Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə59/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   55   56   57   58   59   60   61   62   ...   90

 
231 
malar qoyan təlimlər ictimai-siyasi və beynəlxalq davranış norma-
tivləri haqda məlumat vermir. Bu, müsəlman fikrində ümumi 
məcranı tənzimləyən ümumi prinsip və dəyərlərin mövcudluğun-
dan irəli gəlir. Bu da öz növbəsində insana düşünüb-yaratmaq, 
müəyyən hüdud və dəyərlər çərçivəsində qorxmadan hərəkət et-
mək bacarığı qazandırır. Bu baxımdan mən sizin “Metod möv-
cuddur və o, Quran və Sünnədir” fikrinizə şərikəm. İnsanların ço-
xu İmam Malikin yuxarıdakı sözünə, dolayısı ilə aşağıdakı hədisə 
istinadən bildirirlər ki, yeganə həll yolu Quran və Sünnədir: “Siz-
lərə iki şey qoyub gedirəm: Allahın kitabı və sünnəmi. Onlara sa-
rıldıqca yolunuzu azmazsınız”
1
. Bəli, metod Quran və Sünnədə 
göstərilib. Ancaq bəzi insanlar “Və (birini) yaxaladıqda da zalım-
lar kimi yaxalayırsınız!” ayəsindən
2
 yapışır, zəmanələrinin liderlə-
rini zalım olmaqda ittiham edirlər.  
Quran qissələri bizə aşağıdakı ümumi fikri aşılayır: dövlət 
başçısı zalım, hakimiyyət də qəddar olmamalıdır. Həmçinin, 
“...Aya, siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsi-
niz?..” ayəsi
3
 bizə öyrədir ki, islam bitkin, bütöv dindir; onu nata-
mam formada tətbiq etmək yolverilməzdir. Deməli, Quranın tə-
limlərinə, əmrlərinə bütövlükdə əməl etmək lazımdır.  
Həzrəti Ömər (Allah ondan razı qalsın!) “Anaları insanları 
azad doğduqları halda nə vaxtdan sonra siz onları köləyə çevir-
mişsiniz?!” sözlərini söyləmək üçün baş sındırmamışdır. Çünki o, 
bu sözləri Quranın ona aşıladığı abı-havadan əxz etmişdi. Və ya 
Quranla nəfəs alıb onu düzgün başa düşdüyü üçün yuxarıdakı 
                                                 
1
 Hədisi Əbu Hüreyrəyə (Allah ondan razı qalsın!) istinadən “Müstədrək” 
kitabında Hakim rəvayət etmişdir.  
2
 “əş-Şüəra” surəsi, 130-cu ayə.  
3
 “əl-Bəqərə” surəsi, 85-ci ayə.  


 
232 
müdrik kəlamı söyləmək Həzrəti Ömər üçün çətin olmamışdı. O 
kəlam ki, BMT İnsan Haqları Bəyannaməsinin birinci maddəsini 
ifadə edir.  
Həzrəti Əbubəkr (Allah ondan razı qalsın!) sasanilərə və bi-
zanslılara qarşı fəaliyyətə başlamışdı. Bu, onun qəlbindəki haqqın 
təntənəsindən, islam missiyasının cahanşümulluğunu, yəni Pey-
ğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) aləmlərə 
rəhmət olaraq göndərildiyini başa düşməyindən irəli gəlirdi. Həz-
rəti Əbubəkr başa düşürdü ki, şər aradan qaldırılmalıdır. Bununla 
da o, qonşu xalqlara bu rəhməti bəxş etmək, yol göstərib əsarət 
buxovlarını qırmaq, onları yaşadıqları böyük zindandan qurtar-
maq istəmişdir.  
Metod həmin metod, Quran da həmin Qurandır. Ancaq ha-
radadır düşünərək Quranı anlayanlar? Ayələr üzərində bəzən səs-
sizcə, bəzən də qorxu ilə düşünürəm. Dilimi tərpətmədən ayələ-
rin məğzi haqqında düşüncələrə daldığım zaman bir çox həqiqəti 
anladığımı görürəm. İnsanlar bütün bunları (düşünməyi, ibrət 
götürməyi) yaddan çıxarır, zehinləri qarışdıran çalğı alətinə oxşa-
yan və Quranı öz səsi ilə bəstələmək istəyən qarenin nəğmələrinə 
qulaq asır, bununla da işi bitmiş sayırlar! Bumu Qurana münasi-
bətimiz?! Allahın kitabını musiqi notları dəftərinə çevirmək, dini 
nəğmələr halına gətirmək, – bumu Qurana münasibətimiz?! Mü-
səlmanların Qurana münasibəti anormal münasibətdir!  
Metod Quranda mövcuddur... Quranın ümumi göstərişləri 
əbəs yerə deyildir. Bu, məqsədyönlü bir işdir. Bunu etməklə Allah 
təala bizlərə təfərrüata varıb ehtimallar irəli sürmək imkan yara-
dıb. Mən “Kişinin boşama haqqı olduğu kimi, qadının da müəy-
yən məbləğ ödəyərək boşanma hüququ vardır” dediyim zaman 
bir ayəyə istinad edirəm. Bu ayədə tərəflərdən heç birinə digərini 


 
233 
alçaltmaq, yekəxanalıq göstərib ondan özünü üstün bilmək hüqu-
qu verilmir. Qadın da kişi kimi evlilik həyatından bezə bilir. Belə 
olan halda kişi boşayar, qadın da müəyyən məbləğ ödəməklə bo-
şanar. Bu, qadının haqqıdır. Mənim istinad etdiyim ayə aşa-
ğıdakıdır: 
“(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan 
sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ay-
rılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) 
verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz 
sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) 
haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorx-
duqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların 
(ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz 
də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsin-
də heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir (hökm-
ləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara 
çıxanlar, əlbəttə, zalımlardır” (əl-Bəqərə, 229). 
Ayədəki “arvadın (kəbin haqqından) ərinə bir şey vermə-
sində” sözləri dediklərimə sübutdur. “Allahın hədləri (hökmləri)” 
sözləri də göstərir ki, ailə Allahın hökmləri və şəriətinə tabe edi-
lib. “Talaq vermə (boşama) iki dəfə mümkündür” sözləri də bo-
şamağı ağlından keçirən kəsə bir xəbərdarlıqdır ki, bir düşünsün
gözləsin. Həmçinin, əlavə olaraq boşamadan qabaqkı mərhələ 
üçün iki şahid və digər məsələlər tələb olunur.  
Həsənə
: Bu mübahisənin sonunda deyə bilərikmi ki, metod 
mövcuddur, müsəlmanların metod problemi yoxdur, onlar yalnız 
düşüncə və metoda münasibət problemindən əziyyət çəkirlər. 
Yeni metodlar kəşf etməkdən daha çox gərək müsəlmanlar Qura-
nı onlara çatdıran (qavradan) idrak metodlarına yenidən nəzər 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə