirzə  Ələkbərin  şagirdi məşhur xanəndələrdən olan 
Mirzə Məhəmməd Həsən Şirvani çox gözəl oxuyardı...» 
 
Hər ki zifirət və səlumat bu rəst,  
Mi nətəvan quft ki, sahib dil əst.  
Vəsmə hərəm əst fədun əbruvan,  
Sürmə hərəm əst fədun çəşmi məst.  
Mişənəvi Yusifi qissəyi,  
Vay bəranan ki, buridənd dəst. 
Seyyidi biçarə nə indəm fitad,  
Dərd tələbət bud fəruzi əl əst. 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
126
 
 
Bəli, Məhəmməd Həsən dostu Mahmud Ağanın məclisi-
nin xarı bülbülü olur. Ağanın elə bir qonaqlıq məclisi, mü-
sabiqəsi olmazdı ki, Mirzə orada başda əyləşməsin... 
Haşiyə:  Xanəndəlik sənətinin sirlərini mükəmməl öy-
rənən Mirzə  Məhəmməd Həsən bütün muğamları cani-dildən 
oxuyardı, duzlu xalları, insanı bihuş edən zəngulələri ilə din-
ləyiciləri valeh edərdi.  Şakəri olan «Şur»u ayrı cür ifa edərdi, 
sanki o, «Şur» üçün doğulmuşdu. Bir sözlə, Mirzənin «Şur»u o 
illərdə Mahmud Ağanın muğam məclisində  iştirak edən gənc 
xanəndələr üçün bir məktəb idi. 
Ustad xanəndə musiqişünas Mahmud Ağa kimi, muğam, 
təsnif üçün söz-qəzəl seçməkdə də mahir idi. 
Bakı, Şuşa, İran xanəndələrinin qatıldığı məclisdə həmişə 
Məhəmməd Həsən xüsusi mükafata layiq görülərdi. Mirzə 
Şamaxı.Mahmud  Ağanın  dostu  məşhur xanəndə Mirzə 
Məhəmməd Həsənin  anım gününün iştirakçıları  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 127
 
Məhəmməd Həsən ömrünün ixtiyar çağına qədər fərəhlər içində 
yaşamış, yoxsulluq, aclıq, kədər-qəm nə olduğunu bilməmişdir. 
Atalar demiş, «kiminin əvvəli, kiminin axırı». 
 Mirzənin ömrünün sonu təəssüf ki, sevincdən, qürrədən 
uzaqlaşaraq kədərə  bələnir. Gözləri işığını itirib zəifləyir, qu-
laqları da tutulur. Deyilənlərə görə, Şamaxıda kimsəsi olmayan 
sənətkar əlacsızlıqdan 1916-cı ildə Göyçaya köçüb  yaxınlarına 
pənah aparmış, l917-ci ildə burada haqq dərgahına qo-
vuşmuşdur. Sağlığında dostu Ağaəlibəy Nasehə  vəsiyyət et-
mişdi ki, onu dostu, musiqi xiridarı Mahmud Ağanın uyuduğu 
«Laləzar» qəbiristanlığında dəfn etsinlər. 
Tədbir iştirakçıları (soldan) rayon Qadınlar Şurasının sədri 
N.Abdulrazaqova,  f.e.d. S.Qəniyev, əməkdar incəsənət 
xadimi N.Axundov, f.e.n. E.Eminalıyev və rayon mədəniyyət 
evinin direktoru M.Kamilova 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
128
Əfsuslar ki, ustad xanəndə Mirzənin son arzusunu ye-
rinə yetirən olmadı. Bu azmış indi məzarının da yeri kim-
səyə bəlli deyil. 
Məhəmməd Həsənin yaradıcılığı haqqında əldə edilən bil-
gilər, xatirələr və onun şeirləri 2000-ci ildə nəşr olunan «Mirzə 
Məhəmməd Həsən Fələkzadə, «Nalə» kitabında işıq üzü gör-
müşdür.  Şairin “Olsun” rədifli qəzəlini diqqətinizə çatdırmağı 
vacib bildik. 
 
Nigara, zülfünə tapşır üzündən bir kənar olsun,  
Tökülsün gərdənə çin-çin yerində bərqərar olsun. 
 
Götür zülfün üzündən ta görünsün qəbqəbi xalın,  
Sevənlər söyləsin əhsən, rəqibim şərmismar olsun. 
 
Əgər zülfün tutar ruyin pərişan hal olur halim,  
Rəva görmə sınıq könlüm, dağılsın tarmar olsun. 
 
Səni məndən cuda qılmaqdı virdinaşı əğyarın,  
Dolansın qoy o bədxanə qəsəm həşti cahan olsun. 
 
Fələk cövr ilə sən Yusifliqadan mən cida düşdüm,  
İnanma Yaqubun qəlbində mən tək intizar olsun. 
 
Məni dəfn elə Mahmudun yanında ölsəm, ey Naseh,  
Fəqət bu Mirzənin də mədfəni qoy «Laləzar»
1
 olsun. 
 
Haşiyə:  2011-ci il may ayının 14-də  Şamaxıda Mirzə 
Məhəmməd Həsənin anadan olması münasibəti ilə möhtəşəm 
tədbir keçirildi. Həmin tədbirdə mesenat Mahmud Ağa da yad 
edildi, anıldı. Yubileydə  Şamaxı Rayon İcra Hakimiyyəti, 
                                                 
1
 Mahmud Ağanın uyuduğu “Laləzar” qəbiristanlığı 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 129
 
aparatın bütün işçiləri qədirbilənliklə  iştirak etdilər. Məclisə 
respublikamızın görkəmli alim, ziyalı  və  sənətkarları da dəvət 
olunmuşdu. 
Şəkildə (ortada), prof. S.Qəniyev, xalq artisti 
A.Qasımov və muğam müsabiqəsinin iştirakçısı  
 M.Mirələmov (Şamaxı) 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
130
 
Səid Ünsizadə 
(1831-1912) 
 
Hacı  Səid  Əfəndi  Əbdürrəhman oğlu Ünsizadə  1831-ci 
ildə
1
  Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir.  İstanbul 
və Bağdadda mükəmməl təhsil almış, «Ziya» və «Ziyayi-Qaf-
qaziyyə» qəzetlərinin naşiri və redaktoru olmuşdur. Səid «Ha-
mi»  təxəllüsü ilə  şeirlər yazmışdır. «Beytüs-Səfa» məclisinin 
üzvü idi. Mənbələrdə onun «Beytüs-Səfa»  ədəbi  şairlər məc-
lisinə yaxınlığı müəyyən faktlarla təsdiq edilir. Səid 1883-cü il-
də Tiflisdə nəzmlə yazılmış «Qiraət» kitabını nəşr etdirmişdir. 
Səidin atası və qardaşları da şair olmuşlar.  
      Yaddaşlardan: Onun qardaşları - Cəlal, Kamal mət-
buat, maarif və  məktəblərin inkişafında xüsusi xidmət gös-
tərmişlər. Onun yazdığı «Şəriət» kitabının bir nüsxəsi yaxın qo-
humu, xanəndə Ağakərim Nafizin atasıgildə imiş. Kimsə aparıb 
qaytarmayıb. 
Səid də 1890-cı ildə Türkiyəyə köçmüş  və 1912-ci ildə 
orada vəfat etmişdir. S.Ünsizadənin xeyli publisistik məqa-
lələri, poetik məktubları, mədhiyyə, zikr, minacat, qəsidə və s. 
formada əsərləri vardır. Onun poeziyasından bir yarpaq təqdim 
edirik:  
 
Uçub könlüm quşu varmış yenə təlimi üqbayə,  
Tapıb bir müğbeçə tərsa girib onla kəlisayə. 
 
Odur ol Xosrovi-şöhrətinümayi-kişvəri-danış,  
Dəyişməm yüz behiştin nəzmini şəhri-Buxarayə. 
 
Həriri-nəzmi-rənginin edər payində payandaz,  
Əgər ol Yusifi-sane gedə ol nəqşi-zibayə. 
                                                 
1
 Səidin anadan olma tarixi bəzi mənbələrdə 1845-ci il kimi  də qeyd olunur 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə