Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə55/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   51   52   53   54   55   56   57   58   ...   90

 
215 
vermiş maddi möcüzədir. O, əbədi möcüzə deyildir. Əbədi mö-
cüzə Qurandır. 
Qəzali
: Quranın elmi ecazkarlığı o deməkdir ki, vaxtı ilə 
insanların bilməsi qeyri-mümkün sayılan şeylər əsrlər sonra üzə 
çıxarılır; aydın olur ki, Quranın dedikləri haqdır. Bu da onu gös-
tərir ki, Quran doğru-dürüst kitabdır.  
Həsənə
: Mən də bunu təsdiqləyirəm. Bəli, bu göstərir ki, 
Quran haqdır. Həm də bu, Həzrəti Məhəmmədin (Ona Allahın 
xeyir-duası və salamı olsun!) peyğəmbərliyinə dəlalət edir. Ancaq 
bunun “ecazkarlıq” adlandırılması məsələsinə gəlincə, fərqli dü-
şünürəm. Mənə görə, bu cür adlandırma möcüzənin əbədiliyinə 
ziddir.  
Qəzali:
 Quran əbədi möcüzədir. İndiyədək kimsə ona 
bənzər kitab yarada bilməyib. Sizinlə aramdakı fikir ayrılığı ecaz-
karlıq sözü ilə bağlıdır ki, bu da morfoloji məsələdir. Bu, əhəmiy-
yətsiz şeydir.  
Quran sırf tarix kitabı deyil ki, doğum yerlərini, illərini də-
qiqliklə göstərsin. Quran tarix kitablarında dəqiqliklə göstərilmiş 
tarixi hadisə və faktlar haqda təfsilatı ilə danışmaz. O, keçmiş 
xalqların əhvalatlarından danışarkən daha çox ibrətamiz məqam-
lar üzərində durur. Tarix kitabları olmasaydı, heç bilməzdik ki, 
Ad xalqı Ərəbistan yarımadasının cənubunda yaşayırmış. Çünki 
Quranda Ad xalqının başına gələnlərdən danışılarkən, bunun 
harada və nə vaxt baş verdiyi haqda söz açılmır. Bu əhvalatı biz-
lərə xatırladan Quran istəyir ki, insanları təkəbbürdən, qürurdan, 
başqalarını masqaraya qoymaqdan, zorakılıqdan çəkindirsin. Bu-
dur Quranı maraqlandıran məqamlar!   
Bəzi insanlar “Peyğəmbər təbabəti” deyilən şeydən tez-tez 
söz açırlar. Mən şəxsən Peyğəmbər təbabəti və qeyrilərinin təba-


 
216 
bəti təsnifatına qarşıyam.  
Həsənə
:  Bəziləri  bu  məsələni  də  ecazkarlıq  kimi  təqdim 
edirlər... 
Qəzali
: Təbabət, İbn Xəldun və başqalarının da dediyi ki-
mi, adi məsələlərdən, məsləklərdən biridir. Məsləyin, peşənin 
ibadətlə bir əlaqəsi yoxdur. Quran nə tibbi tədqiqatların mənbə-
yi, nə də ki təbabət kitabıdır. “əl-Müvafəqat” kitabında İmam Şa-
tibi elmi ecazkarlığı inkar etmiş, şəriətin “ümmi”(!) olduğunu bil-
dirmişdir. Şeyx İbn Aşur
1
 bu iddianı tənqid etmiş, onunla razılaş-
mamışdır. O bildirmişdir ki, şəriət “ümmi” deyil, əksinə, huma-
nist və çox mütərəqqidir.  
Demək kifayətdir ki, on beş əsr əvvəl Quran kosmosun öl-
çüləri haqda danışmış, ulduzlar haqqında belə demişdir: 
“Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-bat-
dığı yerlərə) and olsun ki – kaş bunun nə qədər böyük bir and ol-
duğunu biləydiniz” (əl-Vaqiə, 75-76).  
Ayədəki mənzillər indiki dövrdə kainatın ölçüləri adlandı-
rılan şeyi ifadə edir. Bəli, Quran bu haqda danışır. İnsan oğlunun 
kosmosun ölçülərinə dair astronomik hesablamaları, şübhə yox 
ki, heyrət doğurur.  
Mənə görə İsa peyğəmbərin (Ona salam olsun!) xəstələrə 
şəfa verməsi də bir ecazkarlıqdır. Həmin xəstələr indiki dövrdə 
dərmanlar qəbul etməklə müalicə olunur, şəfa tapırlar. Və bu, İsa 
peyğəmbərin (Ona salam olsun!) möcüzəsini qüvvədən salmır. 
                                                 
1
  Məhəmməd Tahir ibn Aşur (1879-1973): Son dövrün böyük maliki 
alimlərindəndir. Tunis Maliki müftilərinin böyüyü olmuş, Zeytuniyyə Uni-
versitetinin rektoru işləmişdir. Qahirə və Dəməşq Ərəb akademiyalarının 
üzvü seçilmişdir. Əsas əsərləri: “İslam şəriətinin məqsədləri”, “İslamda sosial 
sistemin əsasları”, “Təhrir və Tənvir” təfsiri və sair.  


 
217 
Həsənə
: Doğrudur. Ancaq düşünürük ki, möcüzə iki növ-
dür: a) davamlı, əbədi və peyğəmbərlərin şəxsiyyətləri ilə bağlı ol-
mayan “mütləq” möcüzə. Bu növ möcüzə zaman və məkanın föv-
qündə durur, əbədidir, insanlar qiyamətədək onun bənzərini gös-
tərməyə qadir deyillər. Bu Qurani-Kərimdir; b) “fiziki” möcüzə-
lər. Bu möcüzələr peyğəmbərlərin şəxsiyyətləri ilə əlaqəlidir; on-
ların zamanında gerçəkləşmiş, vəfat etmələri ilə də başa çatmış-
dır. Məhəmməd peyğəmbərin də (Ona Allahın xeyir-duası və sa-
lamı olsun!) “fiziki” möcüzələri olmuşdur: isra, suyun fışqırması 
və s.  
Qəzali
: Bu şübhəsizdir. Amma bizanslıların məğlubiyyəti 
haqda Quranda deyilənlərə baxın. Onların məğlubiyyəti ciddidir. 
Amma çox keçməmiş qələbə çalacaqları haqda ilahi müjdə pey-
ğəmbərlikdən xəbər verir ki, bu da qeyri-adi məsələdir. Quran 
“risk”ə gedərək bizanslıların qələbə çalacağından danışır:  
“(Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). 
Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər” 
(ər-Rum, 3). 
Özü də: “Bir neçə ilin içində...” (ər-Rum, 4).  
Daha sonra bildirir: 
“...O gün möminlər sevinəcəklər. Allahın köməyi ilə. (Al-
lah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət 
sahibidir!” (ər-Rum, 4-5). 
Bizanslıların qələbə çalacaqları xəbəri Allahın möminlərə 
Bədr döyüşündəki yardımı ilə birlikdə xatırladılır. Bu, qeybdən 
xəbər vermə, deməli, heç şübhəsiz, Quranın möcüzəsidir. Bu mö-
cüzə Qiyamətədək davam edəcəkdir. Quran baş verməsi gözlənil-
məyən bir şeyin vaqe olacağı haqda danışır və o şey də baş verir, – 
bax bu möcüzədir.  


 
218 
“And olsun ki, Allah təala Öz peyğəmbərinin (Məkkə fət-
hi) röyasının çin olduğunu təsdiq etdi...” ayəsi
1
 də baş verəcək şey 
haqqında danışır və həmin şey sonralar doğrudan da gerçəkləşir. 
Hədislərdə də bu qəbil şeylərə rast gəlirik: 
- “Kisra (Sasani şahənşahı) həlak olsa, ikinci bir Kisra ye-
tişməyəcəkdir”
2
 – bu, həqiqətən də baş verdi; 
- “Misiri fəth edəcəksiniz”
3
 – bu da baş verdi.  
Rəqəm “ecazkarlığı” deyilən bir şey var. Bu ağılsızlıqdır və 
müəllifdən müəllifə dəyişir. Yadıma gəlir, bir dəfə bir müəllifin 
“On doqquz” adlı bir kitabını oxumuşdum. “Onun üstündə on 
doqquz (nəfər gözətçi mələk) vardır” ayəsinə
4
 əsaslanaraq kitabı-
nı bu cür adlandırmışdı. Müəllif çoxlu sözlər misal gətirərək bildi-
rirdi ki, həmin sözlər on doqquz hərfdən ibarətdir. Ümumiyyətlə
sözü uzatmış, nələr-nələr danışmışdı! Həqiqətən də, bu ağılsız-
lıqdır. İddia edirdi ki, “Bismilləhir-rahmənir-rahim” on doqquz 
hərfdən ibarətdir. Necə də cəfəngiyatdır! Bu, o deməkdir ki, yu-
xarıdakı sözdə “əlif” hərfini saya salmamalı, təkrarlanan qoşa hərf-
ləri də bir hərf kimi qəbul etməliyik. Belə də iddia olar?! Kitabda 
müəllif on doqquz hərf iddiasını isbatlamaq üçün sözü çox uzat-
mış, gülməli şeylər söyləmişdir.  
                                                 
1
 “əl-Fəth” surəsi, 27-ci ayə.  
2
 Səhihliyi yekdilliklə qəbul olunan hədisi Əbu Hüreyrəyə (Allah ondan razı 
qalsın!) istinadən İmam Buxari (“Came əs-Səhih” kitabı, “Xüms” fəsli), Ca-
bir ibn Səmirəyə (Allah ondan razı qalsın!) istinadən də İmam Müslim (“Sə-
hihi-Müslim” kitabı, “Fitnə-fəsad və Qiyamətin əlamətləri” fəsli) rəvayət et-
mişdir.  
3
 Buxariyə görə hədis səhih deyildir. Hədis barədə İbn Cövzi də “Mövzuat” 
(Uydurma hədislər) kitabında söz açıb. Bax: adı çəkilmiş kitab, cild II, səh. 
57. 
4
 “əl-Müddəssir” surəsi, 30-cu ayə.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə