Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə56/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   52   53   54   55   56   57   58   59   ...   90

 
219 
Onun bu iddiası əsassızdır... 
Həsənə
: Quranda ecazkarlığın başqa bir tərəfi də vardır. 
Quran insanın nəzərini cəlb etmək, onu müşahidəyə, düşünməyə, 
təcrübə aparmağa səsləmək, müsəlmanı elmi abı-hava ilə baş-ba-
şa buraxmaq məqsədilə bəzi elmi həqiqətlərdən danışır. Quran 
müsəlmanlar üçün müəyyən elmləri qərarlaşdırmayıb, əksinə, on-
ları ona görə elmi abı-hava ilə baş-başa buraxıb ki, kainat haqda 
düşünsünlər.   
Qəzali
: Dinimizə görə, imanın mənbəyi dərindən düşün-
məkdir. Bu haqda professor Raşid Mübarəkin maraqlı fikirləri 
vardır. O yazır: “Düşünmə” sözünə bizə gəlib çatmış Cahiliyyət 
dövrü poeziya və nəsr nümunələrinin əhəmiyyətli hissəsində rast 
gəlinmir. Halbuki Quran bu sözlə “doludur”. Hətta Quranın ən 
çox əmr etdiyi şey də “düşünməkdir”:  
“(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir 
öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məcli-
simdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərin-
dən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Məhəmməd 
əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı 
şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan 
(xəbərdar edən) bir peyğəmbərdir!” (Səba, 46). 
Qurana görə, iman kainat, təbiət və insanın mənəviyyatı 
ilə bağlı tədqiqatlar əsasında formalaşır. Bu məqamda Quran 
imanın mənbəyini Allah haqda insanlara xəbər verən peyğəmbər-
lərlə, demək olar ki, məhdudlaşdırmış digər səmavi kitablardan 
fərqlənir. Quran qətiyyətlə bildirir ki, insanlar düşünməli, verilən-
ləri müəyyənləşdirib nəticələri bu əsasda hesablamalıdırlar. Bu 
səbəbdən, Quranın kainatla bağlı bildirdiklərini təsdiqləyən müa-
sir elmi tərəqqi baş verdikcə elm və iman “qucaqlaşır”.  


 
220 
Bəzi insanlar car çəkirlər ki, iman vicdan və könül məsələ-
sidir. Halbuki iman hər şeydən qabaq elmin doğurduğu nəticədir. 
Pak və Uca Allah bu səbəbdən buyurur: 
“Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. 
Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haq-
qa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq 
heç bir varlıq olmadığına şəhadət verdilər” (Ali-İmran, 18). 
Həqiqətləri aşkarlayan, onlardan “pərdə”ni götürən, mə-
ləklərin hisslə, bizim də düşünməklə qavradığımız mahiyyətləri 
üzə çıxaran iti ağıl (zəka) çox vacibdir. Ağıl bu məqamda əsas rola 
sahibdir. 
Elmi baxımdan və ya “elmi ecazkarlıq” adlandırdığımız şey 
nöqteyi-nəzərindən Quranın böyüklüyü ondadır ki, məhz kainat 
(təbiət) iman ünsürlərini əhatələyən “qab”dır. Vaxtı ilə Quranın 
diqqəti cəlb etdiyi məsələlər zaman keçdikcə gerçəkləşmiş, əməli 
müstəviyə keçmişdir. İnsanların “əl qoyub” gerçəkləşdirdiyi elə 
məsələlər var ki, Quran bu barədə əsrlər qabaq yəqinliklə məlu-
mat verib. Quranın böyüklüyü elə bundadır! 
 
 
 


 
221 
 
 
QURAN VƏ ELMİ NAİLİYYƏTLƏR 
 
 
əsənə
: Quranın insana təqdim etdiyi abı-hava müha-
kimə və elmi nailiyyətlərlə təmsil olunur və bütün 
bunlar ona imkan verir ki, yer üzünü abadlaşdırsın. İn-
san oğlu məhz bu əsasda əmanəti qaytara, yer üzünə varis çıxa 
bilər. 
Sizcə, nə üçün müsəlmanlar Qurandakı elmi eyhamlardan 
bixəbər qalıb onun düşünmə çağırışını eşitmədilər, nə üçün geri 
qaldılar, Quran problemlərindən bixəbər oldular, bu müqəddəs 
kitabın göstərişlərindən üz çevirdilər? Onların nə üçün Quran 
abı-havası ilə yaşamağa, ilahi çağırışa hay verməyə gücləri çatma-
dı? Quranın mənbə kimi çıxış edə biləcəyi bir çox bilik sahələrin-
də nə üçün ümmət gerilədi?  
Qəzali
: Düşünürəm ki, bütün bunların üç səbəbi var: 
Birincisi
 ola bilsin ki, ərəb xarakteri ilə bağlıdır. Çünki 
ərəblərin gözəl söz söyləməkdən xoşları gəlir. Sanki gözəl söz söy-
ləmək ərəblərə görə tərəqqinin rəhnidir. Raşid əl-Mübarəkin də 
dediyi kimi, liderlik və əzəmət qılınc və qələmlə ölçülür. Danışığı-
mızı sözlə zinətləndirmək – pafoslu danışmaq gündəlik həyatımı-
zın ayrılmaz hissəsinə çevrilib, xarakterimizi çulğayıb. Eyni şey 
barəsində pafoslu danışıb bəzəkli sözlər seçməklə kifayətlənirik. 
İndiyədək bu xəstəlikdən qurtulmamışıq. Məsələn, bir layihə hə-
yata keçirmək istədiyimiz zaman ilk düşündüyümüz şey mətbuat-
da bunu necə işıqlandıra bilməyimizdir. Bir də görürsən ki, layi-
hənin həqiqi məğzi qıraqda qalıb, biz isə onu pafoslu cümələrlə 



 
222 
mətbuatda başqa cür tanıtmışıq; bizi layihənin məğzi deyil, onun 
haqqında deyiləcək, yazılacaq pafoslu, bərbəzəkli cümlələr ma-
raqlandırır. Bu, ərəblərin xoşagəlməz adətidir. 
Problem burasındadır ki, bu gün liderlik və mədəni nümu-
nəvilik elmi nailiyyətlərlə şərtləşir. Güman olunurdu ki, liderlik 
sevgisi bizi bu liderliyi zəruri edən şərtləri gözləməyimizə sövq 
edəcək. Xüsusilə də ərəblərin islamın ilk sosial bazasını təşkil 
etdikləri, Quranın da onlara yeni forma qazandırdığı faktı diqqət-
dən yayınmamalıdır. Ərəblərin keçmişdəki rollarını yenidən geri 
qaytarmaları mümkündür.  
Sözbazlıq insanın diqqətini həqiqətlərdən yayındırır, onu 
söz sərraflığına, pafoslu, bəzəkli söz söyləməyə yönəldir.  
Müsəlmanların geri qalmalarının ikinci səbəbi – bəlkə də 
bu səbəb bəzilərinin xoşuna gəlməyəcək – onların lüzumsuz yerə 
rəvayətlərlə başlarını qatmaları olmuşdur. Səhih hədislərin sayı 
bir-neçə mini keçmir. Müsəlmanların keçmişdə və indi başlarını 
qatdıqları hədislər isə yüz minlərlədir. Bu da öz növbəsində mü-
səlman düşüncəsini donuqlaşdırmış, nəticədə müsəlman zehniy-
yəti kainatı, təbiəti öyrənmək əvəzinə, rəvayət və nəqllə məşğul 
olan zehniyyətə çevrilmişdir. 
Böyüyümüz Həzrəti Ömər (Allah ondan razı qalsın!) Qu-
randan qeyri şeylə məşğuliyyəti qadağan etsə də, buna heç kim 
riayət etməmişdir. Əgər müsəlmanlar yalnız səhih və “mütəvatir” 
hədislərlə məşğul olsaydılar, məsələ asanlaşardı. Ancaq problem 
burasındadır ki, rəvayətlər həddən ziyadə geniş miqyas almışdır. 
İnsanın intellektual imkanları mütləq deyil. Əgər bu imkanlar rə-
vayətlərə “həsr” olunarsa, digər məsələlərə yer qalarmı?  
Əvvəlkilər “mütəvatir” və səhih hədislərlə məşğul olsaydı-
lar, bu, onların kainat barədə düşünmələrinə mane olmaz, əksinə, 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə