Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə27/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   23   24   25   26   27   28   29   30   ...   90

 
109 
dəqə verin”
1
. Başqa bir versiyada isə deyilir: “Yeyin, yedirdin, eh-
tiyata tədarük edin. Çünki həmin il – Peyğəmbərin qurban ətinin 
tədarük edilib saxlanılmasına qadağa qoyduğu il – müsəlmanlar 
maddi sıxıntı çəkirdilər. İstədim ki, (qurban ətini evinizdə saxla-
mayıb paylamaqla kasıblara) kömək edəsiniz”
2
.  
Birinci halda bildirildi ki, qurban ətlərini tədarük edib ev-
də saxlamaq olmaz. Nə üçün? Çünki insanlar maddi çətinlik içəri-
sində olub köməyə ehtiyac hiss edirdilər. Daha sonra qadağa gö-
türüldü; qurban ətlərinin tədarük edilib saxlanılmağına icazə ve-
rildi. Nə üçün? Çünki insanlar hər kəsilən şeyə möhtac deyildi-
lər... Bu zaman iddia edildi ki, ikinci situasiya birinci situasiya ilə 
bağlı hədisi (qadağanı) qüvvədən salıb (“nəsx” edib). Ancaq mə-
sələ, əslində bu cürdür: 
Əgər qurbanlıq əti azdırsa, saxlanılmır, ehtiyacı olanlara 
payladılır. Yox, əgər çoxdursa, tədarük edilib saxlanıla bilər, – 
əbədi hökm budur!  
“Əvvəlcə, əti tədarük edib saxlamaq qadağa edilmişdi. Da-
ha sonra buna icazə verildi” – demək səhvdir, problemə birtərəfli 
yanaşmaqdır. Bu, səhv anlayış olan “nəsx”i qəbul edənlərin çatış-
mayan cəhətidir. Bu insanlar elə güman edirlər ki, situasiya bir 
daha təkrarlanmayacağı üçün hökm aradan qalxıb! Halbuki hə-
min situasiya təkrarlanarsa, hökm də özünü yenidən göstərər.  
Həsənə
: Demək istədiyim budur ki, situasiyalar, hadisələr 
təkrarlanır. Ayələr əbədidirsə, hadisələr də əbədidir. Çünki ayələr 
situasiyaları tənzimləyir. “Nəsx” adı altında bəzi ayələrin qüvvə-
                                                 
1
 Hədisi Həzrəti Aişəyə (Allah ondan razı qalsın!) istinadən İmam Müslim 
rəvayət edib. Bax: Səhihi-Müslim, “Qurbanlıqlar” fəsli. 
2
 Hədisi Sələmə ibn əl-Əkvəyə istinadən İmam Buxari rəvayət edib. Bax: Ca-
me əs-Səhih, “Qurbanlıqlar” fəsli. 


 
110 
dən salınması mübahisəli məsələdir. Çünki həmin ayələrin tən-
zimlədiyi problemlərlə yenidən üzləşməyimiz mümkündür. Bu 
problemlərin həlli isə yalnız və yalnız həmin ayələrdə ola bilər!!! 
Qəzali:
 İndiki dövrün görüşdüyüm, qulaq asdığım, kitab-
larını oxuduğum alimlərinin “nəsx” problemi barədə söylədikləri 
“nəsx”i Qurandakı bəzi ayələrin qüvvədən salınması hesab edən 
sonrakı dövr təfsirçilərinin fikirlərindən fərqlidir. Məsələn, fəqih 
və tarixçi Şeyx Məhəmməd Hüzəri
1
 “nəsx”i bütövlükdə rədd edə-
rək yazır: 
“Quranda “nəxs” mövcud deyildir. Quranda ümumini 
konkretləşdirən, mütləqi məhdudlaşdıran, bütövü təfsilata ayıran 
ayələr (söz, cümlə, söz birləşməsi və sair) vardır”.  
Şeyx Rəşid Rza
2
 da eyni şeyi düşünür. O, bu problemə aşa-
ğıdakı ayənin izahında toxunub: 
“Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı 
bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, 
ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk...” (əl-Bəqərə, 
106).  
Rəşid Rzaya görə ayələr iki növdür: a) təhkimedici (icbari, 
hökm yükləyici); b) yaradılış ayələri. “Bəqərə” surəsindəki ayənin 
                                                 
1
 Məhəmməd əl-Xüzəri Bək: Misir Maarif Nazirliyinin müfəttişi, əl-Misriy-
yə universitetinin islam tarixi müəllimi işləmişdir. Əsərləri: “Fiqhin ana qay-
daları”, “İslam qanunvericiliyi tarixi”, “Müsəlman xalqlarının tarixinə dair 
mühazirələr” və s. 
2
  Məhəmməd Rəşid ibn Əli Rza ibn Məhəmməd ibn Şəmsəddin ibn 
Məhəmməd ibn Bəhaəddin ibn Molla Əli Xəlifə əl-Qələmuni (1865-
1935)
: Müsəlman reformisti, hədis, ədəbiyyat, tarix və təfsir alimidir. Mə-
həmməd Əbduhun tələbələrindən biridir. “Mənar” jurnalının təsisçisidir 
(Jurnalın materialları 34 cilddə nəşr edilib). “Qurani-Kərimin təfsiri” adlı 
təfsir kitabı qələmə almışdır.    


 
111 
qüvvədən saldığı ayələr yaradılış ayələridir. Bu ayə heç bir təh-
kimedici ayəni qüvvədən salmayıb. Yaradılış ayələri dedikdə pey-
ğəmbərlərini dəstəkləmək üçün Allahın yaratdığı xariqüladə hal-
lar başa düşülür. Bu hallar zamandan zaman dəyişir.  
Təhkimedici ayələrə gəlincə, mən onları “Biz bir ayənin 
yerinə digər bir ayəni gətirdikdə – Allah nə nazil etdiyini (hansı 
hökmün bəndələri üçün daha münasib olduğunu) Özü daha yax-
şı bilir – (Kafirlər Məhəmmədə): “Sən ancaq bir iftiraçısan (Alla-
hın adından yalan uydurursan!)” – deyərlər. Xeyr! Onların əksə-
riyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz 
etməyin hikmətini) bilməz!” ayəsinin
1
 təfsiri zamanı real formada 
nəzərdən keçirmişəm.   
Şafei fəqihi, mühəddis və təfsirçi-alim Əli ibn Məhəmməd 
Xazin (1280-1341) deyib:  
“Bu ayə “Məhəmməd, əvvəlcə hökm çıxarır, sonra da onu 
ləğv edir!” – iddiasına cavab olaraq enib”.  
Öz-özümə sual verirəm: axı bu ayə Məkkədə nazil olmuş 
“Nəhl” surəsinə aiddir. Məkkə dövründə endirildikdən sonra 
hansı ilahi hökm ləğv edilib ki, müşriklər də buna əsaslanıb yuxa-
rıdakı fikri söyləsinlər?! Belə bir fakt mövcud deyildir. Ayənin 
endirilmə səbəbi haqda deyilənlər də uydurmadır. Çünki heç bir 
müşrik iddia etməyib ki, Məhəmməd, əvvəlcə hökm çıxarmış 
sonra da onu ləğv etmişdir! Belə bir şey baş verməyib. Məkkə 
dövründə heç bir hökm Məkkə ayəsi tərəfindən ləğv edilməyib. 
Nə ayələrin endirilməsi, nə də islam qanunvericiliyi tarixində gö-
rülməyib ki, Məkkə dövründə endirilmiş ilahi hökm digər ilahi 
hökm tərəfindən ləğv edilsin. Quranda belə bir şeyə rast gəlinmir.  
                                                 
1
 “ən-Nəh” surəsi, 101-ci ayə.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə