Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə64/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   60   61   62   63   64   65   66   67   ...   90

 
250 
 
 
QURANA FƏRQLİ MÜNASİBƏT 
 
 
əsənə
: İbn Teymiyyə (Allah rəhmət etsin!) kimi alim-
lər Qurana fərqli və özünəməxsus yanaşmışlar. Bunu 
biz indiyədək İslam dünyasında rast gəlinməyən me-
tod hesab edə bilərik. İbn Teymiyyə yaşadığı dövrə Quranın gözü 
ilə baxan şəxsiyyətdir. Məsələn, o, “(O iki qızın) biri dedi: “Ata-
can! Muzdla tutacağın ən yaxşı kəs bu güclü və etibarlı adamdır!” 
ayəsinə
1
 istinadən bildirirdi ki, eyni vaxtda həm güclü, həm də 
etibarlı olmağı bacarmayan şəxsə hərbi komandanlıq işində güc 
daha çox lazımdır. Həmçinin, eyni anda etibarlılıq və gücü bir 
araya gətirə bilməyən şəxslərə maliyyə işləri ilə məşğul olduqları 
zaman etibarlılıq keyfiyyəti daha çox lazım olur. İbn Teymiyyə-
nin bir çox ictihadları bu cür parlaq zəkanın məhsuludur. Boşama 
məsələsində də həmçinin. “(Rici) talaq vermə (boşama) iki dəfə 
mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxla-
maq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir...” ayəsin-
dən
2
 çıxış edən İbn Teymiyyə üç dəfəyə boşamanı bir dəfəyə bo-
şama hesab etmiş, andlı boşamanı tutarsız saymışdır... Eləcə də 
onun şərab içib keflənən tatarlara müdrik və uzaqgörən münasi-
bətini götürək. İbn Teymiyyəyə görə, fiqh sırf şəriət hökmü olma-
yıb, problemlərə də natamam yanaşma deyildir. Bu alimin nəzə-
rində fiqh ümumi baxışdır, məzmuna varmaqdır, Qurana hərtə-
rəfli münasibət əsasında davranmaqdır. 
                                                 
1
 “əl-Qəsəs” surəsi, 26-cı ayə.  
2
 “əl-Bəqərə” surəsi, 229-cu ayə.  



 
251 
Qurandan bu məsələlərə dair misallar gətirsəniz, yaxşı olar.  
Qəzali
: Şübhə yoxdur ki, İbn Teymiyyə qüdrətli islam alim-
lərindəndir. Düşmənlərin islam əleyhinə açdıqları hər bir cəbhə-
də İbn Teymiyyənin mübarizliyinin şahidi oluruq. O, mübarizli-
yində mətin və sarsılmaz idi!  
Məsələn, onun şura haqqındakı görüşünü Qərb demokrati-
yası indi-indi səsləndirir. İbn Teymiyyə Həzrəti Əbubəkri xəlifə 
seçmək üçün müsəlmanların Bəni-Saidə altıaçıqlığında toplan-
maları faktını dövlət başçısının müəyyənləşdirilməsinin əsas qay-
dası hesab etmişdir.  
İbn Teymiyyə siyasətdə də dərin biliyə sahib idi. O, yaxşı bi-
lirdi ki, hakimiyyət xalqın mülkiyyətidir; xalq hakimiyyəti liderə 
“icarə”yə verir ki, onun adından kütlələrin istəyini həyata keçir-
sin. İşinin öhdəsindən gələ bilməzsə, xalq onu vəzifədən alır. Bu, 
ictimai müqavilənin bir növüdür. Bəli, İbn Teymiyyə hakimiyyət 
haqqında bu cür düşünürdü. 
Pul, var-dövlət məsələsinə İbn Teymiyyənin baxışı İbn Həz-
minkinə oxşayır. O hesab edirdi ki, bədəndə qan necə dövran 
edirsə, ümmətin maliyyə sistemi də o cür dövriyyədə olmalıdır; 
Allahın nemətlərinin çatmadığı, daxil olmadığı ailə, ev qalmama-
lıdır. Kimsə cəmiyyətdə unudulmamalı, aclıq görməməlidir.   
Ailə təsisatını qoruyub-saxlamaq məsələsində İbn Teymiy-
yə “bid`i” boşama növünü
1
 qanuni hesab edən Dörd İmamın 
(İmam Əbu Hənifə, İmam Şafei, İmam Malik, İmam Əhməd ibn 
Hənbəl – mütərcim) fikirləri ilə razılaşmamışdır. Təbii ki, o, belə 
bir cəsarəti nümayiş etdirmək iqtidarında olan şəxsiyyət idi! Doğ-
rudan da, ailə yüngülbeyin insanların əlində oyuncağa çevrilmə-
                                                 
1
 “Bid`i” boşama: ərin öz həyat yoldaşını aybaşı zamanı boşaması. 


 
252 
məli, oyun kartı halına gəlməməlidir. Bu məsələnin müəyyən 
qaydaları olmalıdır.  
Quran və Sünnəyə görə, ailə sosial-tərbiyəvi funksiyası olan 
qurumdur. Ümmətin sosial quruluşunun əsas komponentlərin-
dən biridir. Evlilik və boşanma mövzusunu qəribə fiqhi ictihad-
lara həvalə etmək olmaz. Bəzən iş o yerə çatır ki, həyat yoldaşına: 
“Sən yarım talaqla boşanmışsan”, – deyən ərin sözü bir dəfəyə 
boşama üçün əsas qəbul edilir!!! Məsələn, hənəfilərə görə, məc-
buriyyət halında ərin öz həyat yoldaşını məcburən boşaması bo-
şama hesab edilməlidir. Həmçinin, onlar bildirirlər ki, əgər ər sər-
xoş ikən arvadını boşayarsa, bu halda da arvad boşanmış sayılır. 
Hənəfilərin bu mövqeyi ailənin vəziyyətini, uşaqları və onların 
tərbiyə məsələsini nəzərə almır. Fəqihlər bu cəhəti nədənsə yad-
dan çıxarmışlar. Ailənin cəmiyyətə aidiyyəti, sosial davamlılığın 
rəhni olması, sosial tərəqqi və tənəzzüldəki rolu barədə fikirləşən
bu həqiqətləri lazımınca başa düşən şəxsiyyət məhz İbn Teymiy-
yə olmuşdur.  
“Talaq” surəsinə nəzər salaq. Surənin ilk yarısında, ya da ki 
yarısından azca çox hissəsində boşama qaydalarından danışılır. 
İkinci yarısı isə birbaşa aşağıdakı ayə ilə başlanır: 
“Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəm-
bərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görün-
məmiş müdhiş əzaba düçar etdik. 
Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğ-
ramaq oldu” (ət-Talaq, 8-9).  
Bu sözün əvvəlki ayələrdə danışılan boşama hökmləri ilə, ai-
lə vəziyyəti ilə, insanları Allahdan qorxmağa çağıran “...Kim Al-
lahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər” 


 
253 
ayəsi
1
 ilə, qadınlarla mehribanlığa səsləyən “...Öz aranızda yax-
şılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin...” Allah kəlamı
2
 ilə nə 
əlaqəsi var?  
Quranın təhkiyə üslubundan başa düşülür ki, ailənin dağıl-
ması bütövlükdə cəmiyyətin yıxılmasına səbəb olan şər qapısıdır. 
Şəxsən mən düşünürəm ki, uşaqlardakı əksər psixi pozğunluqla-
rın, problemlərin kökündə arzuolunmaz ər-arvad münasibətləri 
durur. 
İbn Teymiyyə bu formada: səfehcə, şüursuzca, oyun oyna-
yırmış kimi qadın boşamağı rədd etmişdir. Məsələn, bir şəxs qəs-
sabın yanına gedib ona deyir: “Bu ətdən bir kilo almasam, arvadı-
mı boşayım”. Sonra həmin ətdən alası olmur. Bu işdə heç bir gü-
nahı olmayan, boşanmağı da istəməyən qadın belə səfehləmənin 
qurbanına çevrilir, yəni əri onu boşayır! 
Şübhə yox ki, İbn Həzm bu problemlərə daha əvvəl toxu-
nubmuş. Allah rəhmət etsin, İbn Teymiyyə ondan, daha əvvəlki 
alimlərdən, hətta Allahın adları və atributları məsələsində razılaş-
madığı İmam Qəzalidən də faydalanmışdır.  
Həmçinin, İbn Teymiyyə şəriət siyasəti haqqında ilk yazı 
qələmə alan kəsdir. O, bu mövzudakı kitabını gənclik illərində 
yazsa da, çox qiymətli əsər alınıb. Çünki İbn Teymiyyə özündən 
qabaqkıların laqeyd münasibət bəslədiyi mövzulara: liderin seçil-
məsi, vəzifələri, “məsalihi-mürsələ” və sairə toxunmuşdur. 
Tələbəsi İbn əl-Qəyyim isə əmtəələrin, müxtəlif vəzifə ba-
carıqlarının qiymətləndirilməsi haqda danışıb. Doğrudan da, İbn 
Teymiyyə və tələbəsi öz dövrləri üçün yeni sayılan fikirlər irəli sü-
rmüşlər.  
                                                 
1
 “ət-Talaq” surəsi, 2-ci ayə. 
2
 “ət-Talaq” surəsi, 6-cı ayə. 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə