Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə43/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   39   40   41   42   43   44   45   46   ...   90

 
167 
lərin, ümumi dəyər çərçivəsində ortaya çıxan ictihadların bu mə-
sələyə dəxli yoxdur.    
 
 


 
168 
 
 
HƏQİQƏTƏ ZİDD “AHAD”  
HƏDİSLƏRDƏN İMTİNA 
 
           
əsənə
: Yeri gəlmişkən “ahad” hədis

 mövzusuna bir 
qədər toxunmaq yaxşı olardı. Əqidə məsələlərində bu 
növ hədislər nə dərəcədə mötəbərdir? Əgər bu hədis-
ləri əqidə əsaslarında dəlil gətirsək, məna və sübutluq baxımından 
yaranan ixtilaf nəyə səbəb ola bilər? İstifadə və imtina baxımın-
dan fərqli nöqteyi-nəzərlərin olduğu “ahad” hədislər Quran ayə-
lərindən bir qədər fərqlənir. Bu mövzuya aydınlıq gətirmək mü-
səlmanların birliyinə kömək edəcəkdir.  
Ahad” hədislərin əksəriyyətini qəbul edən alimlərlə ya-
naşı, onlardan imtina edən alimlər də vardır. Düşünürəm ki, bu 
hədisləri başa düşmək, onlardan hökm çıxarmaq şəxsi görüş olub, 
elm əhli üçün icbari dini borc qəbilindən deyildir. Səhv olma eh-
timallı və zənn ifadə edən şəxsi görüş üzündən “ahad” hədis-
lərdən imtina etmək özü belə bəlkə də yanlış addımdır. Elə isə 
birtərəfli görüş (ictihadi-ahad) əsasında “ahad” hədisləri necə 
rədd edə bilərik axı?! Bu növ hədislərdən imtina üçün Quran ayə-
simi, daha güclü dəlilmi tələb olunur? 
Qəzali
: Alimlərimizin böyük əksəriyyətinə – cümhura gö-
rə, “ahad” hədislər dinin ikinci dərəcəli məsələləri (füruat) ilə 
bağlı hökmlərin mənbəyi kimi çıxış edə bilir. Ancaq daha güclü 
dəlil mövcud olarsa, bu hədislərdən dəlil kimi istifadə doğru de-
                                                 

 “Ahad” hədis: rəvayətçilərinin  bir neçə nəsli üzrə hər nəsildən yalnız bir 
şəxsin rəvayət etdiyi hədis növü – tərcüməçinin qeydi. 



 
169 
yildir. Nədir bu daha güclü dəlil? 
Hənəfilərə görə, ən güclü dəlil “Quranın zahiri” (ayələri 
zahiri mənaları) və qəti “qiyas”dır... Malikilər düşünürlər ki, bu, 
“Mədinə əhlinin əməlləri”dir. Bu səbəbdən onlar hədislərdən im-
tina etdilər. Və ya belə deyə bilərik ki, İmam Malik hədislərə Əbu 
Hənifə kimi bel bağlamayıb. Məsələn, malikilər namazabaşlama 
duasını (“subhənəkə Allahummə və bihəmdik...” qəti surətdə 
rədd etmişlər. Onlar namazda bu duanı oxumurlar... Həm maliki-
lərə, həm də hənəfilərə görə, imam cümə xütbəsi söylədiyi zaman 
məscidəsalam namazını qılmaq olmaz. Hənəfilər kafirə görə mü-
səlmanın qisas üçün öldürülməsinin əleyhinə çıxmışlar. Malikilər 
bildirirlər ki, hətta qəsdən və qabaqcadan hazırlıq əsasında olsa 
belə, uşağını qətlə yetirən atanı öldürmək yolverilməzdir. Həmçi-
nin, onlar bəzi heyvanların ətinin yeyilməsinin haram olmağını 
qəbul etmir və bildirirlər ki, it, at və digər heyvanların ətini yemək 
olar. Bu zaman onlar aşağıdakı ayənin zahiri mənasını əsas gətirir-
lər: 
“(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində mur-
dar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan 
başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş 
heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içə-
risində haram buyurulan bir şey görmürəm...” (əl-Ənam, 145). 
Hətta şafeilər evləndirmədə qızın razılığını şərt bilən hədi-
si  rədd  edərək  bildirmişlər  ki,  ata  öz  qızını  istədiyi  kəsə  ərə  verə 
bilər... 
Dörd  İmam  yaşı  çox  uşaqların əmizdirilməsi hədisini qə-
bul etməyib. İtin namazı pozması hədisini isə zahirilər və hənbə-
lilər istisna olmaqla digər Üç Məzhəb imamları rədd etmişlər. Bu 
məsələdə zahirilərin qəribə görüşləri vardır: qadın namaz qılan-


 
170 
ların qabağından keçərsə, namaz pozular, yox, onların qabağında 
yatarsa, namaz pozulmaz.  
İmamların rədd etdiyi hədislərin sayı-hesabı yoxdur... Bir 
çox hədis var ki, bəzi alimlərə görə səhih, bəzilərinə görə isə qey-
ri-səhihdir. Məsələn, Şeyx Rəşid Rza təklif edirdi ki, “fitnə” hədis-
lərini saf-çürük etməklə yenidən nəzərdən keçirmək lazımdır.  
İbn Ömər (Allah ondan razı qalsın!) Peyğəmbərin (Ona 
Allahın xeyir-duası və salamı olsun!) biri Rəcəb ayında olmaq üz-
rə dörd dəfə ümrəyə getdiyini söylədiyi halda Həzrəti Aişə (Allah 
ondan razı qalsın!) ona bildirmişdi ki, Allahın rəsulu heç vaxt Rə-
cəb ayında ümrəyə getməyib
1
. Elə isə necə iddia edə bilərik ki
“ahad” hədislər əqidədə dəlil rolunu oynayır?! 
Digər bir misal: Həzrəti Ömər
2
 (Allah ondan razı qalsın!) 
Peyğəmbərin belə dediyini rəvayət edib: “Ailəsi (çığırıb-bağır-
maqla) ağladığı üçün qəbirdə ölüyə əzab verilər”. Ancaq Həzrəti 
Aişə (Allah ondan razı qalsın!) bununla razılaşmayaraq deyib: 
“Allaha and olsun ki, Peyğəmbər (Ona Allahın xeyir-duası ol-
sun!) bu cür söyləməyib. O yalnız deyib ki: “Doğrudan da, Allah 
                                                 
1
 Hədisi Ürvə ibn Zübeyrə (Allah ondan razı qalsın!) istinadən İmam Buxari 
(“Came əs-Səhih” kitabı, “Ümrə” fəsli) və İmam Müslim (“Səhihi-Müslim” 
kitabı, “Həcc” fəsli) rəvayət etmişlər.  
2
  Əbu Əbdürrəhman Abdullah ibn Ömər əl-Xəttab: Hicrətdən 10 il qa-
baq (təxm. 612-ci ildə) anadan olub. Həzrəti Ömərin oğlu, Peyğəmbərin sə-
habələrindən biri. Uşaq ikən islamla tanış olmuş, müsəlman kimi böyüyüb 
boya-başa çatmışdır. Atası ilə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. 
Xəndək və sonrakı digər tarixi döyüş və hadisələrin (Afrikanın fəthi...) şahidi 
olmuşdur. Yaşı az olduğu üçün Bədr və Uhud döyüşlərində iştirak etməmiş-
dir. Altmış il insanlara fitva vermişdir. Həzrəti Osman (Allah ondan razı qal-
sın!) şəhid edildikdən sonra ona xəlifə olmağı təklif etsələr də qəbul etmə-
mişdir. Məkkədə vəfat etmiş sonuncu səhabədir. Peyğəmbərdən ən çox hə-
dis rəvayət etmiş səhabələrdən sayılır. Hicrətin 73-cü ilində vəfat etmişdir. 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə