Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə44/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   40   41   42   43   44   45   46   47   ...   90

 
171 
ailəsi ağladığı üçün kafirə daha çox əzab verər. Quran sizə bəsdir. 
Kimsə kimsənin günahına cavabdeh deyil”
1
.  
Yəqinliklə hökm ifadə etməyən “ahad” hədislər əqidədə 
necə dəlil ola bilər axı?! Dini hökmlər zənn ifadə edən dəlillər əsa-
sında çıxarılmasaydı, “ahad” hədislərə ümumiyyətlə müraciət 
edilməzdi. Çünki onlar zənn ifadə edirlər. Belə ki, bir qətl faktı ilə 
əlaqədar dəlil qismində iki şəxsin şahidliyi kifayət deyil. Çünki 
onlar yalan danışmağı qabaqcadan planlaşdıra bilərlər. Elə isə yal-
nız bir şəxsin rəvayət etdiyi hədis necə ola bilər ki, yəqinlik ifadə 
etsin?! Bu, doğru deyildir. Bizim əqidə sistemimizin heç bir kom-
ponenti “ahad” hədislərə əsaslanmır. Ancaq, məsələn, Quranı 
şərh edən qəbir əzabı və mükafatlandırılması mövzulu “ahad” hə-
dislərdən əqidə məsələlərində istifadə etmək olar. Çünki bu möv-
zular Quranda ümumi şəkildə mövcuddur. Aşağıdakı ayəni misal 
göstərə bilərik: 
“...Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklə-
rin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün 
Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəb-
bür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” 
– dediklərini görəydin!” (əl-Ənam, 93). 
Ayədəki “bu gün” sözü nə deməkdir? Bu o deməkdir ki, 
“Qiyamət günü gəlmədən “bu gün”, yəni bərzəx həyatında, qəbir-
də zalımlara əzab verilər”. Eyni şeyi qəbir mükafatlandırılması 
haqda da söyləyə bilərik. Allah təala buyurur: 
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü 
zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında 
                                                 
1
 Hədisi Abdullah ibn Abbasa (Allah ondan razı qalsın!) istinadən İmam Bu-
xari (“Came əs-Səhih” kitabı, “Cənazə” fəsli) və İmam Müslim (“Səhihi-
Müslim” kitabı, “Cənazə” fəsli) rəvayət etmişlər.  


 
172 
ruzi əta olunur. 
Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi ne-
mətə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik 
səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu 
olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad-
lıq edirlər” (Ali-İmran, 169-170).  
Bütün bunlar bərzəx aləmində baş verir...  
Qəbir əzabı və mükafatı ilə bağlı hədislər təkbaşına əqidə 
formalaşdıra bilməz. Ancaq Quranın təxminən beş ayəsində sö-
zügedən mövzuya toxunulduğu üçün bu hədislər qəbir əzabı və 
mükafatı inancında əlavə dəlil kimi istifadə edilə bilər.  
Fərz edək ki, birisi belə deyib: “Rəbbimiz yer səmasına en-
mir, əksinə, orada təcəlli edir”. Biz bu düşüncəni əqidə saya bil-
mərik. O, sadəcə “ahad” hədisdəki təbirin mənasını ifadə edir. 
Bunu əqidə hesab edə bilmərik; Allahın enməyi əqidə ola bil-
məz... 
“Ahad” hədislərdə bir çox şey və məlumatlar var ki, cızığı 
aşmadan onların izahını verə və ya onları islam sisteminin bir 
komponenti kimi qəbul edə bilərik. Müsəlmanlar məhz bu cür et-
mişlər.  
Yəqin biliyə, fakta, dəlilə zidd “ahad” hədislər rədd edilir. 
Belə ki, səhih hədislərlə təsdiqlənmiş “şazz” (müstəsna) qiraət va-
riantları yəqin bilik ifadə edən “mütəvatir” hədislərə zidd oldu-
ğundan məqbul sayılmamışdır.  
“Ahad” hədislər əqidə qurar, yəqin bilik ifadə edər” iddiası 
əsassızdır. Bu məzmunda deyilənlər qəbul edilmir. Əqidəni 
“ahad” hədislər əsasında qurmaq yolverilməzdir. İslam əqidəsinə 
məhz Quran zamin durur. Bizdə əqidə xristianlarda olduğu kimi 
Müqəddəs Məclislər tərəfindən formalaşdırılmayıb. Nə də, dedi-


 
173 
yim kimi, “ahad” hədislər əsasında bina edilməyib. Bir daha tək-
rarlayıram: Quran və Sünnədə öz əksini tapmış əqidə mövzuları-
nın izahında “ahad” hədislərdən istifadə mümkündür.  
Həsənə
: Bundan qabaq toxunduğumuz bir məsələyə qısa 
şəkildə yenidən nəzər salaq. Dövrümüzün bəzi müctəhid və mü-
təfəkkirlərinin leksikonunda belə bir əsassız fikrin şahidi oluruq 
ki, bəs ictihad məsum (toxunulmaz) din deməkdir. Bu və ya digər 
dini mətni (dəlili) real vəziyyətə tətbiq etmək istədiyi zaman 
müctəhid və ya mütəfəkkir bildirir ki, bu, islamın baxışıdır. Və ya-
xud bir problemin həlli üçün öz variantını və ya nöqteyi-nəzərini 
irəli sürərkən: “İslam bunu istəyir”, – deyir. Düşünürəm ki, bu, 
başqa ictihadlara əks ictihad olmaqla yanaşı, həm də mənfi nəti-
cələr doğura biləcək əsassız iddiadır. Dində olduğu kimi, ictihadı 
da müqəddəs hesab etmək doğrudurmu? 
Qəzali
: Əgər birisi: “Bu, islamın görüşüdür”, – dediyi za-
man ictihadı nəzərdə tutursa, onda həmin görüş islamın görüşü-
dür... Ancaq yaxşı olardı ki, belə desin: “Fikrimcə, müctəhidlərə, 
mütəfəkkirlərə görə, bu, islamın görüşüdür...”.  
Fikirlərin ifadəsi ayrıca tənzimləyicilərə möhtacdır. Bu 
tənzimləyicilərə bir neçə tərəfdən toxuna bilərik. Bundan qabaq 
dediyimiz kimi, Quranın dəyərləri ilə tənzimlənmək şərti ilə istə-
nilən mexanizmlərdən istifadə etmək olar... Avropalılar son əsr-
lərdə, xüsusilə də son dörd yüzillik ərzində bizi ötüb-keçmişlər: 
sosial və siyasi sistemlər yarada bilmişlər. Bu sistemləri biz də qə-
bul edə bilərik. Çünki onlar ümumi səciyyəyə malikdirlər. Bəzən 
islam ağlın müəyyənləşdirdiyi anlayışları məqbul sayır. Məsələn, 
başqasını öldürməyə məcbur edilən şəxs barəsində bəzi alimlər 
bildirmişlər ki, onun özü də öldürülməlidir. Bəziləri də onu bu işə 
məcbur edənin öldürülməsini söyləmişlər. Hər ikisinin öldürül-


 
174 
məsini bildirən alimlər də vardır. Onların üzrlü sayılmasının va-
cibliyini iddia edən alimlər də olmuşdur. İnsan ağlı bu dörd va-
riantdan başqa variant irəli sürə bilməz. Beşinci ehtimal mümkün 
deyildir. 
Avropalılar fitrətlə səsləşən, islam dəyərlərinə zidd düşmə-
yən təcrübələr yolu ilə intellektual nailiyyətlərə imza atmışlar. Be-
lə nailiyyətlərdən islamın adına istifadə qəbahət deyildir.  
Başqaları müsəlmanların ictihad və adət-ənənə yolu əldə 
etdikləri şeylərdən daha üstün nailiyyətlərə imza atmışlarsa, on-
da: “İctihadımız elə islamın özüdür”, – deməyimiz doğru deyildir. 
Əksinə, bu, bəşəri rəydir (görüşdür) və ola bilsin ki, ondan üstün, 
fitrətə daha münasib ikinci, üçüncü... görüş vardır. Fitrət isə ümu-
milik və harmoniklik baxımından islamın özüdür.  
Bəzən biz sosializm, demokratiya... kimi sözləri (adları) 
mənimsəyirik. Bir də görürsən ki, həmin adlara aldanırıq. Mən 
şəxsən mənimsəmələrə – xüsusilə də terminlərdə – nifrət edirəm. 
Ancaq elə məqamlar vardır ki, belə mənimsəmələrə ehtiyac ya-
ranır. Məsələn, müəyyən sahədə müsəlmanların böyük boşluğu 
olarsa, başqa xalqlardan bu cür mənimsəmələr mümkündür. 
Unutmaq lazım deyil ki, terminlər xüsusi anlayış və mənaya ma-
likdir.  
“İslam demokratik bir dindir” – dediyimiz zaman unutma-
malıyıq ki, demokratiya yunan mənşəli sözdür. Demokratiyanın 
mahiyyəti böyük imkan daxilində ağıllı insanların hakimiyyəti sa-
yəsində ümumi mənafeyi təmin etmək, onları qərarların qəbulun-
da pay yiyəsinə çevirmək, fərdin istibdadına son qoymaq, ayrı-
ayrı şəxslərin pulla və digər vasitələrlə xalqa yağı kəsilməsinin qar-
şısını almaqdır. Əgər biz şuranın reallaşması vasitələri və mexa-
nizmlərinin müəyyənləşdirilməsi üçün lazımi ictihadlara imza at-


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə