Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə35/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   31   32   33   34   35   36   37   38   ...   90

 
139 
əxlaq pozğunluğunun əsas “qəhrəmanlar”ı sərxoşlardır. Zavodlar-
da, istehsalat müəssisələrində qurğuların sıradan çıxarılmasında 
başlıca rolu əsasən sərxoşlar oynayırlar. Qərb insanı bir tərəfdən, 
içkini qadağan etmək istəyir, digər tərəfdən də islamın hökmlə-
rinə nifrət bəsləyir. Məsələn, çoxevlilik onlarda qadağandır. Çox 
arzulayırlar ki, buna icazə verilsin, amma islama olan nifrət Qura-
nın bu hökmünün Avropada tətbiqinə əngəl törədir.  
Mən islamı insanlara ərz etmək istəyirəm. Elə isə əvvəlcə, 
üç üqnüm və şirk əleyhinə tövhiddən, bədnam şəxslərin olmazın 
iftira atdıqları Böyük Peyğəmbərin (Ona Allahın xeyir-duası və 
salamı olsun!) insanlığından söz açmaq lazımdır.  
Bu iki məsələyə diqqət yetirmək olduqca vacibdir. Müm-
kündür ki, onlara başlanğıcda namaz və zəkatdan danışaq. Mən 
əminəm ki, islamda fiziki təmizlik insanın təbii xüsusiyyəti ilə üst-
üstə düşdüyündən, onlar da buna can atırlar. Bəlkə də mömin 
müsəlmanların bədənləri bu baxımdan onların bədənlərindən da-
ha təmizdir, daha yaxşı vəziyyətdədir.   
Həlli zaman tələb edən ixtilaflarla əlaqədar olaraq, həm öz 
fiqhimizə, həm də onların vəziyyətlərinə nəzər yetirməliyik. Belə 
olan halda tədriciliyə ehtiyac yoxdur. Sadəcə situasiyaya münasib 
hökmü doğru-dürüst seçməliyik. Məsələn, üç məzhəb imamına – 
İmam Şafeiyə, İmam Malik və İmam Əhməd ibn Hənbələ görə, 
qadın təkbaşına özünün nikahını kiməsə kəsə bilməz. Ancaq Əbu 
Hənifə başqa cür düşünür: qadının haqqıdır ki, (qəyyumunun 
icazəsi olmadan) öz nikahını özü kəssin. Fikrimcə, mənafe baxı-
mından hənəfilik məzhəbinin görüşü daha münasibdir.  
Həmçinin, hənəfilərə görə, iki şey içkini haram edir:  
a) Üzümün azı da, çoxu da sərxoşedicidir; 


 
140 
b) Üzümdən qeyri şeylərin sərxoşluq gətirən miqdarı ha-
ramdır.  
Hənəfi olmasam da, bu fitvadan xoşum gəlməsə də, əgər 
bu görüş (fitva) sayəsində Fransa və ya başqa ölkələrdə kütlələrə 
təsir edə bilsəm, onda bu fitvadan müvəqqəti olaraq faydalanar, 
digər üç məzhəbin fikrindən imtina edərəm.  
Nə bizim, nə də onların ağlı başında olanlarının qəbul et-
məyəcəyi hökmlər də vardır. Məsələn, qatil müsəlman, qətlə yeti-
rilən də Kitab əhlindən biri olarsa, Əbu Hənifəyə görə, qatil öldü-
rülməli, digər üç imama görə isə öldürülməməlidir. Təbii ki, bu 
məqamda mən Əbu Hənifənin görüşünə tərəf çıxıram.  
Həmçinin, İmam Malikin, uşağını öldürən atanın da öldü-
rülməsi ilə bağlı rəyini qəbul edə bilərik. Bu cür digər görüşlər də 
vardır. Misal üçün övrət yerinin müəyyənləşdirilməsini götürək. 
İmam Malik övrət yerini iki növə ayırır: a) “yüngül” (müxəffəf
övrət; b) qaba (müğəlləz) övrət
1
. Dəvət metodu əsasdırsa, bu 
məqamda nədir məni məcbur edən ki, digər məzhəblərin görüşlə-
rini əsas götürüm?!  
Deməli, mövcud hökmlər arasından şəraitə münasib ola-
nını seçmək mümkündür… İçki içən, amma içdiyi şeyin haram 
olduğunu bilməyən şəxsləri başlı-başına buraxmaq islama çağırış-
la – dəvətlə səsləşmir. Quranın heç bir ayəsində içkinin “mü-
                                                 
1
 Kişilərdə: qaba övrət – arxa nahiyə və cinsiyyət orqanı, “yüngül” övrət isə 
göbəklə diz arasıdır. Qadınlarda: qaba övrət  – baş, qollar, ayaqlar və sinə çı-
xılmaqla bütün bədəndir, “yüngül” övrət isə sinə, sinə arxası, boyun, baş və 
ayaqların dizdən aşağı hissəsidir. Üz və əllər övrət sayılmır – tərcüməçinin 
qeydi
.    


 
141 
bahlığı”

 (sərbəst olmağı) haqda danışılmır. Ancaq müqəddəs ki-
tabımızda içkinin tədricən haram edilməsi mexanizmindən söz 
açılır. Siz yəqin ki, içkinin “mübahlığı” haqda deyil, haramlılığının 
tədricən tətbiqi barədə soruşmaq istəyirsiniz. Hökm aydındır: be-
lə məqamlarda içki içənlərə “içki həddi” cəzası kəsilməməli, “tə`-
zir”
1
 cəzası verilməlidir. Çünki “hədd” cəzasının özündə “tə`zir” 
vardır. “Hədd” cəzası dini mətn əsasında müəyyənləşdirilməyib: 
onu “məsalihi-mürsələ”
2
 zəruri edib. İslam fiqhi geniş sahədir; o, 
həyatın hər bir sahəsi üçün yararlıdır.  
Həsənə
: Dəvətin üslubundandır ki, situasiyaya münasib 
fiqhi hökmü seçə biləsən. Yəni, ayrıca fiqh sahəsi təsis edilməli, ya 
da dəvət siyasəti aparılmalıdır. Mən daha fərqli şeyi nəzərdə tutu-
ram: tam qənaətlə deyirik ki, içkinin haram edilməsində olduğu 
kimi, tədricilik qanunvericilik və ya digər yollarla reallaşan 
əqidəyə, ibadətə çevrilmişdi. Müaz ibn Cəbəli Yəmənə göndərən 
Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) ona de-
diyi sözlərdə də bunun şahidi oluruq: “Ey Müaz, sən Kitab əhlin-
dən sayılan bir qövmün yanına gedirsən. Yanlarına çatdıqda on-
ları Allahın təkliyini, Məhəmmədin  də  Onun  peyğəmbəri  oldu-
                                                 

 Mübah: (ərəb. “icazəli”). Dində edilib-edilməməyi sərbəst sayılan əməllər. 
Bu cür əməlləri edənlər savab qazanmadıqları kimi, onu etməyənlər də gü-
nah  işləmiş hesab olunmazlar – tərcüməçinin qeydi.   
1
 Tə`zir: Allah və Peyğəmbər tərəfindən qoyulmamış cəza növləri  nəzərdə 
tutulur. Fəqihlər bu növ cəzaların qiyas əsasında müəyyənləşdirilməsi barə-
də həmrəydirlər – tərcüməçinin qeydi.    
2
 İslamın ehkamlarında insanların mənafeləri (məsalih) nəzərə alınır. Mə-
nafe dedikdə dinin, canın, ağlın, nəsil və varın qorunması başa düşülür. Qi-
yas üçün münasib dini mətn mövcud olmadıqda bu mənafelər öz-özlüyündə 
dəlil sayılır. Bu səbəbdən onları islam hüququnda “məsalihi-mürsələ” (sər-
bəst, azad mənafe) adlandırırlar – tərcüməçinin qeydi.    


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə