Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə48/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   44   45   46   47   48   49   50   51   ...   90

 
187 
belə yaratmağa qadirdir. Həmçinin, O, dənli bitkiləri, Quran de-
yildiyi kimi, “biçilən taxıl dənələr”ini, nə beş-altı (buğda da oldu-
ğu kimi), nə də iki-üç ay (qarğıdalıda olduğu kimi) ərzində yetiş-
dirər, əksinə, onları bir dəfəyə hazır vəziyyətə gətirə bilərdi. An-
caq kainatı bir neçə günə yaradan Pak Allah bu işdə də zaman ba-
xımından tədriciliyi qanun qoyub. Ustad Həsən əl-Bənna (Allah 
rəhmət etsin!) daima deyərdi: “Zaman əlacın bir parçasıdır”. 
Doğrudan da zaman uzunluq, en və hündürlükdən sonra dördün-
cü koordinatdır. Təsəvvürün tam olması üçün zaman lazımdır. 
“İnsan adlı məchul varlıq” kitabında həkim Aleks Karrel müalicə 
metodlarından danışıb, orqanların funksiyalarını təsvir etdiyi za-
man Albert Eynşteynin (1879-1955) Nisbilik nəzəriyyəsindən is-
tifadə etmişdir. O, zamana uzunluq, en və dərinliklə yanaşı, hissi 
mahiyyət kimi baxırdı.   
Həsənə
: Hər bir şeyin əcəlini müəyyənləşdirən ayələrdən 
görürük ki, əcəl başqa şeydir, miqdar bir başqa şey. Miqdar, ola 
bilsin ki, növ və təsvir anlayışlarına yaxın məfhumdur. Əcəl isə ha-
radasa, ardıcıl təlim-tərbiyə mərhələlərindən sonra ideyanın doğ-
masına xidmət edən şərtləri və zaman kəsiyini ifadə edən anlayış-
dır... 
Həmçinin, əcəl qanunauyğunluğunda aşağıdakıların da ol-
duğunu görürük: iş görərkən zəruri komponent və dəyər olaraq 
müəyyən zaman müddəti təyin etməliyik ki, bel bağladığımız 
plan boşa çıxmasın, dövrümüzdə olduğu kimi, müsəlmanlar za-
manla ayaqlaşa bilməmək bəlasından qurtulsunlar.  
Qəzali
: Zaman və məkan təbiyyat (təbiət elmləri) alimlə-
rinin tədqiqat obyektidir. Onlar zamanı və məkanın müəyyənləş-
dirilməsində acizdirlər. Odur ki, bu, məni əqidədə “sələfi” olmağa 
sövq edir. Əgər biz materiyanı öyrənməkdə aciziksə, onda metafi- 


 
188 
 
zikaya (materiyanın fövqündə olan mahiyyət – mütərcim) nə de-
yəsən?! 
Gözlərimiz müəyyən məsafədən, müəyyən həcmdə şeyləri 
görmək üçün yaradılıb. Təbii halda gördüyümüz əşyaları hədsiz 
balacalatsalar, onları görə bilməyəcəyik. Məsafə də böyük olduq-
da yaxından gördüyümüz şeyləri görə bilmirik. Düşünürəm ki, 
düşünmə (idrak) “göz”lərimiz də belədir. İdrak “göz”ləri şeyləri 
müəyyən həddədək dərk etmək gücünə malikdir. O, bu həddən 
sonranı dərk etməyə qadir deyildir.   
 
 


 
189 
 
 
MƏDƏNİYYƏTLƏRİN  
“TƏDAVÜL”Ü QANUNAUYĞUNLUĞU 
 
 
əsənə
: Pak və Uca Allah Quranda Uhud döyüşü haq-
da danışır, müsəlmanların məğlubiyyətini onların bir 
qanunauyğunluğa laqeyd baxmaları ilə bağlayır və bu-
yurur: 
“...(Uhud müharibəsində) başınıza bir müsibət gəldiyi za-
man: “Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu 
sizin özünüzdəndir...” (Ali-İmran, 165). 
Allah onların səhvlərini “mədəniyyətlərin “tədavül”ü” ad-
landırılan qanunauyğunluq əsasında açıb göstərir:  
“(Uhud müharibəsində baş vermiş bəzi hadisələrə görə) 
ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsiniz-
sə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursu-
nuz! 
Əgər siz (Uhud müharibəsində) yara aldınızsa, o biri (ka-
fir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri 
(bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah 
iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən 
şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!” (Ali-İmran, 
139-140). 
Bəzi kulturoloqlar bu qanunauyğunluğu “mədəni dövrləş-
mə” adlandırmış, onun əsaslarını işləyib hazırlamış, başqa mədə-
niyyətlərə tətbiq etməyə cəhd göstərmişlər. Onların islam mədə-
niyyəti barədəki bəzi fikirləri doğru olsa da, bir sıra mülahizələ-



 
190 
rində yanılmışlar; müsəlman ümməti haqda sözügedən qanuna-
uyğunluğa əsasən onların tərtib etdikləri hesabatlar özünü doğ-
rultmayıb. Çünki bu ümmət ölməyib, islam mədəniyyəti də dai-
ma yenilənmiş və yenə də yenilənəcəkdir... 
Qəzali
: Şərqin və Qərbin tarixinə baxsaq görərik ki, impe-
riya və dövlətlər sanki insana oxşayır. Çünki bu imperiya və döv-
lətlərin də müəyyən “ömrü” olmuşdur. Mədəniyyətin Orta (Ya-
xın) Şərqdə yaranması bir həqiqətdir. Görünür, peyğəmbərlərin 
əksəriyyətinin Orta Şərqdən çıxmağının sirri elə bundadır; bəşəri 
nailiyyətlər – mədəniyyətlər Misirdə, Şamda, İraqda, Cənubi Av-
ropada – Yunanıstan və İtaliyada, bir sözlə Aralıq dənizi hövzəsi 
ölkələrində parlamışdır... Düzdür, Hindistan və Çin mədəniyyət-
lərini unutmaq olmaz. Amma bilmirəm, kənarda qalan bu mədə-
niyyətlər, bəlkə də ya məhəlli səciyyə daşımış, ya da rasional in-
kişaf baxımından Orta Şərq sivilizasiyaları səviyyəsinə çata bilmə-
mişdir. Təbii ki, dediyim kimi, bu, şəxsi rəyimdir və sövqi-təbii 
(intuisiya) ola bilər.  
Ancaq bir şeyi qətiyyətlə söyləyirəm ki, həm Misirdə, həm 
Yunanıstanda, həm də Romada sivilizasiyalar parlamış və tənəz-
zülə uğramışdır. Ərəb ölkələrində isə islam mədəniyyəti qurul-
muşdur. Ancaq sonralar bu mədəniyyət öz təsir gücünü itirmiş-
dir. Dövrümüzdə belə bir iddia səsləndirilir ki, Yaponiya və qon-
şu ölkələrdə Cənubi-şərqi Asiya Mədəniyyəti yaranacaq və parla-
yacaqdır.  
Mənə elə gəlir ki, bu iddianı səsləndirənlər maddi mədə-
niyyətə bel bağlayanlardır. Çünki Yaponiya, Tayvan, Koreya (Cə-
nubi Koreya Respublikası nəzərdə tutulur – mütərcim) və digər 
Cənubi-şərqi Asiya ölkələrindəki müasir maddi inkişaf imkan 
vermişdir ki, bu ölkələr Avropa və Amerika ilə “sinə-sinəyə” daya-


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə