Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə57/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   53   54   55   56   57   58   59   60   ...   90

 
223 
onlarda bu işə stimul yaradardı. “Mütəvatir” hədislər tamamlayıcı 
səciyyəyə malikdir; dini mətnlər ağla əks olmayıb, düşünmə və 
mühakiməyə də düşmən deyildir... Bəzən problem burasındadır 
ki, biz dini mətnlərə hansı münasibət bəsləməyi bilmirik, onların 
yaxın və uzaq məğzini anlamırıq. 
Ola bilsin ki, elmi və praktik təfəkkürə zidd uydurma rəva-
yətlər elmi idrak problemini yaradır. İnsanların bu növ hədisləri 
saf-çürük etməkdən çəkinmələri nəticəsində müsəlman düşün-
cəsi geri qalıb.  
Əslində, bəlkə də bunun səbəblərindən biri, bundan qabaq 
da dediyimiz kimi, müsəlmanların səbəb-nəticə qanununa əməl 
etməməkləri olub. Müsəlmanlar hadisələri səbəbləri əsasında nə-
zərdən keçirmədilər, cəmiyyətdəki səbəb-nəticə münasibətlərini 
nəzərə almadılar. Halbuki səbəb-nəticə qanunu əsasında məsələ-
ləri nəzərdən keçirmək, zənn edildiyi kimi, imana zidd deyildir. 
Çünki səbəbləri yaradan Allahdır. O, nəticəni doğuran səbəblər, 
müqəddəm şərtlər qoymuşdur. Deməli, səbəbləri nəzərə alma-
maq müsəlmanları ətalətə sürükləmiş, “zədələnmə” nöqtələrini 
aşkarlayıb məsuliyyət hiss etmələrinə, özlərini yenidən nəzərdən 
keçirmələrinə mane olmuşdur. Məgər Allah bu məsələdə belə bu-
yurmur: 
“Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş 
nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, 
(Uhud müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu 
haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özü-
nüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!” (Ali-İmran, 
165). 
Müsəlman zehniyyəti və qurumlarını elmi inkişafın qaba-
ğını alan vəziyyətə gətirilməsi Quranın qəti surətdə rədd etdiyi 


 
224 
zehni ətalətdir, ya da düşüncənin “ölüm”üdür. Eyni hal Orta əsr 
Avropasında da baş vermişdi. Elm adamları hər bir nəticənin sə-
bəbini üzə çıxarmaq istədikləri zaman Kilsə onlara qarşı çıxırdı. 
Xristian din xadimləri bildirirdilər ki, nəticələr Allahın qatından-
dır, həmin alimlərin güman etdiyi kimi, səbəblərlə əlaqəli deyil-
dir. Kilsə iddia edirdi ki, bu alimlərin qoyduğu qanunlar tanrıya 
qarşı çıxmaq, onun hakimiyyətinə xor baxmaqdır. 
Bizim mədəni mühitimizdə isə belə bir şey əsla baş ver-
məyib. Çünki əş`ərilərin “Səbəbin təsiredici gücü yoxdur, Allahın 
gücü özünü bıçaqda büruzə verər. Bıçaq öz-özünə kəsə, alov öz-
özünə alışa bilməz...” iddiası yunan fəlsəfəsinin təsiri altında for-
malaşıb. Yunanlar bildirirdilər ki, səbəblə həmin səbəbin səbəbi 
arasında heç bir intellekt əlaqəsi yoxdur. Sələfilər əş`ərilərin bu 
iddiasını qəbul etməmişlər. Bildiyimə görə, mötəzili təlimində də 
bu iddia qəbul olunmur.  
Bəli, bəziləri bu cür düşünür. Ancaq mədəniyyətimizin tə-
nəzzülü səbəbləri çoxdur. Məni burada maraqlandıran şey müsəl-
manların geriliyinə səbəb olmuş amillərdir. Bu məqamda biz yu-
xarıda qeyd etdiyimiz səbəblərə qayıda bilərik ki, onların da birin-
cisi – əslində, bu, demək istədiyim üçüncü səbəbdir – hakimiyyə-
tin çürüklüyüdür.  
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) ka-
sıb həyat sürmüşdü. Ancaq çox təəssüf ki, bu ümmətə milyonlara 
sahib olmaq, xəzinələr yığmaq istəyən şəxslər rəhbərlik etdi. Özü 
də kasıb yaşamış Peyğəmbərin adından!  
Öz qəbiləsinə xitabən “Başqaları yanıma əməlləri ilə gəl-
diyi halda siz nəbadə əsil-nəcabətinizə (mənim nəslimdən oldu-


 
225 
ğunuza – mütərcim) arxayınlaşıb əliboş gələsiniz!”
1
 – deməklə 
əsil-nəcabət düşüncəsinin üstündən xətt çəkən Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) öz qəbiləsi müsəlman-
lara liderlik etmədə əsil-nəcabətlə öyünmək təmayülünü forma-
laşdırmış, Peyğəmbərin ailəsindən çıxmaları və ya ona qohum ol-
malarından sui-istifadə etmişlər. 
Hakimiyyət çürüklüyünün ağır nəticələri olmuşdur. Haki-
miyyətdə olanları insanların boş-boş rəvayətlərlə məşğuliyyəti na-
rahat etməmişdir. Əksinə, hökmdarlar imkan vermişlər ki, insan-
lar üçün “Əntərə ibn Şəddad”, “Pəhləvan Həmzə” və “Min bir ge-
cə” nağılları yazılsın və onlar da başlarını belə şeylərlə qatıb haki-
miyyət məsələləri ilə maraqlanmasınlar... Hakimiyyət çürüklüyü 
İslam mədəniyyətinin tənəzzülünün əsas səbəblərindən biri ol-
muşdur. 
Həsənə
: Hakimiyyətdə olanlara istədiyi dəyişikliyi apar-
maq, istədiyi kimi hökm etmək səlahiyyəti verilərsə, sizcə, bu, 
ümmətin əlindən dəyişdirmə gücünü alıb onu hakimiyyətin 
“əsir”inə çevirməzmi? Digər tərəfdən, Quranda tənəzzülün bir 
neçə səbəbindən söz açılır. 
Qəzali
: Təəssüf ki, dediyiniz şey baş verib. Dörd böyük 
imamı misal göstərək. Onların öz dövrlərinin hökmdarları ilə mü-
nasibətləri yaxşı deyildi. Bu imamlar hakimiyyətin cövrünə tuş 
gəldiyi zaman müsəlmanlar onları yalnız buraxdılar! Əhməd ibn 
Hənbəl çox işgəncə gördü, Allah ona rəhmət etsin! Allah rəhmət 
etsin, Əbu Hənifə də həbsxanada haqqa qovuşdu. İbn Teymiyyə-
                                                 
1
 Hədisi Rifaə ibn əbu Rafeyə (Allah ondan razı qalsın!) istinadən İmam Ha-
kim rəvayət etmiş və səhih saymışdır. Bax: “Müstədrək” kitabı, “Səhabələr” 
fəsli, “Qüreyşin tərifəlayiq keyfiyyətləri” bölümü, cild IV, səh. 73. Həmçinin, 
İmam Zəhəbiyə görə hədis səhihdir.   


 
226 
nin həyatı həbsxanalarda keçdi, Allah rəhmət etsin! Qabaqcadan 
razılaşma əsasında sadiqlik andı içmənin – bey`ətin heç bir dəyər 
daşımadığı fitvasını verdiyi üçün İmam Malikin qolunu sındırdı-
lar və o, cümə namazını xalqa qıldıra bilmədi, Allah rəhmət etsin! 
Edama məhkum doqquz şəxslə birlikdə həbs edilən İmam Şafei 
dərin zəkası sayəsində edamdan qurtuldu, Allah ona da rəhmət 
etsin! 
Bizdə hakimiyyət çürüklüyünün ümmətə mənfi təsiri digər 
amillərlə müqayisədə daha böyük olmuşdur. Bu səbəbdən üzümü 
müsəlmanlara tutub deyirəm: həmin müstəbid siyasət xadimləri, 
monarxiya və siyasi despotizm var olduqca Müsəlman dünyası 
əsla inkişaf edib qabağa getməyəcək... 
Gör nə haldayıq! Ərəb ölkələrini sosializm və demokratiya 
adından idarə edən liderlər qəddarlıqda bəzi Osmanlı paşalarını, 
bəzi Abbasi xəlifələrini çox-çox geridə qoymuşlar! Təəssüfləndi-
rici haldır ki, bəzi hakim ailələrin ənənəvi ideyaları onların azad-
lıqlarla bağlı vədlərindən daha çox “hörmət” qazanıb.   
Həsənə
: Qəbul etsək ki, ümməti Quran yetişdirir, onu dü-
şünməyə, qurub-yaratmağa, elmi uğurlara səsləyir, siyasi despo-
tizm qarşısında ona səbat bəxş edir, onda nə üçün tarixin müəy-
yən dövrlərində müsəlmanlar istədiyini edən zalım hökmdarların 
əlində əsir-yesir olmuşlar? Müsəlman ümməti Raşidi xəlifələrinin 
zamanında tarixi-mədəni, hətta hakimiyyət məsələlərində zəngin 
mirasa sahib idi. Bu miras sonralar “sui-qəsd”ə tuş gəlmiş, bəzi za-
manlarda isə despot hökmdarların əlində “oyuncağa” çevrilmiş-
dir. Axı nə üçün bu baş vermişdir?  
Qəzali
: Raşidi xəlifələri dövrü iki mərhələyə bölünür: tayı-
bərabəri olmayan birinci mərhələ Həzrəti Əbubəkr və Həzrəti 
Ömərin xəlifəlik illərini (632-644) əhatə edir. Həzrəti Osman və 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə