Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə41/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   37   38   39   40   41   42   43   44   ...   90

 
161 
şeydən xalidir). Burada bir qədər izaha ehtiyac vardır. Aləmlərin 
rəbbi olan Allahı layiq olmayan surətdə təsvir edənlər istisna ol-
maqla heç kəsi küfrdə, zəlalətdə təqsirləndirmək doğru deyildir.  
b) Törəmə fiqhi mövzularda ixtilaf
. Müsəlmanlar hamı-
lıqda həmrəydirlər ki, belə mövzularda ixtilafın iman və küfrlə heç 
bir əlaqəsi yoxdur. Məsələn, səhabələr (Allah onlardan razı qal-
sın!) Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) 
“İkindi namazını yalnız Bəni-Qüreyzədə qılın” hədisi
1
 barədə ix-
tilafa düşmüşdülər; namazı yolda, yoxsa Bəni-Qüreyzədə qılmalı 
idilər? Peyğəmbər onların bu ixtilafını qəbahət saymamış, əksinə, 
müsəlmanları yəhudilərlə döyüşmək üçün vahid səfdə toplamış, 
həmin mövzuya şərh verməmişdir. Allahın rəsulu üçün belə bir 
mövzu şərh olunmayacaq dərəcədə əhəmiyyətsiz idi; belə bir adi 
ixtilaf üçün mərəkə qoparmağın mənası vardımı?! 
Digər misala nəzər salaq: səhabələr su olmadığı üçün tə-
yəmmüm edib namaz qılmışdılar. Daha sonra suya rast gəldilər. 
Namazın vaxtı hələ çıxmamışdı. Bəzi səhabələr dəstəmaz alıb na-
mazı yenidən qıldığı halda digərləri qılmadı. Bu xəbər Peyğəm-
bərə (Ona Allahın xeyir-duası və salamı olsun!) çatdıqda namazı 
yenidən qılan səhabələrə: “Nur üzərinə nur”, digərlərinə də: “Na-
mazın(ız) sənə (sizə) savab olaraq bəsdir”, – deyə buyurdu
2
. Bu-
                                                 
1
 Hədisi Abdullah ibn Ömərə istinadən İmam Buxari “Came əs-Səhih” kita-
bının “Qorxu namazı” və “Qəzvələr” fəsillərində rəvayət etmişdir.   
2
 Hədisi fərqli versiyada Əbu Səid əl-Xüdriyə (Allah ondan razı qalsın!) isti-
nadən İmam Hakim “əl-Müstədrək” kitabının “Təmizlik” fəslinin “Təyəm-
mümün qaydaları” bölümündə rəvayət edib. Həmin versiyada deyilir: “Pey-
ğəmbər dəstəmaz alıb namazını yenidən qılana: “Sənə iki qat savab vardır”, 
qılmayana isə: “Sünnəyə doğru əməl etdin, namazın sənə savab olaraq kifa-
yətdir”, – demişdir”. Hakim və Zəhəbiyə görə, hədis İmam Buxari və İmam 
Müslimin səhihlik şərtləri çərçivəsində mötəbərdir.  


 
162 
nunla da məsələ həll olundu! 
Törəmə fiqhi ixtilafları heç kəs dini ixtilaf və ya dində par-
çalanma hesab etməyib. Bu ixtilaflar dini mətnləri fərqli-fərqli ba-
şa düşmənin doğurduğu ictihadlardır. Quranda Allah təala buyu-
rur: 
“(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, 
bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar 
böyük bir əzaba düçar olacaqlar. 
Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiya-
mət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi 
oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcək-
dir” (Ali-İmran, 105-106). 
Allah təala bu ayədə bildirir ki, bizlər də yəhudilər və xris-
tianlar kimi olmayaq. O yəhudi və xristianlar kimi ki, dinlərini 
parçalamış, müxtəlif cərəyanlara – protestantlara, katoliklərə, pra-
voslavlara... ayrılmışlar. Onların ixtilafı dinin əsaslarında – əqidə-
də olmuşdur; bunu ictihad ixtilafı adlandırmaq səhv olardı. Bizdə 
isə əqidə aydın anlayışdır, bunda heç bir şübhə yoxdur. Müsəl-
manlar arasında əqidə mövzusunda heç vaxt fikir ayrılığı özünü 
göstərməyib. Əqidə o deməkdir ki, Allah təkdir, heç nəyə oxşar 
deyildir, Gözəl Adları vardır.  
Allahın yer səmasına enməyi ilə bağlı hədislər ətrafında 
olan fikir ayrılığına gəlincə, bu, Allahın heç nəyə oxşamamağı ide-
yasını müdafiə etmək qəbilindən deyildir. Çünki Allahın məkan 
və zamanın fövqündə durmağı, heç nəyə bənzəmədiyi xüsusunda 
hamı həmfikirdir. Hədislərlə bağlı bu ixtilaf bəzi sözlərin seman-
tik çalarlığından irəli gəlir. Yəni, görəsən, hədisdəki bu və ya digər 
sözün mənası müstəqimdir, yoxsa məcazi? Elə isə dilçiliklə bağlı 
                                                                                                                   
 


 
163 
bu fikir ayrılığını dini ixtilaf saymaq doğru deyildir. Aşağıdakı 
ayədə söhbət Kitab əhlindən gedir:  
“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini 
parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmış-
dır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcək-
dir!” (əl-Ənam, 159). 
“(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf 
dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müş-
riklərdən olmayın! 
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə-
zisi  bütlərə,  bəzisi  günəşə  və  aya, bəzisi ulduzlara səcdə etməyə 
başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) 
sevinər” ayəsi
1
 isə bütövlükdə dinlə əlaqəlidir. Çünki ondan qa-
baqkı ayədə deyilir: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən 
haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü 
Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut...” (ər-
Rum, 30). 31-ci ayədəki “...tövbə edərək...” birləşməsi 30-cu ayə-
dəki “...tərəf tut...” – əmrinə aid tərzi-hərəkət zərfidir. Ayə bizə 
öyrədir ki, dinin təlimlərinə sarılmaqla davranış və mənəviyyatı-
mızda doğru-dürüst olmalıyıq. Camaatdan ayrılıb firqə yaratmaq 
istəyənlər bu əməllərinə görə Allah qarşısında məsuliyyət daşıyır-
lar.  
Keçmişdə heç bir müsəlman elm xadimi, hətta adi xalq nü-
mayəndəsi belə fiqhi ixtilafların dini parçaladığını iddia etməyib. 
Bunu heç kəs dilinə gətirməyib... Fiqhi ixtilaflar dini mətnlərin 
fərqli başa düşülməsidir. Belə ki, bir dini mətn bir neçə məna ifa-
də edə bilir.  
                                                 
1
 “ər-Rum” surəsi, 31-32-ci ayələr.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə