Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə19/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   15   16   17   18   19   20   21   22   ...   90

 
74 
yan üsullar təsis edir. Məsələn, biz müsəlmanlarda “qiyas”

 vardır. 
“Qiyas” davamlı tətbiq edildikdə fayda qazandıran vasitədir. Eh-
tiyac kəşfin (icadın) anasıdır. Filan-filan şeylərə möhtac olduq-
larını müsəlmanlara hiss etdirsək, mümkündür ki, hərəkətə gəlib 
lazım olanı icad etsinlər. Məsələn, Konstantinopolu mühasirəyə 
alan Fateh Mehmet Sultan Osmanlı donanmasına aid gəmiləri 
yağlanmış taxtaların üstündə dartdırmaqla boğaz sularına daxil 
etmişdi. Çünki o, islama xidmət etmək istəyirdi. Odur ki, parlaq 
zəkası ilə əvvəllər məlum olmayan üsulla gəmiləri qurudan suya 
keçirtmiş, ona qələbə qazandıran kəşfi etmişdi! Kimin ağlına gələ 
bilərdi ki, gəmiləri quruda hərəkət etdirmək mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 

  Qiyas:  (ərəb. “müqayisə”). İslam fiqhi termini olub, ayə və hədislərdə 
izahını tapmış oxşar məsələlərin müqayisəsini aparmaqla Quran və Sünnədə 
münasibətin bildirilmədiyi bir məsələ haqqında hökm çıxarmaq deməkdir – 
tərcüməçinin qeydi


 
75 
 
 
QURAN VƏ FƏQİHLƏRƏ GÖRƏ  
İSLAM HÜQUQU (FİQH) 
 
 
əsənə
: Bəlkə də problemə tarixi aspektdə toxunmaq 
lazımdır. Siyasi mühit əksər alim və mütəfəkkirləri real 
həyatdan, dövrün tələblərindən təcrid etmişdir. Bu sə-
bəbdən onlar əsas diqqətlərini ayələrdən dini (fiqhi) hökmlərin 
çıxarılmasına yönəltmişlər. Halbuki ayələrdə təkcə fiqhi hökmlər 
deyil, həm də başqa məqsədlər ehtiva olunur. Nəticədə ayələrin 
ifadə etdiyi həyati məqsədlər, normalar unudulub. Əsasən hökm 
ayələrinin öyrənilməsi ilə məşğul olan müsəlman alimləri onların 
sayını 300-500 arasında müəyyənləşdirmişlər. 
Qanunauyğunluqlardan danışan, mədəni nümunəvilik və 
varislik üçün zəruri sayılan şərtlərdən söz edən, deməli, böyük 
əhəmiyyət daşıyan ayələrin nəsibi isə etinasızlıq və başısoyuqluq 
olmuşdur. Böyük əhəmiyyət daşımağına baxmayaraq, bu ayələr 
yalnız xeyir-bərəkət (təbərrük) üçün oxunmuşdur. Bəziləri elə 
düşünür ki, Quran başdan-ayağa fiqh və ya fiqhi hökmlər kitabı-
dır! Hətta əvvəlki xalqların məhvi və mədəniyyətlərin yıxılması 
səbəblərindən danışan, bu baxımdan müsəlmanları ehtiyatlı ol-
mağa çağıran, əvvəlkilərin aqibətini yaşamasınlar deyə, onları xə-
bərdar edən ayələr əsil məzmunundan uzaqlaşdırılmış, fiqhi qiya-
sı müəyyənləşdirən arqument sayılmışdır. Məsələn, Bəni-Nəzir 
döyüşündən sonra nazil olan, bu qəbilənin nə üçün məhv oldu-
ğunu açıqlayan bir ayənin axırında bu sözlər işlədilib:  



 
76 
“...Ey bəsirət sahibləri! (Bəni-Nəzir qəbiləsinin başına gə-
lənlərdən) ibrət alın!” (əl-Həşr, 2).  
Belə bir ibrətamiz ayəyə fiqhi dəlil gözü ilə baxmışlar... 
Mədəniyyətlərin yaranma və yıxılma səbəbləri haqda isə heç dü-
şünməmişlər.  
Bu çatışmazlıq sonrakı dövr fəqihlərindən də yan keçmə-
mişdir. Belə ki, onlar erkən dövr fəqihlərinin dedikləri xaricində 
təzə bir şey söyləməmişlər. Məlumdur ki, dini hökm islamın var-
lığı və potensialının səmərəsi kimi özünü göstərir. Yəni, dini 
hökm nə müsəlman şəxsiyyətini, nə də cəmiyyətini inşa edir, ək-
sinə, onları nizamlayır, qoruyur. Bəlkə də bu səbəbdən hökm ayə-
ləri Mədinədə nazil edilib; edilib ki, müsəlman fərdinin, cama-
atının, ümməti və mədəniyyətinin səmərəsi sayılsın.  
Fiqhdəki əhəmiyyətinə, halal-haramı müəyyənləşdirmədə-
ki roluna rəğmən, dini hökmü hər şey bilmək, bu əsasda Qurana 
yanaşmaq, bunu Quranı öyrənmə metodu saymaq, fikrimcə, doğ-
ru deyildir.  
Qəzali
: Çox təəssüf ki, hər şeyi fiqhi hökm baxımından 
izah etmək ənənənə halına gəlib. Peyğəmbərin həyatı – Sirət belə 
fiqhi baxımdan öyrənilib. Onun nümunəvi həyatının tərbiyəvi və 
ideal tərəflərini öyrənmək yaddan çıxdı. Bununla da Peyğəmbə-
rin həyatı Sirət fiqhi, Hədis fiqhi, Quran fiqhi və Sünnə fiqhi (bu-
rada fiqh dedikdə fəlsəfi mahiyyət, məzmun, hikmət başa düşü-
lür) əsasında araşdırılmadı ki araşdırılmadı!  
Fiqh hey inkişaf etdi. Axırda o vəziyyətə düşdü ki, üm-
mətin real həyatından uzaqlaşıb mücərrəd və donuq sahəyə çev-
rildi, həyata hərəkət verməkdən məhrum oldu. Bununla da vasi-
tələr məqsədə çevrildi. Vasitələrdən ikiəlli yapışmaq şəriətin 
məqsədlərini müsəlmanlara unutdurdu. Bu səbəbdən İmam Şa-


 
77 
tibi məqsədləri və uyğunluqları (məqasid və müvafəqat) araşdır-
dı, “istehsan” naminə “qiyas”dan imtina edildi və sair.  
Bəlkə də fiqhin bu dərəcədə inkişafı digər zəruri və əhə-
miyyətli sahələrin qurban getməsi hesabına baş verib. Quran hə-
yatın bütün tərəflərini öyrənən kitabdır. O, həyatın fiqhi tərəfi ilə 
məhdudlaşan kitab deyildir. 
Bu səbəbdən, dövrümüzdə müsəlmanların çoxu şəriətin 
tətbiqi dedikdə fiqhi hökmlərin icra edilməsini, yəni, cəzaların kə-
silməsini, faiz banklarına qadağa qoyulmasını başa düşür. Onlar 
donuq və məhdud müsəlman zehniyyəti üzündən həyatın digər 
sahələrinə daxil olmaqda çətinlik çəkirlər.  
 
 


 
78 
 
 
ELMİN HAKİMİYYƏTDƏN 
TƏCRİD EDİLMƏSİ 
 
 
übhə yoxdur ki, Müsəlman dünyasındakı hakimiyyət ey-
bəcərlikləri islam fiqhinə öz təsirini göstərib. Tarixə öt-
kəm nəzər salaq: Raşidi xilafəti haradasa Peyğəmbərin 
dövründə olduğu qədər islamı təmsil edirdi. Həqiqətən, o dövrdə 
hakimiyyət, siyasət, iqtisadiyyat, islamın başlıca mədəni anlayış-
ları, təbliğ Peyğəmbərin zamanında olduğu kimi idi.  
Sonra dəyişikliklər baş verdi. Nə idi bu dəyişikliklər? Ötəri 
nəzər yetirək: xilafət krallığa çevrildi. Yaratdığı krallıq üsul-idarə-
sində Müaviyə (Allah ondan razı qalsın!), insafən söyləməliyik ki, 
islama xəyanət etmədi, əksinə, düşündü ki, əvvəlki xəlifələrdən, 
ən azından da rəqibi Əli ibn əbu Talibdən (Allah ondan razı qal-
sın!) daha çox islam yolunda iş görəcək. Mən onun islama göstər-
diyi xidmətləri qiymətləndirirəm. Müaviyə elə bu düşüncə ilə yo-
luna davam etmişdi. İslamın mühüm məsələlərində qəti təbəd-
dülat baş verdi; nəticədə dövlətin siyasi-konstitusional mahiyyəti 
donuqlaşdı. İqtisadiyyat, maliyyə sistemində, beynəlxalq münasi-
bətlərə baxışda ətalət yarandı... 
Ümmətə elmi baxımdan istiqamət verən Əbu Hənifə, Ma-
lik, Şafei və Əhməd ibn Hənbəl kimi məşhur şəxsiyyətlər fiqhlə, 
mühəddislər də hədislərlə məşğul oldular. Onlar mövcud siyasi 
hakimiyyətlə (rejimlə) kəllə-kəlləyə gəlməyi arzulamadılar. Çün-
ki bundan qabaq, fiqhi təlimlərə sahib olmayan xaricilər hakimiy-
yətə qarşı çıxmış və nəticədə mövcud iqtidar tərəfindən kökləri 
Ş 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə