203
da bu təbiət məsələləri “...günəşi, ayı və ulduzları əmrinə boyun
əymiş halda yaradan Allahdır...”
1
, – deyə təsvir edilir. Elə isə kai-
natı və təbiəti tənzimləyən qanunauyğunluqları üzə çıxarmadıqca
onu özümüzə necə təhkim edə bilərik?!
Qəzali
: Ola bilər. Ancaq aramızdakı fikir ayrılığı “təhkim-
çilik qanunauyğunluğu”nun yeni yaranmış təbir olmağındadır.
Məna isə, bundan qabaq dediyimiz kimi, insanın yer üzündə Al-
lahın varisi (xəlifəsi) olmağında öz əksini tapıb. Elə isə insan xid-
mətinə verilmiş hər şeyə sahib çıxmalıdır...
Həsənə
: Yer üzünü abadlaşdırıb nümunəvi varis olmaq...
üçün bu zəruridir. Ancaq mənim bu qanunu “təsxir” – deyə ad-
landırmağım ona görədir ki, müsəlmanların diqqətini Qurandakı
qanunların mahiyyətini dərk etməyə yönəldim.
Qəzali
: Eyib etməz... Bununla siz başqalarına təhkim edil-
miş müsəlmanlara öyrədirsiniz ki, Allah Günəşi və Ayı onların ix-
tiyarına verib. Odur ki, hal-hazırda olduğu kimi başqalarının
“oyuncağına” çevrilmək yolverilməzdir.
Həsənə
: Fikrimcə, hələ də araşdırılmamış bir məsələ var.
İmanın bu dünyanı tənzimləyən ilahi qanunauyğunluqlarla əla-
qəsi məsələsi. Bu qanunauyğunluqları öyrənmədə imanın rolu;
mədəni nümunəviliyin gerçəkləşməsi üçün səmanın hidayəti ilə
yer üzünün əks-reaksiyası arasında imanın doğurduğu qarşılıqlı
təsir; nəticələrin imanla əlaqələndirilməsi – bütün bu məsələlər
araşdırılmalıdır. Bu qanunların müntəzəmliyini, funksiyalarını
üzə çıxarmaq bizi Allaha inanmağa aparıb çıxaracaqdır və biz
iman-mənəviyyat məsələlərinə təbiət qanunlarını, maddi məsələ-
ləri dəli-sübut göstərəcəyik.
1
“əl-Əraf” surəsi, 54-cü ayə.
204
İlahi qanunauyğunluqların şüurlu tətbiqində imanın rolu
ilə yanaşı, iman və təqvanın doğurduğu bacarıq müsəlmanları hə-
min qanunauyğunluqlara münasibətdə yaranmış ətalətdən xilas
edə, onlarda hərəkətlilik yarada bilər.
Fikrimcə, imanın mədəni nailiyyətlərlə əlaqəsi barədə da-
ha çox düşünmək lazımdır. Bu üzdən yalnız materiyanı öyrənən
müasir məktəblərdə (cərəyanlar) qərara gəliblər ki, milləti millət
edən sosial-psixoloji normativlər yenidən müəyyənləşdirilsin.
Müəyyənləşdirilsin ki, millət tərəqqi edib texnoloji nailiyyətlərə
imza atsın. Çünki texnologiya müəyyən bir ideologiyanın, psixo-
loji normaların səmərəsidir. Bu üzdəndir ki, bir ölkədə rəğbət gö-
rən ideologiya digər fərqli ölkədə rədd edilir.
Qəzali
: Məlum ilahi qanunauyğunluqların tətbiqinin do-
ğurduğu bəzi hallar Quranda təqva ilə əlaqələndirilir. Məsələn,
bəsirət gözü ilə nəyin düz, nəyin də puç olmağını müəyyənləşdir-
mək təqvadan asılıdır... Allah təala buyurur:
“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haq-
la-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış
yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah
böyük lütf (mərhəmət) sahibidir!” (əl-Ənfal, 29).
Həmçinin, “təsxir” qanunauyğunluğuna riayət, ruzinin art-
ması, iman və təqva arasında əlaqə vardır:
“ Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməl-
lərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və
yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapıla-
rını onların üzünə açardıq)
. Lakin onlar (öz peyğəmbərlərini)
yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları
günahlara) görə məhv etdik” (əl-Əraf, 96).
Quranda bildirilir ki, iman və səbirlə imtahanları adlamaq
205
mümkündür. Deməli, ilahi sınaqdan üzü ağ çıxmaq və səbir ara-
sında əlaqə mövcuddur:
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal,
can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum!
Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (əl-Bəqərə,
155).
Bağışlanma diləyib tövbə etməklə yağışın yağması və bərə-
kət arasında da bağlılıq mövcuddur:
“Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı
diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağış-
layandır!
O sizə göydən bol yağış göndərər;
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-
bağçalar yaradır və çaylar axıdar!” (Nuh, 10-12).
Prinsiplər meydanında qalib gəlib şəhvəti cilovlamaq və
düşmən üzərində zəfər çalmaq arasında əlaqənin olduğunu da
aşağıdakı ayədən görürük:
“Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və
Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və
sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər” (Muhəmməd,
7).
Həmçinin, sosial zülm, kasıbların hüquqlarının tapdalan-
ması və sərvətin itirilməsi arasında əlaqənin mövcudluğu aşağıda-
kı ayədən görünür:
“Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi,
bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o
bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərə-
cəklərinə and içmişdilər.
Və heç bir istisna yeri də qoymamışdılar (inşallah demə-
206
mişdilər).
Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o
bağa bir bəla gəldi.
Və o (yanıb) qapqara qaraldı (külə döndü)” (əl-Qələm,
17-20).
Quranda fasiqlik, dəbdəbə və həlak arasındakı əlaqədən də
söz edilir:
“Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbər-
lərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha
itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi
olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab veril-
məsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”
(əl-İsra, 16).
Dostları ilə paylaş: |