Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə51/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   47   48   49   50   51   52   53   54   ...   90

 
199 
mənlər – Bəni-Qüreyzə və Qüreyş arasına ixtilaf salmış, onların 
cəbhəsini parçalamışdı. 
Dövlətlərarası bloklaşma – müttəfiqlik tarixin hər bir döv-
ründə olmuşdur. Bunu dərindən araşdırsaq, görərik ki, Pak və 
Uca Allah insanların başına yalnız bir zalımı ürcah etməmişdir. 
Tarix boyu bir zalımın qarşısına digərini çıxarmışdır. Beynəlxalq 
rəqabətdən, zülmdən, çəkişmələrdən lazımınca istifadə edə bil-
sək, başqa sözlə, müdafiə qanunauyğunluğunu düzgün başa düş-
sək, qurtula bilərik. 
Qəzali
: Bu, yeni və doğru yanaşmadır. Müasir dövrdə mü-
səlmanlar bir-biri ilə çəkişən beynəlxalq güclərin arasındakı so-
sial-siyasi ziddiyyət və fərqlərdən ustalıqla faydalana bilsələr, hər 
şeydən əvvəl yaşamaq hüququ əldə edər, sahib olduqları xeyri bə-
şəriyyətə çatdırarlar. Sonra isə müstəmləkəçilik zamanı əllərindən 
çıxardıqları coğrafiyaları geri qaytarmaq, məğlubiyyətin onlara 
vurduğu böyük miqyaslı ictimai-siyasi zərəri dəf etmək imkanı 
qazanarlar. Bir sözlə, itirdiklərini geri qaytarmaq iqtidarına sahib 
olarlar. Mövcud şəraitdən ustalıqla faydalansalar, bütün bunlar 
başa verə bilər. Amma bunun üçün məlum fürsətdən lazımınca 
yararlana bilənlərə, özü də iki keyfiyyəti özündə cəmləyənlərə eh-
tiyac vardır: a) əqidə və prinsiplərə səmimi bağlılıq – ixlas; b) 
qarşıya qoyulan məqsədə çatmaq üçün bütün hiylələri boşa çıxa-
racaq iti zəka.  
Həsənə_:_Belə_bir_rəngarənglik,_müxtəliflik,_növbənövlük_olmadan_ictimai_münasibətlər_də_formalaşmaz..._Qəzali'>Həsənə_:_Son_dərəcədə_ağıllı_olmazsa,_ağıllı_başların_sözü_keçən_bu_zəmanədə_müdafiə_qanunauyğunluğunu_anlaya_bilməz._Qəzali'>Həsənə
: Son dərəcədə ağıllı olmazsa, ağıllı başların sözü 
keçən bu zəmanədə müdafiə qanunauyğunluğunu anlaya bilməz.  
Qəzali
: Doğrudur. Təəssüflər olsun ki, bizdən qeyrilər bu-
nu çoxdan, özü də ustalıqla gerçəkləşdiriblər. Müdafiə qanunauy-
ğunluğundan bizdən çox yəhudilər faydalanmışlar. Hal-hazırda 
müsəlmanlara bu qanunauyğunluq hava-su kimi lazımdır. Yaşadı-


 
200 
ğımız dövrdə ondan faydalanmaqdan başqa seçimimiz yoxdur. 
Güclülər arasında çıxış yolunu daha hansı cürə tapmaq mümkün-
dür axı?! 
Həsənə
: Bəzən müdafiə qanunauyğunluğunun müasir tət-
biqi baxımından görürük ki, ikipalatalı parlamentdə ya hər hansı 
bir azlıq, ya da bir deputat ağırlıq mərkəzi rolunu oynayır; tərəf-
lərdən birinə qoşulduğu zaman həmin tərəf ya hökuməti təşkil 
edir, ya nazirlik yaradır. Sanki həmin şəxs siyasi istiqamətin 
müəyyənləşdiricisinə çevrilir. Halbuki o, tək bir nəfərdir. Ancaq 
(parlament daxilində) müdafiə qanunauyğunluğundan yararlan-
mağı bacarır, böyük bir partiyanın edə bilmədiyini təkbaşına gö-
rür.  
Qəzali
: İtaliyadakı Xristian Demokrat Partiyası əksəriyyə-
tin partiyası olmağına baxmayaraq, çox az müddət hakimiyyətdə 
olmuşdur. İqtidara isə həmişə ağıllı bir şəxsin də üzv olduğu kiçik 
bir partiya yiyələnirdi. Həmin bu şəxs iki il qabaq ölkənin Baş na-
ziri idi. Bu şəxs digər partiyaları bir koalisiyada birləşdirməklə il-
lər boyu əksəriyyətin partiyası – Xristian Demokrat Partiyası qar-
şısında səbat göstərmiş, tab gətirmişdi.  
 
 
 


 
201 
 
 
“TƏSXİR” (KAİNATDAKI HƏR ŞEYİN  
İNSANLARIN XİDMƏTINƏ VERİLMƏSİ) 
QANUNAUYĞUNLUĞU 
 
 
əsənə
: Bundan qabaq dedik ki, Qurandakı ilahi qanu-
nauyğunluqlar riyazi normativləri – verilənlər və nəti-
cələri xatırladır. Əslində, bu qanunauyğunluqlar səbə-
biyyət (səbəb və nəticə) qanununu təsdiqləyir. Belə qanunauy-
ğunluqlardan biri də “təsxir” qanunauyğunluğudur.  
Qəzali
: İnsanların müxtəlif siniflərdə təsnifi “təsxir” qanu-
nauyğunluğu ilə bağlı məsələdir. Mühəndislər, fəhlələr... Mühən-
dis fəhləyə təhkim edilməlidir. Çünki mühəndis – beyin, fəhlə də 
işləyən əldir... Komandir və əsgərlər... Komandir qərargahdan 
əmr verir, əsgərlər vuruşur. Döyüşlər bu üslubda aparılır... Biri qə-
rar verir, digəri onu icra edir. Bu, “təsxir” – təhkimçilik qanunauy-
ğunluğudur. Bu qanunauyğunluq Allahın razılığı və qəzəbini əks 
etdirmir, əksinə, göstərir ki, Allah insanları bu cür – fərqli yara-
dıb. Odur ki, bacarıqlar fərqlidir.  
Həsənə
: Belə bir rəngarənglik, müxtəliflik, növbənövlük 
olmadan ictimai münasibətlər də formalaşmaz... 
Qəzali
: Doğrudur. Pak və Uca Allahın kəlamı da buna də-
lalət edir: 
“(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (pey-
ğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolana-
caqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-
birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərin-



 
202 
dən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqla-
rından (dünya malından) daha yaxşıdır!” (əz-Zuxruf, 32). 
Bu təhkimçilikdir, asanlaşdırmadır, bu təbiətin qanunu-
dur. Bu qanuna bizim təsirimiz nə qədərdir – bunu dəqiq bilmi-
rəm. 
Həsənə
: Təhkimçilik məsələsinin başqa bir tərəfi haqda 
danışmaq istərdim. Pak və Uca Allah dənizləri, yeri, günəşi bizim 
ixtiyarımıza verdiyində (onları bizə təhkim edəndə) diqqətimizi 
təbiəti təhkim qanunlarını aşkara çıxarmağa yönəltmişdir. Mən 
burada ictimai qanunları nəzərdə tutmuram. Biz bu qanunları bil-
mədikcə təbiətdən, kainatdan lazımınca faydalana bilməyəcəyik. 
Təbiəti təhkim (təsxir) qanunlarını dərk etmədikcə elmi inkişaf 
da baş verməyəcəkdir. Allah diqqətimizi məhz bu səbəbdən sözü-
gedən qanunlara çəkib... 
Qəzali
: Bu, digər bir həqiqətin yeni ifadəsidir. Quranda 
deyilir: 
“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan... Odur 
(Allahdır)!..” (əl-Bəqərə, 29). 
Bu səbəbdəndir ki, biz Allahın bizim öhdəmizə verdiyi hər 
şeydə cavabdehik.  
Həsənə
: Dövrümüzdə avropalılar təbiəti və kainatı təhkim 
qanunlarını öyrəndilər, suda-quruda bu qanunlardan ustalıqla 
faydalandılar. 
Qəzali
: Onlar elmin özlərinə qazandırdığı texnologiyanı 
kainat və təbiət məsələlərinin, prinsiplərinin reallaşdırılmasına 
tətbiq etdilər.  
Həsənə
: Bu məsələlərin bir qanuna tabe olduğunu demə-
məliyikmi? Materiyanın öz qanunları var. Bu qanunları bilmədən 
insan materiyaya doğru-dürüst münasibət bildirə bilməz. Quran-


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə