_______________ Milli Kitabxana______________
73
Əhalinin təsərrüfat ənənələri, mövcud inşaat materialı,
iqtisadi güzəran və etnik xüsusiyyətlər yaşayış evlərinin forma
və tip müxtəlifliyinə çox böyük təsir göstərən amillərdir.
Azərbaycan əhalisi qədim dövrlərdən bəri başlıca olaraq
əkinçilik və maldarlıqla məşğul olduğundan belə həyat tərzinə
uyğun olaraq daimi və mövsümi xarakterli yaşayış evləri inşa
edirdilər.
GEYİMLƏR: Azərbaycanda natural və yarımnatural fərdi
kəndli təsərrüfatının uzun müddət ərzində davam etməsi
müxtəlif səciyyəli geyim tiplərinin yaranmasına təsir
göstərmişdir. Bir qayda olaraq qapalı təsərrüfat formasında
istifadə üçün zəruri olan geyim materialları (gön-dəri, ipək,
pambıq, yun) hər bir ailənin öz fərdi təsərrüfatında hazırlanırdı.
Milli qadın geyim kompleksinə üst və can köynəkləri,
cüttuman, taybalaq, darbalaq, zıbını (gödəkcə), çəpgən,
çərkəzi, ləbbadə, nimtənə, küləcə, katıbı, kürdü, çalma, arxalıq,
çutqu, ləçək, örpək, kəlağayı, başmaq, çust, corab, kəmər və
müxtəlif bəzək növləri daxildir. Ənlik, sürmə və vəsmə kimi
kosmetik vasitələr, habelə, xına və rəng Azərbaycan
qadınlarının məişətində az yer tutmamışdır.
Ənənəvi kişi geyimləri tuniki və doğrama biçimli can və
üst köynəklərindən, şalvardan, arxalıq, çuxa və papaqdan,
habelə, müxtəlif ayaqqabı növlərindən ibarətdir. Yapıncı və
kürk geniş yayılmış geyim tipləri olmasa da, əhalinin müəyyən
təbəqələri bundan geniş istifadə etmişdir. Toqqa və qurşaq
geyim kompleksini tamamlayan başlıca mədəni amillərdir.
MİLLİ YEMƏKLƏR: Azərbaycan xalq yeməkləri və
içkilər maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi öz
müsbət ənənələrini dövrdən-dövrə keçirərək dəyişikliyə məruz
qalmış və daha da zənginləşmişdir. Ərzaq məhsulları iki
tərkibə qruplaşdırılır: A) Bitki mənşəli məhsullar: 1) Çörək
məhsulları; 2) Meyvə-tərəvəz məhsulları; B) Heyvan mənşəli
məhsullar: 1) Ət xörəkləri; 2) Süd məhsulları. Oturaq həyat
tərzi keçirən əhali, əsasən, əkinçilik bitkilərinə və tərəvəz
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
74
növlərinə, onlardan hazırlanmış ərzaq məhsullarına üstünlük
verirdisə, maldarlıqla məşğul olan əhali isə ət və süd
məhsullarına üstünlük verirdi.
Undan həm çörək, həm də müxtəlif xəmir xörəkləri
hazırlayırlar. Bunlara misal olaraq xəngəl, xəşil, quymaq,
umac, əriştə, həsi (qındı) və başqalarını göstərmək olar.
Xəngəlin əsas növləri sulu və quru xəngəl növləridir. Gəncə-
Qazax zonasında xəngəl xörəyi daha çox bişirilir. Burada
“qurut xəngəli” adlı xörək quru xəngəl növünün adı kimi
tanınmışdır.
Azərbaycan milli xörəklərinin xeyli hissəsi düyüdən
hazırlanır. Düyüdən 50 növ plov hazırlayırlar. Azərbaycan
mətbəxində quş əti və balıq məhsulları da əhəmiyyətli yer
tutur.
Maldarlıq geniş yayılmış ərazilərdə süd məhsulları, qatıq,
pendir, xama, qaymaq geniş istifadə olunur. Pendirlər müxtəlif
növdə olur. Bakı, Zuvand, Gəncə, Qazax, Qarabağ, Talış,
Quba-Qusar, Şirvan pendirləri bir-birindən fərqləndirilir. Ət
xörəkləri, əsasən, payız və qış aylarında süfrədə əsas yeri tutur.
Yerli qadınlar kəsilmiş heyvanın baş-ayağından kəllə-paça
bozbaşı da hazırlayırlar. Bu xörək xalq təbabətində üstünlük
verilən qida növlərindən biridir.
Azərbaycan yeməkləri iki qrupa ayrılır: mərasim
yеməkləri və gündəlik yeməkləri. Mərasim yeməkləri bayram
günlərində, toylarda, yasda və digər məişət işlərində hazırlanır.
Gündəlik yeməklər isə səhər, günorta və axşam yeməklərindən
ibarətdir.
Azərbaycan süfrəsinin ənənəvi içki növləri də vardır.
Bunlar soyuq və isti içki növləridir. Soyuq içki növlərinə su,
şərbət, ayran, atılama və çeşidli şirələr aiddir. İsti içki növlərinə
daha çox çay aiddir.
NƏQLİYYAT VASİTƏLƏRİ: Azərbaycanda başlıca
olaraq quru və su yolları, dəmir yolları əsas əhəmiyyətlidir.
Azərbaycanda xalq nəqliyyat vasitələri 4 qrupa ayrılır: Piyada;
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
75
Minik-yük; Təkərsiz; Təkərli nəqliyyat vasitələri. Su nəq-
liyyatının da müxtəlif növləri vardır.
AİLƏ: Azərbaycanda sovet hakimiyyətinin qurulmasına
qədər patriarxal ailə ukladının güclü qalıqları saxlanılır və
bunlar bütünlüklə şəriət qanunları çərçivəsində nizama
salınırdı. Başlıca ailə formaları monoqam və patriarxal ailə
nikаh formaları idi. Azərbaycanın ailə münasibətlərində iki
forma – ekzoqamiya və endoqamiya gеniş yаyılmışdır.
Endoqamiyanın kroskuzen, ortokuzen, sororat kimi nigah
qaydalarına riayət olunur.
ŞƏHƏR MƏDƏNİYYƏTİ:
Azərbaycanda qədim
dövrlərdən bəri şəhər mədəniyyəti formalaşmış və inkişaf
etmişdir. Hal-hazırda Qafqazın ən böyük şəhəri olan Bakıda 2
milyondan çox əhali yaşayır. Azərbaycanda Gəncə, Sumqayıt,
Mingəçevir, Şəki, Şuşa və digər iri şəhərlər də mövcuddur. Bu
şəhərlərdə, əsasən, sənayenin müxtəlif sahələri inkişaf etdirilir.
MƏNƏVİ MƏDƏNİYYƏT: Mədəniyyət tarixi də
insanların öz tarixi qədər qədimdir. Etnoqraflar, adətən,
mədəniyyət anlayışını maddi və mənəvi mədəniyyət tiplərinə
bölürlər. Maddi mədəniyyət elementlərinə yuxarıda qeyd
etdiyimiz nəqliyyat və yükdaşıma vasitələri, yaşayış
məskənləri, evlər və təsərrüfat tikintiləri, yeməklər və içkilər,
geyimlər və bəzəklər, o cümlədən, əmək alətləri, qab-qacaqlar
və s. daxildir. Mənəvi mədəniyyət anlayışına insanın zehni
əməyi nəticəsində yaradılan bütün şeylər daxildir. Bunlar,
əsasən, adət və ənənələr, elm, din, fəlsəfi görüşlər, xalq
yaradıcılığı nümunələri, ədəbiyyat, incəsənət, müxtəlif inam və
etiqadlardır.
Mənəvi mədəniyyətin xüsusi sahəsi kimi şifahi xalq
yaradıcılığının qədim tarixi vardır. Xalqın keçmiş tarixini,
məişətini, təsərrüfat sahələrini əks etdirən folklor materialları
əsrlər boyu ağızdan-ağıza keçib dillər əzbəri olmuş və gələcək
nəsillər üçün həmişə mühüm tərbiyəvi rol oynamışdır.
www.behruzmelikov.com
Dostları ilə paylaş: |